Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-37/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2016-cı il tarixli hökmünə əsasən CM-nin 126.2.4-cü və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi evdə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 01 avqust 2024-cü il tarixdə saat 09:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massiv küçəsində saxlanılaraq, həmin tarixdə saat 10:00-da ünvan 3 ünvanda yerləşən Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati binasına aparılmış, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə şəffaf, kristal şəkilli, kustar üsulla hazırlanmış təmiz çəkisi 0,328 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayəy Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai stintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, narkotik vasitədən təxminən 8-9 ay istifadə etmişdir. Hal-hazırda istifadə etmir. Hadisə günü öz yaşadığı ünvandan çıxaraq narkotik vasitə əldə etmək üçün getmişdir. Oradan geri qayıdan zaman polislər ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis bölməsinə dəvət etmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzəridən çıxan narkotik vasitə ona məxsus olmuşdur. Tanımadığı bir nəfərin kartına pul atmış və sonra narkotik vasitəni gedib götürmüşdür. Polislər onu səhər saat 9 radələrində yaşadığı evin yaxınlığında saxlamışlar. O öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, daha narkotik vasitə istifadə etmədiyini və himayəsində xəstə anasının olmasının bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2015-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyimə görə məsuliyyətə cəlb edilərək məhkumluq həyatı yaşamış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin “Əfv” sərəncamına əsasən azadlığa buraxılmışdır, təqribən 10 aya yaxındır, “patı” kimi tanıdığı psixotrop maddə istifadə etmiş və günəmuzd işlərdə işləyib dolanışığını təmin etmişdir. 01 avqust 2024-cü il tarixdə saat təxminən 09 radələrində o, yaşadığı evdən çıxıb özü üçün psixotrop maddə almaq məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 230 nömrəli orta məktəbin yaxınlığına getmiş, orada adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsə yaxınlaşıb həmin şəxsdən 15 manata bir büküm psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamini almış və cibinə qoyub geri qayıtmışdır. 01 avqust 2024-cü il tarixdə saat 09:40 radələrində o, yaşadığı evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, ona narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 10-cu Polis Şöbəsinə getmişdir. Polis Şöbəsinin inzibati otaqlarının birində onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, onun nə üçün Polis Şöbəsinə aparılması barədə məlumat verilmiş və o, Polis Şöbəsində bildirmişdir ki, psixotrop maddə aludəçisidir. Bundan sonra təhqiqatçı onun üzərində olan əşyaları masanın üzərinə qoyaraq, təqdim etməsini təklif etmiş, o, əynində olmuş tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı bir büküm psixotrop maddə olan metamfetamini və sol yan cibində olan “Redmi” markalı mobil telefonu cibindən çıxararaq masanın üzərinə qoymuşlur. O, verilən suallara cavab olaraq, bükümün içərisində psixotrop maddə “Patı” olduğunu, onu tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra həmin bükümə baxış keçirilmiş və sonda büküm zərfdə qablaşdırılaraq, iştirakçılar tərəfindən imzalanmışdır. O, 01 avqust 2024-cü il tarixdə saat 09:40 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci Massiv küçəsində yaşadığı evin yaxınlığında saxlanılmış, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini özü istifadə etmək üçün tanımadığı şəxsdən almış, həmin şəxsin anket məlumatlarını bilməmiş, aldığı psixotrop maddənin müqabilində həmin şəxsə 15 (on beş) manat pul ödəmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı heç bir formada fiziki və psixi zor tətbiq edilməmişdir. O, psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə etmiş, psixotrop maddəni kiməsə satmaq və ya pay vermək məqsədi olmamışdır, onun üzərində psixotrop maddə olması ilə bağlı heç kimin məlumatı olmamışdır. Onun heç bir psixi xəstəliyi yoxdur, heç bir tibb müəssisəsində müalicə almamış və qeydiyyatda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə xidmət etdiyi Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati ərazisində «Xəyal» adlı şəxsin narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə olunması, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatının yoxlanılması, «Xəyal» adlı şəxsin cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra saxlanılması, narkotik vasitə, psixotrop maddələr və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmiş, qrupun üzvü isə, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin cinayət axtırışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 təyin edilmişdir. 01 avqust 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:40 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci Massivdə, yaşadığı nömrəsiz fərdi evin yaxındığında müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Təqsirləndirilən şəxs onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək, birlikdə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə getmiş, orada həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra bu barədə raportla Şöbə rəisinə məruzə edilmiş və Şöbə rəhbərliyinin tapşırığı əsasında, Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Şöbənin təhqiqatçısı polis baş leytenantı Heydər Dadaşzadəyə həvalə edilmişdir. Sonra təhqiqatçının xidməti iş otağında müvafiq qərarla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə, dəvət edilmiş müdafiəçi və onların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, sonuncu həmin gün əynində olmuş tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd «Xiaomi» markalı «RedMi» modelli mobil telefon aparatını və həmin şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoyub təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən büküm açıldıqda, içərisində şəffaf, kristal şəkilli, qoxusuz maddə kütləsi olması aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümün içərisindəki maddə kütləsinin “Patı” kimi tanıdığı psixotrop maddə olduğunu, onu Bakı şəhəri Qaradağ rayonu Lökbbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 (on beş) manat pul ödəyib şəxsi istifadəsi üçün alaraq, üzərində gəzdirdiyini, psixtrop maddəni falqada çəkmək yolu ilə qəbul etdiyini və təxminən 10 (on) aydır, narkotik vasitə və psixotrop maddə istifadə etməyə başladığını, eləcə də, saxlanıldığı zaman sonuncuya qarşı heç bir fiziki və ya psixi təsir etmədiklərini bildirmişdir. Sonra təhqiqatçı Heydər Dadaşzadə tərəfindən həmin büküm bükülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək heç bir maddə, əşya, predmet və ya sənəd aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm təhqiqatçı Heydər Dadaşzadə tərəfindən boş zərfə qoyulub qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 222 saylı möhürü ilə möhürlənmiş və o da, bütün iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra müdafiəçi tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilib-edilməməsi soruşulmuş və Təqsirləndirilən şəxs heç bir formada zora məruz qalmadığını demişdir. Bununla da, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadığı üçün bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə, o da, həmin protokola imza etmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin şəxslə münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə aparılan, üzərinə şəxsi axtarış keçirilərkən, sonuncuya qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 10-cu Polis Şöbəsinə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində xidmət edirəm, polis baş leytenantı rütbəsi daşıyır. Cinayət işinin mahiyyəti üzrə göstərir ki, 01 avqust 2024-cü il tarixdə saat 11:20 radələrində xidmət etdiyi Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində olduğu vaxt rəhbərlik tərəfindən Polis Şöbəsində təhqiqatçı Heydər Dadaşzadənin xidməti otağına aparılmış, şəxsiyyəti sonradan ona məlum olan «Təqsirləndirilən şəxs» adlı şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsində iştirak etməyi tapşırılmışdır. Həmin vaxtı o təhqiqatçı Heydər Dadaşzadənin xidməti otağına keçmiş və orada müvafiq qərarla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə, dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, o, həmin gün əynində olmuş tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd «Xiaomi» markalı «RedMi» modelli mobil telefon aparatını və həmin şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoyub təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən həmin büküm açılaraq, içərisində şəffaf, kristal şəkilli, qoxusuz maddə kütləsi olması aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümün içərisindəki maddə kütləsinin "Pati" kimi tanıdığı psixotrop maddə olduğunu, onu Bakı şəhəri Qaradağ rayonu Lökbbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 (on beş) manat pul ödəyib şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, psixtrop maddəni falqada çəkmək yolu ilə qəbul etdiyini, təxminən 10 (on) aydır, narkotik vasitə və psixotrop maddə istifadə etməyə başladığını, eləcə də, saxlanıldığı zaman ona qarşı heç bir fiziki və ya psixi təsir edilməmişdir. Sonra təhqiqatçı Heydər Dadaşzadə tərəfindən həmin büküm büküldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirildi, lakin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək heç bir maddə, əşya, predmet və ya sənəd aşkar edilmədi. Sonra təhqiqatçı Heydər Dadaşzadə tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm boş zərfə qoyularaq qablaşdırıldı, Azərbaycan Respublikası DİN-in 222 saylı möhürü ilə möhürləndi və o bütün iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişlər. Sonra müdafiəçi tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilib-edilməməsi soruşuldu və o, ona heç bir formada zor tətbiq edilmədiyini dedi. Bununla da, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadığı üçün bu barədə protokol tərtib edildi, iştirakçılarla birlikdə, o da həmin protokola imza etmişdir. Bildirmişdir ki, o hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımış, onunla heç bir münasibəti, ədavəti və ya düşməçiliyi olmamışdır. Şahid Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin cinayət axtarış üzə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumat verilsədə o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ifadəsi elan edilmiş kimi qəbul olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 öz ifadəsində Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin cinayət axtarış üzə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2024-cü il tarixli 3-16-16/2-6/3928 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,328 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in l siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,328 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq- 0,278 qr. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 29 avqust 2024-cü il tarixli 5952 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məxsus götürülmüş təmiz çəkisi 0,328 qram 01 ədəd bükümdə olan narkotik vasitə metamfetamin iş üzrə 03 avqust 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,278 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 01 avqust 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə 10-cu PŞdə xidməti otaqların birində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda, ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən, video çəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi Şükür Şıxıyev iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa, masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü və sol yan cibindən 01 eded "Redmi" markalı mobil telefonu çıxarıb təqdim etdi. "Redmi" markalı mobil telefonun qoburasından 01 ədəd "xxxx" ASC-yə aid plastik bank kartı aşkar edildi. Təqsirləndirilən şəxs cibindən çıxararaq, teqdim etdiyi kağız büküm açılarkən, içərisində şəffaf, iysiz, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə olduğu aşkar edildi. Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə bənzər kütlənin "patı" adlandırdığı maddə olduğunu və Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, özünün istifadəsi üçün saxladığını bildirdi. Daha sonra şəxsi axtarış keçirilməsi davam etdirildi, lakin Təqsirləndirilən şəxs üzərindən heç əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddəyə bənzər kütlə olan 01 ədəd kağız büküm boş zərfə qoyularaq qablaşdırıldı, DİN-in 222 saylı möhürlə möhürləndi, zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Qaradağ RPİ-nin KTQ-nin baş inspektoru, polis leytenantı X4 tərəfindən videoçəkiliş aparılmış, məlumat daşıyıcısına köçürülərək, şəxsi ixtarış və götürmə aparılması haqqında protokola elave olunacaqdır. Protokol ucadan və aydın səslə oxundu, iştirakçılar tərəfindən heç bir irad, elavə ve düzəliş daxil olmadı, doğruluğu imzalarla təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2016-cı il tarixli hökmünə əsasən CM-nin 126.2.4-cü və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzasının əvvəli 05 oktyabr 2015-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələbindən aydın olur ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, barəsində narkomaniyadan məcburi müalicənin nəzərdə tutulmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 01 avqust 2024-cü il tarixdə, səhər saat 09:40 radələrində şübhəli şəxs qismində tutulmuş və 02 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində tanınmış, saat 11:10-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatmış, daha sonra Qaradağ rayon Prokuroru qarşısında barəsində “həbs” qətimkan tədbiri seçilməsi məqsədi ilə vəsatət qaldırılmış, Qaradağ rayon Prokurorunun 02 avqust 2024-cü il tarixli qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən 02 gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,278 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 08 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,278 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-37/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-37/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver