Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-377/2021 15.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 06 avqust 1989-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli yolla talamaq məqsədilə 20.05.2021-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi yaşayış evinin darvazasının üzərindən keçib həyətyani sahədən evin plastik pəncərəsini əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin yataq otağından sonuncuya məxsus 01 ədəd 100 manat dəyərində 925 əyarlı gümüş kişi boyunbağısını, 02 ədəd 60 manat dəyərində 925 əyarlı qadın gümüş üzüklərini, 02 ədəd 100 manat dəyərində adi metal kişi qol saatını, 50 manat dəyərində 01 ədəd “Pioneer” markalı avtomobil üçün maqintafonu, 01 ədəd 30 manat dəyərində santexnik ləvazimatlar çantasını, yataq otağında olan geyim əşya dolabının içərisindən 50 manat dəyərində 01 dəst dəsmalı, 80 manat dəyərində 02 dəst yataq pastelini, 80 manat dəyərində parfumeriya dəstini, 50 manat dəyərində 01 ədəd adyalı, 20 manat nəğd pulu, evin mansarının pilləkəninin altından 01 ədəd 50 manat dəyərində mis qazanı, evin həyətyani sahəsində olan zirzəmidən bir ədəd 70 manat dəyərində “Bosch” markalı laqondanı oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 740 (yeddi yüz qırx) manat maddi ziyan vurmaqla özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Yalnız bir dəfə oğurluq cinayəti törətmişdir. Belə ki, 19 may 2021-ci il tarixdə yaşadığı Pirəşükül qəsəbəsində kafedə spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Buna görə də oğurluq etmək fikrinə düşmüşdür. Həmin gün, yəni 19 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixə keçən gecə, gecə saatlarında Müşfiqabad qəsəbəsinə gəlmişdir. Müşfiqabad qəsəbəsində olan nömrəsiz fərdi tikili evə girmək qərarına gəlmişdir. Ətrafda və həmin mənzildə heç kimin olmadığını müəyyən etdikdən sonra, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə 20.05.2021-ci il tarixdə, gecə saatlarında darvazadan tullanmaqla həyətyani sahəyə keçib evin pəncərəsini əli ilə itələyib evə daxil olmuşdur. Evin otaqlarını axtarmışdır. Evin bir otağının qapısının da bağlı olduğu üçün həyətyani sahədən götürdüyü dəmir parçası ilə sındırıb açmışdır. Otaqları axtardıqdan sonra hal-hazırda xatırlamadığı yerdən götürdüyü gümüş üzüyü, boyunbağını, qol saatını, bir ədəd avtomobil maqnitofonunu götürüb evdən çıxmışdır. Bundan başqa, zirzəmidən 01 ədəd laqonda aparatını oğurlamışdır. Həmin evdən götürdüyü əşyaları da tanımadığı şəxsə hal-hazırda xatırlamadığı məbləğdə satmışdır. Yadındadır ki, həmin evdən götürdüyü 01 ədəd laqondanı tanımadığı şəxsə 30 manata satmışdır. Bundan başqa oğurluq cinayəti törətməmişdir. İbtidai istintaq zamanı qorxduğu üçün və cəzasının yüngülləşəcəyini düşündüyü üçün digər oğurluq cinayətlərini də törətdiyini bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, yaxınları tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində, nömrəsiz fərdi yaşayış evində faktiki olaraq yaşayır. 18 may 2021-ci il tarixdə, saat 19 radələrində özünə məxsus Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən, nömrəsiz fərdi yaşayış evindən çıxıb Xocahəsən qəsəbəsində yerləşən oğlu Mirasətə məxsus evə getmişdir. 20 may 2021-ci il tarixdə, saat 11 radələrində Xocahəsən qəsəbəsindən çıxıb Müşfiqabad qəsəbəsində yerləşən evinə gəlmişdir. Fərdi yaşayış evinə çatdıqda həyətyani sahəyə açılan dəmir darvazanın aşağı hissəsində, bayır tərəfdən torpağın üzərində bir ədəd təxminən 4 metr uzunluğunda taxta pilləkən (nərdivan) görmüşdür. Darvazanın kilidini açıb həyətyani sahəyə daxil olmuş, həyətyani sahədə evin aşağı hissəsində olan zirzəminin qapısının açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Zirzəminin qapısını dəmir keçəcəklə (cəftə ilə) bağlayır. Zirzəminin qapısının açıq olduğunu görüb həyətə naməlum şəxsin oğurluq etmək üçün daxil olduğunu bilmişdir. Həyətyani sahədən evə baxdıqda evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Üzərində olan açarla yaşayış yerinin qapısını açıb evə daxil olmuşdur. Ev bir zal, iki otaq, mətbəx, hamamtualetdən ibarətdir. Evin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu və otağın qapısının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Evin yataq otağına daxil olduqda, həmin otağın da dağınıq vəziyyətdə olduğunu görmüşdür. Yaşadığı evə və həyətyani sahəyə naməlum şəxs tərəfindən oğurluq məqsədilə girildiyini müəyyən etdikdən sonra DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadığı ünvanda evə gəlmişlər. Hadisə yeri müayinə olunduqdan sonra protokol tərtib edilmişdir. Hadisə 18.05.2021-ci il, saat 19 radələrindən 20.05.2021-ci il saat 11 radələrinədək olan müddət ərzində, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. Hadisə nəticəsində yaşadığı evin yataq otağının taxta qapısı sındırılmış, həmin qapının sındırılması nəticəsində ona 300 (üç yüz) manat maddi ziyan dəymişdir. Bundan başqa evin yataq otağından ona məxsus 01 ədəd 100 manat dəyərində 925 əyarlı gümüş kişi boyunbağısı, 02 ədəd 60 manat dəyərində 925 əyarlı qadın gümüş üzükləri, 02 ədəd 100 manat dəyərində adi metal kişi qol saatı, 50 manat dəyərində bir ədəd “pioneer” markalı avtomobil üçün maqnitofon, bir ədəd 30 manat dəyərində santexnik ləvazimatlar çantası, yataq otağında olan geyim əşya dolabının içərisindən 50 manat dəyərində bir dəst dəsmal, 80 manat dəyərində iki dəst pastel, 80 manat dəyərində parfumeriya dəsti, 50 manat dəyərində bir ədəd adyal, 20 manat nəğd pul, evin mansarının pilləkəninin altından bir ədəd 50 manat dəyərində mis qazan, evin həyətyani sahəsində olan zirzəminin içərisindən bir ədəd 70 manat dəyərində “bosch” markalı laqonda oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə, 1040 (min qırx) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 07.06.2021-ci il tarixli, 011-5368-1221 nömrəli məktubdan görünür ki, Qaradağ RPİ-nin 27.05.2021-ci il tarixli, ***-**** nömrəli məktubu vasitəsilə 20.05.2021ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi YYM-da vət.Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri 04.06.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin avtomatlaşdırılmış eyniləşdirmə sistemində olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Sumqayıt ŞPİ-dən daxil olmuş), xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 3/1230 nömrəli rəyindən görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthlərindəki ovuc izləri müqayisəli tədqiqat üçün yararlıdır, həmin izləri əlin sağ ovucunun hipotenar və tenar-İİİ-İV hissələrindən qalmışdır. 210036031 nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ ovucunun tenar-İİİ hissəsi ilə, 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ ovucunun hipotenar və tenar-İV hissələri ilə, 3 saylı daktilolentin səthindəki ovuc izi isə onun sağ ovucunun hipotenar hissəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 4-6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Ekspertiza tədqiqatının dəyəri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzindən daxil olmuş 23.07.2021-ci il tarixli, 3/1230 nömrəli rəy cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs məxsus və ekspert rəyinə əlavə edilmiş hadisə yerindən götürülmüş əl-barmaq izləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 18 iyun 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 19 iyun 2021-ci il tarixdə barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə qaldığı 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus və ekspert rəyinə əlavə edilmiş hadisə yerindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 80 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 480 (dörd yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus və ekspert rəyinə əlavə edilmiş hadisə yerindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 480 (dörd yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-377/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-377/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver