Məhkəmə qərarları › İş №1(002)-364/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-364/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-364/2021 12.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxx 1981-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), "xxxx" MMCdə istehsalat işləri üzrə direktor müavini vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə, xx xxxx 1985-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşağı olan), “Bərəkət-98” firmasında sahə rəisi vəzifəsində işləmiş, hal-hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Mikayıllı ərazi dairəsi, Qarğılı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 əhəngdaşı istehsal edilən mədənin ərazisində tikintinin (yol çəkilişi) planlaşdırılması, ona rəhbərlik edilməsi zamanı işlərin, eləcə də mədən işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaradıb ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” əhəngdaşı yatağında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli, İN/L-1374/2016 qeydiyyat nömrəli lisenziya əsasında və ********** nömrəli VÖEN-lə dağ mədən işləri, dağ və buruq qazmalarının aparılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan və Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X30 Qeydiyyat İdarəsi tərəfindən 27.12.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış "xxxx" MMC-nin direktoru Şahid7 01.04.2017-ci il tarixli 13 nömrəli əmri ilə istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməklə eyni tarixli və müəssisənin direktoru Şahid7 tərəfindən təsdiq edilmiş “İstehsalat işləri üzrə direktor müavininin vəzifə təlimatı”na əsasən müəssisənin istehsalatına rəhbərlik etmək, istehsalatın fəaliyyətini planlaşdırmaq və formalaşdırmaq, müəssisənin istehsalat fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariya və yanğın mühafizəsinin təşkilinə rəhbərlik etmək və müəssisənin bölmələrində riayət olunmasına nəzarət etmək, habelə müəssisənin ərazisində maşın və mexanizmlərin hərəkəti, qazma, yükləmə-boşaltma və digər istismar işlərini təşkil etməklə onların düzgün və təhlükəsiz görülməsinə nəzarət etmək və sair vəzifələri yerinə yetirən şəxs kimi 2021-ci ilin mart ayının ilk günlərində qonşu ərazidə yerləşən əhəngdaşı istehsal edən “Bərəkət-98” firması ilə direktor müavini olduğu "xxxx" MMC-in sərhədində, mədən ərazisində süxurların çıxarılaraq hərəkət hissəsinə toplanmış əhəngdaşı qalıqlarının və torpaq qatının daşınması, habelə növbəti süxurların kəsiləcəyi əraziyə sərbəst hərəkət etmək məqsədilə yol çəkilişi işlərinin görülməsi üçün “Komatsu PC200-8” markalı, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü olmaqla ekskavatoru idarə etmək üçün sürücülük vəsiqəsi olan Şahid9 ilə şifahi danışaraq günəmüzd ödəniş əsasında razılaşmış və faktiki əmək münasibətlərinə cəlb etmiş, daha sonra "xxxx" MMC-nin əhəngdaşı istehsal edilən mədən ərazisində ekskavator vasitəsilə yol çəkilişi (tikinti) işləri aparılarkən həmin sahənin sərhəddində 50-60 metr aşağı səviyyədə «Bərəkət-98» firmasına məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların tökülməsinin qaçılmaz olduğunu bildiyi, insanların həyat və sağlamlıqlarının qorunması və təhlükəsiz iş şəratinin təmin edilməsi üçün müvafiq tədbirlərin, o cümlədən SSRİ-nin Dövlət Tikinti Komitəsi tərəfindən 09 iyun 1980-ci il tarixdə təsdiq olunmuş İİİ-4-80 saylı «Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.29-cu bəndinə əsasən tikinti-quraşdırma (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı əvvəlki əməliyyatın sonrakı əməliyyatlar yerinə yetirilən zaman istehsalat təhlükəsi mənbəyi olmaması şərtilə nəzərdə tutulmalı, 3.4-cü bəndinə əsasən, maşınların vasitəsi ilə görülən işlərinə başlamazdan əvvəl iş rəhbəri həmin maşınların hərəkət sxemi və dayanma yerləri müəyyən etməli, maşınistin işarəverən fəhlə ilə əlaqələndirmə işarələrin verilmə üsulları, onların iş yerində yerləşdirilməsi və iş yerinin müvafiq qaydada işıqlandırmasını təmin etməli, 3.5-ci bəndinə əsasən, maşınların iş yerini işçi zonasının görünməsi və manevrlərin aparılması üçün müvafiq sahə ilə təmin edilməli halda müəyyən etməli, maşını idarə edən maşınist yaxud motoristin işçi zonasının görünməsində məhdudiyyət yarandığı, yaxud işarəverən fəhləni (xüsusilə ayrılmış işarəvericisi) görmədiyi halda, maşinistlə işarəverici arasında ikitərəfli rabitə yaxud telefon əlaqəsi yaradılmalı, 3.6-cı bəndinə əsasən, maşının işləmə zonasında təhlükəsizlik nişanlar və xəbərdaredici yazılar qoyulmalı, 9.5-ci bəndinə əsasən, küçələrdə, keçidli yollarda, yaşayış məntəqələrinin həyətlərində, eləcə də insanların və nəqliyyatın hərəkət etdiyi zonalarda xəndək və tranşeyalar qazıldıqda, həmin yerlər 23407-78 DÜST-nin (dövlət standartının) tələblərinə uyğun olan mühafizə çəpərləri ilə çəpərlənməli, çəpərlərin üzərində xəbərdaredici yazılar və nişanlar quraşdırılmalı, keçmiş SSRİ-nin 30 avqust 1968-ci ildə təsdiq olunmuş “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 28-ci bəndinə əsasən, torpağın daş və qayaların, eləcə də qar və buzların uçma təhlükəsi olan dağ (təpə) çıxıntılarında işləmək qadağan olduğu və əgər həmin təhlükələrin aradan qaldırılması mümkün deyilsə, təhlükəli zonada bütün işlər dayandırılmalı, adamlar çıxarılmalı, həmin sahə isə xəbərdaredici nişanlarla çəpərlənməli, bununla da əhəngdaşı istehsal edilən mədənin ərazisində tikinti işinin planlaşdırmaqla ona rəhbərlik etməli olduğu halda bunları etməyib, habelə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar işlər aparan müəssisələrin rəhbərləri, digər səlahiyyətli vəzifəli şəxsləri həmin müəssisələrin işçilərinin, işlərin təsir zonasında yerləşən əhalinin həyat və sağlamlığına bilavasitə təhlükə yaranarkən, dərhal işləri dayandırıb insanların təhlükəsiz yerə keçirilməsini təmin etməli və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarına (qurumlarına) təcili məlumat verməli tələblərini pozub bu qaydalara açıq, etinasızlıq göstərmiş, nəticədə, özünün şifahi tapşırığı əsasında işə buraxılmış “Komatsu PC200-8” markalı, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü Şahid9 06.03.2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən "xxxx" MMC-nin ərazisində həmin ekskavator vasitəsilə yol çəkilişi ilə bağlı tikinti və yeni süxurların üstünün açılması məqsədilə mədən işləri görərkən daşınan əhəngdaşı qalıqları ekskavatorun hərəkətinin təsirindən həmin sahənin sərhəddindən 50-60 metr aşağı səviyyədə yerləşən “Bərəkət-98”firmasına məxsus daş karxanasının istehsalat sahəsinə tökülərək, həmin istehsalat sahəsində olan “Bərəkət-98” firmasında maşınist vəzifəsində işləyən X12 bədəninin müxtəlif nahiyələrinə dəymiş, nəticədə sonuncu dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid sol bazu sümüyünün, başının açıq, yerini dəyişmiş sınığı ilə müşayiət olunan qoltuqaltı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bud sümüyünün orta 1/3-nin, sağ bud sümüyünün orta 1/3-nin və sağ ayağın İ barmaq sümüyünün qapalı, yerini dəyişmiş sınıqları, birbaşa ölümünə səbəb olan, kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok ilə nəticələnən sol tərəfli V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların sınıqları, sol ağciyərin cırılmış yarası, dalağın travmatik cırılması kimi həyatla bir yerə sığmayan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmin əməli ilə əhəngdaşı istehsal edilən mədənin ərazisində tikintinin (yol çəkilişi) planlaşdırılması, ona rəhbərlik edilməsi işlərinin aparılması zamanı işlərin, eləcə də mədən işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaradıb ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X12 ölümünə səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 222.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” əhəngdaşı yatağında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 24 iyun 2016-cı il tarixli, İN/L-1501/2016 qeydiyyat nömrəli lisenziya əsasında və ********** nömrəli VÖEN-lə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan və Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslər İdarəsinin Bakı bölgəsi tərəfindən 03.02.1998-ci il tarixdə 612 nömrə ilə qeydiyyata alınmış “Bərəkət-98” firmasının direktoru Şahid1la bağlanmış 07.01.2021-ci il tarixli əmək müqaviləsinə əsasən sahə rəisi vəzifəsinə təyin edilməklə eyni tarixli və müəssisənin direktoru Şahid1 tərəfindən təsdiq edilmiş “Daş karxanasında sahə rəisinin vəzifə təlimatı”na əsasən daş karxanasının rəhbərliyinə tabe olmaqla, istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, iş sahələrində işçilər tərəfindən işlərin düzgün və təhlükəsiz yerinə yertirilməsini təmin etmək, iş sahələrində və iş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, sanitariya norma və qaydalarına riayət olunmasına nəzarət etmək və sair vəzifələri yerinə yetirən şəxs kimi 2021-ci ilin mart ayının ilk günlərində qonşu ərazidə yerləşən əhəngdaşı istehsal edən "xxxx" MMC-nin “Bərəkət-98” firması ilə sərhədində, mədən ərazisində süxurların çıxarılaraq hərəkət hissəsinə toplanmış əhəngdaşı qalıqlarının və torpaq qatının daşınması, habelə növbəti süxurların kəsiləcəyi əraziyə sərbəst hərəkət etmək məqsədilə yol çəkilişi ilə ekskavatorla iş görülməsi barədə "xxxx" MMC-nin istehsalat işləri üzrə direktor müavini Təqsirləndirilən şəxs1 Ariz oğlu tərəfindən şifahi xəbərdarlıq edilməklə, qeyd edilən işlər yekunlaşana qədər aralarında “Bərəkət-98” firmasının ərazisində işlərin dayandırılması barədə razılaşdıqdan sonra, bu barədə işlədiyi müəssisənin rəhbərliyinə bildirməklə istehsalat işlərini müvəqqəti dayandırmış, lakin texniki təhlükəsizlik üzrə cavabdeh və üzərinə əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olaraq "xxxx" MMC-nin ərazisində ekskavator vasitəsilə qazma və kürəmə işləri aparılarkən həmin sahənin sərhəddindən 50-60 metr aşağı səviyyədə yerləşən “Bərəkət-98” firmasına məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların tökülməsinin qaçılmaz olduğu potensial təsirli təhlükəli istehsalat zonasına insanların daxil olmasının qarşısını almaq, yaranması ehtimal edilən təhlükəni aradan qaldırmaq, təhlükəsiz əmək mühitinin olmasına şarait yaratmaq üçün SSRİ-nin Dövlət Tikinti Komitəsi tərəfindən 09 iyun 1980-ci il tarixdə təsdiq olunmuş İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1-ci bəndinə əsasən, iş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin etməli, 2.2-ci bəndinə əsasən, iş meydançasının, iş sahələrinin, tikinti maşınlarının, nəqliyyat vasitələrinin və insanlar üçün keçid yerlərinin təşkili zamanı, insanlar üçün daimi və potensial təhlükəli istehsalat faktorları olan zonalar müəyyən etməli, təhlükəli zonaları təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlamalı, 2.6-cı bəndinə əsasən, potensial təsirli təhlükəli istehsalat zonaları kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə və ya xəbərdarlıq çəpərləri ilə çəpərləməli halda, bunları etməyib, habelə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar işlər aparan müəssisələrin rəhbərləri, digər səlahiyyətli vəzifəli şəxsləri həmin müəssisələrin işçilərinin, işlərin təsir zonasında yerləşən əhalinin həyat və sağlamlığına bilavasitə təhlükə yaranarkən, dərhal işləri dayandırıb insanların təhlükəsiz yerə keçirilməsini təmin etməli və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarına (qurumlarına) təcili məlumat verməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 13 sentyabr 1999-cu il tarixdə qeydiyyata alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19-3 nömrəli, 26 avqust 1999-cu il və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 1262 nömrəli 18 avqust 1999-cu il tarixli Qərarları ilə təsdiq edilmiş “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”sinə əsasən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin qaydalarının öyrədilməsini təşkil etməli, istehsal prosesində əməyin mühafizəsi üzrə qanunlara və digər normativ hüquqi aktlara riayət olunmasının təmin edilməsini izah etməli və müəssisədə işə başlamamışdan əvvəl işçilərin müəssisədə (bölmələrdə) əməyin mühafizəsi, şəraiti, istehsal zədələnmələrinin vəziyyəti ilə tanış etməli olduğu halda qanunvericiliyin qeyd olunan tələblərini pozub bu qaydalara açıq, etinasızlıq göstərmiş, nəticədə, Təqsirləndirilən şəxs1 şifahi tapşırığı əsasında işə buraxılmış “Komatsu PC200-8” markalı, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü Şahid9 06.03.2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən "xxxx" MMC-nin ərazisində həmin ekskavator vasitəsilə yol çəkilişi ilə bağlı tikinti və yeni süxurların üstünün açılması məqsədilə mədən işləri görərkən daşınan əhəngdaşı qalıqları ekskavatorun hərəkətinin təsirindən həmin sahənin sərhəddindən 50-60 metr aşağı səviyyədə yerləşən “Bərəkət-98” firmasına məxsus daş karxanasının istehsalat sahəsinə tökülmüş, bu zaman həmin istehsalat sahəsində 01 mart 2021-ci il tarixli əmək müqaviləsi əsasında “Bərəkət-98” firmasında maşınist vəzifəsində işləyən X12 qeyd olunan təhlükəli əraziyə getməsinin qarşısını almadığından, həmçinin həmin təhlükəli ərazidə əvvəlcədən müvafiq hərəkəti məhdudlaşdıran çəpərləmə aparmaqla xəbərdarlıq nişanları qoymadığından, Ariz Hüseynov bunun təhlükəsiz olmasının zənn edib istehsalat sahəsinə daxil olmuş, bu zaman 50-60 metr hündürlükdən yerə tökülən əhəngdaşı qalıqları sonuncunun bədəninin müxtəlif nahiyələrinə dəymiş, nəticədə sonuncu dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid sol bazu sümüyünün, başının açıq, yerini dəyişmiş sınığı ilə müşayiət olunan qoltuqaltı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bud sümüyünün orta 1/3-nin, sağ bud sümüyünün orta 1/3-nin və sağ ayağın İ barmaq sümüyünün qapalı, yerini dəyişmiş sınıqları, birbaşa ölümünə səbəb olan, kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok ilə nəticələnən sol tərəfli V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların sınıqları, sol ağciyərin cırılmış yarası, dalağın travmatik cırılması kimi həyatla bir yerə sığmayan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmin əməli ilə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X12 ölümünə səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2001-2016-ci illərdə müxtəlif şirkətlərdə işləmiş, sonuncu iş yerləri tikinti şirkətləri olmuşdur. 2016-cı ildə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki əhəngdaşı yataqlarında fəaliyyət göstərən "xxxx" (Tikinti materialları kombinatı) MMC-də direktor müavini vəzifəsinə işə qəbul olunmuş, bununla bağlı onunla MMC arasında əmək müqaviləsi bağlanmış, ona vəzifə təlimatı, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları izah edilmiş, bu barədə sənədlərlə tanış olmuş, onları imzalamışdır. Vəzifə təlimatına əsasən MMC-nin ərazisində direktor müavini kimi əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına cavabdeh şəxsdir və həmin qaydalara işçilər tərəfindən riayət edilməsi onun vəzifəsinə daxildir. MMC-nin təsisçisi hazırki adı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsidir, direktor vəzifəsini direktor müavini Şahid6 icra edir. O, işlərinin icrasında birbaşa Şahid6 tabedir. MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə (SƏTƏM) işçi yoxdur, həmin vəzifəni də o, icra edir. Onun vəzifəsinə istehsal prosesinə nəzarət etmək, onu təşkil etmək, işçiləri işə cəlb etmək, onlara nəzarət etmək, işi təşkil etmək, texnikaların sazlığını təmin etmək, işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları izah etmək, onları həmin qaydalarla mütəmadi tanış etmək, işlərində həmin qaydalara riayət edilməsini yoxlamaq və bununla əlaqədar işləri görmək daxildir. MMC-də hadisə baş verən gündə 24 və ya 25, hazırda isə 16-17 işçi vardır, MMC-nin ərazisi 9 hektardır. MMC-də iş saatları 09:00-dan 17:00-dəkdir, uzaq yoldan gələn işçilər MMC-nin ərazisində olan tikili otaqlarda qalır, yaxında qalanlar isə gündəlik işə gəlirlər. İşçilərin hər birinin əmək müqaviləsi və sığortası vardır, onlar iş zamanı xüsusi geyimlə təmin edilir. MMC-nin ərazisində blok daşların kəsim işi ilə əlaqədar karxananın yolu bağlanmış, həmin yolla hərəkət etmək çətin olmuş, yüksək tonajlı və qabaritli avtomobillər əraziyə girib-çıxa bilmədiyindən o, həmin yolun yaxınlığından başqa yol açmaq qərarına gəlmişdir. Bunun üçün isə biraz aralıda yığılıb qalmış daş qırıntılarını və torpaq qatını təmizləmək lazım olmuşdur. Həmin yer isə «Bərəkət-98” firmasına aid əraziyə sərhəddə yerləşmişdir. Təxminən 3-4 gün əvvəl o, yolu açmaq üçün ekskavator axtarmağa başlamış, tanışları vasitəsi ilə daş karxanalarının ərazisində sifarişlə iş görən Xaliq adlı ekskavator sürücüsünü tapmış, onunla görüşmüş və onların daş karxanasına yol açmaq lazım olduğunu bildirmişdir. Xaliqlə razılaşmış və növbəti gün Xaliq ekskavatoru karxananın ərazisinə gətirmişdir. O, Xaliqə iş görəcəyi yeri göstərmiş, nə etməli olduğunu izah etmiş və həmin günü Xaliq işə başlamışdır. Qonşu daş karxanasının ərazisi ilə sərhəd olduqları yerdə onlar heç bir kəsim işi görməmişlər. Amma qonşu daş karxananın sərhəd yerində həmin karxananın əməkdaşları tərəfindən mişar daşları kəsilir. Uzun müddət orada kəsim işləri aparıldığından həmin yer 50-60 metr çökəkləşmişdir. Odur ki, işlər başladıqdan bir gün sonra o, qonşuluqdakı daş karxanasının nəzarətçisi Bəhruzla görüşüb danışmışdır. Onlar aralarında razılaşmışlar ki, hündürlükdə daşıma işləri gördükləri üçün Bəhruzgil 2-3 günlük aşağıdakı karxanalarında işlərinin dayandırsınlar, lazım olan digər bütün təhlükəsizlik tədbirləri o, özü görəcək. 06.03.2021-ci il tarixdə, saat 08:00-da Xaliq ekskavatorla işə başlamış, saat 11 radələrində karxananın işçiləri qaçaraq gəlib qonşu karxananın ərazisinə həmin ekskavatorun iş gördüyü yerdən daşın yuvarlanıb düşdüyünü, daşın işçilərdən birinə dəydiyini və həmin şəxsin öldüyünü demişlər. O, dərhal Xaliqə işi dayandırmasını tapşırmış, hadisə yerinə gəlmiş, bir nəfər şəxsin daş parçasının altında qalıb əzilərək öldüyünü görmüş və sonra iş yerinə qayıtmışdır. Ölmüş şəxsi tanımamış, onunla hər hansı münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, "xxxx" MMC-nin ərazisində ekskavatorun görəcəyi işlərə görə həmin MMC-nin hər hansı əməkdaşı ilə, eyni zamanda onunla ekskavatorun sürücüsü və ya sahibi arasında hər hansı müqavilə bağlanmamış, ekskavatorun sürücüsünə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları izah edilməmiş, bununla bağlı hər hansı sənədə imza etdirilməmişdir. Həmçinin sürücü xüsusi geyimlə təmin edilməmiş, çünki onun özünün geyimi olmuşdur. O, ekskavatoru 2-3 günlük iş görmək üçün kənardan çağırmış və ekskavatorun sürücüsünün daş və torpaq qatını yayıb işini qısa zamanda bitirəcəyini fikirləşdiyinə görə etinasızlıq edərək onunla müqavilə bağlamamış, bu işi ciddiyə almamış və hər hansı hadisə ola biləcəyini ehtimal etməmişdir. O, ekskavator iş gördüyü yerdə daşın yuvarlanaraq aşağı düşə biləcəyi riskini görürmüş, bu barədə onunla ekskavator sürücüsü arasında da danışıq olmuşdur. Ekskavator ilk gün işini qonşu daş karxanası ilə sərhəddən kənarda görmüş və buna görə də oradan nəyinsə yuvarlanaraq aşağı düşməsi riski olmamışdır. Amma sonrakı gün o, sərhədə yaxın yerdə iş görməyə başlamış və Xaliq də bu barədə ona demişdir. O, sürücü Xaliqə bildirmişdir ki, lazım olan təhlükəsizlik tədbirlərini görəcək. Həmin günlərdə o, riski nəzərə alaraq qonşu daş karxanasında nəzarətçi işləyən Bəhruzla görüşüb onunla razılaşmışdır ki, qonşu daş karxanasında Bəhruzgil 2-3 günlük işlərini dayandırsınlar. Bəhruz da iki gün olmuşdur ki, daş karxanasında işləri dayandırmışdı. Buna görə də o, ekskavator sürücüsünə arxayın halda narahat olmamasını, təhlükəsizlik tədbiri görüldüyünü demiş və bundan başqa tədbir görülməmişdir. Cəmi 3 gün imiş ki, Xaliq daş karxanasının ərazisində iş görürmüş. Ekskavatorun işlədiyi yerdə sərhəddə yerləşən daş karxasında son iki gündə iş getməmiş, onlar işi dayandırmışlar. Ölən şəxsin oraya necə gəlib çıxdığını bilməmiş, amma sonradan eşidib bilmişdir ki, ölən şəxs həmin yerə iş görmək üçün deyil, nəyisə götürmək üçün gedirmiş. O, hadisə zamanı daş parçalarının aşağıya yuvarlanmasını görməmiş, həmin vaxt hadisə yerində olmamış və daha əvvəl belə hadisə olmamışdır. O, hadisənin baş vermə səbəbini dəqiq bilməmişdir. Daş karxanalarının sərhəd xəttində mümkün hadisələrin qarşısının alınması üçün o, yalnız qonşu daş karxanasının nəzarətçisinə bu barədə demiş, bundan başqa hər hansı tədbir görülməmişdir, həmin yerin yerləşməsinə əsasən orada başqa hər hansı tədbir görmək mümkün olmamışdır. "xxxx" MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına cavabdeh şəxs birbaşa odur və ondan başqa həmin qaydalara nəzarət edən şəxs yoxdur. Ekskavator sürücüsü iş görülməsi barədə onunla razılaşmış, onun işinə yalnız o, nəzarət etmiş, göstərişləri də o, vermişdir. Ondan başqa heç kim ekskavatorun sürücüsünün işinə qarışmamış, nəzarət etməmiş, maraqlanmamış və belə səlahiyyətli şəxs də olmamışdır. Yuxarıda göstərdiyi kimi, o, ekskavatoru MMC-nin ərazisində yol açmaq üçün 2-3 günlük iş üçün çağırmışdır. Ekskavatorun sürücüsünün işini çətin və ciddi hesab etmədiyinə görə direktora və ya başqasına bu barədə deməmiş, buna lüzum görməmişdir. O, işlərində yalnız direktora tabe olmuş, ondan başqa kiməsə tabeçiliyi olmamışdır. Son 3-4 gün idi ki, direktor vəzifəsini icra edən Şahid6 digər işlərlə əlaqədar MMC-nin ərazisinə gəlməmişdir. Ona görə də hadisə baş verən vaxta kimi o, ərazidə ekskavator işlədiyini ona deməmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, özünün ailəli olmaqla həyat yoldaşının heç bir yerdə işləməməklə ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2008-ci ildən Bakı şəhərində ayrı-ayrı daş karxanalarında fəhlə işləmişdir. Bir müddət işlədikdən sonra təxminən 2013-2015-ci illərdə özünə məxsus “Kamaz” markalı avtomobil alaraq, onunla fərdi qaydada sürücü kimi işləməyə başlamışdır. "xxxx" MMCdən daş alıb, onun daşınması ilə məşğul olub, həmin MMC-nin direktoru Şahid1 ilə münasibəti yaranmış və 2021-ci ilin əvvəllərində Şahid1 ona sahə rəisi işini təklif etmişdir. 2021-ci ilin yanvar ayından həmin daş karxanasında sahə rəisi kimi işə başlamışdır. Sahə rəisi kimi vəzifələrinə işçilərin işini təşkil etmək, onların işinə və iş zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək, ərazidə texniki təhlükəsizliyi və əməyin mühafizəsini təmin etmək, yük daşımasını və alqı-satqını nizamlamaq, bütün bunlar barədə hesabat vermək daxildir. Ona sahə rəisi kimi təhkim edilmiş ərazi bir ədəd daş mişarı, yəni kombayn vardır, ərazidə iki növbədə dörd nəfər işçi işləyir, cəmi işçi sayı isə səkkiz nəfərdir, onlar növbəni 7-10 gündən bir dəyişirlər. Hər növbədə bir nəfər fəhlə, bir nəfər usta, bir nəfər maşinist-kombayner, bir nəfər kran operatoru işləyir. İş saatı 3 saatdan bir 3 saat fasilə ilədir. O, işə qəbul olunanda onunla əmək müqaviləsi bağlanmışdır, MMC-nin direktoru Şahid1 tərəfindən əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları şifahi izah edilmişdir. Texniki təhlükəsizliyə və əməyin mühafizə qaydalarına cavabdeh olduğu üçün öz növbəsində bütün işçilərini daima təlimatlandırmış, onlara hər gün işə başlamazdan əvvəl texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını izah etmiş, həmçinin ayda bir dəfə, o cümlədən hadisədən bir gün əvvəl, yəni 05.03.2021-ci il tarixdə də təlimatı keçib, jurnalda da bununla bağlı müvafiq qeydlər apararaq, işçilərə imza etdirmişdir. Ona təhkim edilmiş əraziyə qonşu ərazi "xxxx" MMC-yə məxsusdur, həmin MMC-nin ərazisində daş blokları kəsilir. Həmin ərazinin rəhbər işçisi kimi Knyazı tanıyır. Onunla münasibəti yaxşıdır, aralarında hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Bundan başqa həmin MMC-nin İnqlab və Mehman adlı işçilərini tanıyır. İşlədiyi daş karxanasının ərazisi "xxxx" MMC ilə sərhəd olmaqla, ondan təxminən 50-60 metr çökəkdədir. Bunun səbəbi işlədiyi ərazidə daş yataqlarının işləməsi və nəticədə ərazinin boşalması, bundan başqa "xxxx" MMC-nin ərazində sərhədə daş qalıqlarının onlar tərəfindən atılmasıdır. 06.03.2021-ci il tarixindən təxminən 3-4 gün əvvəl "xxxx" MMC-nin onlarla sərhəd olan hissəsində ekskavator işləməyə başlamışdır. Ekskavator işləməyə başladığını görən kimi dərhal "xxxx" MMC-nin ərazisinə qalxmış, ekskavatorun sərhəd hissədə yığılmış daş qalıqlarını və torpağı oradan təmizlədiyini, kənara daşıdığını görmüşdür. Maraqlandıqda bilmişdir ki, Knyaz karxanalarına yeni yol açır. Ərazidən aydın görünürmüş ki, ekskavatorun təsirindən hündürlükdə olan daşlar aşağı, onların ərazisinə doğru yuvarlana və düşə bilər. Odur ki, dərhal Knyazı taparaq bu barədə ona demiş, ondan işi dayandırmasını və onların işçilərinin xəsarət ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə cavabında bildirmişdir ki, narahat olmasınlar, o, bütün işə nəzarət edir. Həm də Knyaz bildirmişdir ki, ekskavator sərhəddən kənarda işləyəcək, sərhədə yaxınlaşanda o, bu barədə bizə deyəcək, eləcə də o bütün təhlükəsizlik tədbirlərini görəcək. O, Knyazın sözünə etibar edib işini davam etdirmişdir. 04.03.2021-ci il tarixində iş zamanı onların ərazisinə hündürlükdən torpaq və xırda daş qırıntıları tökülməyə başlamışdır. O, bunu görən kimi işi dayandırmış və "xxxx" MMC-nin daş qalıqları və torpaq daşınan ərazisinə qalxmış, ekskavatorun sərhəddə işlədiyini görmüş, dərhal Knyazı tapmış və ondan işi dayandırmasını yenidən istəmişdir. Söhbət zamanı Knyaz ona yenə də narahat olmamalarını və dərhal təhlükəsizlik tədbirləri görəcəyini demişdir. O, cavabında Knyaza əraziyə daş qırıntıları və torpaq töküldüyünü, bunun riskli olduğunu izah etmişdir. Aralarındakı söhbət zamanı qərara gəlmişlər ki, karxanada işləri 2-3 günlük dayandırsın, Knyaz da həmin müddətdə işlərini tamamlasın. Odur ki, o, dərhal işi dayandırmış və 2-3 gün gözləmək qərarına gəlmişdir. İşçilər karxanaya 10 günlük rayonlardan gəlirlər, həmin müddətdə isə karxananın ərazisində olan vaqonlarda qalırlar. 2-3 günə işlərə başlamalı olduqları üçün işçilər rayona getməmiş və həmin günlərdə karxanadakı vaqon otaqlarda qalmışlar. Hətta sərhəddə quraşdırılmış kombayna gedən elektrik kabellərini də açıb onun üzərində topa şəkildə yığmışlar, çünki hündürlükdən daşın onun üstünə düşüb naqilləri qıra biləcəyini ehtimal etmişdir. Bundan başqa işçiləri təlimatlandıraraq onlara həmin əraziyə girməmələrini tapşırmışdır. Bundan sonra əraziyə gələn yola da daşlar düzərək, əraziyə gediş-gəlişin qarşısını almışdır ki, əraziyə kənar şəxs avtomobillə daxil ola bilməsin. Həmin günlərdə işləyən briqadanın işçiləri maşınist-kombayner Ariz Hüseynov, kran operatoru Şahid4, fəhlə Şahid3 və usta Şahid2 imiş. Ariz Hüseynov maşınist-kombayner kimi kombaynı idarə edirmiş, onun işləməsini, kəsmə prosesini tənzimləyir, zəruri hallarda onun təmirini edirmiş. 06.03.2021ci il tarixdə, saat 10 və ya 11 radələrində işə yeni çatmışdır ki, birdən qonşu karxananın işçilərinin qaçaraq onların ərazisinə tərəf getdiklərini görmüş, nə olduğunu soruşmuş, onların sözlərindən "xxxx" MMC-nin ərazisindən onların ərazisinə daşlar töküldüyünü, daşların kiminsə üstünə düşdüyünü öyrənmiş və qaçaraq əraziyə gəlmiş, çatanda Ariz Hüseynovun yerdə uzandığını, ərtafın qan olduğunu, onun artıq öldüyünü görmüşdür. Onun aldığı xəsarətlər çox ağır idi, demək olar ki, Ariz Hüseynov tam əzilmişdi, ona görə də o, dərhal ölmüşdü. Sonradan Şahid4 sözlərindən bilmişdir ki, onlar vaqonda olublar, çay dəmləyiblərmiş, Cəfər çay qoyanda Ariz Hüseynov otaqdan çıxaraq gedib, Cəfər ona çay qoyduğunu deyərək gəlməsinin dedikdə isə Ariz “aşağı düşüb gəlirəm” sözlərinin deyərək gedibdir. Onun aşağı, yəni kombaynın yanına niyə görə getdiyini heç kim dəqiq bilmir. Amma ehtimal edirlər ki, Ariz oradan nəsə açar və ya qaynaq aparatı götürməyə gedibdir, çünki kombaynın üstündə bir neçə açar qalmışdı, orada başqa heç nə, eləcədə heç kim yox idi. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, X18 ilə «Bərəkət-98” firması arasında 01.03.2021-ci il tarixdə əmək müqaviləsi bağlanıb, onda olan məlumata görə Ariz Hüseynov əvvəl digər hansısa daş karxanasında işləyib, 01.03.2021-ci il tarixdə isə onlara müraciət etmiş, iş təcrübəsi olduğundan onunla müqavilə bağlanmışdır. İşlədiyi günlərdə Ariz Hüseynov intizamlı işçi olub, işini bilib, iş müddətində hər hansı pozuntusu olmayıb. Sahə rəisi olduğu ərazidə əməyin mühafizəsi və texniki təhlükəsizliyə birbaşa cavabdeh şəxs özüdür, buna görə də işçilərə "xxxx" MMC-nin ərazisində görülən işlər bitənədək istehsalat sahəsinə girməməyi tapşırmış və bu tapşırığın kifayət edəcəyini düşünüb, həmin təhlükəli zonaya insanların daxil olmasının qarşısını almaq üçün həmin sahənin ətrafına mühafizə çəpəri və xəbərdarlıq nişanları qoyulmasını təmin etməmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, özünün ailəli olmaqla həyat yoldaşının heç bir yerdə işləməməklə ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin himayəsində üç azyaşlı uşağının olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Qanuni nümayəndə qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 17.12.2006-cı ildə X18 ilə rəsmi nikaha daxil olmadan ailə qurmuş və onların birgə nikahından 08.09.2007-ci ildə X24 və 02.11.2008-ci il tarixdə X27 doğulmuşdur. X11 orta təhsilli olmuş, müddətli hərbi xidmətdə olmamış, hər hansı xəstəlikdən, kəmağıllıqdan və ya psixi xəstəlikdən əziyyət çəkməmiş, tam sağlam olmuş, spirtli içkilər, narkotik maddələr qəbul etməmişdir. X11 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən müxtəlif daş karxanalarında fəhlə, usta və ya kombayner işləmiş və daimi olaraq bir karxanada işləməmişdir. Həyat yoldaşının işlədiyi daş karxanaları Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşirdi. Onlar Cəlilabad rayonu, Uzuntəpə kəndində özlərinə məxsus evdə yaşamışlar və ailələrini maddi vəziyyətini Ariz təmin etmişdir. Həyat yoldaşı Ariz işin gedişindən asılı olaraq 14-21 gün işdə olmuş, növbə dəyişəndə növbəti 14-21 gün müddətinə rayona, evlərinə qayıtmışdır. İşdə olduqları müddətdə o, digər iş yoldaşları ilə birlikdə daş karxanasının ərazisindəki otaqlarda qalmışdır. Onlar Arizin işlədiyi daş karxanalarını tanımamışlar, həmin karxanaların müdirləri və işçiləri barədə məlumatları olmamışdır. Ariz daimi olaraq bir karxanada işləmədiyi üçün həmin şəxsləri tanımaq mümkün də olmamışdır. Ariz sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən karxanalarda işləmək üçün 23.02.2021-ci ildə səhər saatlarında getmiş, sonrakı günlərdə onunla mütəmadi olaraq telefonla danışmış, 06.03.2021-ci il tarixindən təxminən 2-3 gün əvvəl Ariz ona telefonda bildirmişdir ki, o, evə bir neçə gün gec gələcək, çünki işə düzəldiyi karxananın ərazisinə qonşu olan karxananın ərazisi onların işlədiyi yerdən hündürdədir və ona görə orada görülən işlərlə əlaqədar hündürlükdən daşlar onların işlədiyi yerə tökülür, onlar işləyə bilmirlər, ona görə də müdriyyət işləri dayandırıbdır, dayandıqları günlərə görə əlavə günlər işləməli olacaqlar və yeri kəsib qurtarmalıdırlar. Həmin günlərdə Ariz evə pul göndərmiş və ona tapşırmışdır ki, evə bayram bazarlığı etsin. 06.03.2021-ci il tarixdə, saat 11 radələrində o, Arizlə telefonla danışmış, Arizə bazarlıq edərkən almalı olduğu bəzi şeyləri demişdir. Ariz isə çay süzdüyünü, çay soyuyana qədər “polka”ya gedəcəyini, orada nəsə sökməli və ya götürməli olduğunu, qayıdanda ona zəng vuracağını demişdir. O, Arizlə danışıqdan sonra mağazaya getmiş, bir saat sonra ona qohumlar zəng vuraraq bildirmişlər ki, Arizin iş yerində üstünə daş düşüb və aldığı xəsarətlərdən ölüb. O, öz ifadəsində daha sonra göstərmişdir ki, X5 hansı daş karxanalarında işlədiyini, işlədiyi yerdə əmək və ya xidmət müqaviləsi bağlayıb-bağlamadığını bilməmiş, baş vermiş hadisə nəticəsində əri Ariz Hüseynovun ölməsini, hadisə günü qohumlarından, daha sonra Arizin iş yoldaşlarının atasına dediklərindən bilmişdir. Arizgil son iki gün idi ki, işləmirdi və bunun səbəbi işlədikləri yerə sərhəd olan karxanada görülən işlərlə əlaqədar həmin karxanadan Arizgilin işlədiyi daş karxanasına hündürlükdən daşların tökülməsi olmuşdur. Buna görə Arizgilin müdirləri işi iki günlük dayandırmışdır. Arizgil həmin günlərdə bekar olmuş, karxanada olan vaqonlarda qalmışdır. Hadisə günü Ariz qaldığı otaqda çay içirmiş və heç kimə heç nə demədən vaqondan çıxmış, bir az sonra səs-küyə çıxan iş yoldaşları onun işin dayandırıldığı yerdə üzərinə daş düşdüyünü görmüşlər. Heç kim onun dəqiq olaraq oraya nəyə görə getdiyini bilməmişdir. Bu barədə eşitdikləri Arizin ona telefonda dedikləri ilə üstüstə düşmüşdür. X5 daş karxanasında ölməsi ilə bağlı onun, eləcə də ailəsinin hər bir üzvünün heç bir şikayəti və tələbi olmamışdır. Bu barədə o, notarial qaydada ərizə ilə prokurorluğa müraciət edərək şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Qanuni nümayəndə qızı məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, onlara yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X19 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən X16 anası Qanuni nümayəndə qızı azyaşlı qızının səhhətində problem olduğunu, qızının məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsi elan edilmişdir. X24 ibtidai istintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə qızının iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, X18 onun doğma atası, Qanuni nümayəndə qızı isə onun anasıdır. Atası ilə anası evlidir və ailədə iki uşaqdırlar. Onlar Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayırlar və orada doğulmuşlar. Atası və anası 2006-cı ildə ailə həyatı qurmuş, o, 08.09.2007-ci ildə və qardaşı X27 isə 02.11.2008ci ildə doğulmuşdur. X7 orta təhsilli olmuş, xəstəliyi olmamış, sağlam olmuş, evlərini maddi olaraq o, təmin etmişdir. Atası Bakı şəhərində işləmiş və 14-21 gün işdə, növbəti 14-21 gün evdə olardı. Atası daş karxanalarında işləmiş və o, atasının iş yerini, iş yoldaşlarını tanımamışdır. Çünki atası heç vaxt onlarla işləri barədə danışmırdı. X43 sonuncu dəfə Bakı şəhərinə 23.02.2021-ci ildə səhər saatlarında getmiş, sonrakı günlərdə onunla mütəmadi olaraq telefonla danışmışlar. Onunla sonuncu dəfə anası 06 mart 2021-ci il tarixdə danışmışdır. Evdə danışılan söhbətlər əsnasında ona məlum olmuşdur ki, iş yerində atasının üstünə daş düşmüş və nəticədə əzilərək ölmüşdür. X3 iş yerində ölməsi ilə bağlı onun, eləcə də ailəsinin hər hansı bir üzvünün heç bir şikayəti və tələbi yoxdur. Atasının ölümündən sonra o, və qardaşı anasının himayəsində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin yanvar ayından «Bərəkət-98” firmasında kran operatoru kimi işləməyə başlamışdır. İşə qəbul olunanda onunla MMC arasında əmək müqaviləsi bağlanmış, ona vəzifə təlimatı, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları izah edilmiş, bu barədə təlimatlandırılmış, sənədləri imzalamış, bundan başqa gündəlik olaraq sahə rəisi tərəfindən işə başlamazdan əvvəl təlimatlandırılır. Usta kimi o, mişar daşlarının və blokların kəsilməsini təmin edir, mexaniki prosesi tənzimləyir. İş qrafikinə görə o, hər gün işə gedir, bazar günü istirahət günüdür, onun evi Qızıldaş qəsəbəsində olduğundan karxananın ərazisində qalmır, evində gecələyir, iş saatı 09:00-dan 18:00-dəkdir. Rayondan gələn işçilər isə 10 gün işdə olur, işlədikləri müddətdə karxananın ərazisindəki tikililərdə və ya vaqonda qalır, 7-10 gün fasilə verdikdən sonra yenidən işə qayıdırlar. Onun sahə rəisi Təqsirləndirilən şəxs2dur. Ona təhkim edilmiş və onlarla işlədiyi ərazidə bir ədəd daş mişarı, yəni kombayn var, ərazidə iki növbədə dörd nəfər işçi işləyir, cəmi işçi sayı isə səkkiz nəfərdir, onlar növbəni 10 gündən bir dəyişirlər. Hər növbədə bir nəfər fəhlə, bir nəfər usta, bir nəfər maşinist-kombayner, bir nəfər kran operatoru işləyir. İş saatı 3 saatdan bir fasilələrlədir. Onların işlədiyi əraziyə qonşu ərazi "xxxx" MMC-yə məxsusdur, həmin MMC-nin ərazisində daş blokları kəsilir. Həmin ərazinin rəhbər işçisi kimi o, Knyazı tanıyır. Onunla münasibəti yaxşıdır, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. "xxxx" MMC ilə sərhəd olduqları ərazidə onların, yəni «Bərəkət-98” firmasının ərazisi 50-60 metr çökəkdədir. Bunun səbəbi onların işlədikləri ərazidə daş yataqlarının kəsilərək işlənilməsi və nəticədə ərazinin boşalması, bundan başqa "xxxx" MMC-nin onlarla sərhəd ərazisinə daş qalıqlarının atılmasıdır. Hadisənin baş verməsindən, yəni 06.03.2021-ci il tarixindən təxminən 3-4 gün əvvəl "xxxx" MMC-nin onlarla sərhəd olan hissəsində ekskavator işləməyə başlamışdır. Bəhruz orada ekskavatorun işdiyini görən kimi dərhal onların ərazisinə qalxmış, geri gəldikdə "xxxx" MMC-nin onlarla sərhəd yerində ekskavatorun yığılmış daş qalıqlarını və torpağı oradan təmizlədiyini, kənara daşıdığını, Knyazın karxanalarına yeni yol açdırdığını demişdir. Ərazidən aydın görünürdü ki, ekskavatorun təsirindən hündürlükdə olan daşlar aşağı, onların ərazisinə doğru yuvarlana və düşə bilər. Odur ki, Bəhruz onlara demişdir ki, o, Knyazı taparaq bu barədə ona demiş, Knyazdan işi dayandırmasını və onların işçilərin xəsarət ala biləcəyini bildirmişdir. Knyaz isə cavabında ona deyibdir ki, narahat olmasınlar, o, bütün işə nəzarət edir. Həm də Knyaz bildirmişdir ki, ekskavator sərhəddən kənarda işləyəcək, sərhədə yaxınlaşanda bu barədə Bəhruza deyəcək, eləcə də bütün təhlükəsizlik tədbirlərini görəcək. Onlar Knyazın sözünə etibar edib işlərini davam etdirmişlər. 04.03.2021-ci il tarixində iş zamanı onların ərazisinə hündürlükdən torpaq və xırda daş qırıntıları tökülməyə başlamışdır. Bəhruz bunu görən kimi işi dayandırmış və "xxxx" MMCnin daş qalıqları və torpaq daşınan ərazisinə qalxmış və geri gələndə bildirmişdir ki, ekskavatorun sərhəddə işlədiyini görüb, dərhal Knyazı tapıb, ondan işi dayandırmasını istəyib. Söhbət zamanı Knyaz ona yenə də narahat olmamasını və dərhal təhlükəsizlik tədbirləri görəcəyini demişdir. Bəhruz isə cavabında onların ərazisinə daş qırıntıları və torpaq töküldüyünü, bunun riskli olduğunu izah etmişdir. Aralarındakı söhbət zamanı onlar qərara gəliblər ki, Bəhruz onların karxanasında işləri 2-3 günlük dayandırsın, onlar həmin müddətdə işlərini tamamlasınlar. Odur ki, Bəhruz onların karxanasında dərhal işi dayandırmış və 2-3 gün sonra işə başlayacaqlarını demişdir. İşçilər karxanaya 10 günlük rayonlardan gəlirlər, həmin müddətdə isə karxananın ərazisində olan vaqonlarda qalmışlar. 2-3 günə işlərə başlamalı olduqlarından digər işçilər rayona getməmişlər və həmin günlərdə karxanadakı otaqlarda qalmışlar. Hətta onlar sərhəddə quraşdırılmış kombayna gedən elektrik naqillərini də açıb onun üzərində topa şəkildə yığmışlar. Çünki hündürlükdən daşın onun üstünə düşüb naqilləri qıra biləcəyini ehtimal etmişlər. İşi dayandırdıqdan sonra Bəhruz onları təlimatlandıraraq bildirmişdir ki, sərhəddə yerləşən yerə girməsinlər və Knyazgil hər hansı tədbir görsələr belə oraya girmək olmaz. Odur ki, həmin günlərdə onlar həmin əraziyə girməmişlər, hətta həmin əraziyə düşən yolu da iri daşlarla bağlamışlar ki, birdən kimsə bilmədən avtomobillə oraya girər. Həmin günlərdə işləyən briqadanın işçiləri maşınist-kombayner Ariz Hüseynov, fəhlə Şahid3 və kran operatoru Şahid4 olmuşdur. Ariz Hüseynov maşinist-kombayner kimi kombaynı idarə etmiş, onun işləməsini, kəsmə prosesini tənzimləmiş və zəruri hallarda onun təmirini etmişdir. O, maaş müqabilində işləmiş, ona görə də iş dayandırılsa da, o, gündəlik olaraq işə gəlmişdir. 06.03.2021-ci il tarixdə də həmişəki vaxtda işə gəlmişdir. 06.03.2021-ci il tarixdə, saat 10 və ya 11 radələrində o, Ariz və Polad vaqonda çay içirmişlər. Birdən Ariz vaqondan çıxıb, harasa getmiş və otaqdan çıxanda heç nə deməmişdir. Bir neçə dəqiqə sonra onlar tappıltı səsləri eşitmişlər. Bundan bir neçə dəqiqə sonra isə qışqırıq səsləri gəlmiş, bayıra çıxanda görmüşlər ki, başqa işçilər onların işi dayandırdıqları yerə tərəf qaçırlar. Onlar həmin yerə gələndə məlum olmuşdur ki, "xxxx" MMC-nin onlarla sərhəddə yerləşən, onların ekskavatorla iş gördüyü yerdən onların ərazisinə iri daşlar yuvarlanaraq tökülmüşdür. Həmin vaxt Ariz də orada olmuş, daş parçaları ona dəymişdir. Onlar oraya çatanda Arizin yerdə uzandığını görmüş, dərhal Arizə kömək etmək istəmişlər. Amma Ariz artıq ölmüş və ətraf isə qan olmuşdur. Arizin yanında və ətrafında iri daş parçaları olmuş və həmin daş parçaları hündürlükdən düşəndə Arizə dəydiyindən sonuncunun qolları, ayaqları, qabırğaları qırılmışdır. Bir neçə dəqiqə sonra başqa karxanaların işçiləri də əraziyə gəlmişlər, həmin vaxt Bəhruz da hadisə yerinə çatmışdır. Bəhruz dərhal hadisə barədə prokurorluğa məlumat vermiş, bundan sonra onlar prokurorluğun əməkdaşlarının gəlmələrini gözləmişlər. Təxminən 30 dəqiqə sonra prokurorluq əməkdaşları gəlmiş, əraziyə və meyitə baxış keçirdikdən sonra meyit morqa göndərilmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Arizin oraya nə üçün getdiyini bilmir, onlar ümumiyyətlə Arizin oraya gedə biləcəyini ehtimal etmirdilər. Onunla «Bərəkət-98” firması arasında əmək müqaviləsi bağlanmış və o, işə qəbul olunanda ona vəzifə təlimatı, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları izah edilmiş, bu bərədə sənədləri imza da etmişdir. Bundan başqa Bəhruz mütəmadi olaraq cavabdeh şəxs kimi bütün işçilərə vəzifə təlimatlarını, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını izah etmişdir. Ariz özü də orada işləməyin risli olduğunu bilmiş və özü də oraya heç vaxt işləmək üçün getməzdi. O, hesab etmişdir ki, Ariz oraya nəsə əşya götümək üçün etinasızlıq edərək getmişdir. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 razılaşmasına əsasən, Təqsirləndirilən şəxs2 onların daş karxanasında işlərini 2-3 günlük dayandırmışdı. İş dayandırıldıqdan sonra onlar ərazidəki naqilləri də oradan yığmışlar, əraziyə girişi də bağlamışlar. Bəhruz onları təlimatlandırmışdır ki, əraziyə girməsinlər. Bəhruzun sözlərindən başa düşmüşdür ki, onunla Knyazın razılaşmasına əsasən Knyaz da zəruri təhlükəsizlik tədbirləri görməli və o, Bəhruza bu barədə söz vermişdir. Amma hadisədən sonra bilmişlər ki, Knyaz və ya "xxxx" MMC-nin işçilərindən kimsə ərazilərində hər hansı təhlükəsizlik tədbiri görməmişlər. Onun işlədiyi, yəni Təqsirləndirilən şəxs2 sahə rəisi olduğu ərazidə əməyin mühafizəsi və texniki təhlükəsizliyə birbaşa cavabdeh şəxs Təqsirləndirilən şəxs2 olmuş, ondan başqa buna cavabdeh olan başqa işçi olmamışdır. Hadisəyə səbəb olmuş, hündürlükdən yuvarmalanaraq aşağı daş düşməsinin səbəbi daşın olduğu yerdə "xxxx" MMC-yə məxsus ekskavatorun orada işləməsi, daş və torpaq qalıqlarını çömçəsi ilə götürməsi, yayması, daş və torpaq qatının yerindən tərpənməsi, ekskavatorun təsirindən daşların yerini dəyişməsi, onların dağılıb aşağı yuvarlanması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Bərəkət-98” firmasında kombaynçı işləyən Şahid3 öz ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2005-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” əhəngdaşı yatağında yerləşən müxtəlif daş karxanalarında fəhlə işləmiş və təxminən bir ildir ki, “Bərəkət-98” və "xxxx" MMC-lərin qonşuluğunda yerləşən daş karxanasında fəhlə işləyir. Hər iki daş karxanasının bəzi işçilərini tanıyır. 06.03.2021-ci il tarixindən təxminən 3-4 gün əvvəl "xxxx" MMC-nin «Bərəkət-98” firması ilə sərhəddində ekskavator işləməyə başlamışdır. Həmin sərhəddə "xxxx" MMC-nin ərazisi «Bərəkət-98” firmasının ərazisinə nisbətdə 50-60 metr hündürdədir. Bu fərq orada aparılan kəsmə işləri ilə əlaqədar yaranmışdır. Ekskavator həmin sərhəddə "xxxx" MMC-nin ərazisində işləmiş, orada daşıma və yayma işləri görmüş və eşitdiyinə görə "xxxx"-nın ərazisinə yeni yol açılırmış. 06.03.2021-ci il tarixindən 2-3 gün əvvəl o, «Bərəkət-98” firmasına aid karxanada sahə rəisi işləyən Bəhruzun nəzarət etdiyi yerdə işlərin dayandırıldığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, "xxxx" MMC-nin ərazisində ekskavator işlədiyi yerdən ekskavatorun təsirindən Bəhruzun nəzarət etdiyi yerə daş qırıntıları tökülüb, buna görə də Bəhruz məcbur olub işləri dayandırmışdır. 06.03.2021-ci il tarixdə, saat 11 radələrində o, Bəhruzun nəzarət etdiyi ərazinin yaxınlığında olarkən birdən səs-küy eşitmiş və Bəhruzun nəzarət etdiyi ərazidə toz duman yaranmışdır. Onlar dərhal qaçaraq həmin əraziyə gəlmişlər və kənardan baxanda bir nəfər şəxsin yerdə uzandığını görmüşlər, o, həmin əraziyə girməyin təhlükəli olduğunu görüb oraya girməmişdir. Amma bir qədər də irəli gəlib baxanda ölən şəxsin tanıdıqları Bəhruzun yanında işləyən Ariz olduğunu görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ildən "xxxx" MMC-də maliyyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. MMC-nin direktoru işdə olmadıqda onu əvəz etməklə, həm Təqsirləndirilən şəxs1, eləcə də digər işçilərin işlərinə nəzarət edir. MMC-də təxminən 25 işçi var. Onlardan direktor Şahid7, istehsalat işləri üzrə direktor müavini Təqsirləndirilən şəxs1, mexanik Şahid8, 4 kombayner və digərləri isə fəhlələrdir. MMC-nin ərazisi 9 hektar olsa da, işlək sahəsi 2 hektardır. MMC-də iş saatları 09:00-dan 18:00-dəkdir. Uzaq yoldan gələn işçilər MMC-nin ərazisində olan tikili otaqlarda qalır, yaxında qalanlar isə gündəlik işə gəlirlər. İşçilərin hər birinin əmək müqaviləsi vardır, onlar xüsusi geyimlə, yəni dəbilqə, xüsusi ayaqqabı, əlcək və kobinizon ilə təmin edilir. Son tarixlərdə o, MMC-nin maliyyə, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinin strukturunda baş verən dəyişiklərlə əlaqədar sənədlərin hazırlanması işləri ilə məşğul olduğu üçün karxananın ərazisinə gedə bilmir. Bu səbəbdən bütün işlərlə Təqsirləndirilən şəxs1 özü müstəqil məşğul olur. 06.03.2021-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vuraraq MMC-nin ərazisinə gedən yolun onun yaxınlığında aparılan kəsim işləri ilə əlaqədar bağlandığını, yaxınlıqdan başqa yol açmaq üçün ekskavator çağırdığını, ekskavatorun iş gördüyü yerin qonşu daş karxanası, «Bərəkət-98” firmasının ərazisi ilə sərhəddə yerləşdiyini, qonşu daş karxanasının yerinin çökəkdə olmasını, ekskavator yolu açmaq üçün oradakı əhəngdaşı qırıntılarını və torpağı götürüb yayarkən mişar daşı qalıqlarından bir neçəsinin yuvarlanaraq aşağı düşməsi və həmin vaxt oradan keçən qonşu daş karxanasının işçilərdən birinə dəyməsi nəticəsində həmin işçinin öldüyünü bildirmişdir. O, dərhal hadisə yerinə gəlmək üçün yola çıxmış, təxminən 20-25 dəqiqə sonra Təqsirləndirilən şəxs1 ona zəng vuraraq prokurorluğa getməli olduqlarını bildirmişdir. Bu səbəbdən birbaşa Bakı şəhəri Qaradağ rayon prokurorluğuna gəlmişdir. Təqsirləndirilən şəxs1 sözlərindən ona məlum olmuşdur ki, ekskavator orada 2-3 gün işləmiş, sürücüsü işə başladı gün Təqsirləndirilən şəxs1 ona görəcəyi işləri izah etmiş, növbəti günlər sürücü sərbəst işini görmüşdür. Həmçinin işlər başladığı gün Təqsirləndirilən şəxs1la qonşuluqdakı daş karxanasının nəzarətçisi Bəhruz arasında danışıq olmuş və qonşu daş karxanasında iş dayandırılmışdır. 06.03.2021-ci il tarixində, saat 08-də sürücü ekskavatorla işə başlamış, saat 11 radələrində karxananın işçiləri qaçaraq gəlib qonşu karxananın ərazisinə ekskavatorun iş gördüyü yerdən daşın yuvarlanıb düşdüyünü, daşın işçilərdən birinə dəydiyini və həmin şəxsin öldüyünü demişlər. O, Təqsirləndirilən şəxs1 əraziyə ekskavator sürücüsü gətirdiyini bilməmiş, bu barədə məlumatı olmamışdır. Ekskavatorun sürücüsünü tanımır, onun adını bilmir. Ölmüş şəxsi isə ümumiyyətlə tanımır, onunla hər hansı münasibəti olmamışdır. Həmin şəxs qonşuluqda yerləşən «Bərəkət-98” firmasının daş karxanasının işçisidir. Təqsirləndirilən şəxs1 ona bildirdikləri əsasında ekskavatorun sürücüsü Şahid9 ilə sonuncunun şifahi razılaşdıqlarını, onunla müqavilə bağlamadığını, sürücü işə başlamazdan əvvəl ona texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını izah edilmədiyi, bu barədə hər hansı sənəd tərtib edilmədiyini öyrənmişdir. Ekskavator sürücüsünə xidmətə görə ödənilməli olan pul barədə məlumatı olmamışdır. Daş karxanalarının sərhəd xəttində mümkün hadisələrin qarşısının alınması üçün tədbirlər Təqsirləndirilən şəxs1 tərəfindən görülməli olmuş, Təqsirləndirilən şəxs1 həmin tədbir kimi qonşu daş karxanasının nəzarətçisi ilə orada işin dayandırılması barədə razılaşmışdır. Lakin ondan başqa Təqsirləndirilən şəxs1 tərəfindən əlavə tədbirlərin görülməsi barədə heç bir məlumatı olmamış, "xxxx" MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, həmçinin ekskavator sürücüsünün gördüyü işlərlə əlaqədar cavabdeh şəxs birbaşa Təqsirləndirilən şəxs1 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21.02.2017-ci ildən "xxxx" MMC-nin direktoru işləyir. "xxxx" MMC-nin təsisçisi indiki adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. MMC-nin müdiri vəzifəsinə təyin edildiyi zaman onunla əmək müqaviləsi imzalanmışdır. İşə qəbul olunduğu zaman bilik səviyyəsi yoxlanılmış, ona vəzifə təlimatı, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları izah edilmiş, bu barədə sənədlərlə tanış olmuş, onları imzalamışdır. İşinin icrasında Komitənin sədrindən başqa heç kimə tabe deyil. MMC-nin işçiləri isə ona tabedirlər. MMC-də iki müavin vəzifəsi vardır. Müavinlərdən biri Şahid6, digəri isə Təqsirləndirilən şəxs1dur. Onları işə o qəbul etmiş, Şahid6 maliyyə məsələri üzrə müavin, Təqsirləndirilən şəxs1 isə istehsal işləri üzrə müavindir. Şahid6 xidməti vəzifələrinə MMC-nin maliyyə işlərinə nəzarət etmək, maliyyə hesabatlarını tərtib etmək, bununla əlaqədar işləri görmək və s. daxildir. Bununla bağlı onlara vəzifə təlimatları izah edilmiş, həmin təlimatlar onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 vəzifələrinə karxanada istehsal prosesinə nəzarət etmək, onu təşkil etmək, işçiləri işə cəlb etmək, onlara nəzarət etmək, işi təşkil etmək, texnikaların sazlığını təmin etmək, işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları izah etmək, onları həmin qaydalarla mütəmadi tanış etmək, işlərində həmin qaydalara riayət edilməsini yoxlamaq və bununla əlaqədar işləri görmək daxildir. MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə (SƏTƏM) işçi yoxdur, bu işi Təqsirləndirilən şəxs1 görür. 14.09.2018-ci ildə ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar vəzifəsinin icrasını Şahid6 tapşırmış, bu barədə ona notarial etibarnamə vermişdir. MMC-də 24 və ya 25 işçi var, MMC-nin ərazisi 9 hektardır. MMC-də iş saatları 09:00-dan 18:00-dəkdir. Uzaq yoldan gələn işçilər MMC-nin ərazisində olan tikili otaqlarda qalır, yaxında qalanlar isə gündəlik işə gəlirlər. İşçilərin hər birinin əmək müqaviləsi vardır, onlar xüsusi geyimlə təmin edilir. 06.03.2021-ci il tarixdə, saat 15 radələrində Şahid6 ona zəng vuraraq bildirmişdir ki, MMCnin ərazisinə gedən yol onun yaxınlığında aparılan kəsim işləri ilə əlaqədar bağlanmışdır. Təqsirləndirilən şəxs1 yaxınlıqdan başqa yol açmaq üçün ekskavator çağırıb, ekskavatorun iş gördüyü yer qonşu daş karxanası, «Bərəkət-98” firmasının ərazisi ilə sərhəddə yerləşir, qonşu daş karxanasının yeri çökəkdədir, ekskavator yolu açmaq üçün oradakı əhəngdaşı qırıntılarını və torpağı götürüb yayarkən mişar daşı qalıqlarından bir neçəsi yuvarlanaraq aşağı düşüb və həmin vaxt oradan keçən qonşu daş karxanasının işçilərdən birinə dəyib, nəticədə həmin işçi ölübdür. Şahid6 əlavə olaraq bildirmişdir ki, o, bir neçə gün karxananın ərazisinə getməmiş, Komitədə aparılan dəyişiklərlə əlaqədar maliyyə və sənədləşmə işləri ilə məşğul olmuş, odur ki, Knyazın ərazidə ekskavator işlətməsi barədə onun da məlumatı olmamışdır. Həmçinin işlər başladığı gün Təqsirləndirilən şəxs1la qonşuluqdakı daş karxanasının nəzarətçisi Bəhruz arasında danışıq olmuş, onların razılaşmasına əsasən qonşu daş karxanasında iş dayandırmışdır. O, Təqsirləndirilən şəxs1 əraziyə ekskavator sürücüsü gətirdiyini bilməmiş, bu barədə məlumatı olmamış, ekskavatorun sürücüsünü tanımamış, adını bilməmişdir. "xxxx" MMCdə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, həmçinin ekskavator sürücüsünün gördüyü işlərlə əlaqədar cavabdeh şəxs birbaşa Təqsirləndirilən şəxs1 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ildə Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki əhəngdaşı yataqlarında fəaliyyət göstərən "xxxx" MMC-də işləməyə başlamış və ilk gündən mexanik vəzifəsində işləyir. İş qrafikinə görə o, həftənin beş günü işləyir, şənbə günü yarım iş günüdür, bazar günü isə istirahət günləridir. İş saatı saat 09:00-dan 17:00-dəkdir.O, işində birbaşa Namiq və Knyaza tabedir. Karxanada cəmi dörd ədəd kombayn var. Buna görə də karxanada işçilər dörd dəstədə işləyir, hər dəstədə iki fəhlə və iki kombaynçı və karxanada cəmi 20 nəfər işçi olur. Bəzi işçilər hər gün işə gəlib gedir, bəzi işçilər isə gecələr daş karxanasının ərazisindəki tikilərdə qalır. Onlar bir neçə gündən bir və ya ayda bir dəfə rayona gedirlər və onların yerinə gələn işçilərlə əvəz edilirlər. Karxananın ərazisinə gələn yolun tam kənarında blok daşları kəsildiyindən, həmin yol bağlanır və iri qabaritli yük avtomobillərinin oradan keçib hərəkət etməsi çətinləşir, bəzən isə mümkün olmamışdır və buna görə karxanaya yeni yol çəkilməli idi. 06.03.2021ci il tarixindən təxminən 3-4 gün əvvəl karxananın ərazisinə ekskavator gətirilmişdir. Knyazın sözlərindən bilmişdir ki, həmin ekskavatorla karxanaya yeni yolun açılması üçün həmin yerdə olan daş qırıntıları və torpaq təmizlənəcək, yer hamarlanacaq. Həmçinin bilmişdir ki, ekskavator gündəlik pul müqabilində işləyir, bu barədə Knyaz ekskavator sürücüsü ilə razılaşmışdır. ekskavatorun yol açmalı olduğu yerin qonşuluğunda daş karxanası vardır. Qonşu daş karxanasında uzun müddətdir ki, mişar daşları kəsilir, ona görə də onların yeri artıq dərinlikdədir, belə olan halda isə ekskavatorun iş gördüyü yer hündürlükdə qalmış, orada olan daş tullantılarının və torpağın hündürlükdən həmin qonşu daş karxanasının ərazisinə tökülmə riski var. Odur ki, ekskavator işə başladıqdan bir və ya iki gün sonra Knyazla qonşu daş karxanasının sahibi arasında bu barədə danışıq olmuş və razılaşmaya əsasən qonşu daş karxanası bir neçə günlük işlərini dayandırmışdır. Həmin ekskavator sürücüsünün işinə nəzarət edən, işi ilə maraqlanan və göstərişlər verən Knyaz olmuşdur. 06.03.2021-ci il tarixdə işlədiyi daş karxanasının ərazisində iş görərkən işçilərin qışqıraraq aşağı doğru qaçdıqlarını görmüş, hadisə olduğunu başa düşüb hadisə yerinə tərəf gəlmişdir. Qonşu daş karxanasının ərazisinə çatanda ona məlum olmuşdur ki, onların daş karxanalarıın ərazisindən, ekskavatorun iş gördüyü yerin yaxınlığından, hündürlükdən daş yuvarlanaraq aşağı düşmüş və həmin vaxt oradan keçən və ya orada olan işçilərdən birinə dəyib, nəticədə həmin adam ölmüşdür. "xxxx" MMC-nin direktoru vəzifəsini Şahid6 icra edir. O, direktor kimi onu tanıyır. MMC-nin müavini isə Təqsirləndirilən şəxs1dur. Demək olar ki bütün işləri Təqsirləndirilən şəxs1 idarə edir, işçilərin işə qəbulunu, onların işinə nəzarəti, onlara əməyin mühafizəzi, texniki təhlükəsizlik qaydalarını o, izah edir, həmin qaydalara riayət edilməsini yoxlayır, texnikanın sazlığını qorumaq üçün tapşırıqlar verir, onları təmir etdirir. Təqsirləndirilən şəxs1 hadisə günü ərazidə olmuş, o, hər gün işə gəlir və ərazidə olur. MMC-də əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına cavabdeh şəxs (SƏTƏM) Təqsirləndirilən şəxs1dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yataqxanada məskunlaşmış, bundan sonra iki il müxtəlif sahələrdə işləmiş, daha sonrakı müddətdə isə Qızıldaş qəsəbəsi ərazisində müxtəlif daş karaxanalarında ekskavator sürücüsü kimi işləməyə başlamışdır. Təxminən 3 və 4 il əvvəl tanışlarından eşidib bilmişdir ki, Namiq İbrahimov adlı həmyerlisi ekskavator satır. Onunla görüşüb, ekskavatoru ondan pulunun bir qismini nəğd ödəməklə, bir qismini isə aylıq ödəməklə almaq barədə razılaşmışdır. Razılaşmalarına əsasən pulu tam ödədikdən sonra ekskavator onun adına rəsmiləşdiriləcək, ekskavatora görə hələ 2 il ödəniş etməlidir. Həmin vaxtdan qeyd etdiyi özünə məxsus ekskavatorla daş karxanalarında və tikintilərdə işləyir, yəni gündəlik olaraq, ayrı-ayrı yerlərdə, o cümlədən daş karxanalarında yollara tökülmüş daş parçalarının təmizləməsi və bu kimi qısamüddətli işlərin icrası ilə məşğuldur. İdarə etdiyi ekskavator “Komatsu” markalı, “PC-200-8” modelli, Az32-T-130 dövlət qeydiyyat nişanlıdır. Ekskavator sürmək üçün onun hüququ vardır, bu barədə sənədləri də istintaqa təqdim etmişdir. Baş vermiş hadisədən təxminən 4 gün əvvəl, yəni 02.03.2021-ci il tarixdə Knyaz adlı şəxs onunla əlaqə saxlamış və Qızıldaş qəsəbəsi ərazisində yerləşən, onun işlətdiyi daş karaxanasında bağlanmış köhnə yolun açmaq lazım olduğunu bildirmişdir. Bunun üçün isə yolun keçəcəyi yerdə olan torpaq və əhəngdaşı qırıntılarını təmizləmək lazımdır. Razılaşdıqdan sonra növbəti gün ekskavatoru yük avtomobili ilə daş karxanasının ərazinə aparmış və həmin gündən orada işləməyə başlamışdır. İşini qısa müddət ərzində yekunlaşdırmağa planlaşdırmışdır. İşlə tanış olanda məlum oldu ki, onun iş gördüyü daş karxanasının ərazisi başqa bir daş karxanası ilə sərhəddədir, həmin daş karxanasında daima mişar daşı kəsilib, həmin vaxtı da kəsilirdi, ona görə də həmin ərazi onun iş görəcəyi ərazidən təxminən 50-60 metr aşağı düşübdür, torpaq və daş qırıntıları həmin sərhəd yerdə yayılmalıdır. Ona iş görəcəyi yeri Təqsirləndirilən şəxs1 göstərmiş, işinə də o, nəzarət etmişdir. İlk gün həmin ərazidə olan torpağı və əhəngdaşı qalıqlarını sərhəd tərəfdən deyil, əks tərəfdən yaylamağa və kənara daşımağa başladı. Növbəti günlər isə Knyaz ona sərhədə yaxın yerdə olan daşların da təmizlənəcəyini bildirməklə, həmin yerdə işləməyini tapşırmışdır. O, hər gün işinə saat 08:00-da başlayıb, saat 17:00-da isə işi dayandırır, işlədiyi günlərdə istirahət günü və dayandığı gün olmayıbdır. Sərhəddə birinci gün işlədikdən sonra, Knyaza müraciət edərək, daşların və torpağın qonşu daş kərxanasına düşmə təhlükəsi olduğunu qeyd etmişdir. Knyaz isə bütün təhlükəsizlik tədbirlərini görəcəyini və digər qonşu daş-karxanasında da işin dayandırıldığını demişdir. 06.03.2021-ci il tarixində də hər gün olduğu kimi işə saat 08:00-da başlamış, saat 11 radələrinə kimi ərazidəki daş qırıntıları və torpağı kənara yayıb, daşımışdır. Saat 11 radələrində iş görərkən Təqsirləndirilən şəxs1 onun yanına gəlib işi dayandırmağı, onun iş gördüyü təpənin arxasından daş yuvarlanaraq qonşu daş karxanasının ərazisində işçisinin üstünə düşdüyünü və həmin şəxsin öldüyünü bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, onunla Təqsirləndirilən şəxs1 və ya başqası arasında "xxxx" MMC-nin ərazisində görəcəyi işlərlə əlaqədar xidmət, podrat, sifariş, əmək və ya hər hansı başqa müqavilə bağlanmayıb. Bu barədə hər hansı sənədlər tanış olmamış, imzalamamış, Təqsirləndirilən şəxs1la şifahi razılaşmışdır. Ümumiyyətlə ərazinin "xxxx" MMC-yə məxsus olduğunu bilməmiş, Təqsirləndirilən şəxs1 daş karxanasının rəhbəri kimi tanımış, ondan başqa da heç kimi tanımamışdır. İşi qısamüddətli, yəni ancaq yolun təmizlənməsindən ibarət olduğundan hər hansı müqavilə bağlanması barədə heç düşünməmişdir. Təqsirləndirilən şəxs1la görəcəyi iş barədə razılaşdıqdan bir gün sonra ekskavatoru əraziyə gətirmişdir. Təqsirləndirilən şəxs1la görüşəndə sonuncu özünün hər şeyə nəzarət edəcəyini, lazimi tədbirləri görəcəyini, o özü hər şeyə cavabdeh olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ərazi onundur, işini görəcək, başqa heç nəyə cabahdeh deyil, lazım olan təhlükəsizlik tədbirlərini Knyaz özü görsün, bundan sonra işə başlayacaq. Knyaz da onunla razılaşmışdır. İlk gün sərhəd xəttindən kənarda işləmiş, ona görə də nəyinsə yuvarlanaraq aşağı düşməsi riski olmamış, amma son iki gün sərhədə yaxınlaşmışdır. Odur ki, risk barədə Knyaza bildirmiş, ondan təhlükəsizlik tədbiri görüb görmədiyini soruşmuş, Knyaz isə lazimi təhlükəsizlik tədbirlərini gördüyünü, narahat olmamağını bildirmişdir. O, Knyazın zəruri tədbirləri gördüyünü fikirləşib işini davam etdirmişdir. İşə başlamazdən əvvəl və ya sonra Təqsirləndirilən şəxs1, "xxxx" MMC-nin işçilərindən kimsə və ya kimsə ona texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarını izah etməyib, bu barədə hər hansı sənədlə tanış olmamış, imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Komatsu” markalı, “PC-200-8” modelli, sarı rəngli, buraxılış ili 2007 olan, Az32-T~130 dövlət qeydiyyat nişanlı ekskavator onun mülkiyyətində olmuşdur. Onu 2009-cu ildə almış və işlətmişdir. Təxminən 4 il əvvəl həmin texnikanı satmaq qərarına gəlmiş, bu barədə tanışlarına demişdir. Qısa bir müddət sonra onun həmyerlisi Şahid9 onunla əlaqə saxlamış, onlar görüşmüş, Xaliq ona bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində fəaliyyət göstərən daş karxanalarında ekskavator sürücüsü-operator kimi işləyir. Müstəqil işləmək üçün özünə ekskavator almaq istəyir, onun satdığı ekskavatoru almaq istəyir, amma pulu azdır. Aralarında olan razılaşmaya əsasən o, ekskavatorun pulunun bir qismini ödəmiş, digər qismini isə hər ay olmaqla ödəməli idi. Həmin vaxtdan ekskavator onun istifadəsində və sahibliyindədir. Həmçinin onlar razılaşmışlar ki, pulu ödəməsinin siğortası kimi ekskavator borc tam ödənildən sonra onun adına keçəcək. Odur ki, ekskavator hazırda da onun adında qalıbdır. Ekskavatoru nisyə satmaqda onun marağı bir qədər də baha satmağı olmuşdur. Şahid9la onun arasıda hər hansı müqavilə yoxdur, onların razılaşması şifahidir. Onlar həmyerlidirlər, ortaq tanışları və qohumları vardır, bir-birilərinə etibar edirlər. Şahid9 ekskavatorla harada və nə işi gördüyünü bilməmişdir, ona bunun heç bir aidiyyəti yoxdur, o, mülkiyyətçi kimi öz işi ilə məşğuldur. O, prokurorluğu dəvət edildikdən sonra bilmişdir ki, 06.03.2021-ci il tarixdə, saat 12 radələrində Şahid9 işlədiyi hansısa daş karxanasında ölüm hadisə olubdur. Şahid9 torpaq və daş qırıntılarını yayanda daş yuvarlanaraq yuvarlanaraq kiminsə üstünə düşübdür, bu hadisə ilə əlaqədar onu axtarmışlar. Hadisə barədə başqa heç nə bilməmişdir, hadisə yerini, ölmüş, iş gördürən, hadisələrin şahidlərini tanımır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında «Bərəkət-98” firmasının direktoru vəzifəsinə təyin edilmişdir. İşə qəbul olunanda onunla əmək müqaviləsi bağlanıb, vəzifə təlimatı izah edilibdir, hazırda da həmin vəzifəni icra edir. MMC Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Gülbaxt” əhəngdaşı yataqları ərazisində istifadəsində olan yataqlarda piltə daşların çıxarılması ilə məşğuldur. MMC-nin direktoru kimi vəzifəsi işçilərlə əmək müqaviləsi bağlamaq, MMC-nin işinə ümumi nəzarət etmək, sahə rəislərini və digər vəzfəli şəxsləri təlimatlandırmaq, onların işlərinə nəzarət etmək daxildir. MMC-də işçilər vaxtamuzd işləyir, əsasən briqada formasında fəaliyyət göstərirlər. MMC-nin ərazisi bir neçə hissəyə bölünüb. Həmin hissələrin hər birinə nəzarət edən sahə rəisi vardır. Həmin ərazilərdən biri də, 06.03.2021-ci il tarixdə X13 öldüyü ərazidir. O, həmin ərazinin işçisi olub, ərazinin sahə rəisi isə Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 07.01.2021-ci il tarixdə işə qəbul etmiş, onunla əmək müqaviləsi bağlamış, onu təlimatlandırmışdır. Sahə rəisi kimi onun vəzifəsi işçilərin işini təşkil etmək, onların işinə və iş zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək, ərazidə texniki təhlükəsizliyi və əməyin mühafizisini təmin etmək, yük daşımasını və alqı-satqını nizamlamaq, bütün bunlar barədə hesabat vermək daxildir. Təqsirləndirilən şəxs2 sahə rəisi kimi təhkim edilmiş ərazidə bir ədəd mişar daşı, yəni kombayn vardır, ərazidə iki növbədə dörd nəfər işçi işləyir, cəmi işçi sayı isə səkkiz nəfərdir, onlar növbəni 10 gündən bir dəyişirlər. Hər növbədə bir nəfər fəhlə, bir nəfər usta, bir nəfər maşınist-kombayner, bir nəfər kran operatoru işləyir. İş saatı 3 saatdan bir 3 saat fasilədir. Təqsirləndirilən şəxs2 təhkim edilmiş əraziyə qonşu ərazi "xxxx" MMC-yə məxsusdur, həmin MMC-nin ərazisində daş blokları kəsilir. Həmin ərazinin rəhbər işçisi kimi Knyazı tanıyır, amma onunla ünsiyyətdə olmamışdır. Rəhbərlik etdiyi daş karxanasının ərazisi "xxxx" MMC ilə sərhəd olmaqla, ondan təxminən 50-60 metr çökəkdədir. Bunun səbəbi işlədiyi ərazidə daş yataqlarının işləməsi və nəticədə ərazinin boşalması, bundan başqa "xxxx" MMC-nin ərazində sərhədə daş qalıqlarının onlar tərəfindən atılması idi. Təqsirləndirilən şəxs2 06.03.2021-ci il tarixindən bir müddət əvvəl bildirdi ki, "xxxx" MMC-nin onlarla sərhəd olan hissəsində ekskavator işləməyə başlayıb. Bəhruz orada ekskavator işləməyə başladığını görən kimi dərhal onların ərazisinə qalxıb, ekskavatorun sərhəd hissədə yığılmış daş qalıqlarını oradan yük avtomobillərinə yüklədiyini və ərazinin bu qaydada boşaldıldığını görüb. Həmin ərazidən aydın görünürdü ki, ekskavatorun təsirindən hündürlükdə olan daşlar aşağı, işlədikləri əraziyə doğru yuvarlana və düşə bilər. Odur ki, Bəhruz dərhal Knyazı taparaq bu barədə ona deyib, ondan işi dayandırmasını və işçilərin xəsarət ala biləcəyini bildirib. Knyaz isə cavabında ona narahat olmamağını, onun bütün işə nəzarət etdiyini, bundan başqa ekskavator sərhəddən kənarda işlədiyini deyib. 2021-ci il mart ayının əvvəllərində Bəhruz ona məlumat verərək bildirmişdi ki, iş zamanı onların ərazisinə hündürlükdən torpaq və xırda daş qırıntıları tökülməyə başlayıb. O, bunu görən kimi işi dayandırıb və "xxxx" MMC-nin daş qalıqları və torpaq daşınan ərazisinə qalxıb, ekskavatorun sərhəddə işlədiyini görüb, dərhal Knyazı tapıb, ondan işi dayandırmasını istəyib. Söhbət zamanı Knyaz ona yenə də narahat olmamağımı deyib. O, cavabında Knyaza onların ərazisinə daş qırıntıları və torpaq töküldüyünü, bunun riskli olduğunu izah edib. Onlar ortaq dil tapa bilmədikləri üçün Bəhruz Knyaza bir daha izah edib ki, onların ərazidə 10 günlük işləri var, 17.03.2021-ci il tarixindən də Novruz bayramı ilə əlaqədar işi 10 günlük dayandıracaqlar və rayonlara gedəcəklər, o, daşıma işlərinin həmin günlərdə tamamlayar. Lakin Knyaz təkidlə ona narahat olmamağını, özünün işə nəzarət etdiyini, heç bir şey ola bilməyəcəyini deyib. Bəhruz əraziyə qayıtdıqdan sonra ərazidə işləməyin riskli olduğunu görüb, qonşu kimi Knyazla münasibətləri pozmamaq üçün onunla mübahisəyə girmək istəməməyib, ona görə də həmin yerdə işi dayandırıb. Bəhruz bunları ona dedikdən və işi dayandırdığını bildirdikdən sonra, hər şeyi düz etdiyini bildirib, işi dayandırmasını, işçilərə bu barədə məlumat verməsini, onları təlimatlandırmasını, əraziyə girişi bağlamasını, lazım olan bütün tədbirləri görməsini tapşıpmışdır. Sonrakı müddətdə Bəhruz ona əlavə olaraq məlumat verib bildirdi ki, o, ərazidə işi tam dayandırıbdır, hətta daş kəsən mişarın naqillərini elektrik cərəyanından ayırtdırıb kənara yığdırıb, ərazidə başqa əşya qalmayıbdır, işçiləri təlimatlandırıb, əlavə olaraq isə həmin sahəyə gedən tək yolu bağladıb. Amma işçilər evlərinə getməyəcək, işləməyəcəkləri 2-3 gün karxananın ərazisində olan otaqlarda qalacaqlar. Cünki onlar 2-3 günə görə rayona gedib gəlmək istəmirlər. Həmin günlərdə işləyən briqadanın işçiləri maşınist-kombayner Ariz Hüseynov, kran operatoru Şahid4, fəhlə Şahid3 və usta Şahid2 idi. Ariz Hüseynov 01.03.2021-ci il tarixdə MMC-yə maşisint kimi işə qəbul olunmuşdu, onunla MMC arasında əmək müqaviləsi bağlanmışdır. Ariz Hüseynov maşınist-kombayner kimi kombaynı idarə edirdi, onun işləməsini, kəsmə prosesini tənzimləyir, zəruri hallarda onun təmirini edirdi. 06.03.2021-ci il tarixdə, saat 10 və ya 11 radələrində işə yeni çatmışdır ki, birdən qonşu karxananın işçilərinin qaçaraq onların əraziyə tərəf getdiklərini görmüş, nə olduğunu soruşmuş, onların sözlərindən "xxxx" MMC-nin ərazisindən onların ərazisinə daşlar töküldüyünü, kiminsə üstünə düşdüyünü öyrənmiş, eyni vaxtda qaçaraq əraziyə gəlmiş, ərizəyə çatanda Ariz Məmmədovun yerdə uzandığını, ərtafın qan olduğunu, onun öldüyünü görmüşdür. Meyitdən qorxduğu üçün yaxına getməmş, ona görə də onun xəsarətlərini görməmişdir. Orada olan şəxslərin sözlərindən bilmişdir ki, Arizin aldığı xəsarətlər çox ağır olub, demək olar ki, Ariz Hüseynov tam əzilib, ona görə də o, dərhal ölüb. Sonradan digər işçilərin sözlərindən bilmişdir ki, onlar vaqonda olublar, çay dəmləyiblərmiş, Ariz Hüseynov otaqdan çıxaraq gedib, Ariz otaqdan çıxanda “aşağı düşüb gəlirəm” sözlərinin deyərək gedibdir. Onun aşağı, yəni kombaynın yanına niyə görə getdiyini heç kim dəqiq bilmir. Amma ehtimal edirlər ki, Ariz oradan nəsə açar götürməyə gedibdir, çünki kombaynın üstündə bir neçə açar və yanında qaynaq aparatı qalmışdı, orada başqa heç nə, eləcə də heç kim yox idi. Ola bilsin ki, Ariz açarları və ya qaynaq aparatını götürmək üçün gedibdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, X18 ilə «Bərəkət-98” firması arasında əmək müqaviləsi bağlanıb, o, işə qəbul olunanda ona vəzifə təlimatı, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları izah edilibdir, o, bu bərədə sənədləri imza da edibdir. Bundan başqa Bəhruz mütəmadi olaraq cavabdeh şəxs kimi Arizə və digər işçilərə vəzifə təlimatlarını, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını izah edibdir. Çünki vəzifə təlimatına əsasən bu onun vəzifəsidir. «Bərəkət-98” firmasının ərazisində bir neçə sahə var, hər sahənin öz sahə rəisi var, hadisə baş verən sahə rəisi Təqsirləndirilən şəxs2dur, onun sahə rəisi olduğu ərazidə əməyin mühafizəsi və texniki təhlükəsizliyə birbaşa cavabdeh şəxs odur, o, bu barədə təlimatlandırılıbdır. Bəhruzdan başqa buna cavabdeh olan başqa işçi yoxdur. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ilə eyni məzmunli ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid9 ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə, 06.03.2021-ci il tarixdə saat 11 radələrində işlədiyi ərazini, ekskavatorun dayandığı yeri, torpağın və əhəngdaşı qalıqlarının hansı təpədən tökülməsini əyani olaraq göstərmiş, həmçinin Şahid9 daş parçasının hansı yerdən tökülməsini və hara düşməsini soruşduqda, sonuncu “Bərəkət-98” firmasının ərazisinə getməyi təklif etmiş və Şahid9la birlikdə adı çəkilən MMC-nin ərazisinə çatdıqda, sonuncu aşağıdan yuxarı daş parçasının töküldüyü təpəni göstərməklə, 06.03.2021-ci il tarixdə saat 11 radələrində işlədiyi zaman, daş parçasının hansı təpədən yuvarlanaraq düşməsini əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 01 ədədə CD diskdə əks olunan və müvafiq olaraq 53 saniyə və 18 saniyə müddətli 02 ədəd videofayla baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, 21 fevral 2021-ci il tarixdə hündürlükdə dağlıq ərazidə bir ədəd ekskavatorun qazma işləri aparması nəticəsində həmin hündürlükdən aşağıda yerləşən istehsalat sahəsinə çoxsaylı əhəngdaşı qalıqlarının və torpaq qatının tökülməsi görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin videogörüntülər 21 fevral 2021-ci il tarixdə saat 11 radələrində onun işlədiyi “Bərəkət-98” firmasının ərazisindən çəkilmişdir. Videoda əks olunan işlər "xxxx" MMC tərəfindən təşkil edilmiş işlərdir və həmin işlər nəticəsində, yəni ekskavatorun işləməsi nəticəsində çoxsaylı əhəngdaşı qalıqlarının və torpaq qatının onun və işçilərinin işlədiyi əraziyə düşməsi görünür. Daşların tökülərək düşdüyü ərazi 06 mart 2021-ci il tarixdə Ariz Hüseynovun xəsarət alaraq öldüyü yerdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Gülbaxt” əhəngdaşı yataqlarının ərazisidir. Ərazinin yaxınlığında hər hansı ünvanlı obyekt yoxdur. Ərazi «Bərəkət-98” firmasının istifadəsindədir. Ərazi orada əhəngdaşı yataqlarının kombaynlarla kəsilməsi ilə əlaqədar çökəkləşmişdir. Əraziyə bir yoldan girmək olur. Yol tərəfdən ərazidə daş qırıntıları tökülmüşdür. Digər üç tərəf sıldırım daşla əhatə olunmuşdur. Yerin ümumi uzunluğu 120 metr, eni 29 metrdir. Giriş tərəfdən baxdıqda sağdakı sıldırım-dik təpənin hündürlüyü 4,4 metr, qarşıdakı sıldırım-dik təpənin hündürülüyü 6 metr, soldakı sıldırım-dik təpənin hündürlüyü isə təxminən 45-50 metrdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, yol tərəfdən baxdıqda soldakı, hündürlüyü 45-50 metr olan sıldırım-dik təpə onların karxanası ilə digər karxana arasındakı sərhəd xətdir, digər karxana "xxxx" MMC-yə məxsusdur. Ərazidə mərkəzdə bir çüt, cəmi iki ədəd, ərazinin uzunluq boyu reys quraşdırılmışdır, reyslərin üzərində kombayn vardır. Kombayn SM-89 markalıdır. Kombaynın yüksək gərginlikli naqilləri açılaraq onun üzərindəki motora sarınmış və tam yığılmışdır. Kombaynın üzərində hərəkət etdiyi reysləri arasındakı məsafə 4,4 metrdir, yol tərəfdən baxdıqda kombaynın sol reysindən soldakı təpəyə qədər məsafə 10 metr, sağ reysdən sağdakı təpəyə qədərki məsafə isə 15 metrdir. Kombaynın yanında qaynaq aparatı və bir neçə açar vardır. Qaynaq aparatı kombaynın yanında aşmış vəziyyətdədir, açarlar isə ətrafa dağılıbdır. Hündürlüyü 45-50 metr olan sıldırım-dik tərəfdən kombayn istiqamətində ətrafa daş parçaları və torpaq səpələnmiş, dağılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin daş parçalarının və torpağın "xxxx" MMC-nin ərazisindən oraya yuvarlandığını və töküldüyünü bildirmişdir. Həmin divardan 13 metr aralıda, yol tərəfdən baxıqda kombaynın sağdakı reysinin sağında meyit vardır. Meyitin 1978-ci il təvəllüdlü X18 olduğu dəqiqləşdirilmişdir. Meyitin başı hündürlüyü 45-50 metr olan sıldırıma tərəf, ayaqları isə əks tərəfədir. Onun yanında müxtəlif ölçülü iri daş parçaları vardır. Hadisə yerindən hündürlüyü 45-50 metr olan sıldırım-dik səmt istiqamətində baxdıqda yuxarıda daş qırıntılarının və torpaq qapının yığıldığı aydın görünmüşdür. Daş parçalarının yuxarlanaraq düşdüyü istiqaməti aydınlaşdırmaq üçün hündürlüyü 45-50 mert olan sıldırım yerə yolla gəlinmişdir. Daş parçalarının düşdüyü səmtə çatdıqda məlum olmuşdur ki, oraya yaxın yerdə “Komatsu” markalı, “PC-200-8” modelli, sarı rəngli, “AZ 32- T-130” dövlət qeydiyyat nişanlı ekskavator dayanmışdır. Daş parçalarının yuvarlanaraq aşağı düşdüyü yerin 3-7 mertliyində ekskavator çömçəsinin dəmir dişlərinin, yerdə isə ekskavatorun dəmir tırtılının izləri vardır. Həmin yerin yaxınlığından aşağıya doğru yol çəkilmişdir və həmin yolda və ətrafda, torpağın üzərində çömçənin dəmir dişlərinin izləri vardır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X36 Qaradağ rayon şöbəsinin 03 aprel 2021-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, X12 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- travmatik və hemorragik şok, sol tərəfli V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların sınıqları, sol ağciyərin cırılmış yarası, dalağın travmatik cırılması, sol bazu sümüyünün başının açıq, yerinidəyişmiş sınığı ilə müşayiət olunan qoltuqaltı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bud sümüyünün orta 1/3-nin, sağ bud sümüyünün orta 1/3-nin və sağ ayağın İ barmaq sümüyünün qapalı, yerinin dəyişmiş sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, ölümündən az əvvəl əmələ gələ bilərdilər, qərarın təsviri hissəsində göstərilən 06 mart 2021-ci il tarixdə və şəraitdə törənə bilərdilər, bu da canlı şəxslərdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X1 ölümünə səbəb soltərəfli qabırğaların çoxsaylı sınıqları, sol ağ ciyərin və dalağın cırılması nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Meyitin əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X1 ölümü onun meyitin meyitxanda müayinə oldunduğu (06 mart 2021-ci il tarixdə saat 16:20-də) vaxtdan 4-6 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirt və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş 18.08.2021-ci il tarixli, İN-X/O- 8131/2021 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növü üzrə "xxxx" MMC-yə verilmiş 28.11.2013-cü il tarixli FHN/40-01300 qeydiyyat nömrəli (№ 073707) və “Bərəkət-98” firmasına verilmiş 2 aprel 2013-cü il tarixli FHN/40-01000 qeydiyyat nömrəli (№ 073165) lisenziyalar "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə və 7-ci hissəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq olaraq 6 iyun 2016-cı il tarixli, İN/L-1374/2016 qeydiyyat nömrəli və 24 iyun 2016cı il tarixli İN/L-1501/2016 qeydiyyat nömrəli müddətsiz lisenziyalar ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, MMC-nin nizamnaməsi 26.11.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş və 27.12.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X30 Qeydiyyat İdarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi tərəfindən verilmiş 06.06.2016-cı il tarixli, İN/L- 1374/2016 qeydiyyat nömrəli lisenziya əsasında "xxxx" MMC-yə müddətsiz olmaqla, dağ mədən işləri, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 21.02.2017-ci il tarixli, MK-02 nömrəli əmrindən görünür ki, həmin tarixdə Şahid7 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin direktoru Şahid7 Vəli oğlunun 01.04.2017-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs1 həmin tarixdə MMC-nin istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin direktoru tərəfindən 01.04.2017-ci il tarixdə imzalanmış “İstehsalat işləri üzrə direktor müavininin vəzifə təlimatı”na əsasən, Təqsirləndirilən şəxs1 üzərinə müəssisənin istehsalatına rəhbərlik etmək, istehsalatın fəaliyyətini planlaşdırmaq və formalaşdırmaq, müəssisənin istehsalat fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariya və yanğın mühafizəsinin təşkilinə rəhbərlik etmək və müəssisənin bölmələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariya və yanğın mühafizəsinin riayət olunmasına nəzarət etmək, habelə müəssisənin ərazisində maşın və mexanizmlərin hərəkəti, qazma, yükləməboşaltma və digər istismar işlərini təşkil etməklə onların düzgün və təhlükəsiz görülməsinə nəzarət etmək və sair vəzifələrin yerinə yetirilməsi həvalə edilmiş və Təqsirləndirilən şəxs1 həmin təlimatla 01.04.2017-ci il tarixdə tanış olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, “Bərəkət-98” firmasının nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslər İdarəsinin Bakı bölgəsi tərəfindən 03.02.1998-ci il tarixdə 612 nömrə ilə qeydiyyata alınmış, ona 10.08.2012-ci il tarixdə dəyişiklik edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 24 iyun 2016-cı il tarixli, İN/L- 1501/2016 qeydiyyat nömrəli lisenziya əsasında “Bərəkət-98” firmasına müddətsiz olmaqla, dağ mədən işləri, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Bərəkət-98” firmasının təsisçilərinin 11.02.2020-ci il tarixli qərarı ilə “Bərəkət-98” firmasının direktoru vəzifəsinə Şahid1 təyin edilmişdir. “Bərəkət-98” firmasının direktoru Şahid1la bağlanmış 07.01.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs2 sahə rəisi vəzifəsinə təyin edilməklə işə götürülmüşür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Bərəkət-98” firmasının direktoru Şahid1 tərəfindən 02.01.2021-ci il tarixdə təsdiq edilmiş “Daş karxanasında sahə rəisinin vəzifə təlimatı”na əsasən Təqsirləndirilən şəxs2 üzərinə daş karxanasının rəhbərliyinə tabe olmaqla, istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, iş sahələrində işçilər tərəfindən işlərin düzgün və təhlükəsiz yerinə yertirilməsini təmin etmək, iş sahələrində və iş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, sanitariya norma və qaydalarına riayət olunmasına nəzarət etmək və sair vəzifələrin icrası tapşırılmış və sonuncu həmin tarixdə qeyd olunan təlimatla tanış olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Bərəkət-98” firması ilə X18 arasında bağlanmış müddətsiz 01.03.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu “Bərəkət-98” firmasına maşınist vəzifəsinə işə götürülmüşdür. “Bərəkət-98” firmasının “X8 qeydiyyat jurnalı”ndan görünür ki, X4 dəfə 05.03.2021-ci il tarixdə təlimatlandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 10/1361 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin ərazisində ekskavator vasitəsilə yeni avtomobil yolunun açılması üçün qazma və daşınma işləri aparıldıqda, həmin işlərin görüldüyü sahənin sərhəddində 50-60 metr aşağıda "xxxx" MMC-yə məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların düşməsi ehtimalının olduğunu nəzərə almaqla, həmin təhlükəli zonaya adamların daxil olmasının qarşısının alınması üçün müvafiq çəpərlənmə aparılmadığına, xəbərdaredici nişan və yazıları qoyulmadığına, təhlükəli zonanın ekskavator maşinisti tərəfindən görünməsinin məhdud olduğundan işarəvericisini təyin, həmin işarəvericisi və maşinist arasında əlaqənin yaradılmasını təşkil edilmədiyinə görə, İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.29, 3.4, 3.5, 3.6, 9.5 bəndlərinin və “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 28-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, "xxxx" MMC-nin ərazisində ekskavator vasitəsilə yeni avtomobil yolunun açılması üçün qazma və daşınma işləri aparıldıqda, həmin işlərin görüldüyü sahənin sərhəddində 50-60 metr aşağıda "xxxx" MMC-yə məxsus daş karxanasının istəhsalat sahəsinə torpaq və daşların düşməsi ehtimalının olduğunu nəzərə almaqla, həmin təhlükəli zonaya adamların daxil olmasının qarşısının alınması üçün müvafiq çəpərlənmə aparılmadığına, xəbərdaredici nişan və yazıları qoyulmadığına, təhlükəli zonanın ekskavator maşinisti tərəfindən görünməsinin məhdud olduğundan işarəvericisini təyin, həmin işarəvericisi və maşinist arasında əlaqənin yaradılmasını təşkil edilmədiyinə görə, İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.29, 3.4, 3.5, 3.6, 9.5 bəndlərinin və “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 28-ci bəndinin tələbləri həmin işlərə rəhbərlik etmiş "xxxx" MMC-nin istehsalat işlər üzrə direktor müavini Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanası” X36 05.04.2021-ci il tarixli, 2799 nömrəli məktubundan görünür ki, X18, Təqsirləndirilən şəxs1 oğlu və Şahid9 göstərilən xəstəxanada müalicə almamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi 2 nömrəli X9 07.04.2021-ci il tarixli, 1/526 nömrəli cavab məktubdan görünür ki, X18, Təqsirləndirilən şəxs1 oğlu və Şahid9 göstərilən xəstəxanaya müraciət etməmişdir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 06.04.2021-ci il tarixli, 19/51-3716 nömrəli cavab məktubdan görünür ki, X18, Təqsirləndirilən şəxs1 oğlu və Şahid9 göstərilən xəstəxanada müalicə almamışdır, orada qeydiyyatda yoxdurlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli, 10/4259 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin əhəngdaşı istehsal edilən mədənin ərazisində ekskavator vasitəsilə yol çəkilişi (tikinti) işləri aparılarkən həmin sahənin sərhəddində 50-60 metr aşağı səviyyədə «Bərəkət-98» firmasına məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların tökülməsinin qaçılmaz olduğu məlum olmasına baxmayaraq, insanların həyat və sağlamlıqlarının qorunması və təhlükəsiz iş şəratinin təmin edilməsi uçün müvafiq tədbirlər (müvafiq çəpərlənmə aparılmadığına, xəbərdaredici nişan və yazıları qoyulmadığına, təhlükəli zonanın ekskavator maşınisti tərəfindən görünməsi məhdud olduğundan işarəverici təyin etməklə, həmin işarəverici və maşinist arasında əlaqənin yaradılması) görülmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 saylı «Tikintidə təhlükəsizlik texnikası» qaydalarının 1.29, 2.1, 2.2, 2.6, 3.4, 3.5, 3.6, 9.5 bəndlərinin, "Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları"nin 28-ci bəndinin və "İstehsalat işləri üzrə direktor müavininin vəzifə təlimatı"nın 1.8, 1.9 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. "xxxx" MMC-nin əhəngdaşı istehsal edilən mədənin ərazisində ekskavator vasitəsilə yol çəkilişi (tikinti) işləri aparılarkən həmin sahənin sərhəddində 50-60 metr aşağı səviyyədə «Bərəkət-98» firmasına məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların tökülməsinin qaçılmaz olduğu məlum olmasına baxmayaraq, insanların həyat və sağlamlıqlarının qorunması və təhlükəsiz iş şəratinin təmin edilməsi üçün müvafiq tədbirlərin (müvafiq çəpərlənmə aparılmadığına, xeberdaredici nişan və yazıları qoyulmadığına, təhlükəli zonanın ekskavator maşinisti tərəfindən görünməsi məhdud olduğundan işarəverici təyin etməklə, həmin işarəverici və maşinist arasında əlaqənin yaradılması) görülməsini təmin etmədiyinə görə, vəzifə təlimatının 1.8, 1.9 bəndlərinin, İİİ- 4-80 saylı «Tikintidə təhlükəsizlik texnikası» qaydalarının 1.29, 3.4, 3.5, 3.6, 9.5 bəndlərinin və "Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları"nın 28-ci bəndinin tələbləri həmin işin görülmesinə rəhbərlik etmiş cəmiyyətin direktor müavini Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin ərazisində ekskavator vasitəsilə qazma və kürəmə işləri aparılarkən həmin sahənin sərhəddində 50-60 metr aşağı səviyyədə “Bərəkət-98” firmasına məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların tökülməsinin qaçılmaz olduğu potensial təsirli təhlükəli istehsalat zonasına insanların daxil olmasının qarşısı almaq üçün həmin sahənin ətrafına mühafizə çəpəri və xəbərdarlıq nişanları qoyulmasını təmin etmədiyinə görə, İİİ-4-80 saylı «Tikintidə təhlükəsizlik texnikası» qaydalarının 2.1, 2.2, 2.6 bəndlərinin tələbləri iş materiallarında olan məlumatlara əsasən «Bərəkət-98» firmasında təhlükəsizlik texnikası üzrə cavabdeh olan Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında nəqliyyat vasitələrinin istifadəsi ilə işlərin təhlükəsiz aparılmasının təşkil edilməsi (o cümlədən nəzarətçilərin təmin edilməsi) vəzifə təlimatına əsasən "Gülbaxt TMK” MMC-nin direktor müavini Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuşdur. Təqdim edilmiş iş materiallarından göründüyü kimi hadisə ekskavatro vasitəsilə ərazidə yeni yolun açılması üçün qazma və kürəmə işlərinin aparılması zamanı baş vermişdir. Həmin işin görülməsi zamanı yol hərəkətini tənzimləyən nişanların deyil təhlükəli istehsalat faktorlarını nəzərə çatdıran nişanların qoyulması nəzərdə tutulur. “Komatsu” markalı, “PC300” modelli, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü, ekskovatoru idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan Şahid9 şifahi razılaşma əsasında ərazinin təmizlənməsi və yeni yol açılması üçün idarə etdiyi ekskovatorla həmin sahəyə buraxılması ilə bağlı normativ sənədlərin təbəblərinin pozulması halı müəyyən edilmir. Ekskovatorla aparılan işlərin xarakteri və ərazinin relyefi nəzərə alınmaqla sürücü tərəfindən traktorla torpaq sahəsinin təmizlənməsi zamanı daş parçalarının aşağı sahələrə yuvarlanması qaçılmaz olduğu halda, bu təhlükə faktorunun insanların həyat və sağlamlığına zərər vurmasının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinə cavabdeh olan Təqsirləndirilən şəxs1 tərəfindən müvafiq təşkilati və texniki tədbirlərin görülmədiyini nəzərə aldıqda, “Komatsu” markalı, “PC300” modelli, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü Şahid9 tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən daxil olmuş 27.07.2021-ci il tarixli məktuba əsasən, Şahid9 Şahid10 məxsus “Komatsu PC200-8” markalı, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü olmaqla, həmin ekskavatoru idarə etmək üçün sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin 29 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Azadlıq pr, 151 №-li evin 15 saylı mənzilində passport qeydiyyatındadır. İş materiallarında olan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 2008-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayır və qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 qeyd olunan ünvanda yaşadığı müddət ərzində barəsində Mənzil İstimar Sahəsinə şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətləridən görünür ki, 30.09.2012-ci il tarixdə doğulmuş Məmmədov Məhəmmədəlinin və 14.11.2016-cı il tarixdə doğulmuş Məmmədov Əkbərin atası Təqsirləndirilən şəxs1dır. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli 018377 nömrəli arayışından görünür ki, X28 ünvan 3 ünvanında müvəqqəti qeydiyyatdadır, heç bir yerdə işləmir və işləməyib. İş materiallarında olan Cəlilabad RİHB-nin Mikayıllı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 195 nömrəli 13 sentyabr 2021-ci il tarixli və 238 nömrəli 05 noyabr 2021-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda Qarğılı kəndində qeydiyyatdadır və ərazidə yaşamırlar. Ailə tərkibi ibarətdir: X17-arvadı, X20, X23 və X10. İş materiallarında olan Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2092 nömrəli 11.11.2021-ci il tarixli arayışından görünür ki, X2 rayon, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, ev 1, mənzil 10 ünvanında qeydiyyatdadır və heç bir yerdə işləmir. İş materiallarında olan Cəlilabad RİHB-nin Mikayıllı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 196 nömrəli 13 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda Qarğılı kəndində qeydiyyatdadır. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Mikayıllı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 valideynləri və onu tanıyanların deməsinə görə zəhmətkeş, ağıllı və vətənpərvərdir. Mehriban və səmimiliyi ilə həmyaşıdları arasında adı hörmətlə çəkilir. Ailəsinə qarşı qayğıkeş biridir. Aqresiv deyil, dava-dalaşdan uzaqdır. Təqsirləndirilən şəxs2 cinayət tərkibli əməli barədə nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X17 arasında nikah 15 mart 2010-cu il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20.06.2020-ci il tarixdə doğulmuş X14 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 24.12.2009cu il tarixdə doğulmuş Məmmədova Çinarənin və 05.01.2011-ci il tarixdə doğulmuş Məmmədova Nazlının atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi ilə barışıq əldə etməklə ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi ilə barışıq əldə etməklə ona qarşı heç bir şikayət və tələbin olmamasını və ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədə müvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ehtiyyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməklə zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs2 isə ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməklə zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X25 tərəfindən 30 iş saatı və 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Nizami oğlu tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X21 və 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına, 252 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 Nizami oğlunun vəkil işlədiyi Bakı şəhər 11 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X21 və 150 (yüz əlli) manat Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına, 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 Nizami oğlunun vəkil işlədiyi Bakı şəhər 11 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar