Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-375/2021 15.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixdə saat 17:30 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0,295 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 13 sentyabr 2021-ci il tarixdə, saat 16:00-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsində yerlşən şəhid bulağının yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci Polis bölməsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hazırda rəsmi olaraq işsizdir. Əvvəllər məhkum edilmişdir. ünvan 1 ünvanında yaşayır. O, narkotik vasitə hesab edilən ”Kakos”dan istifadə edir. Narkotik vasitəni falqaya büküb yandıraraq qəbul edir. Hər dəfə Yasamal rayonu Yeni Yasamal ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə hesab edilən “kakos” alır. 12.09.2021-ci il tarixdə o, öz istifadəsi üçün narkotik vasitə almaq üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığına getmişdir. Təxminən axşam saat 17:30 radələrində orada təsadüfən tanış olduğu orta boylu, 35-40 yaşlarında olan, orta bədən quruluşlu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 10 manat pul verərək ağ rəngli kağıza bükülmüş 01 büküm narkotik vasitə olan heroin almışdır. Daha sonra bir büküm heroini əynində olan qara rəngli cins şalvarının sağ cibinə qoyduqdan sonra yaşadığı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 22, mənzil 2 ünvanına qayıtmışdır. Həmin narkotik vasitə olan büküm cibində qalmışdır. O, istifadəsində olan idarə etdiyi Vaz-2107 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 13.09.2021-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Şəhid bulağının yaxınlığında dayanmışdır. Bu zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşdıqdan sonra özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ RPİ-nin 38-ci Polis bölməsinə dəvət etmişdilər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ RPİnə 38-ci Polis bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişdir ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün PB-nə gətirilmişdir. Qaradağ RPİ-nin 38-ci PBnin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Ramin Vəkilov tərəfindən üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisinə baxdıqda spesifik iyə malik olan öz şəxsi istifadəsi üçün üzərində saxladığı narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin bükümü 12.09.2021-ci il tarixdə saat 17:30 radələrində Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığında təsadüfən tanış olduğu orta boylu, 35-40 yaşlarında olan, orta bədən quruluşlu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Bundan başqa üzərindən heç bir əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü tərəflərindən imzalanmışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, saat 16:00-da Qaradağ rayonu, Korgöz qəsəbəsi, Şəhid bulağının yaxınlığında saxlanılaraq saat 17:30da Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. Həmin şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 38-ci PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş, bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi X4 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd bükülmüş vəziyyətdə ağ kağızı təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni 12.09.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində bundan başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ kağız kəsiyinə yığılmış narkotik maddə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 47 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, saat 16:00-da Qaradağ rayonu, Korgöz qəsəbəsi, Şəhid bulağının yaxınlığında saxlanılaraq saat 17:30da Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. Həmin şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 38-ci PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş, bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi X4 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd bükülmüş vəziyyətdə ağ kağızı təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni 12.09.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində bundan başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ kağız kəsiyinə yığılmış narkotik maddə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 47 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 38-ci PB-nin digər əməkdaşları Şahid1 və Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 6/4048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN zərflər üçün 47 dairəvi möhür əksi olan “...Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,295 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,295 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,245 qr; Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 25 sentyabr 2021-ci il tarixli, 3625 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə 0,295 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırki qalıq çəkisi 0,245 qram olan narkotik vasitə heroin məhkəmənin hökmünə qədər saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 08.10.2015-ci il tarixdə doğulmuş X6 və 12.07.2018-ci il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs iştirakı ilə əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur və həmin maddənin (kakos) narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamə, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qərarı ilə 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay 24 gün hissəsi 04 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkəmə iclas zalından həbsə alınmış və cəzasının əvvəli 28.10.2020-ci il tarixdən hesablanmışdır. 12.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli CM-nin 18.4.4-cü maddəsinin tələblərinə əsasən cinayətin residivini yaratmır. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Prokurorluğunun 14 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, narkotik maddənin növünü, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 13 sentyabr 2021-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və Qaradağ rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,245 qram narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,245 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-375/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-375/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver