Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-370/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, 01 avqust 2021-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanın yaxınlığında yerləşən bağda X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 01 avqust 2021-ci il tarixdə saat 16:50 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin və Qaradağ RPİ-nin PPXB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində X13 ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 12 saylı yataqxananın yaxınlığında saxlanılaraq 38-ci PB-nə gətirilmiş, PB-də polis əməkdaşları və dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0.428 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrin daşınmasına görə cinayət məsuliyyətinə cəlb edilmişdir və ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Fərdi əməklə məşğul olur. Təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etmişdir. Mütəmadi olaraq istifadə etdiyi narkotik vasitələri qəbul etməyəndə bədənində ağrılar olur. 01.08.2021-ci il tarixdə saat 11:30 radələrində ağrıları olduğu üçün aptekdən ağrıkəsici dərman almağa getmişdir. 5 saylı yataqxananın qarşısından keçəndə əvvəllər tanıdığı X10 görmüş, onun da narkotik vasitə istifadə etdiyini bildiyi üçün bədənində ağrılar olduğunu, narkotik vasitə əldə etmək istədiyini demişdir. Qardaş ona bildirmişdir ki, kakos və patı təşkil edə bilər. O, Qardaşdan hər biri 10 manat olmaqla 2 büküm narkotik vasitə almaq üçün 20 manat vermiş, Qardaş ona demişdir ki, bağa get, özü də narkotik vasitəni götürüb onların bağına gələcək. O, bağa getmiş, təxminən bir saat sonra Qardaş da bağlarına gəlmişdir. Bağa gələndə Qardaş ona bir büküm patı və bir büküm kakos vermişdir. Onlar bir qədər oturub, söhbət edə-edə bir büküm kakaosu çəkmişlər. Digər bükümdə olan şüşəni isə istifadə etmək üçün cibində saxlamışdır. Daha sonra bağdan çıxıb yataqxananın yanında siqaret çəkən zaman polis əməkdaşları onlara yaxınlaşıb xidməti vəsiqə təqdim edərək özlərini Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan şübhələnib onu və Qardaş Hüseynovu Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə 38-ci Polis Bölməsinə gəlmişlər. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X6 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olubolmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd sarı rəngli kağız bükümdə psixotrop maddə olan “şüşə” adlanan metamfetamini çıxardıb, masanın üzərinə qoyaraq, həmin maddənin “şüşə” adlanan psixotrop maddə olduğunu, özünə məxsus olduğunu, X5 aldığını, istifadə üçün olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. O, həmin psixotrop maddəni 01.08.2021-ci il tarixdə Qardaş Hüseynovdan aldığını, aldığı bir büküm heroini Qardaşla birlikdə çəkdiklərini, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, psixotrop maddəni mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini, əvvəllər Qardaş Hüseynovdan narkotik vasitə almadığını, həmin gün ağırları olduğu ağrıkəsici almağa gedəndə Qardaşı gördüyünü və ondan narkotik vasitə təşkil etməyini istədiyini, Qardaşın digər şəxslərə narkotik vasitə satıb-satmadığını bilmədiyini, başqa heç bir cinayət törətmədiyini bildirmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2007-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2019-cu ildən xidmət aparır. 01.08.2021-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X13 və ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşınması və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 38-ci PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl tərəfindən iştirakçılara davranış xətti izah olunmuşdur. 01 avqust 2021-ci il tarixdə saat 16:50 radələrində ünvan 6 ünvanının yaxınlığında X13 və Təqsirləndirilən şəxs müəyyən edib, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və hər iki şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları bildirilərək Qaradağ RPİ-nin 38-ci PB-nə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxslərdən biri 14.05.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan X13, digəri isə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı hər iki şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçilərin iştirakı ilə xidməti otaqda üzərlərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. İlk olaraq X8 üzərinə müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Qardaş Hüseynova təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Qardaş Hüseynov əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində bir ədəd narkotik vasitə istifadə etmək üçün kağız trubka, 01 ədəd ağ rəngli sellofan büküm və 01 ədəd ağ rəngli sellofan büküm təqdim edərək, 1-ci təqdim etdiyi bükümdəki qəhvəyi rəngli tozşəkilli maddənin kakos adlanan narkotik vasitə, daha sonra təqdim etdiyi bükümdəki ağ rəngli kristal şəkilli maddənin şüşə adlanan psixotrop maddə olan metamfetamin olduğunu, həmin gün Sahil qəsəbəsində Təqsirləndirilən şəxs 60 manata aldığını bildirmişdir. Bundan başqa Qardaş Hüseynovun üzərindən bir ədəd qara rəngli mobil telefon və 92 manat aşkar olunmuşdur. Qardaş Hüseynovun üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümlər və 01 ədəd narkotik vasitə istifadə etmək üçün kağız trubka zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Elxas Əsgərovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ tərəfində kiçik əşyalar üçün nəzərdə tutulmuş cibindən 01 ədəd sarı rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisindəki ağ rəngli kristallik maddənin narkotik vasitə olan “metamfetamin” olduğunu, həmin metamfetamini Qardaş Hüseynovdan bir çetini 10 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sarı rəngli kağız büküm zərfə qoyularaq qablaşdırılmış möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01.08.2021-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X13 və ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşınması və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Qaradağ RPİ-nin 38-ci PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid1 rəhbərliyi altında Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri Şahid4 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl Şahid1 tərəfindən onlara davranış xətti izah olunmuşdur. 01 avqust 2021-ci il tarixdə saat 16:50 radələrində ünvan 6 ünvanının yaxınlığında X13 və Təqsirləndirilən şəxs müəyyən edib, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və hər iki şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları bildirilərək Qaradağ RPİ-nin 38ci PB-nə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxslərdən biri 14.05.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan X13, digəri isə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt Şahid1 tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı hər iki şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçilərin iştirakı ilə xidməti otaqda üzərlərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. İlk olaraq X8 üzərinə müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Qardaş Hüseynova təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Qardaş Hüseynov əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində bir ədəd narkotik vasitə istifadə etmək üçün kağız trubka, 01 ədəd ağ rəngli sellofan büküm və 01 ədəd ağ rəngli sellofan büküm təqdim edərək, 1-ci təqdim etdiyi bükümdəki qəhvəyi rəngli tozşəkilli maddənin kakos adlanan narkotik vasitə, daha sonra təqdim etdiyi bükümdəki ağ rəngli kristal şəkilli maddənin şüşə adlanan psixotrop maddə olan metamfetamin olduğunu, həmin gün Sahil qəsəbəsində Təqsirləndirilən şəxs 60 manata aldığını bildirmişdir. Bundan başqa Qardaş Hüseynovun üzərindən bir ədəd qara rəngli mobil telefon və 92 manat aşkar olunmuşdur. Qardaş Hüseynovun üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümlər və 01 ədəd narkotik vasitə istifadə etmək üçün kağız trubka zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Elxas Əsgərovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ tərəfində kiçik əşyalar üçün nəzərdə tutulmuş cibindən 01 ədəd sarı rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisindəki ağ rəngli kristallik maddənin narkotik vasitə olan “metamfetamin” olduğunu, həmin metamfetamini Qardaş Hüseynovdan bir çetini 10 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sarı rəngli kağız büküm zərfə qoyularaq qablaşdırılmış möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 verdiyi ifadə ilə eyniməzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid Qaradağ RPİ-nin 38-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 38-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1, Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2021-ci il tarixli 6/3246 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №47” dairəvi möhür əksi olan, 7(yeddi) şəxsin ad, soyad və imzalar qeyd edilmiş zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,428 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd zərfdə olan metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1.metamfetaminin təmiz çəkisi: 0,428 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,378 qr; 2.metamfetaminin təmiz çəkisi: 0,348 qr., sərf edildi: 0,02 qr., qalıq: 0,328 qr; Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 06 sentyabr 2021-ci il tarixli 3278 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və KANNABİOİDLƏRİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstitensiya, intoksasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.428 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,378 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və ona hüquq və vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ tərəfində kiçik əşyalar üçün nəzərdə tutulmuş cibindən 01 ədəd sarı rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisindəki ağ rəngli kristallik maddənin narkotik vasitə olan “metamfetamin” olduğunu, həmin metamfetamini Qardaş Hüseynovdan bir çetini 10 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmdən və Bakı şəhər Probasiya İdarəsinin 01 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs İmanov X9 rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 01 il 04 ay 24 gününü çəkmiş, 1 ayı çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında 28.07.2011-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Mərkəzi Klinika tərəfindən verilmiş epikrizlərin və müayinə protokolunun surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X7 qırtlaq törəməsi diaqnozu vardır. Həmçinin onda sağ səs telini əhatə edən, yuxarıya, qırtlaqların supraqlotik hissəsinə yayılan yumşaq toxuma strukturlu törəmə infiltrasiyası mövcuddur. İş materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 01 oktyabr 2021-ci il tarixli qərardan aydın olur ki, X13 və Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işindən Təqsirləndirilən şəxs aid sənədlər yeni nömrə ilə ayrılmış cinayət işinə əlavə edilib cinayət işi icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 01 avqust 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş və barəsində Qaradağ rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.378 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 64 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımlarla bağlı 384 (üç yüz səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Cəlilabad rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 15 gün müddət) qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 01 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.378 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 384 (üç yüz səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-370/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-370/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver