Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-37/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ saat 12:00 Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə va aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə **-YY-*** dövlət qeydiyyat nişanını Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirəcəyi barədə qəsdən yalan məlumat verərək onu aldatmış, etibarından sui istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-nin həyətində sonuncunun ümumilikdə 5100 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə **-VV-*** dövlət qeydiyyat nişanını Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirəcəyi barədə qəsdən yalan məlumat verərək aldatmış, etibarından sui istifadə edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs1 tərəfindən ona verilməsi üçün gətirilmiş 5500 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-nin həyətində ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 Almaniya Federativ Respublikasından öz istifadəsi üçün gətirdiyi "Merсedes Benz" markalı avtomobilin gömrük rəsmiləşdirilməsini həyata keçirəcəyi barədə qəsdən yalan məlumat verərək aldatmış, etibarından sui istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında 10800 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığında "xxxx" MMC-də işləyir, onun vəzifəsi daxil olmuş müştərilərə gömrük bəyannaməsi yazmaqdan ibarət olmuşdur. Bundan əlavə qazanc əldə etmək məqsədilə avtomobillərin rəsmiləşdirməsinə köməklik edərək hər bir müştəridən 30-50 manat zəhmət haqqı aldığını bildirmişdir. Növbəti dəfə sənədləşmə işləri apararkən o, Elnur adlı şəxslə müştəri kimi tanış olmuş, ona bir neçə dəfə avtomobillərinə BDYPİ-nin Qİİ-də qeydiyyat nişanı alınmasında və sənədləşdirilərək rəsmiləşdirməsində köməklik etmişdir. 2022-ci ilin fevral ayında isə Elnur ona **-YY-*** və **-VV-*** dövlət qeydiyyat nişanları satışda olarsa əgər əldə etmək istədiyini bildirmişdir. Onlar görüşərək bu barədə danışmış, o da Elnura həmin qeydiyyat nişanlarının növbəsinin çatmadığını, növbə çatdığında həmin qeydiyyat nişanları onun adına rəsmiləşdirə biləcəyini bildirmişdir. Azyaşlı qızı xəstə olduğu üçün Naxçıvan Muxtar Respublikasına getməli olduğundan Elnurdan 1000 manat pul borc istəmiş, Elnur ona həmin məbləği vermişdir. Naxçıvan Muxtar Respublikasından qayıtdıqdan sonra həmin qeydiyyat nişanları onun adına rəsmiləşdirəcəyini bildirmiş, bundan sonra Naxçıvan şəhərində uşağının müalicəsi ilə məşğul olmuş, Naxçıvan şəhərində olan zaman Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları ona zəng edərək onu polis bölməsinə dəvət etmiş, lakin, Naxçıvan şəhərində olduğundan onlara gələ bilməyəcəyini demişdir. Bir müddətdən sonra Bakı şəhərinə qayıtdıqdan sonra polis bölməsinə getməmiş, Elnurla əlaqə saxlamamış, Bakı şəhərinə qayıtdıqdan sonra Binəqədi rayonunda yerləşən Turan adlı şəxsdən icarəyə avtomobil götürdüyündən onunla münasibətləri yaranmağa başlamışdır. 2022-ci ilin aprel ayında Turanın avtomobil icarə verdiyi ofisdən Ramiz ona zəng edərək tanışı X7 Respublikasından gətirdiyi "Mercedes Benz" markalı avtomobili gömrükdə rəsmiləşdirilməsinə köməklik etməyini xahiş etmişdir. Həmin gün təxminən saat 09:00 radələrində əvvəllər tanımadığı Surxay adlı şəxs ona yaxınlaşmış, o da Surxaya onun maşınını nəqliyyat vasitələrinin gömrük orqanlarında rəsmiləşdirilməsi üçün müəyyən olunmuş məbləğdən 3000 manat ucuz qiymətə rəsmiləşdirəcəyinə söz vermişdir. Həmin gün saat 18:00 radələrinədək Surxayla birlikdə avtomobilin rəsmiləşdirilməsi üçün çalışsa da rəsmiləşdirməni həyata keçirə bilməmişdir. Naxçıvan şəhərinə getmək üçün bileti olduğunu Surxaya bildirmiş, sənədləri kafeyə qoymasını, ona borc olaraq 1000 manat pul verməsini xahiş etmişdir. Surxay da onun sözlərindən sonra ona 1000 manat pul vermiş və sənədləri kafeyə qoymuşdur. Naxçıvan şəhərinə getmiş və geri qayıtdıqdan sonra Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1la heç bir əlaqə saxlamadığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hərəsindən 1000 manat olmaqla ümumilikdə 2000 manat pulu borc şəklində aldığını, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımadığını bildirmişdir. Daha sonra özünü təqsirli bilmədiyini qeyd edərək məhkəmədən onun barəsində ədalətli cəza verilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, borc formasında aldığı 2000 manat pulu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qaytarmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının ortalarında X3 özünün istifadə etməsi üçün "Toyota Prius" markalı avtomobil almış, həmin avtomobilin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gəlmiş və orada olan zaman bir nəfər sonradan adını Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq avtomobilinin onun işlədiyi "xxxx" firması vasitəsilə dövlət qeydiyyatına alınmasında ona köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxsla danışdıqdan sonra ona 25 manat verərək avtomobilə bəyənnamə yazdırmış, bundan sonra avtomobilini qeydiyyatdan keçirmişdir. Həmin gündən etibarən Təqsirləndirilən şəxsla münasibəti yaranmış, **-ZZ-*** dövlət qeydiyyat nişanının təqribən hansı qiymətə əldə edə bicəyini ondan soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında həmin qeydiyyat nişanının satılması işlərinin Orxan adlı şəxsə aid olduğunu bildirmişdir. Bu səbəbdən Orxan adlı şəxslə danışdıqdan sonra ona məlumat verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Orxan adlı şəxslə mobil telefonda danışdıqdan sonra onun istədiyi dövlət qeydiyyat nişanının satışa çıxarıldığını demişdir. Təqsirləndirilən şəxs həmin dövlət qeydiyyat nişanının qiymətini soruşmasını istədikdə isə Təqsirləndirilən şəxs ona Orxan adlı şəxsin ***-***-**-** mobil nömrəsini verərək özünün Orxanla əlaqə saxlamasını bildirmişdir. Bir neçə gündən sonra Orxanla əlaqə saxlamış, dövlət qeydiyyat nişanının satış qiymətinin 10300 manat olmasını öyrəndikdə satış qiyməti yüksək olması səbəbindən və həmin vaxt ona deyilən məbləği ödəyə bilməyəcəyinə görə **-ZZ-*** dövlət qeydiyyat nişanını ala bilməmişdir. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onu yeni il bayramı münasibətilə təbrik edərkən ona istədiyi dövlət qeydiyyat nişanını qiymətinin yüsək olması səbəbindən ala bilmədiyini demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs ona zəng edərək yeni qeydiyyat nişanlarının, yəni **-YY-*** və **-VV- *** qeydiyyat nişanlarının satışa çıxarıldığını bildirmişdir. O, dərhal dövlət qeydiyyat nişanlarının qimətlərini soruşmuş, Təqsirləndirilən şəxs isə ona hər birinin 6000 manat olduğunu demişdir. O, **-YY-*** dövlət qeydiyyat nişanını almaq istəmiş, Təqsirləndirilən şəxsın zəngindən sonra dostu X8 zəng edərək **-VV-*** dövlət qeydiyyat nişanının satılması barədə məlumat vermiş, o da həmin dövlət qeydiyyat nişanını almaq istədiyini demişdir. Mirəlinin razılığından sonra Təqsirləndirilən şəxs zəng edərək hər iki dövlət qeydiyyat nişanını alacağını demiş, Təqsirləndirilən şəxsla **-YY-*** dövlət qeydiyyat nişanını 5100 manata, **-VV-*** dövlət qeydiyyat nişanını isə 5500 manata alacağını razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Təqsirləndirilən şəxsla əvvəlcədən razılaşdığı kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin yaxınlığında olan “Osmanlı” restoranının qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxsla görüşmüş və dövlət qeydiyyat nişanlarının onların adına rəsmiləşdirilməsi işlərinə başlanması üçün idarə etdiyi "Toyota Prius" markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona ilkin olaraq 1700 manat beh vermişdir. Təqsirləndirilən şəxs ondan beh olaraq aldığı pulu götürmüş və Orxanla əlaqə saxlaya bilmədiyini bildirmiş, həmin məbləği özünün aparıb Orxanın evində verəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs da ona növbəti gün üçün eyni yerə həmin dövlət qeydiyyat nişanlarını taxacaqları nəqliyyyat vasitələri ilə gəlmələrinin və razılaşdıqları məbləğin qalan hissəsinin gətirilməsinin vacib olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində o, dostu Mirəli və Mirəlinin atası Manaf Seyidli ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" bazarının yaxınlığında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin qarşısına gəlmişlər. O, qeyd olunan yerə özünə məxsus "Toyota Prius" markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Mirəli ilə atasının idarə etdiyi "Mersedes GL" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Onları orada əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs, onun tanımadığı şəxsləri çağıraraq avtomobillərin ön hissəsinə sarı rəngli kağızlar yapışdırmış və ona pulun qalan hissəsinin verilməsini demişdir. İdarə etdiyi avtomobildə Mirəlinin iştirakı ilə 8900 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ondan pulu və avtomobillərin texniki şəhadətnamələrini aldıqdan sonra əynində olan paltosunun iç cibinə qoyaraq avtomobildən düşmüş və binaya tərəf getmişdir. Təqsirləndirilən şəxs binaya daxil olduqdan təxminən 15 dəqiqə sonra çıxmış və onlara tərəf gələrək 40 dəqiqəyə, rəis gəldikdən sonra dövlət qeydiyyat nişanlarının onların adına rəsmiləşdiriləcəyini demişdir. Onlar avtomobillərin yanında dayanaraq söhbət edən zaman Təqsirləndirilən şəxs siqaretini avtomobilindən götürmək adı ilə onların yanından aralanaraq kənarda "Osmanlı" restoranının qarşısında saxladığı avtomobilinə tərəf getmiş və sonra avtomobilinə əyləşərək sürüb getmişdir. O da dərhal Təqsirləndirilən şəxsın mobil telefonuna zəng edərək hara getdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə ona cavabında Orxan adlı şəxsin aksizsiz siqaret çəkdiyini, bu səbəbdən həmin siqaretdən Orxana məxsus avtomobildən götürməli olduğunu bildirmişdir. Təxminən 30 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs geri gəlmədiyini, eyni zamanda mobil nömrəsinə zənglərin daxil olmamasını gördükdə, aldanıldığını başa düşmüş və dərhal «102» xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə ifadəsinin Təqsirləndirilən şəxs beh olaraq verdiyi pulla bağlı hissəsində, məhkəmə iclasında verdiyi ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini, aralarında barışıq əldə olunmadığını və şikayətçi olduğunu nəzərə alaraq, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə dostdur, onların münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində evdə olduğu zaman dostu Elnur ona zəng edərək **-YY-*** və **-VV-*** dövlət qeydiyyat nişanlarının satışa çıxarıldığını, qiymətini soruşduqda **-VV-*** dövlət qeydiyyat nişanının qiymətinin 5500 manat olduğunu bildirmişdir. O, Elnurla razılaşmış, xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində idarə etdiyi "Mersedes GL" markalı **-MR-*** dövlət nömrə nişanlı avtomobildə atası Manafla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin qarşısına gəlmiş, onları orada sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs qarşılamışdır. Təqsirləndirilən şəxsın tapşırığı əsasında onun tanımadığı şəxslər avtomobillərin ön hissəsinə sarı kağız yapışdırmış, Təqsirləndirilən şəxs da Elnura pulu verməyini demiş, Elnur da ona məxsus avtomobildə onların işrtirakı ilə 8900 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs Elnurdan pulu və avtomobillərin texniki şəhadətnamələrini aldıqdan sonra əynində olan paltosunun iç cibinə qoyaraq avtomobildən düşmüş və binaya tərəf getmişdir. Təqsirləndirilən şəxs binaya daxil olduqdan təxminən 15 dəqiqədən sonra çıxmış və onlara tərəf gələrək 40 dəqiqəyə rəisin gələcəyini və o, gəldikdən sonra qeydiyyat nişanlarının onların adına rəsmiləşdiriləcəyini bildirmişdir. Onlar avtomobillərin yanında dayanaraq söhbət edən zaman Təqsirləndirilən şəxs siqaretini avtomobilindən götürmək adı ilə onların yanından aralanaraq kənarda "Osmanlı" restoranının qarşısında saxladığı avtomobilinə tərəf gedərək avtomobilə əyləşib sürüb çıxıb getmişdir. Elnur Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək hara getdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə Orxan adlı şəxsin siqaretini onun avtomobilindən götürüb geri qayıdacağını bildirmişdir. Elnur təxminən 30 dəqiqə gözlədikdən sonra təkrar Təqsirləndirilən şəxs zəng etdikdə onun mobil nömrəsinə zənglərin daxil olmadığını görmüş və aldanıldıqlarını başa düşmüşdür. O, dərhal «102» xidməti zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında ünvanlanmış suala cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadədə atasının da onlarla bərabər BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin həyətində gözlədiyini bildirmişdir, lakin atası ilə bərabər getsələr də atası onlarla gözləməmiş və getmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs **-VV-*** dövlət qeydiyyat nişanının onun adına rəsmiləşdirilməsi ilə əlaqədar verdiyi 5500 manat ona geri qaytarılmamış, aralarında barışıq əldə olunmamışdır. Şikayətçi olduğunu nəzərə alaraq, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 3 il 9 ay ərzində yaşadığı Almaniya Federativ Respublikasından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıdarkən özünün idarə etməsi məqsədi ilə "Mersedes Benz E220" markalı avtomobili alaraq gətirmişdir. Həmin avtomobili Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində qeydiyyatdan keçirməsi ilə bağlı tanışı Turanla məsləhətləşərkən Turan ona Təqsirləndirilən şəxs tövsiyə etmiş və onun əlaqə nömrələrini vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gəlmiş, orada Təqsirləndirilən şəxsla həmin gün saat 10:00 radələrində görüşmüş, Təqsirləndirilən şəxsla danışdıqda onunla avtomobili 10800 manata rəsmiləşdirəcəyi barədə razılığa gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs 1000 manat beh vermiş, o da avtomobilin sənədlərini həmin idarənin yaxınlığında yerləşən yeməkxanada işləyən Etibar adlı şəxsə verməsini və Etibara "Sənanın işçisi gəlib sənədləri götürəcək" deməsini ondan xahiş etmiş, qalıq pulu isə ona zəng etdikdə poçt vasitəsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin hesabına köçürməsini bildirmişdir. O da həmin yeməkxanaya gedərək orada Etibar adlı şəxsi tapmış, sənədləri ona vermişdir. Həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək Rəsulzadə qəsəbəsinə gəlməsini və birlikdə Gömrük İdarəsinə gedərək avtomobili onun adına rəsmiləşdirəcəklərini demişdir. O da qalan 9800 manat pulu üzərində götürərək Rəsulzadə qəsəbəsinə Təqsirləndirilən şəxs əvvəlcədən ona bildirdiyi yerə getmiş və orada təxminən saat 16:00 radələrində görüşmüşlər. Təqsirləndirilən şəxs avtomobilini “Osmanlı restoranı”nın qarşısında saxlamış, qalan 9800 manat pulu ona verməsini bildirmişdir. Üzərində olan 9800 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra Təqsirləndirilən şəxs ona restorana gedərək çay sifariş etməsini və onu orada gözləməsini bildirmişdir. Təqsirləndirilən şəxs razılaşdıqları formada onun olduğu yerə geri gəlmədiyini görüncə təxminən saat 17:00 radələrində ona zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, o da cavabında bu gün işləri yekunlaşdıra bilmədiyini demiş, səhər saat 10:00 radələrində gəlib avtomobilini Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən çıxarmasını ona bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində həmin idarənin qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs saat 11:00 radələrində qeyd olunan ünvanda olacağını bildirmişdir. Təqsirləndirilən şəxs göstərişi ilə sənədləri təhvil verdiyi yemekxanaya su almaq üçün gedərkən Etibar adlı şəxsə verdiyi sənədlərin qoyduğu yerdə olduğunu gördükdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək onu aldatdığını başa düşmüşdür. O, dərhal tanışı Turana zəng edərək baş verənlər barədə məlumat vermiş və sonra yenidən Təqsirləndirilən şəxs zəng etdikdə onun mobil nömrəsinə zənglərin daxil olmadığını görmüşdür. Tanışı Turanın avtomobillərin icarə məntəqəsinə getmiş və orada Təqsirləndirilən şəxs icarə əsasında götürdüyü "Haval" markalı avtomobilin Nəsimi rayonu, 7-ci mkrn ərazisində olması GPS vasitəsi ilə müəyyən edilmişdir. Turanla bərabər dərhal həmin yerə getdikdə, Təqsirləndirilən şəxs avtomobili maşınyuma məntəqəsinə açarları ilə birlikdə təhvil verərək getdiyi onlara məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-yə gələrək baş verənlər barədə məlumat vermiş və ərizə yazmışdır. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində verdiyi 1000 manat, həmin gün saat 16:00 radələrində verdiyi 9800 manat pulun ona geri qaytarılmaması səbəbindən şikayətçidir, onunla barışmamışdır. Qeyd olunan halları nəzərə alaraq ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 31 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 şikayətləri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 76-cı vərəqəsində olan 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan 04 iyul 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Binəqədi rayonu, A.Kunanbayev küçəsində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan 10 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirlənidirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. Cinayət işinin 132-139-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli, 4(002)-162/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 140-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 151-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 22 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Hərbi Məhkəməsinin 19 fevral 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 333.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli “Amnistiya” qərarının 2.3-cü bəndinə əsasən azad edilmişdir. Cinayət işinin əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Çimnaz adlı və xx.xx.2012-ci il təvəllüdlü Cəsur adlı yetkinlik yaşına çatmayan övladları var. Cinayət işi materialına əlavə olunmuş 10 sentyabr 2022-ci il tarixli üzləşdirmə dindirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən zərərçəkmiş şəxslər verdikləri ifadələri təsdiqləmişlər. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəməyədək istintaq dövründə aparılmış üzləşdirmə protokolları və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi müdafiə xarakterli və həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, cinayət işi materiallarında olan zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, həmçinin təqsirləndirilən şəxsin iştirakı ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslərin ibtidai istintaq dövründə verdikləri ifadələrini yenidən təkrarlamaları ilə onlara qarşı dələduzluq cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında zərərçəkmiş şəxslərdən borc olaraq ümumilikdə 2000 manat pul almasına dair ifadəsi yalnız cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui istifadə etmə va aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 23 yanvar 2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cinayəthüquqi xarakterli tədbir cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X9 işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili X6 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 şübhəli şəxs qismində tutulduğu 09 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək, 01 (bir) gün müddət nəzərə alınmaqla, X1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. X1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. X1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X2 məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili X6 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-37/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-37/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver