Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-37/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1987-ci il tarxdə Salyan rayonu, Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 06 ay azaldımış, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə 12 iyul 2023-cü il tarixdə, saat 02.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” ticarət mərkəzi, 9-cu korpus ünvanında fəaliyyət göstərən anbara və anbarın sağ tərəfində yerləşən plastik tikiliyə açıq qapılarından qanunsuz daxil olub anbardar Zərərçəkmiş şəxs həmin tikilidə stolun altında saxladığı qara rəngli sellofan torbada qablaşdırılımış hər birinin qiyməti 8 manat olmaqla cəmi 48 manat dəyərində 6 ədəd “Unique” markalı UEF 3106 kodlu avtomobil yanacaq filteri, hər birinin qiyməti 8 manat olmaqla cəmi 48 manat dəyərində 6 ədəd “Unique” markalı UEF 3105 kodlu avtomobil yanacaq filteri, hər birinin qiyməti 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd “Shabab” markalı ********** kodlu avtomobil yanacaq filteri və 15 manat dəyərində “İntermed” markalı insan qan təzyiqi ölçən cihazdan ibarət ümumilikdə 151 (bir yüz əlli bir) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o əvvəllər “Myevəli” ticarət mərkəzində yük avtomobillərini boşaldaraq fəhləlik etmişdir. Tarixini unutduğu vaxtda “Meyvəli” ticarət mərkəzində tualetdən çıxarkən sağ tərəfdə yerləşən anabarın qapılarının yarı açıq vəziyyətdə olduğunu görmüş və ora daxil olaraq qara sellofanda olan mator və filteri götürərək oradan uzaqlaşmışdır. Həmin əşyaları tutulduqdan sonra istintaqa təqdim etmişdir.O, əlavə olaraq bildirmişdir ki, mator və filterləri oğurladığı yerin qapısı açıq olmuşdur.O qapalı əraziyə daxil olmamışdır.O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu, bildirmiş və qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Meyvəli ticarət mərkəzində anbarda anbardar kimi fəaliyyət göstərir. 14 iyul 2023-cü il tarixdə anbarda yerləşən ofisdə olarkən ofisdə siyirməyə qoyduğu ona məxsus təzyiqölçən aparatın və stolun yanında olan şkafın aşağı hissəsinə qoyduğu ona məxsus olan avtomobil və traktor filterlərinin orada olmadığını görmüşdür. Bundan sonra anbarın kameralarına baxdıqda bir nəfər şəxsin anbara daxil olub orada olan avtomobil filtrlərini, traktor filtrlərini və təzyiq ölçən aparatı oğurlandığını aşkar etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxs cəza verilməsini məhkəmənn mülahizəsinə buraxır. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi barədə» 28 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində 9-cu korpusda olan 20 nömrəli anbarın daxilindəki ofisdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 oktyabr 2023cü il tarixli, 9/7582 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş malların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 151 manat müəyyən edilir. Belə ki, hər birinin qiyməti 6 manat olmaqla ümumi qiyməti 48 manat olan 6 ədəd “Unique” markalı UEF 3106 kodlu filter, hər birinin qiyməti 6 manat olmaqla ümumi qiyməti 48 manat olan 6 ədəd “Unique” markalı UEF 3105 kodlu filter, hər birinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 40 manat olan 2 ədəd “Shabab” markalı ********** kodlu filter və 15 manat dəyərində “İntermed” markalı təzyiq ölçən aparatının ümumi qiyməti 151 manat təşkil edir. İş materiallarında olan hadisəni əks etdirən videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 12 iyul 2023-cü il tarixdə bir nəfər arıq bədən quruluşlu, əynində açıq rəngli paltar olan, arıq bədən quruluşlu, balaca boylu, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxs əlində fənərlə anbarın içərisindəki ofisə daxil olur və masanın sağ tərəfində və altında olan siyirmələri qarışdırdıqdan sonra oradan tapdığı qara rəngli sellofan torba ilə oradan uzaqlaşır. İş materiallarından görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd dəmir əsaslı ərintidən hazırlanmış manqal və 01 ədəd üzərində “PROPAN” yazıları olan, 40 kq həcmli qaz balonu zərərçəkmiş şəxs Məhməd Mikayılova qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 06 ay azaldımış, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, 6 ədəd “Unique” markalı UEF 3106 kodlu avtomobil yanacaq filteri, 6 ədəd “Unique” markalı, UEF 3105 kodlu avtomobil yanacaq filteri, 2 ədəd “Shabab” markalı ********** kodlu avtomobil yanacaq filteri və “İntermed” markalı insan qan təzyiqi ölçən cihazı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi X2 təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək qapılı sahəyə daxil olmadığı barədə ifadə versə də, həmin fakt işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 26 iyul 2023-cü il tarixdən hesablanmaldır. İş üzrə maddi sübut kimi tanınmış 6 ədəd “Unique” markalı UEF 3106 kodlu avtomobil yanacaq filteri, 6 ədəd “Unique” markalı, UEF 3105 kodlu avtomobil yanacaq filteri, 2 ədəd “Shabab” markalı ********** kodlu avtomobil yanacaq filteri və “İntermed” markalı insan qan təzyiqi ölçən cihazının sahibi X2 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 46 (qırx altı) saata görə 276 (iki yüz yetmiş altı) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 6 ədəd “Unique” markalı UEF 3106 kodlu avtomobil yanacaq filteri, 6 ədəd “Unique” markalı UEF 3105 kodlu avtomobil yanacaq filteri, 2 ədəd “Shabab” markalı ********** kodlu avtomobil yanacaq filteri və “İntermed” markalı insan qan təzyiqi ölçən cihazının sahibi X2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 46 (qırx altı) saata görə 276 (iki yüz yetmiş altı) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-37/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-37/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver