Məhkəmə qərarları › İş №1(002)-37/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-37/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-37/2021 29.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən şəxslə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv 4 ünvanında yerləşən saxlanc yeri olan “Rahil” marketə plastik pəncərədən qanunsuz daxil olmaqla oradan bir qutusunun qiyməti 3.70 manat olmaqla ümumi dəyəri 37 manat təşkil edən 10 qutu ağ rəngli «Sobraniye», bir qutunun qiyməti 3.70 manat olmaqla ümumi dəyəri 37 manat təşkil edən 10 qutu göy rəngli «Sobraniye», bir qutunun qiyməti 3.30 manat olmaqla ümumi dəyəri 33 manat təşkil edən 10 qutu nazik «Kent4» markalı, bir qutunun qiyməti 3.70 manat olmaqla ümumi dəyəri 37 manat təşkil edən 10 qutu qara rəngli «Sobraniye» markalı, bir qutunun qiyməti 3.30 manat olmaqla ümumi dəyəri 33 manat təşkil edən 10 qutu qalın «Kent8» markalı, bir qutunun qiyməti 2.70 manat olmaqla ümumi dəyəri 54 manat təşkil edən 20 qutu qara nazik «4D» markalı, bir qutunun qiyməti 2.70 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 10 qutu ağ kompakt «4D» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu «Rotmans mentol» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu göy rəngli «Rotmans» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu boz rəngli «Rotmans» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu boz rəngli «Palmall» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu «Palmall mentol» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu göy rəngli «Palmall» markalı, bir qutunun qiyməti 2 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən 10 qutu «VVest» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu «VVest nazik» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu göy rəngli «VVinston kompakt» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu göy rəngli «VVinçester kompakt» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu boz rəngli «Vinçester» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu göy rəngli «Vinçester» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu boz rəngli nazik «VVinçester» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu boz rəngli «VVinston» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu göy rəngli nazik «VVinston» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu boz rəngli nazik «VVinston» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qızılı rəngli qalın «Kinqston» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu boz rəngli qalın «Kinqston» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qırmızı rəngli qalın «Arqo» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu boz rəngli «Arqo» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu göy rəngli qalın «Arqo» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 17 manat təşkil edən 10 qutu nazik «Arqo» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 36 manat təşkil edən 20 qutu boz rəngli «VVant» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 18 manat təşkil edən 10 qutu qara rəngli «VVant» markalı, bir qutunun qiyməti 2 manat olmaqla ümumi dəyəri 40 manat təşkil edən 20 qutu yeni «VVant» markalı, bir qutunun qiyməti 1.90 manat olmaqla ümumi dəyəri 28.5 manat təşkil edən 15 qutu göy rəngli «Senate» markalı, bir qutunun qiyməti 1.90 manat olmaqla ümumi dəyəri 19 manat təşkil edən 10 qutu qızılı rəngli «Senate» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 18 manat təşkil edən 10 qutu göy rəngli qalın «Prima» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 15 qutu sarı rəngli qalın «Prima» markalı, bir qutunun qiyməti 2.50 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən 12 qutu «Davidoff» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 21.6 manat təşkil edən 12 qutu boz rəngli «Viçeroy» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 18 manat təşkil edən 10 qutu göy rəngli «Viçeroy» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 15 qutu «Viçeroy kompakt» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 37.4 manat təşkil edən 22 qutu boz rəngli nazik «Maqna» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 25.5 manat təşkil edən 15 qutu qara rəngli nazik «Maqna» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 17 manat təşkil edən 10 qutu «Maqna kompakt» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 13.6 manat təşkil edən 8 qutu göy rəngli «Classik» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 17 manat təşkil edən 10 qutu boz rəngli «Classik» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 20.4 manat təşkil edən 12 qutu göy rəngli nazik «Kinqstone» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qalın «Bakı» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qalın «Azəri» markalı siqaretləri və 02 ədəd bir ədənin dəyəri 1 manat olan «Bizon» markalı energetik içkiləri, 2850 manat nağd pulu və 80 manatlıq qəpikləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4118 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxx 2020-ci il tarixə saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 saxlanc yeri olan “X5”nə pəncərədən qanunsuz daxil olmaqla oradan dəyəri 450 manat olan “Samsung” markalı plazma televizoru, dəyəri 240,00 manat olan “DJ” aparatını və dəyəri 100 manat olan bir ədəd smartbox aparatını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 790 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxx 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi yeni massiv 4 ünvanında yerləşən saxlanc yeri olan “Rahil” marketə plastik pəncərədən qanunsuz daxil olmaqla oradan 1 manat olan 3 ədəd 3 manat dəyərində «snikers» markalı şirniyyat məhsullarını, qiyməti 2,50 manat olan, 2 ədəd 5 manat dəyərində «Madeleines» markalı şirniyyat məhsullarını, qiyməti 1,50 manat olan, 1 ədəd 2 litrlik 1,50 manat dəyərində «Mirinda» markalı şirin içki məhsulunu, bir qutusunun qiyməti 3,18 manat olan, hər bir blokda 10 ədəd olmaqla 3 blok 95,40 manat dəyərində qara nazik görünüşlü «Sobranie» markalı siqaretləri, bir qutusunun qiyməti 2,98 manat olan, hər bir blokda 10 ədəd olmaqla 4 blok 119,20 manat dəyərində kompakt və nazik görünüşlü «Winston» markalı siqaretləri, bir qutusunun qiyməti 2,25 manat olan, hər bir blokda 10 ədəd olmaqla 4 blok 90 manat dəyərində kompakt və nazik görünüşlü «LD» club markalı siqaretləri,bir qutusunun qiyməti 1,56 manat olan, hər bir blokda 10 ədəd olmaqla 2 blok 31,20 manat dəyərində nazik görünüşlü «Magna» markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 345.30 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər cinayət əməli törətməyə görə məhkum olunmuşdur. O, xx xxx 2020-ci il tarixdə Ümid qəsəbəsi massiv 4-də yerləşən mağazaya getmiş və saat 05 radələrində pəncərədən daxil olub oradan müxtəlif markalı siqaretləri, 2 ədəd snikers şokoladı götürüb çıxıb getmişdir və həmin siqaretləri aparıb Qazax rayonunda və eləcədə yolda müxtəlif tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Bundan başqa heç bir cinayət əməli törətməmişdir. Başqa cinayət hadisələrinin olmasından onun heç bir xəbəri olmamış, həmin hadisələrin törədilməsində iştirak etməmiş və həmin oğurluq hadisələrinin kimin tərəfindən törədilməsi barədə onda heç bir məlumat olmamışdır. İbtidai istintaq orqanı onun hüquqlarını pozmuş, ona işgəncə və təzyiqlər göstərərək həmin cinayət hadisələrini onun etirafedici ifadəsi kimi yazaraq ona imza çəkdirmişlər. Lakin həmin cinayət hadisələrinin kimin tərəfindən törədilməsi barədə heç bir əsaslandırıcı və mötəbər sübutlar mövcud deyildir. İstintaq dövründə verdiyi ifadələrdə guya onunla birlikdə cinayət törədən şəxs kimi “Maqa” adlı şəxsi də göstərmişlər. Lakin o, “Maqa” adlı şəxs tanımır və xx xxx 2020-ci il tarixdə törətdiyi cinayəti təkbaşına törətmişdir. O “Maqa” adlı şəxsin onunla cinayət törətməsi müstəntiq tərəfindən uydurulmuş fərziyədir. Çünki belə bir şəxs həqiqətdə mövcud olsaydı polis tərəfindən çoxdan müəyyən edilərdi. Belə ki, cinayət işi ilə əlaqədar olaraq onun barəsində “həbs” qətimkan təddbirinin seçilməsi ilə bağlı sanksiyaya çıxarılarkən, qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və zaldan həbsdən azad edilmiş, məhkəmə iclasından çıxarkən polis əməkdaşları onu başqa cinayət işilə əlaqədar olaraq Nəsimi rayon Polis İdarəsinə aparmışlar. X5ndən oğurluq etməsinə dair sübutları qarşısına qoymuşlar. Lakin, o tutulmamışdan əvvəl necə olmuşdur ki, həmin sübutlar əldə olunsun. Bu da onu sübut edir ki, ona qarşı istintaq orqanı qərəzli mövqe tutmuşdur. Habelə o, heç bir hadisə yerinə çıxarılmamış, ifadəsi yerində yoxlanılmamışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, əgər xx xxxx 2021ci il tarixli cinayət hadisəsi ilə əlaqəsi olsaydı ekspertiza rəyində göstərilən barmaq izləri onun barmaq izləri ilə eynilik təşkil edərdi. Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Rauf Məmmədov onun ifadələrini ancaq etiraf etdiyi xx xxx 2020-ci il tarixli oğurluq hadisəsi ilə əlaqədar olaraq alıb imza etdirsə də məhkəmə baxışı zamanı ona məlum olmuşdur ki, həmin ifadələrin birinci səhifələrində onun ifadələri saxtalaşdırılaraq sonradan “may” sözünün əvəzinə “mart” sözləri əlavə edilmişdir. İbtidai istintaq zamanı ona edilmiş işgəncə və təzyiqlərlə bağlı nəticəsi olmayacağı üçün şikayətlər etməmişdir. O öz ifadəsində son olaraq bildirmişdir ki, əvvəlki hökm üzrə ona təyin edilmiş və çəkilməmiş qalmış 1750 manat məbləğində cərimə cəzasını hal-hazıradək ödəməmişdir. xx xxx 2020-ci il tarixdə “Rahil” marketdən etdiyi oğurluq hadisəsi ilə bağlı özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır və azadlığa çıxacağı təqdirdə vurulmuş ziyanı ödəyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Ümid qəsəbəsi, mərkəzi küçə 6 saylı ünvanda yerləşən «Rahil» market özünə məxsus olmaqla özü də işlədirmiş. Həmin marketdə həmin il ərzində 2 dəfə oğurluq hadisəsi baş vermişdir. Belə ki, ilk dəfə xx xxxx 2020-ci il tarixdə gecə saatlarında ona məxsus olan marketdən naməlum şəxslər qanunsuz olaraq daxil olmaqla oradan bir qutunun qiyməti 3.70 manat olmaqla ümumi dəyəri 37 manat təşkil edən 10 qutu ağ rəngli «Sobraniye», bir qutunun qiyməti 3.70 manat olmaqla ümumi dəyəri 37 manat təşkil edən 10 qutu göy rəngli «Sobraniye», bir qutunun qiyməti 3.30 manat olmaqla ümumi dəyəri 33 manat təşkil edən 10 qutu nazik «Kent4» markalı, bir qutunun qiyməti 3.70 manat olmaqla ümumi dəyəri 37 manat təşkil edən 10 qutu qara rəngli «Sobraniye» markalı, bir qutunun qiyməti 3.30 manat olmaqla ümumi dəyəri 33 manat təşkil edən 10 qutu qalın «Kent8» markalı, bir qutunun qiyməti 2.70 manat olmaqla ümumi dəyəri 54 manat təşkil edən 20 qutu qara nazik «4D» markalı, bir qutunun qiyməti 2.70 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 10 qutu ağ kompakt «4D» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu «Rotmans mentol» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu göy rəngli «Rotmans» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu boz rəngli «Rotmans» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu boz rəngli «Palmall» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu «Palmall mentol» markalı, bir qutunun qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 23 manat təşkil edən 10 qutu göy rəngli «Palmall» markalı, bir qutunun qiyməti 2 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən 10 qutu «VVest» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu «VVest nazik» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu göy rəngli «VVinston kompakt» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu göy rəngli «VVinçester kompakt», bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu boz rəngli «Vinçester» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu göy rəngli «Vinçester» markalı, bir qutunun qiyməti 2.20 manat olmaqla ümumi dəyəri 22 manat təşkil edən 10 qutu boz rəngli nazik «VVinçester» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu boz rəngli «VVinston» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu göy rəngli nazik «VVinston» markalı, bir qutunun qiyməti 3.10 manat olmaqla ümumi dəyəri 31 manat təşkil edən 10 qutu boz rəngli nazik «VVinston» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qızılı rəngli qalın «Kinqston» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu boz rəngli qalın «Kinqston» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qırmızı rəngli qalın «Arqo» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu boz rəngli «Arqo» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu göy rəngli qalın «Arqo» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 17 manat təşkil edən 10 qutu nazik «Arqo» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 36 manat təşkil edən 20 qutu boz rəngli «VVant» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 18 manat təşkil edən 10 qutu qara rəngli «VVant» markalı, bir qutunun qiyməti 2 manat olmaqla ümumi dəyəri 40 manat təşkil edən 20 qutu yeni «VVant» markalı, bir qutunun qiyməti 1.90 manat olmaqla ümumi dəyəri 28.5 manat təşkil edən 15 qutu göy rəngli «Senate» markalı, bir qutunun qiyməti 1.90 manat olmaqla ümumi dəyəri 19 manat təşkil edən 10 qutu qızılı rəngli «Senate» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 18 manat təşkil edən 10 qutu göy rəngli qalın «Prima» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 15 qutu sarı rəngli qalın «Prima» markalı, bir qutunun qiyməti 2.50 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən 12 qutu «Davidoff» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 21.6 manat təşkil edən 12 qutu boz rəngli «Viçeroy» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 18 manat təşkil edən 10 qutu göy rəngli «Viçeroy» markalı, bir qutunun qiyməti 1.80 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 15 qutu «Viçeroy kompakt» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 37.4 manat təşkil edən 22 qutu boz rəngli nazik «Maqna» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 25.5 manat təşkil edən 15 qutu qara rəngli nazik «Maqna» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 17 manat təşkil edən 10 qutu «Maqna kompakt» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 13.6 manat təşkil edən 8 qutu göy rəngli «Classik» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 17 manat təşkil edən 10 qutu boz rəngli «Classik» markalı, bir qutunun qiyməti 1.70 manat olmaqla ümumi dəyəri 20.4 manat təşkil edən 12 qutu göy rəngli nazik «Kinqstone» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qalın «Bakı» markalı, bir qutunun qiyməti 1.50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 qutu qalın «Azəri» markalı siqaretləri 02 ədəd bir ədənin dəyəri 1 manat olan «Bizon» markalı energetik içkiləri, 2850 manat nağd pulu və 80 manatlıq qəpikləri gizli yolla oğurlamaqla ona 4118 manat maddi ziyan vurmuşlar. Bununla bağlı o polisə müraciət etmişdir. Polislər hadisə yerində olmuş və mümkün olan əl-barmaq izlərini çıxartmışlar. Eləcə də marketdə videokameralar mövcud olduğu üçün həmin hadisənin görüntüləri polislər tərəfindən çıxarılaraq götürülmüşdür. Görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə marketdən oğurluq edən şəxslər üç nəfərdən ibarət olmuşlar. Daha sonra xx.xx.2020-ci il tarixdə təkrarən yenədə onun mağazasına naməlum şəxslər gecə qanunsuz daxil olub oradan ümumi dəyəri 345.30 manat təşkil edən müxtəlif markalı siqaretləri oğurlamışlar. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, xx xxxx 2020ci il tarixli cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmır. Belə ki, bununla bağlı videogörüntülər də mövcuddur. Həmin görüntülərdəki şəxslər Təqsirləndirilən şəxs bənzəmir. Bu barədə işi aparan müstəntiqlərə də dəfələrlə bildirmiş və videogörüntüləri də təqdim etmişdir. Lakin digər epizodun, yəni xx xxx 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi həm əl-barmaq izləri, həm də videogörüntülərlə təsdiq olunur. Bundan başqa onun marketindən edilmiş oğurluq nəticəsində əldə edilmiş əşyalardan heç nə aşkar edilməmiş və həmin əşyaların sonrakı taleyi barədə heç bir araşdırma aparılmamışdır. O öz ifadəsində daha sonra ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, o Nəsimi rayonu, Rəsul Rza küçəsi 35 ünvanında yerləşən «X5»ni 2019-cu ilin dekabr ayından işlədirmiş. Qeyd etmişdir ki 2020-ci ilin yaz aylarında məlum xəstəliklərlə bağlı o məcbur olub işlətdiyi kabab evinin fəaliyyətini dayandırmışdır. Daha sonra xx xxx 2020-ci il tarixdə o, obyektə baş çəkmək üçün gələndə obyektdən ona məxsus olan əşyaların oğurlanmasını müəyyən etmişdir. Obyektdən ona məxsus olan 1000 manat dəyərində bir ədəd səsgücləndirici aparat, bir ədəd dəyəri 450 manat təşkil edən «Samsunq» markalı plazma televizor və bir ədəd 100 manat dəyərində olan Smartbox oğurlanmışdır. Bu oğurluq nəticəsində ona 1550 manat maddi ziyan dəymişdir. Lakin sonradan o polisə şikayət etdikdən sonra polis əməkdaşları keçirdikləri tədbir nəticəsində oğurlanmış dəyəri 1000 manat olan səsgücləndirici aparatı tapmışlar və onu oğurlayan şəxsi tutmuşlar. Sonradan məlum olmuşdur ki, oğurluq edən şəxsin adı Təqsirləndirilən şəxsdur. Digər əşyaları yəni televizorla smartbox aparatı tapılmamışdır. Məhkəmə ekspertiza mərkəzinin 9/3093 nömrəli rəyinə əsasən oğurlanan DJ aparatının yəni səsgücləndiricinin orta bazar qiymətinin təxminən 240,00 manat təşkil etməsinə razı deyilmiş, çünki o həmin aparatı özü 2019-cu ilin dekabr ayında 1000 manat pul verib almışdır. Hal-hazırda ona vurulmuş ziyan ödənilməsə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əri Ramil fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Qaradağ rayonu, Ümid qəsəbəsində fəaliyyət göstərən «Rahil» market ona məxsusdur. Həmin marketin açılışı xx xxxx 2020-ci il tarixdə olub və həmin vaxtdan etibarən 24 saat işləmək şərti ilə fəaliyyətə başlayıb. Qeyd edilən marketdə əri həm satıcı, həm də mal sifarişçisi kimi işləyir. Lakin gün ərzində saat 15:00-dan 20:00-dək həmin mağazada o da satıcı işləyir, həmin müddət ərzində əri istirahət edir. Qeyd edilən marketdə yalnız ərzaq məhsulları, sular və siqaret satırlar. Ramilin deməsinə əsasən o, xx xxxx 2020-ci il tarixdə gecə saat 02:00-da marketi bağlayıb namaz qılmaq üçün qəsəbədə yerləşən məscidə getmiş, namaz qılıb ibadət edib qurtardıqdan sonra səhər saat 06:00-da evə gəlmişdir. Əl üzünü yuyub marketə getdikdən sonra kassa aparatının siyirməsindən 28 ədəd 100 manatlıq əskinaslar və 01 ədəd 50 manatlıq əskinas olmaqla 2850 manat nəğd şəkildə kağız pul və 80 manat isə qəpik şəklində pul olmaqla ümumilikdə 2930 manat nəğd pulun, siqaret vitrinində ümumi dəyəri 1500 manat olan siqaretlərin, hər biri 1 manat olan 02 ədəd enerji içkilərinin oğurlandığını aşkar etdiyini ona demişdir. Bundan sonra baş verən hadisə ilə əlaqədar əri Qaradağ RPİ-nin 38-ci PB-nə müraciət etmiş və hadisə ilə əlaqədar marketə polis əməkdaşları gəlib baxış keçirmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə təkrarən yenədə onların mağazasından naməlum şəxslər gecə qanunsuz daxil olub oradan ümumi dəyəri 345.30 manat təşkil edən müxtəlif markalı siqaretləri oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyırmış, o onu İsi kimi tanıyırmış, o onunla təsadüfən çayxanada tanış olmuşdur. 2020-ci ilin may ayının ilk günlərində o yaşadığı evin yanında gündüz saatlarında siqaret çəkən zaman İslam ona yaxınlaşmış ondan o tərəflərdə televizor və ya dj aparatının alqı-satqısı ilə məşğul olan yer olub-olmamasını soruşmuşdur. O isə belə bir tanışının olmadığını demişdir. O İslama nə üçün belə bir yer axtardığını soruşmuş, İslam isə ona satılası əşyasının olduğunu deyərək “sənin nəyinə lazımdır?” sualını vermişdir. O İslama yaxınlıqda televizor təmiri ilə məşğul olan şəxsin olduğunu demişdir, lakin həmin şəxsi tanımırmış. Daha sonra o həmin təmir yerinə getmişdir, İslamda təxminən beş dəqiqə sonra həmin yerə gəlmişdir və əlində bir selofan torba olmuşdur. Həmin vaxt İslam şəxsiyyət vəsiqəsi olmadığı üçün ondan xahiş etmişdir ki, öz vəsiqəsindən istifadə etsin. İslam çöldə gözləmiş özü isə içəri girərək İslamın verdiyi torbadan bir ədəd qara rəngli musiqi aparatını çıxardıb televizor ustası kimi işləyən Natiqə vermişdir. Natiq aparatın köhnəldiyini görüb almaq istəmədiyini demişdir, lakin o, xahiş etmişdir ki, aparatı Natiq alsın. Natiqdə 11 manat verəcəyini deyib onunla razılaşmış və ona 11 manat pul vermişdir. O da pulu götürdükdən sonra çıxıb İslama vermişdir. Daha sonra İsi çıxıb getmişdir. Həmin vaxt İsi yalnız bir səsgücləndirici aparat satmışdır. Həmin aparatın cinayət yolu ilə əldə edildiyini o bilmirmiş və buna görə də İsi ona heçnə deməmiş və satdığı aparatdan pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o televizor təmiri ilə məşğul olurmuş, bəzi hallarda köhnə televizorları alıb təmir edib satırmış. Təqsirləndirilən şəxs tanımırmış, 2020-ci ilin may ayının əvvəllərində bir nəfər tanımadığı şəxs onun işlədiyi obyektə gəlib bir ədəd DJ aparatını 20 manata satdığını demişdir. O həmin aparatın köhnə olduğunu demiş və almaq fikri olmadığını ona bildirmişdir. Aparatı satan şəxs həmin aparatı almağı ondan xahiş etmişdir. Bundan sonra o, həmin aparatı 11 manata almağa razılaşmışdır və 11 manat pulu həmin şəxsə verdikdən sonra o, çıxıb getmişdir. Aparatı satmaq istəyən şəxsin Orxan olduğunu, lakin bir nəfər şəxsin isə onu çöldə gözlədiyini görmüşdür. Lakin həmin şəxsin kim olmasını o bilməmişdir. Daha sonra polis əməkdaşları onun işlədiyi obyektə gəlib və həmin aparatın oğurluq olduğunu demişlər. O da həmin aparatı və Orxanın ona təqdim etdiyi şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. Həmin aparatın oğurluq olduğunu o bilməmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o aparatı satan həmin şəxsin adını bilmirmiş. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Elçin adlı şəxs ona oğurluq edən şəxsin adının İslam olduğunu bildirmiş və həmin oğurlanmış aparatı götürüb getmişdir. Aparatı ona satan Orxan adlı oğlan da polis əməkdaşının yanında imiş və bildirmişdir ki, ona satmışdır. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 22-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl tanımamışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. “X5”ndən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq müşahidələr aparmışlar. Bu zaman onlara bir nəfər şəxsin səsgücləndirici aparat satmağa yer axtardığını öyrənmişlər. Həmin şəxsin Şahid1 olduğu müəyyən edilmişdir. Bundan sonra həmin şəxsi, yəni Şahid1 tapmışlar. Orxan həmin səsgücləndirici aparatı satmağı ondan xahiş edən şəxsin “İsi” ləqəbli şəxs olduğunu demişdir. Bundan sonra əməliyyat məlumatları vasitəsilə “İsi” ləqəbli şəxsin Təqsirləndirilən şəxs olduğu tərəflərindən müəyyən olunmuşdur. Araşdırma zamanı Şahid1 Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığına görə səsgücləndirici aparatı öz şəxsiyyət vəsiqəsilə satdığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra isə özü əməli törətdiyini etiraf etmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir işgəncə və təzyiqlər edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2349 nömrəli xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən müxtəlif markalı malları 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 20,80 manat müəyyən edilir. O cümlədən: 10.1 ədəd “Sobranie” markalı (qara nazik) siqaret-3.70 manat; 11.1 ədəd “Winston” markalı (kompakt) siqaret-3.10 manat; 12.1 ədəd “Winston” markalı (nazik) siqaret-3.10 manat; 13.1 ədəd “LD Club” markalı (kompakt) siqaret-2.60 manat; 14.1 ədəd “LD Club” markalı (nazik) siqaret-2.60 manat; 15.1 ədəd “Magna” markalı (nazik) siqaret-1.70 manat; 16.1 ədəd “Snikers” markalı şokolad - 2,00 manat; 17.1 ədəd “Madeleins” markalı şokolad-0,50 manat; 18.1 ədəd 2 litrlik “Mirinda” markalı şirin içki-1.50 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3093 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş DJ aparatının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 240,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1015 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, 1 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi 2 saylı daktilolentin səthindəki «a» və «b» əl-barmaq izləri 3 saylı saylı daktilolentin səthindəki «a» və «b»barmaq izləri, 2 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki papilyar naxış izi, 3 saylı daktilolentin səthindəki ovuc izi, 4 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 7 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, həmin izlər əlin toxunması nəticəsində qalmışdır və izlərdə fərdi əlamətlər yoxdur. 1 №-li zərfdə tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki «c» əl-barmaq izi, 2 №-li zərfdə tədqiqata təqdim edilmiş 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki «b» əl-barmaq izi və «c» papilyar naxış izi, 6 saylı daktilolentin səthindəki «b» əl-barmaq izi, 7 saylı daktilolentin səthindəki papilyar naxış izi, 8-10 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 1 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ əlinin ovucunun hipotenar hissəsindən, 2 saylı daktilolentin səthindəki «a» və «b» əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin adsız və çeçələ barmaqlarından qalmışdır. 1 №-li zərfdə tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki «a» və «b» əlbarmaq izləri, 2 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi, 2 saylı daktilolentin səthindəki papilyar naxış izi, 3 saylı daktilolentin səthindəki ovuc izi, 4 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 7 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixli oğurluq hadisəsi Təqsirləndirilən şəxs oxşar şəxs tərəfindən törədilmiş və təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd səsgücləndirici DJ aparat iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən şəxslə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi yeni massiv 4 ünvanında yerləşən saxlanc yeri olan “Rahil” marketə plastik pəncərədən qanunsuz daxil olmaqla ümumilikdə 4118 manat maddi ziyan vurmaqla oğurluq etməsinə” dair ittiham verilsə də məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin qeyd olunan epizod üzrə oğurluq etməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd olunan epizod üzrə yeganə sübut növü kimi nəzərə alınmış Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, ifadənin yerində yoxlanılması zamanı hər hansı bir audio və ya video çəkiliş və yazıdan istifadə edilməmiş, ifadənin yerində yoxlanılmasından əvvəl təqsirləndirilən şəxsin hadisə yerini zərərçəkmiş şəxsin iştirakı ilə düzgün təsvir etməsinə dair ətraflı ifadəsi alınmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxx 2020-ci il tarixdə “Rahil” marketdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl-barmaq izləri Təqsirləndirilən şəxs məxsus olmamışdır. Bundan başqa məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ona məxsus “Rahil” marketdən xx xxxx 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar videogörüntünü məhkəməyə təqdim etmiş və həmin videogörüntüyə baxış keçirilməsi zaman müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 03:30 radələrindən başlayaraq “Rahil” marketdən üç nəfər şəxsin oğurluq etməsi öz əksini tapmış və həmin şəxslərin Təqsirləndirilən şəxs oxşarlığı müəyyən edilməmişdir. Lakin hansısa naməlum səbəbdən işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən həmin videogörüntü cinayət işinə əlavə edilib qiymətləndirilməmişdir. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən sübuta yetməyən oğurluq epizodu üzrə oğurlanmış əşyaların, yəni maddi sübutların taleyi ümumiyyətlə araşdırılmamış və bu istiqamətdə hər hansı bir istintaq hərəkətləri də həyata keçirilməmişdir. Baxmayaraq ki, həmin epizod üzrə kifayət qədər çox miqdarda fərqli əşyalar oğurlanmış və Təqsirləndirilən şəxs guya ibtidai istintaq zamanı verdiyi ifadəsində oğurladığı həmin əşyaları tanımadığı şəxslərə satdığını bildirmişdir. Həqiqətdə bu ifadə real olsaydı, təqsirləndirilən şəxs oğurladığı əşyaların heç olmasa müəyyən qisminin hansı formada, necə və kimlərə satılması barədə istintaqa daha ətraflı ifadə verməklə onların taleyi barədə müəyyən aydınlıq gətirərdi. Bundan sonra isə əşyaların tapılması istiqamətində real əməliyyat-axtarış tədbirləri həyata keçirilərdi. Göründüyü kimi həmin ifadə real olaraq alınmamışdır. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsin verdiyi ifadələrdə müstəntiq tərəfindən hansısa naməlum səbəblərdən 16 “may” kimi yazılmış sözlər “ağardıcıdan” istifadə edilməklə pozulmaqla 16 “mart” kimi göstərilmişdir. Lakin işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən bu hallara dair hər hansı bir aydınlıq gətirilməmişdir. Beləliklə də iş üzrə Təqsirləndirilən şəxs həmin cinayət hadisəsini törətməsi heç bir mötəbər sübutlarla əsaslandırılmamışdır. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və X2 Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ haqqına) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan epizod üzrə oğurluq etməsi öz təsdiqini tapmamaqla ittihamın bu hissəsi əsaslandırılmamış ittiham kimi qəbul edilməli və Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq etməsinə dair epizod ittihamdan xaric edildiyindən, ona həmin epizoda əsasən verilmiş CM-nin 177.2.1-ci maddəsi də ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 351.3.4-cü maddəsində də göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxx 2020-ci il tarixə saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 saxlanc yeri olan “X5”nə pəncərədən qanunsuz daxil olmaqla oradan dəyəri 450 manat olan “Samsung” markalı plazma televizoru, dəyəri 240,00 manat olan “DJ” aparatını və dəyəri 100 manat olan bir ədəd smartbox aparatını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 790 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair ona verilmiş ittihamı qəbul etməsə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla həmin ittiham öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, o xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində Nəsimi rayonu ərazisində Nəsimi rayonu, Rəsul Rza küçəsi 35 ünvanında yerləşən X5nə pəncərədən daxil olub oradan bir ədəd Samsung markalı televizor, bir ədəd aparat və bir ədəd Smartbox götürüb çıxmışdır və aparıb satmışdır, əldə olunan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli xx xxxxx 2020-ci il tarixə saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 saxlanc yeri olan “X5”nə pəncərədən qanunsuz daxil olmaqla ümumilikdə 790 manat məbləğində oğurluq etməsinə və xx xxx 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv 4 ünvanında yerləşən saxlanc yeri olan “Rahil” marketə plastik pəncərədən qanunsuz daxil olmaqla ümumilikdə 345.30 manat məbləğində oğurluq etməsinə dair epizodlar üzrə sübuta yetməklə onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməlidir. İş materiallarında olan tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 29,177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 ay 18 gün hissəsi qismən və 1750 manat məbləğində cərimə cəzası isə tam birləşdirilməklə qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1750 manat cərimə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.3.3-cü maddəsi ilə verilmiş ittiham xaric edilmiş, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 29, 177.2.3-cü maddəsinə tövsif edilməklə ona 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 ay 18 günü qismən və 1750 manat cərimə cəzası isə tam birləşdirilməklə ona qəti olaraq 03 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 1750 manat cərimə cəzası təyin edilmişdir. Cəzasının əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmış və xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs çəkilməmiş qalmış cərimə cəzası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə maddi subut kimi tanınmış əl-barmaq izləri və 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi subut kimi tanınmış bir ədəd səsgücləndirici “DJ” aparatının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 161.29 (yüz altmış bir manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 510 (beş yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 1750 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1750 (min yeddi yüz əlli) manat cərimə təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 161.29 (yüz altmış bir manat iyirmi doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi subut kimi tanınmış əl-barmaq izləri və 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə maddi subut kimi tanınmış bir ədəd səsgücləndirici “DJ” aparatının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 510 (beş yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar