Məhkəmə qərarları › İş №1(002)-38/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-38/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-38/2024 25.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 və onun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 20 saylı TTYS-nin sürücüsü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Belə ki, o, 30 may 2023-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən 7 saylı yaşayış binasının qarşısında avtomobilini park etmək istəyən X1 ünvanına nalayiq söyüşlər söyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə Samirə Heydərovanın bədəninin müxtəlif yerlərinə təpik və yumruq zərbələri ilə vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə və sol qulaqarxası nahiyələrinin qançırı-şişkinlik halında yumşaq toxumalarının əziyi, hər iki bazu, sağ çiyin qurşağının, sağ əlin arxa səthinin İV-V daraq sümük proyeksiyasının, sol dirsək oynağının arxa səthinin, sağ əlin arxa səthinin İ daraq falanqasının, sol sağrı nahiyəsinin, sağ bud və sol baldır nahiyələrinin qançırları ilə nəticələnən ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X7 ilə münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində səs-küy eşitmiş, oraya yaxınlaşarkən anası Şahid1 qonşusu S.Şahid4 ilə mübahisə etdiklərini, sonuncunun onun anasının ünvanına uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. Mübahisənin səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, S.Şahid4 avtomobilini yerləşdirməkdə çətinliklə üzləşmiş, həmin yerdə avtomobilini park etmiş bacısının ünvanına nalayiq ifadələr işlətmiş anası N,Xankişiyeva da buna etirazısını bildirdikdə onunla da mübahisə etməyə başlamışdır. O, həmin vaxt S.Şahid4dan sakitləşməyi, onun və ailə üzvlərinin ünvanına işlətdiyi nalayiq ifadələri dayandırmağı tələb etsə də sonuncu ona məhəl qoymadan hərəkətlərinə davam etmiş və onun çənə nahiyəsinə əli ilə vurmuşdur. O, S.Şahid4nı vurmamışdır. Səs-küyə həmin yerə toplaşmış qonşular Oktay, Fariq, Fazil, Elçin, Elsəvər, Rəşad, Namiq və digərləri onun bərk əsəbləşdiyini görmüş və sakitləşdirmişlər. Onu, qonşusu Şahid2 mənzilinə qaldırarkən S.Şahid4 ilə qarşılaşmışlar və sonuncu yenidən onun ünvanına nalayiq ifadələr səsləndirmişdir. Hadisə yerinə Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis əməkdaşları gəlmiş, onu S.Şahid4 ilə birlikdə 10-cu PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində izahat verərkən də S.Şahid4nı döymədiyini, xəsarətlə bağlı verilmiş rəylə razılaşmadığını bildirmişdir, lakin, qərəzli olaraq barəsində cinayət işi başlamışlar. Həmçinin, qeyd etmişdir ki, əvvəllər də zərərçəkmiş şəxslə aralarında kiçik mübahisələr olmasına baxmayaraq, polisə şikayət etməmişlər. O, son olaraq özünü təqsirli bilmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X7 öz ifadəsində bildirmişdir ki, yaşadığı məhəllədə qonşuları, o cümlədən Təqsirləndirilən şəxs ilə də münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi avtomobillə məhəlləyə gəlmiş, Təqsirləndirilən şəxs bacısı Sumanın avtomobilinin yanında avtomobilini yerləşdirmək istəyərkən çətinliklə üzləşmiş və şikayətlənmişdir. Bu zaman 3cü mərtəbədə pəncərədən Təqsirləndirilən şəxs anası Şahid1 onun şikayətlənməsinə cavab olaraq nalayiq ifadələr demişdir. O, da Şahid1 nalayiq ifadələrini cavablandırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlamış, onu təhqir etmiş, avtomobildə oturmuş vəziyyətdə olduğu halda avtomobilin pəncərəsindən onun baş hissəsinə bir neçə zərbə endirmişdir. O, avtomobildən çıxmaq istəyərkən Təqsirləndirilən şəxs avtomobilin qapısını itələmiş və onun ayağını qapının arasında sıxmışdır. Sonra Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq onu sürüyərək maşından çıxarmış, həmin vaxt yıxılaraq baş nahiyəsi yerə dəymişdir. O, hadisə barədə 102 xidməti zəng mərkəzinə məlumat vermiş, polis şöbəsinə gedərək ərizə yazmış, sonra ekspertiza müayinəsindən keçmişdir. Növbəti gün səhhətində ağırlaşma hiss etdiyi üçün “X17” X19 müraciət etmiş və orada Bayram adlı həkim tərəfindən müayinələrə cəlb olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əskər qızı öz ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində evdə olarkən S.Şahid4nın qışqırığını eşitmişdir. Pəncərədən baxmış və S.Şahid4nın heç bir səbəb olmadan onu söyüb təhqir etdiyini görmüş, lakin ona cavab verməmişdir. Oğlu Təqsirləndirilən şəxs S.Şahid4ya yaxınlaşmış, sonuncunun avtomobilini yerləşdirə bilməsi üçün ondan avtomobildən çıxmasını istəmiş, S.Şahid4 çıxmamış, Təqsirləndirilən şəxs də avtomobilin qapısını açmaq üçün dəstəyini çəkmiş, lakin qapı açılmamışdır. Həmin vaxt S.Şahid4 Təqsirləndirilən şəxs avtomobilin açıq pəncərəsindən əlində olan telefonla vurmuşdur. Lakin, Təqsirləndirilən şəxs S.Şahid4nı vurmamış, çəkilib kənarda dayanmışdır. Ətrafda olan şəxslər S.Şahid4nın səs-küyünə toplaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən məhəllədə olarkən səs-küy eşitmiş və ora yaxınlaşmışdır. Təqsirləndirilən şəxslə S.Şahid4 arasında mübahisə olduğunu öyrənmiş və Təqsirləndirilən şəxs evinə qaldırmışdır. Lakin o, Təqsirləndirilən şəxs S.Şahid4nı vurmasını görməmişdir. S.Şahid4 polisə məlumat vermiş və onları polis şöbəsinə dəvət edilmişlər. Məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, o, nə Təqsirləndirilən şəxs, nə də S.Şahid4nın üzərində xəsarət olub-olmamasına diqqət etməmişdir. O, hadisə yerinə yaxınlaşan vaxt S.Şahid4 ayaq üstdə dayanmış vəziyyətdə olmuş, ona fiziki zor tətbiq edildiyini görməmiş, lakin S.Şahid4nın nalayiq söyüşlər işlətdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən həyətdə qonşuları ilə bərabər oturmuşlar. Səs-küy eşidib yaxınlaşdıqlarında S.Şahid4nın Təqsirləndirilən şəxs qarşı söyüş söyməsini və nalayiq ifadələr işlətməsini eşitmişlər. Belə ki, onlar hadisə yerindən uzaq olduqları üçün nə baş verdiyini görməmiş, lakin Təqsirləndirilən şəxs anası ilə S.Şahid4nın qarşılıqlı mübahisə etdiklərini eşitmişlər. Onlar gələndə Təqsirləndirilən şəxs maşının yanında, S.Şahid4 isə ayaq üstə olmuş, bir qədər keçdikdən sonra özünü yerə yıxmışdır. S.Şahid4nın üzərində hər hansı xəsarət olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsində olarkən məhəllədə qonşularla oturmuşlar. Bu zaman Təqsirləndirilən şəxs anasının səsi gəldiyini eşitmişlər. Təqsirləndirilən şəxs dərhal həmin yerə getmiş, onlar da səs-küy eşidilən yerə yaxınlaşdıqda S.Şahid4nın söyüş söyməsinin şahidi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs S.Şahid4ya dava-dalaşa gərək olmadığını, problemi həll etməyi təklif etmiş, lakin anlaşılmazlıq olmuş, S.Şahid4 yerə yıxılmış, qonşuların köməkliyi ilə ayağa qaldırmışlar, mübahisənin böyüməsinin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs oradan kənarlaşdırmışlar. S.Şahid4 102 xidməti zəng mərkəzinə məlumat verdikdən sonra polis əməkdaşları gəlmişlər. O, .bir qədər aralıda olduğu üçün Təqsirləndirilən şəxs S.Şahid4nı vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid7, Şahid3 digər Şahid2 ilə eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş Şahid9 şahid qismində ifadə verərkən bildirmişdir ki, X17 X18 həkim vəzifəsində çalışır. Əldə etdiyi sənədlərdə S.Şahid4nın bir il əvvəl onun tərəfindən müayinə olunduğu qeyd edilsə də məhkəmə iclasında gördüyü qadının məhz onun tərəfindən müayinəyə cəlb olunduğunu dəqiqliklə xatırlamır. Elektron sistemdən əldə etdiyi məlumatlardan görünür ki, bir il əvvəl o, xəstəni müayinə etmiş terapevt həkim olaraq ona başgicəllənmə, halsızlıq, ürəkbulanma, baş ağrısı kimi şikayətlərə əsasən vertebrobazilyar arterial sistem sindromu diaqnozu qoymuşdur. Xəsarətlə bağlı müraciət etmiş xəstələrin müayinəsi isə X17 X18 digər bölmədə keçirilir. Bu səbəbdən o, məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı məlumat aldıqdan sonra S.Şahid4 adlı xəstənin bir il əvvəl keçdiyi müayinələrin tarixçəsi ilə maraqlanarkən onun həm də xəsarətlə bağlı müraciət etmiş şəxslərin müayinəsini həyata keçirən Bayram adlı həkim tərəfindən də müayinə olunduğunu və bu səbəbdən xəstəyə iki diaqnoz qoyulduğunu müəyyən etmişdir. Baş beyinin silkələnməsi diaqnozu isə onun tərəfindən müəyyən edilməmişdir. Məhkəmənin mülahizəsinə əsasən dəvət olunmuş və iclasda şahid qismində dindirilmiş ekspert X13 göstərmişdir ki, X7 polisdən aldığı göndəriş əsasında ona müraciət etdikdə ürəkbulanma, baş ağrıları kimi şikayətlərini bildirmişdir. Hadisə nəticəsində aldığı xəsarətləri o, zərərçəkmiş şəxsin üzərində vizual olaraq, xəstənin kəllə beyin travması alması barədə məlumatı isə o, X17 X21 tərəfindən təqdim olunmuş arayışdan əldə etmiş və rəyində qeyd etmişdir. Verilmiş sualları cavablandırarkən R.Ə.Əliyev bildirmişdir ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və ya yıxılma nəticəsində baş verməsi mümkün deyil. Zərərçəkmiş şəxs X17 PHŞ-ə özü müraciət etmiş, onun tərəfindən müayinə isə xx.xx.2023-cü il tarixdə aparılmışdır. Baş gicəllənmə, halsızlıq və digər əlamətlər baş beyinin silkənlənməsi hallarında hadisədən 12-24 saat sonra özünü biruzə verə bilir. O, xəsarət alanları müayinə etsə də zərurət olmadığı halda göndərişlə xəstəxanaya göndərmir. Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrində olan 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 1-ci cildinin 24-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X21in xx.xx.2023-cü il tarixli 376 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə və sol qulaqarxası nahiyələrinin qançırşişkinlik halında yumşaq toxumalarının əziyi, hər iki bazu, sağ çiyin qurşağının arxa səthinin, sağ əlin arxa səthinin İV-V daraq sümük proyeksiyasının, sol dirsək oynağının arxa səthinin, sağ əlin arxa səthinin İ daraq falanqasının, sol sağrı nahiyəsinin, sağ bud və sol baldır nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 1 günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 75-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X21in xx.xx.2023-cü il tarixli 28/376 nömrəli rəyindən görünür ki, vət. S.Şahid4nın bədən səthində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyasını və yuxarıda göstərilən xəsarətləri zərərçəkmiş şəxsin bədən səthinin müxtəlif nahiyələrində yerləşmələrini nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi və eləcə də şəxsin özü tərəfindən yetirməsi inkar olunur. Cinayət işinin 1-ci cildinin 84-85-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, S.Şahid4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 122-ci vərəqəsində olan Qaradağ RPİ-nin 10-cu PŞ-nin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən 7 saylı yaşayış binasının qarşısında baş vermiş dava-dalaş ilə bağlı hadisəni görə biləcək şahidlərin dairələrini müəyyən etmək mümkün olmamışdır. Eyni zaman da həmin əməliyyat tapşırığının cavabından alınmış məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Samirə Heydərovanı vurması öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 132-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 134-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 123-131-ci və 136-139-cu vərəqələrində olan protokollardan və ərizələrdən görünür ki, istintaq zamanı Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 S.Şahid4nın onların qonşusu olduğunu bildirib sonuncu ilə üzləşməkdən imtina etmişlər. Cinayət işinin 1-ci cildinin 159-160-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 12:10) Cinayət işinin 1-ci cildinin 182-183-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə olunmuş xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş mülki iddiaçı qismində tanınma barədə və mənəvi zərərin ödənilməsi barədə ərizələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs mənəvi zərərin əvəzi olaraq 8000 manat pulun və 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçı X1 xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs tərəfindən vəsatət verilərək X2 məhkəmə iclasında şahid qismində dindirilməsi xahiş edilmiş, X3 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə onun barəsində məcburi gətirmə barədə qərar çıxarılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə göndərilmiş, məhkəməyə xx.xx.2024-cü il tarixdə ünvanlanmış cavab məktubunda X4 yaşadığı ünvanda müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən X17 PHŞ-ə sorğu verilərək X7 barəsində xx.xx.2023-cü il tarixdə “X17” PHŞ-də aparılmış KT və ultrasəs müayinələrinin nəticəsi barədə bilavasitə tibbi mərkəzin elektron sisteminə daxil olmuş müayinələrin cavablarını, təyin edilmiş diaqnozun elektron sistemdən çıxarışını və müayinənin hansı həkim tərəfindən aparılması barədə vəsatət ünvanlanmış, xx.xx.2024-cü il tarixdə cavab məktubu ünvanlaraq S.Şahid4 da verterbrobazilyar arterial sistem sindromu. Baş beyinin silkələnməsi, bədənin yumşaq toxumasının əzilməsi diaqnozu qoyulduğu bildirilmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs elektron sistemdə olan qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2016-cı il tarixdə doğulmuş X10 və xx.xx.2019-cu il tarixdə doğulmuş X6 olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs elektron sistemdə olan gəlir məlumatından və xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, Respublika Təcili və X8 X16 Şəxsində xx.xx.2022-ci il tarixdən sürücü vəzifəsində işləyir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədə özünü təqsirli bilməməsi barədə ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında verilmiş ifadələrə, hadisənin baş vermə ardıcıllığına, təqsirləndirilən şəxsin məhkəmə iclasında səsləndirilən ifadələrə qarşı səbirsiz, kəskin reaksiyalar verməsini nəzərə aldıqda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən həmin əməl ittihamda təsvir olunduğu şəkildə törədilmişdir. Bundan əlavə məhkəmə iclasında ifadə vermiş Şahid5 da qeyd etmişdir ki, o, səs-küy olan yerə yaxınlaşdıqda S.Şahid4nın yerdə uzanmış vəziyyətdə olduğunu və qonşuların köməkliyi ilə ayağa qalxdığını görmüşdür. Hadisə barədə məlumatlı olan Şahid5 və digər şahidlər ifadələrində baş vermiş münaqişəni sakitləşdirmək məqsədilə Təqsirləndirilən şəxs Şahid5 tərəfindən hadisə yerindən kənarlaşdırıldığını təsdiqləmişlər. Bu isə özlüyündə Təqsirləndirilən şəxs aqressiv, münaqişənin daha da kəskinləşməsinə səbəbkar ola biləcək vəziyyətdə olmasının göstəricisidir. Təqsirləndirilən şəxs hər nə qədər həmin vaxt hadisələrə səbrlə reaksiya verdiyini qeyd etsə də, şahid ifadələri ilə bu hal tamamilə təkzib olunmuşdur. Həmçinin, müdafiə tərəfi həkim Şahid9 tərəfindən qoyulmuş diaqnozda baş beyinin silkələnməsi xəsarəti mövcud olmadığından ekspertiza rəyində göstərilmiş həmin xəsarətin faktiki olmadığını bildirmişdir. Lakin, müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş həkim Şahid9 ifadə verərkən qeyd etmişdir ki, zərərçəkmiş şəxs xəsarət almış xəstələrin müayinəsini həyata keçirən Bayram adlı həkim tərəfindən də müayinə olunmuşdur. Bundan əlavə məhkəmənin mülahizəsi əsasında məhkəməyə dəvət olunmuş ekspertin ifadəsindən məlum olmuşdur ki, o, rəydə zərərçəkmiş şəxsin baş beyinin silkələnməsi xəsarəti alması barədə nəticəyə X17 PHŞ-nin arayışı əsasında gəlmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, həmçinin hazırda onun daimi iş yerinin olmasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə verilmiş mülki iddiaya münasibətdə bildirir ki, mülki iddia Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş hesabatlardan görünür ki, ibtidai istintaq zamanı müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 (otuz) iş saatı, məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs istintaq zamanı vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş 30 iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat, məhkəmə iclasında vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş 50 iş saatı hüquqi yardıma görə 300 (üç yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəkməklə, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs istintaq zamanı vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş 30 iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat, məhkəmə iclasında vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş 50 iş saatı hüquqi yardıma görə 300 (üç yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs X5 izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə gələcəkdə mülki qanunvericiliyin tələblərinə uyğun məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar