Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-376/2021 18.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0,388 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlayaraq daşımış, 05.07.2021-ci il tarixdə saat 20:15 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Qaradağ RPİnin 11-ci Polis bölməsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,388 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o bir ildən artıq müddət olar ki, narkotik vasitə olan “kakos”-dan istifadə etməyə başlamışdır. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. O, narkotik vasitə olan heroini falqaya bükərək yandırıb iynəmək yolu ilə qəbul etmişdir. 05.07.2021-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri Qaradağ rayonu parkın yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatları bilmədiyi şəxsdən 5 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə narkotik vasitə olan heroin almışdır. Daha sonra bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdəki narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarının sol arxa cibinə qoymuş və Qaradağ rayonu Ələt qəsəbəsi Əzizbəyov küçəsi ev 32 ünvanının yaxınlığına həmin narkotikdən istifadə etmək məqsədi ilə gəldiyini bildirmişdir. 05.07.2021-ci il tarixdə saat 20:15 radələrində ünvan 2 ünvanının yaxınlığında dayanmış, bu zaman mülki geyimdə 2(iki) nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər madd aşkar edilmişdir. Həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu və öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa üzərindən heç bir əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, bağlamanın üstü imzalanmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində “05.07.2021-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri Qaradağ rayonu parkın yaxınlığında Elçin kimi tanıdığı şəxsə 5 manat pul ödəniş edib ondan şəxsi istifadəsi məqsədi ilə bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə narkotik vasitə olan heroin alması” ilə bağlı xüsusatları belə izah etmişdir ki, o, həmin narkotik vasitəni Elçin adlı şəxsdən almamış, polis bölməsində ona hədə qorxu olunduğu üçün o cür ifadə vermişdir. Əslində doğru olanı məhkəmədə ifadəsin də göstərdiyi kimidir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyul 2021-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, saat 20:15-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Qaradağ RPİ- nin 11-ci PB-nə gətirilmişdir. Həmin şəxsin xx.xx.1968-cı ildə Yardımlı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Qaradağ rayonu, Ələt qəsəbəsi, ev 3, mənzil 4-də qeydiyyatda olan və Ələt qəsəbəsi, Füzuli küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 11-ci PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş, bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi Şükür Şıxıyev iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülümüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni 05.07.2021-ci il tarixdə saat 18:45 Bakı şəhəri Qaradağ rayonu, Parkının yaxınlığında “Elçin” kimi tanıdığı şəxsdən 5 manata şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülümüş bükümdə qəhvəyi rəngli spesifık iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağızı kəsiyinə yığılmış narkotik maddə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 223 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin sahə inspektoru Şahid3 digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şahid qismində çağırılmış Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmiş, habelə Şahid2 məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid1 və Şahid3 verdiyi ifadələri ilə eyni məzmunlu ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 14, 23); Şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni 05 iyul 2021-ci il tarixdə saat 18:45-də Bakı şəhəri, Qaradağ rayonu, Parkın yaxınlığından Elçin kimi tanıdığı şəxsdən 5 manata şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb AR DİN “Zərflər üçün” 223 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 33- 34) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2021-ci il tarixli 6/2698 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №223“ dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 0.388 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,388 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 0,338 qram., Ekspertiza tədqiqatının dəyəri 65.00 (altmış beş manat) manat təşkil edir. (i.v 43-45) Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 5(002)-215/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş 05 iyul 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (i.v 46) DVD diskə baxış keçirilməsi haqqında 06 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar şəxsi axtarış və götürülmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Diskdən görünür ki, video çəkiliş 07 dəqiqə 54 saniyə davam edir. Təqsirləndirilən şəxs müdafiəçisi X2 və hal şahidlərinin iştirakı ilə əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni 05 iyul 2021-ci il tarixdə saat 18:45-də Bakı şəhəri, Qaradağ rayonu, Parkın yaxınlığından Elçin kimi tanıdığı şəxsdən 5 manata şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb AR DİN “Zərflər üçün” 223 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v 51) 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 53-54) 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Kamran Zülfiqarov tərəfindən təqdim olunmuş vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunaraq barəsində müvafiq qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71) Qətimkan tədbiri seçmə barədə 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31 iyul 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 83) 14 sentyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixdə, saat 17:35-də Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.(i.v 96) Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 4(002)- 201/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v 109-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert Komissiyasının 25 sentyabr 2021-ci il tarixli, 3618 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.116-117) Sübutların qiymətləndirilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 07.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, 16.09.2021-ci il tarixdə Qaradağ rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə 05.07.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman protokola əlavə olunmuş 1 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuş, cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş 0,388 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, hazırkı çəkisi 0,338 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılmış, təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılmış və əməliyyat axtarış tədbirlərinin davam etdirilməsindən ötrü aidiyyəti üzrə Qaradağ RPİ-nin11-ci PB-nə göndərilmiş, işdə olan şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 118-122) Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 06.10.2003-cü il təvəllüdlü Sevinc adlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ailəsinin yeganə qazanc şəxs olmasını (CM-59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmaması ilə yanaşı sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə gənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 05 iyul 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət və onun ibtidai istintaq dövründə 14 sentyabr 2021-ci il tarixdən hazırki dövrədək tutma altında saxlanıldığı və həbsdə olduğu müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli ( (CM-69.3, CPM-158.2.1), islah olunmasını sübut etmək məqsədilə onun üzərinə; yaşadığı ünvan 6 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri seçilməli. iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməli (CPM-198), iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 40 (qırx) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək tutulma altında saxlanıldığı, 14 sentyabr 2021-ci il tarixdən hal-hazırki tarixədək tutulma altında saxlandığı və həbsdə olduğu cəmi 02 ay 06 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 6 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan heroinin qalığı – 0,338 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 65.00 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-376/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-376/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver