Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-362/2023 19.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Hacıqabul (Qazı-Məmməd) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşaq), fərdi qaydada sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə saat 05 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən 45-ci kilometrində idarə etdiyi «Kamaz 5511» yük markalı 24BB760 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olmaqla avtomobillərin geriyə dönmək üçün nəzərdə tutulmuş hissəsi ilə geriyə qayıdarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsinin sağ tərəfi ilə onun hərəkətinin əksi istiqamətində velosipedçinin hərəkətdə olmasını nəzərə almalı, həmin velosipedçidən təhlükəsiz yan məsafəsi seçərək hərəkətini davam etdirməli və yaxud bu mümkün olmadıqda idarə etdiyi avtomobili velosipedçiyə çatmadan dayandırmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkələri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların qəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobilin qabaq sağ hissəsi ilə hərəkətin əksinə doğru hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi velosipedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol baldır nahiyəsinin aşağı 1/3-nin və sol ayaqüstü nahiyənin sıyrıqları ilə müşayiət olunan sol ayağın kubabənzər, İ-İİ,İİİ-İV daraq sümüklərinin qapalı, yernidəyişmiş sınıqları və İ daraq sümüyünün əsasının travmatik çıxığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında «Kamaz 5511» yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 08 aprel 2023-cü il tarixdə saat 03:30 radələrində idarə etdiyi avtomobillə Hacıqabul rayonundan Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki daş karxanasına gəlmək üçün yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük və sərnişin olmamışdır. Saat 05 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə 60 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən hava qaranlıqlıq olmuş və avtomobilin yaxın görmə işıqları ilə hərəkətdə etmişdir. Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindəki daş karxanasına getməli olduğundan həmin ərazidəki avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş hissəsinə çatdıqda avtomobilin sürətini təxminən 20 km/saat sürətə qədər azaltmış və geriyə dönməyə başlamışdır. Dönmə əməliyyatını apardığı vaxt yolun hərəkət hissəsi ilə hərəkətin əksinə doğru velosipedçinin hərəkətdə olduğunu görmüşdür. O velosipedçini vurmamamq üçün tormozdan istifadə edib avtomobili bir qədər sola istiqamətləndirmiş, amma məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ tin hissəsi ilə velosipedi vurmuşdur. Avtomobili təxminən 5 metr qarşıda saxlamış və avtomobildən düşərək velosipedçiyə yaxınlaşmışdır. Velosipedçi sonradan adını bildiyi Zərərçəkmiş şəxs sol ayağından xəsarət aldığını görüb TTY stansiyasına zəng edib məlumat vermişdir. Az sonra hadisə yerinə TTY avtomobili gələrək onu xəstəxanaya yola salmışdır. Özü hadisə yerində qalib polis əməkdaşlarının gəlməsini gözləmiş və sənədlərini təqdim edib hadisə yerinə keçirilən baxışda iştirak etməklə velosipedçini vurduğu yeri göstərmiş, tərtib olunmuş sxem və protokolu imzalamışdır. Sonradan xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, hadisə nəticəsində Aydının sol ayağının pəncə hissəsi sınmışdır. Özü və ailə üzvləri xəstəxanada Zərərçəkmiş şəxs müalicə xərclərini ödəmişik və xəstəxanadan çıxdıqdan sonra da evində müalicəsini davam etdirmək üçün əlavə olaraq 800 manat pul vermişlər. Həmçinin sonradan Aydın dəfələrlə ona zəng edərək müalicə bəhanəsi ilə pul istəmiş və ona ayrı-ayrı vaxtlardə təxminən 300 manata yaxın pul vermişdir. Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmaması barədə ərizə verdikdən sonra o, icbari sığortadan da 1500 manat pul almışdır. Sonradan Aydın yenidən ondan pul tələb etmiş, lakin maddi imkanı çatmadığı üçün Aydın ondan şikayət etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını və yenədə barışmağa cəhd göstərməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə səhər saat 05 radələrində velosipedlə dənizə balıq tutmaq üçün yola düşmüşdür. Səngəçal qəsəbəsi ərasizindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun əks tərəfinə keçməli olduğu üçün Bakı şəhəri istiqamətinə hərəkətdə olan avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş hissəsi ilə velosipedlə yolun sol kənarı ilə keçməyə başlamışdır. Bu vaxt Bakı şəhəri istiqamətinə hərəkətdə olan “Kamaz 5511” markalı yük avtomobili qəflətən sola dönməklə avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş yola daxil olmuşdur. İdarə etdiyi velosipedi bir qədər də sola çəksə də həmin “Kamaz 5511” markalı yük avtomobil qabaq sağ hissəsi ilə velosipedi vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış və “Kamaz 5511” markalı yük avtomobili onun sol ayağının üzərindən keçmişdir. Hadisə nəticəsində xəsarətlər aldığından az sonra hadisə yerinə gələn TTY avtomobili onu Bakı şəhəri KTM-nə aparmışdır. Xəstəxanada müayinə olunduqdan sonra məlum olmuşdur ki, sol ayağının daraq sümükləri sınmışdır. Orada bilmişdir ki, onu vuran həmin “Kamaz 5511” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Xəstəxanada bir həftə müalicə aldıqdan sonra ayağından əməliyyat olunmuş və təxminən bir neçə gündən sonra evə buraxılmışdır. Əməliyyat oldunduqdan bir gün sonra Lətifin qardaşı yanına gələrək hazırlaşmağını bildirməklə evinə gedəcəyini demişdir. Bundan sonra palatadan çıxarkən tibb bacısı getməsinə icazə vermədikdə Lətifin qardaşı zəng edib həkimlə danışmış və bundan sonra onlar xəstəxanadan çıxmışlar. Xəstəxananın qarşısındə Lətifin qardaşı ona resept verərək taksiyə mindirib evlərinə yola salmışdır. Öz evində olduğu vaxt Lətif anası ilə birlikdə gələrək, bir qədər xahiş, minnət etdikdən sonra 70 manat pul qoyub, velosipedi və iki gün sonra da nisyə aldığı dərmanların pulunu da verəcəyini bildirib getmişlər. Sonradan onlar kartına ümumilikdə 150 manat pul atıblar. İlkin olaraq Təqsirləndirilən şəxs qarşı şikatəyçi olmaması barədə müstəntiq onu aldadaraq ərizəyə imza etdirmişdir. Təqsirləndirilən şəxs tərəfindən sonradan müalicə xərclərinə heç bir yardım edilməmiş və hal-hazırda müalicə və müayinələri üçün külli miqdarda vəsaitə ehtiyacı var. Odur ki, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X13 02 may 2023-cü il tarixli, 232 nömrəli rəyindən görünür ki; 1.Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər-sol baldır nahiyəsinin aşağı 1/3-nin və sol ayaqüstü nahiyənin sıyrıqları ilə müşayiət olunan sol ayağın kubabənzər, İ-İİ-İİİ-İV daraq sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları və İ daraq sümüyünün əsasının travmatik çıxığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. 2.Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, idarə etdiyi velosipedlə “Kamaz” markalı yük avtomaşının toqquşması nəticəsində əmələ gələ bilərdilər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 8/1192 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Kamaz 5511 markalı, 24BB760 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BDYP Qİİ-dən daxil olmuş 19 may 2023-cü il tarixli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə ona xx.xx.2023-cü il tarixədək etibarlı olan AE 505741 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququndan məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 17 oktyabr 2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5511” yük maralı 24BB760 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi velosiped cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Muğan qəsəbəsi inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində tərbiyəli, mehriban və fəal bir insan kimi tanınmışdır. Qəsəbədə və yaşadığı məhlədə özünü səmimi, mehriban bir vətəndaş kimi tanınır. Qəsəbədə yüksək hörmətə malikdir. Qəsəbənin ictimai işlərində və qəsəbədə keçirilən lazımı tədbirlərdə yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə qəsəbə sakinlərindən və digər təşkilatlardan bu vaxta qədər heç bir şikayət daxil olmamış və müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Muğan qəsəbəsi inzibati ərazi vahidi üzrə nümayəndəliyinin ailə tərkibi haqqında 24 oktyabr 2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı-xx.xx.1996-cı il təvəllüdlü X4, qızları-xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 ibarətdirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməklə müəyyən maddi yardımlar etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5511” yük maralı 24BB760 dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Hacıqabul rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5511” yük maralı 24BB760 dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-362/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-362/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver