Məhkəmə qərarları › İş №1(002)-38/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-38/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-38/2022 02.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əmikişi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs Əmikişi oğlu qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Əmikişi oğlu 05 oktyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 (iki) ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 oktyabr 2021-ci il tarixdə saat 02:00-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ilə R.Rzayev küçəsinin kəsişməsində saxlanılaraq Qaradağ RPİ-in 38-ci Polis bölməsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs Əmikişi oğlunun üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman onun əynində olan tünd göy rəngli şalvarının sağ cibindən 02 ədəd siqaretin göy rəngli kağız kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,205 qram və 0,177 qram ümumi təmiz çəkisi 0,382 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Əmikişi oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Ailəlidir, işsizdir və əvvəllər məhkum olunmuşdur. O, iki ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. Belə ki, o, narkotik vasitə olan heroini müxtəlif yerlərdə tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alırmış. 05.10.2021-ci il tarixdə təxminən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə olan heroin satdığını bildirmişdir. O da bədənində ağrıları olduğundan həmin şəxsdən iki büküm heroin almaq istəmiş və həmin tanımadığı şəxslə narkotik vasitə olan heroinin bir bükümünü 10 manata razlılaşaraq iki büküm narkotik vasitə heroin almışdır. O, həmin şəxsə 20 manat verdikdən sonra həmin şəxs ona siqaretin tünd göy rəngli kağızına bükülmüş 02 büküm narkotik vasitə olan heroin vermişdir. O, evə gələn zaman əynində olan tünd göy rəngli şalvarının sağ cibinə qoyaraq gizlətmişdir. 06.10.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində o, yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ilə R.Rzayev küçəsinin kəsişməsində olan zaman mülki geyimli şəxslər yaxınlaşmışlar və polis əməkdaşları olduqlarını bildirmişlər. O, özünü polis əməkdaşlarına təqdim etmiş və həmin şəxslər ondan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiklərini bildirərək onu Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gəlmişdir. 38-ci Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmiş və o, əynindəki tünd göy rəngli şalvarının qabaq sağ cibindəki iki ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Masanın üzərinə qoyduğu bükümlərin içərisinə baxış zamanı hər iki bükümün içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmişdir. Polis əməkdaşlarına hər bir bükümün içərisində narkotik hesab edilən “kakos” olduğunu bildirmişdir. Bundan başqa onun üzərindən heç bir əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar edilərək götürülmüş 02 ədəd büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü tərəflərindən imzalanmışdır. O, iki il olar ki, narkotik maddə olan heroindən arada bir istifadə edirmiş, əvvəllər narkotik vasitə olan heroini aldığı şəxsləri tanımırmış və təsvir edə bilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, ancaq narkotik vasitə olan heroindən istifadə edirmiş. O, bundan əlavə heç bir cinayət törətməmişdir. O, saxlanılarkən və polis bölməsində olarkən ona heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir. Onun həmin tanımadığı şəxsin şəxsiyyəti və yaşadığı yer barədə heç bir məlumatı yoxmuş. Həmin tanımadığı şəxs arıq bədən quruluşlu, təxminən 35-40 yaşlarında qarabuğdayı, 175 boylarında, onun sifətində və ya bədənin gözlə görsənən hissəsində xüsusi əlaməti yoxmuş. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla digər oğlu X3 2-ci Qarabağ müharibəsində iştirak edərək “Laçının azad olunmasına görə” medalı ilə təltif olunduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06.10.2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-də xidmətdə olan zaman əməliyyat malumatı almişlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Firdovsi adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olurmuş. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsinə getmişdir. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Firdovsi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ilə R.Rzayev küçəsinin kəsişməsindədir. Onlar gösətirlən əraziyə gəlmiş və Firdovsini həqiqətən də orada olduğunu görmüşlər. Onlar Firdovsiyə yaxınlaşmış və özlərini təqdim edib Firdovsini polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs Əmikişi oğludur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs Əmikişi oğluna hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Əmikişi oğlu əynində olan tübd göy rəngli şalvarının sağ cibindən iki ədəd göy rəngli kağız kəsiyinə bükülmüş bükümləri çıxardaraq təqdim edərək bildirmişdir ki, bükümlərin içərisindəki narkotik vasitə olan “Kakos” dur, həmin kakosu 05 oktyabr 2021-ci il tarixdə təxminən axşam saatlarında öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 1 bükümünü 10 manata razlılaşaraq 20 manat verərək 2 büküm almışdır. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitələr isə zərfə qoyulub möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 6/4416 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... vət. Təqsirləndirilən şəxs Əmikişi oğlunun üzərindən....” sözləri olan zərfdəki iki bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,205 qr., 0,177 qr., ümumi təmiz çəkisi 0,382 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,382 qr., tədqiqata sərf edildi 0,100 qram., qalıq 0,282 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 04 dekabr 2021-ci il tarixli, 4891 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əmikişi oğlunda opioidların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intokisasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Əmikişi oğlundan aşkar olunaraq götürülmüş 0,382 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı 0,282 qram (0,282+0,100) olan qalığı isə məhkəmənin hökmünə Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs Əmikişi oğlu əynindəki tünd göy rəngli şalvarının qabaq sağ cibindən iki ədəd tünd göy rəngli kağız kəsiyinə bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş və həmin maddənin (kakos) narkotik vasitə olmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əmikişi oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Əmikişi oğlu ilə X8 arasında 21.05.2003-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 27.07.2002-ci il tarixdə doğulmuş X3 və 28.09.2004-cü il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxs Əmikişi oğludur. İş materiallarına əlavə edilmiş № İ-3629 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X5 Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2373 nömrəli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əmikişi oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Əmikişi oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Əmikişi oğlunun əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və oğlunun 2-ci Qarabağ müharibəsində “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Əmikişi oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əmikişi oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Əmikişi oğlu qeyd olunan cinayət əməlinə görə 06 oktyabr 2021-ci il tarixdə gecə saat 02:00-da şübhəli şəxs kimi tutulmuş, 07 oktyabr 2021-ci il tarixdə saat 12:00-da təqsirləndirilən şəxs qismində dindirildikdən sonra Qaradağ rayon prokurorluğuna təqdim edilmiş, Qaradağ rayon prokurorunun 07 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Əmikişi oğlu barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Əmikişi oğlunun şübhəli şəxs kimi tutulması müddəti 24 saatdan artıq davam etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hal təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə iki gün kimi cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs Əmikişi oğlunun üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs Əmikişi oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,282 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Əmikişi oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Əmikişi oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Əmikişi oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 66 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Əmikişi oğluna göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Əmikişi oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Əmikişi oğlunun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Əmikişi oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Əmikişi oğlunun üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Əmikişi oğlu cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Əmikişi oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,282 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Əmikişi oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Əmikişi oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar