Məhkəmə qərarları › İş №1(002)-362/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-362/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-362/2022 27.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində iki azyaşlı uşağı olan), ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, YYYM-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 30 avqust 2022-ci ildə saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Z.Tağıyev-Sahil qəsəbəsi avtomobil yolunun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçən 9,4-cü kilometrində, H.Z.Tağıyev qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun sağ kənarından hərəkət hissəsinə daxil olub soluna doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ əlin arxa səthinin əzilmiş yarası kimi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə, saat 22:45-də X24 ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında özünə məxsus «Toyota Prius» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O, 30 avqust 2022-ci il tarixdə saat 19:50 radələrində idarə etdiyi avtomobillə yaşadığı evdən çıxıb Sumqayıt şəhərinə getmək üçün yola düşmüş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, sərnişin, yük olmamışdır. Saat 20 radələrində o, H.Z.Tağıyev-Sahil qəsəbəsi yolunun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsi ilə təxminən 40- 50 km/saat sürətlə H.Z.Tağıyev qəsəbəsi istiqamətinə hərəkətdə olarkən təxminən 80-85 yaşlarında piyada kişinin yolu sağdan sola doğru keçdiyini görmüş, o, siqnal vermiş və həmin piyadanı vurmamaq üçün ayağını tormoza atıb avtomobili saxlamaq istəmiş, lakin avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilin kapot və alın şüşəsinə çırpıldıqdan sonra avtomobilin qarşısında yolun hərəkət hissəsində yerə düşmüşdür. O, tez avtomobildən düşüb piyadaya yaxınlaşmış və görmüşdür ki, piyada qol və baş nahiyələrindən xəsarətlər alıb yerdə uzanıqlı vəziyyətdə qalıb. Belə olduqda o, hadisə şahidlərinin köməkliyi ilə piyadanı idarə etdiyi avtomobilə qoyub yaxınlıqdakı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindəki TTY məntəqəsinə aparmışdır. Orada ilkin tibbi yardım etdikdən sonra onu TTY avtomobili ilə Bakı şəhəri KTM-nə aparmışlar. Xəstəxanada müalicə olunduğu vaxt saat 23 radələrində aldığı xəsarətlərdən ölmüşdür. Hadisə nəticəsində o, heç bir xəsarət almamış və hadisə yerinə qayıdıb polis əməkdaşlarına sənədlərini təqdim etməklə hadisə yerinə keçirilən baxışda iştirak etmiş və piyadanı vurduğu yeri göstərmişdir. Ölçülərək müəyyən olunmuşdur ki, piyadanın vurulduğu yer yolun H.Z.Tağıyev qəsəbəsi istiqamətinə yolun sağ kənarından 3 metr yolun mərkəzə doğru məsafədədir. Hadisə yerində həmçinin avtomobilinin sağ təkərlərindən qalma 8 metr tormoz izi vardır. Sonradan ona məlum olmuşdur ki, həmin piyada İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olan 1940-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs olmuşdur. Sonradan sərxoşluq müayinəsindən keçmişdir. Həmin piyada yola baxmayaraq yolun asta yerişlə keçmiş, o, piyadanı gördüyü an ara məsafə təxminən 7-8 metr olarmış. O, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin sağalması üçün lazım olan bütün tədbirləri görmüş, o cümlədən zərərçəkmiş şəxs vəfat etdikdən sonra onun bütün dəfn xərclərini qarşılamış və lazımi maddi köməlik göstərmişdir. O, özü xəstə olmaqla sol budda postravmatik sinir zədələnməsi və sol otraq sinirinin postravmatik zədələnməsi diaqnozu ilə “Oturaq sinirin bərpası” əməliyyatı keçirmişdir. Hal-hazırda da xəstəliyi davam edir. Bundan başqa xx.xx.2018-ci il tarixdə arvadı ilə məhkəmə qətnaməsi ilə boşanmış və iki azyaşlı uşağı onun himayəsində qalmışdır. Hal-hazırda ailədə yeganə qazanc gətirən şəxs olmaqla iki azyaşlı uşağına o, özü təkbaşına baxır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 30 avqust 2022-ci ildə saat 20 radələrində H.Z.Tağıyev-Sahil qəsəbəsi yolunun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçən 9,4-cü kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun atasıdır. xx.xx.1940-cı il təvəllüdlü olmaqla, 2013-cü ildən onunla birlikdə onun evində yaşamışdır. O, 30 avqust 2022-ci ildə saat 20 radələrində evində olduğu vaxt atası hava almaq üçün evdən çıxmış, təxminən 20 dəqiqə sonra o, atasının dalınca məhəlləyə çıxdıqda qonşuları ona bildirmişlər ki, atasını avtomobil vurmuş və xəsarətlər aldığından onu xəstəxanaya aparmışlar. Belə olduqda oda Bakı şəhəri KTM-nə getmiş və orada atası müalicə olunduğu vaxt saat 23 radələrində xəstəxanada ölmüşdür. Bundan sonra atasının meyitini Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki 19 saylı xəstəxanaya aparmışlar. Atasının meyiti xəstəxananın meyitxanasında tibbi ekspertiza müayinəsindən sonra onlara təhvil verilmiş və səhəri günü 31 avqust 2022-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndi ərazisindəki qəbirstanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, atası evdən çıxıb yaşadığı evin yaxınlığından keçən H.Z.Tağıyev-Sahil qəsəbəsi yolunu əks tərəfə keçərkən H.Z.Tağıyev qəsəbəsi istiqamətinə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs qohumları yas mərasimində iştirak etmiş, onlara yas xərclərinə köməklik etmişlər. Onların sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaq. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə yazılı ərizə və notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X26 Qaradağ rayon şöbəsinin 08 oktyabr 2022-ci il tarixli 80 №-li rəyindən görünür ki: Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ əlin arxa səthinin əzilmiş yarası. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın təpə nahiyəsinin əzilmiş yarası olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni piyada qismində olarkən hərəkətdə olan minik avtomobilin vurması nəticəsində əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə, saat 22:45-də X20 baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3190/K saylı, xx.xx.2022-ci il tarixli AKT) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 8/2823 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AE seriyalı 032132 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi oğlu-X2 və qızı-X3 ibarətdir. İş materiallarında olan Hökməli qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Baxışov X15 qəsəbəsində qeydiyyatsız yaşadığı müddətdə onun barəsində Hökməli qəsəbə İƏDÜ nümayəndəliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş üzrə “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 3 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli bağlanmış öhdəlik müqaviləsindən görünür ki, X11, X14, X9, X5, X4 və X10 avtonəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs ölümü ilə bağlı dəymiş ziyanla əlaqədar olaraq Təqsirləndirilən şəxs 6000 manat pulu alaraq gələcəkdə də dəymiş ziyanla əlaqədar şikayət etməyəcəklərini və hər hansı iddiaları olmayacağını öhdəlik götürmüşlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 ataları Təqsirləndirilən şəxs yanında qalmaları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “İstanbul NS” klinikası tərəfindən verilmiş epikrizdən, “Bioloji Təbabət” klinikası tərəfindən verilmiş EMQ müayinəsindən, Sumqayıt şəhəri TTYXsı Travmatologiya şöbəsi tərəfindən verilmiş çıxarışdan və 2 №-li şəhər xəstəxanası tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sol budda postravmatik sinir zədələnməsi və sol otraq sinirinin postravmatik zədələnməsi diaqnozu qoyulmuş, o “Oturaq sinirin bərpası” əməliyyatı keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar