Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-388/2021 07.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşa qarşı zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, qardaşı X5 ilə bir qrup şəxs halında 14 iyul 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısında yolda heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydliq, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə ünvanına nalayiq söyüşlər söyüb əli ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs bədən nahiyyəsinin qaşarası nahiyyənin, sağ yanağın, boyunun arxa səthinin sıyrıqları ilə müşayət olunan bədən xəsarətləri, qardaşı Tərlan Şahpələngov isə qəsdən əli ilə vuraraq Zərərçəkmiş şəxs bədən nahiyyəsinin sağ çiyin qurşağının sıyrığı və döş qəfəsinin ön səthinin qançırı ilə müşayət olunan həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu və qohumudur. Yasəfin evi ilə onun evinin arasında hasar olmaqla, Yasəflə münasibətləri normal olmuşdur. 11 iyul 2021-ci il tarixdə onların Ulduz adlı qonşuları evində tikinti təmir işləri apardığından Yasəfin yolunun üzərinə mişar daşı tökdürmüşdür. Buna görə də Yasəf idarə etdiyi avtomaşınla həyətinə getmək üçün onun həyətinin qarşısında olan yük avtomaşınlarının həyətə yaxın keçməmələri üçün yerə basdırdığı dəmir parçasını yerindən çıxardaraq öz həyətinə keçmişdir. 14 iyul 2021-ci il tarixdə təxminən saat 19 radələrində o, küçəyə çıxaraq Yasəfin yenə də dəmir parçasını çıxardaraq idarə etdiyi avtomaşını həyətinə sürüb getdiyini görmüşdür. O, Yasəfi çağıraraq nə üçün dəmir parçasını yerindən çıxartdığını soruşmuş, Yasəf ona həyətə keçməyə yolu olmadığını, ona görə də həmin dəmir parçasını çıxartdığını bildirmişdir. Buna görə də onunla Yasəfin arasında mübahisə başlamışdır. Mübahisə zamanı o, Yasəfin baş nahiyyəsinin qaş hissəsindən, sifət hissəsindən, boyununun arxa hissəsindən əli ilə vurmuşdur. Daha sonra qardaşı Tərlan Yasəfə yaxınlaşıb onları sakitləşdirən zaman Yasəfin sağ çiynindən tutub, döş qəfəsindən əli ilə itələmişdir. Bundan sonra onlar ayrılaraq evə getmişlər. Bir neçə dəqiqə sonra onun oğlu Şahid3 və qaradaşı X7 Şahpələngov hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs sonda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini, habelə himayəsində İ qrup əlil qardaşlarının olmasını, şəkərli diabet xəstəsi olmasını və yaşını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DSX-nin N saylı hərbi hissəsində mülki işçi kimi işləyir. Təqsirləndirilən şəxs onun qonşusudur və uzaq qohumudur. Belə ki, onun həyat yoldaşı X1 Şahpələngovun əmisi qızı hesab olunur və aralarında münasibətlər olmadığından onun da Telman və ailəsi ilə heç bir münasibəti olmamışdır. Onun yaşadığı ev Telmanının evi ilə yanaşı olmaqla Telman yolun bir hissəsinə dəmir parçaları düzmüşdür. Qonşusu Ulduz onun həyətinə gedən yola mişar daşı tökdürdüyündən o, baş etibarnamə ilə idarə etdiyi “VAZ 2109” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşınını məcburi olaraq yolun digər hissəsi, yəni Telmanının dəmir parçası vurduğu hissəsi ilə həyətə sürürmüşdür. 14 iyul 2021-ci il tarixdə təxminən saat 16 radələrində qəsəbədən evə gələn zaman Telmanının yola basdırdığı dəmir parçası onun avtomaşınının sol yan tərəfinin bir hissəsini əzmişdir. O, da avtomaşını evin qarşısında saxlayaraq gəlib dəmir parçasını yerdən çıxardıb bir kənara tullamışdır. Daha sonra yaşadığı evə getmiş və təxminən saat 19 radələrində həyətə çıxaraq avtomaşını təmizləməyə başlamışdır. Həmin gün təxminən saat 19:30 radələrində Telman “Mercedes” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşınla məhəlləyə gəlmiş və dəmir parçasını yerində görmədikdə dəmiri kimin çıxartdığını soruşmuşdur. O, Telmana bildirmişdir ki, dəmir parçasını o, çıxartmışdır. Bundan sonra Telman məhəllədə onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamışdır. O, Telmana yaxınlaşıb əl verərək salamlaşmış, dəmir parçasını avtomaşınını əzdiyi üçün çıxartdığını demiş və Telmanı avtomaşınına baxmağa dəvət etmişdir. Telman onunla birlikdə gələrək avtomaşına baxmış və evinə tərəf gedərək ona qonşusunun daşını götürməsini və dəmir parçasını yerinə qoymasını bildirmişdir. Daha sonra onlar arasında mübahisə yaranmış, səs-küyə Telmanın qardaşı Tərlan da gəlmişdir. Telman və tərlan onun üzərinə gəlmişlər. O, özünü qorumaq üçün başını əymişdir. Həmin zaman Telman onun baş nahiyyəsinin qaş hissəsindən, sifət hissəsindən, boyununun arxa hissəsindən əli ilə vurmuşdur. Tərlan isə bədəninin sağ çiynindən və döş qəfəsindən əli ilə vurmuşdur. Bu zaman yaxınlıqda olan tanımadığı şəxslər onları sakitləşdirmişlər. O, Telmanla Tərlanın bu hərəkətlərinə görə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, özünü pis hiss etdiyindən X27 zəng etmiş, TTY gələrək ona tibbi yardım göstərmişdir. 19 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edən zaman ona Telman və Tərlan çoxlu xahişlər etdiyindən o, bildirmişdir ki, onu heç kim döyməmişdir. Lakin sonradan o, Azərbaycan Respublikası qanunvericiliyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, 19 iyul 2021-ci il tarixdə ərizə verən zaman yanlışlığa yol vermişdir və xahiş etmişdir ki, onun həmin ərizədə göstərdiyi xüsusatlar nəzərə alınmasın. Bir daha bildirir ki, onu 14 iyul 2021-ci il tarixdə təxminən saat 19:30-da Təqsirləndirilən şəxs əli ilə baş nahiyyəsinin qaş hissəsindən, sifət hissəsindən, boyununun arxa hissəsindən vurmuşdur. X5 isə onun bədəninin sağ çiynindən və döş qəfəsindən əli ilə vurmuşdur. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuş, həmin şəxslər hadisəni görmüşlər. Eyni zamanda, Cavidlə Ağa hadisə yerinə gələrək onu Telman və Tərlanın əlindən alaraq onları sakitləşdirmişlər. Cavid ilə Ağa onu vurmamışlar. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 29 sentyabr 2020-ci il tarixdə Qaradağ rayon hərbi komisarlığından 2-ci Qarabağ müharibəsinə getmiş və orada döyüşlərdə iştirak edərək 25 yanvar 2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunaraq yaşadığı ünvana qayıtmış və döyüşlərdə iştirakına görə bir sıra rayonların düşməndən azad olunmasına görə dövlət tərəfindən təltif olunmuşdur. Halhazırda isə fərdi əməklə məşğul olur. X5 onun atası, Təqsirləndirilən şəxs əmisi, Şahid3 isə əmisi Telmanının oğludur. Onun həmin şəxslərlə münasibətləri normaldır. Zərərçəkmiş şəxs onun qonşusudur və onun Yasəflə də münasibətləri normaldır. 14 iyul 2021-ci il tarixdə təxminən saat 19:30 radələrində o, işdən evə gələrkən məhəllədə atası Tərlan, əmisi Telmanla qonşuları Yasəfin nalayiq küçə söyüşləri ilə bir-birilərini təhqir etdiklərini görüb onlara yaxınlaşmış və orada dava olduğunu görmüşdür. O, qonşuları Elimlə birlikdə araya girərək əmisi Telmanla atası Tərlanı Yasəfi vurmamaları üçün sakitləşdirməyə başlamışlar. Bu zaman əmisioğlu Cavid də gəlmiş və əmisi Telmanı evə aparmışdır. Orada ona məlum olmuşdur ki, Yasəf əmisi Telmanın yolun kənarına basdırdığı dəmir parçasını çıxartdığına görə dava olmuş, atası Tərlan da həmin zaman Yasəfin çiynindən tutaraq kənara çəkmişdir. O və əmisioğlu Cavid Yasəfə vurmamış və ona xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərdən onun xəbəri olmamışdır. Ola bilsin ki, əmisi Telmanla tutaşan zaman və atası Tərlan Yasəfin çiynindən tutub kənara çəkən zaman Yasəf xəsarət almış olsun. Hadisə zamanı ətrafda kənar şəxslər olmuş, lakin o, həmin şəxslərin heç birini tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 17 iyul 2019-cu il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAHHX hərbi qulluqçusudur. Təqsirləndirilən şəxs onun atasıdır, X5 əmisi, Şahid1 isə onun əmisi oğludur. Onun həmin şəxslərlə münasibətləri normaldır. Zərərçəkmiş şəxs onun qonşusudur və onun Yasəflə də münasibəti normaldır. 14 iyul 2021-ci il tarixdə təxminən saat N radələrində o, hərbi hissədən evə gələrkən məhəlləyə çatdıqda görmüşdür ki, atası Telman və əmisi Tərlan Yasəflə mübahisə edirlər. O, məhəlləyə çatanda ətrafda tanımadığı şəxslər olmuş, həmçinin əmisi oğlu Ağa da orada olmuşdur. Yasəfin qaynatası Elimlə Ağa, atası Telmanla əmisi Tərlanı sakitləşdirirmişlər. O da araya girərək atası Telmanı oradan uzaqlaşdıraraq evlərinə aparmışdır. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərdən onun xəbəri olmamış və o, Yasəfi vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızının həyat yoldaşıdır və onlar ailə həyatı qurduqdan sonra onun həyətinin bir hissəsində ev tikərək ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs və qardaşı Tərlan Şahpələngov onun əmisioğlanlarıdır və qonşularıdır. Onlarla münasibətləri normal olmuşdur. Onların yaşadığı məhəllədə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının toplanış məntəqəsi yerləşir. Həmin toplanış mərkəzində əsgərliyə çağırılmış çağırışçılar hərbi hissələrə paylaşdırıldığından əsgərlərin valideynləri oraya yığışırlar və o, da həyətinin qarşısında stollar qoyaraq onlara çay verir. Hadisədən bir müddət əvvəl qonşusu Ulduz həyətində təmir işləri apardığı üçün yolun kənarına mişar daşı tökdürmüşdür. Bu səbəbdən də Yasəf idarə etdiyi avtomaşınını həyətlərinə salmaq üçün qonşusu Telamanın yol kənarına basdırdığı dəmir parçasını çıxardaraq həyətinə getmişdir. 14 iyul 2021-ci il tarixdə təxminən saat 19:30 radələrində o, əsgər valideynlərinə çay hazırlayan zaman məhəllədə səs-küy eşidib elə başa düşmüşdür ki, əsgər valideynləri öz aralarında dava edirlər. Küçəyə çıxanda görmüşdür ki, qohumu Telmanla Tərlan kürəkəni Yasəfin üzərinə hücum edib, söyüb təhqir edərək vururlar. Bu zaman o, onlara yaxınlaşmış, Telmanın oğlu Cavid və Tərlanın oğlu Ağa ilə birlikdə X16 ayırmışlar. Buna baxmayaraq yenə də kənardan Telman Yasəfi söyüşlə təhqir etmişdir. O, Cavid və Ağa ilə köməkləşib Telamanı və Tərlanı evlərinə aparmışlar. Yasəf X27 zəng etmiş, TTY gələnədək polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada tanımadığı şəxslər olmuş, hadisə zamanı X23 vuraraq xəsarət yetirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanının qarşısına baxış keçirilmiş, hadisə yerinə baxış zamanı məlum olmuşdur ki, hadisə yeri ünvan 3 ünvanının qarşı hissəsi olmaqla, Sərhəd Qoşunlarının N saylı Hərbi hissəsinin qarşı tərəfində yerləşir. Hadisə yerinin ətrafı yaşayış evləri ilə əhatə olunmuşdur. Mübahisə başlandığı yer asfalt küçənin kənar hissəsində çınqıl daşları tökülmüş asfaltla çınqıl daşlarının arasına avtomaşın saxlamaması üçün dəmir armaturlar basdırılmışdır. Məhz həmin dəmir armaturları Zərərçəkmiş şəxs yerindən çıxarıb avtomaşınını çınqıla salmasına görə mübahisə başlamış, mübahisə dava-dalaşa çevrilmişdir. Hadisə yerinə baxış zamanı iştirakçılardan heç bir ərizə və şikayət daxil olmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. (i.v. 7-9) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21- Təcrübi və Tədris Birliyinin 30 iyul 2021-ci il tarixli, 469 nömrəli ekspert rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - qaşarası nahiyyənin, sağ yanağın, boyunun arxa səthinin, sağ çiyin qurşağının sıyrıqları və döş qəfəsinin ön səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun 20 saylı Təcili tibbi Yardım Stansiyasına müraciət etdiyi 14 iyul 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 19- 20) Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında 14 avqust 2021-ci il tarixli qərardan və protokoldan görünür ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 52, 54) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 82-83) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə 16 avqust 2021-ci il tarixli qərardan və 16 avqust 2021-ci il tarixli iltizamdan görünür ki, Qaradağ RPİ-nin müstəntiqi tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş və iş üzrə Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunmuş, iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 101-102, 103) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, 16 avqust 2021-ci il tarixdə X5 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 111-112) Qətimkan tədbiri seçilməsi haqqında 16 avqust 2021-ci il tarixli qərardan və 16 avqust 2021-ci il tarixli iltizamdan görünür ki, X5 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 127-128, 129) AD № ******* saylı şəxsi vəsiqədən görünür ki, X8 N saylı Hərbi Hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. (i.v. 132) Zərərçəkmiş şəxs tərəfindən Qaradağ RPİ-nin rəisinə ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, 14 iyul 2021-ci il tarixdə qonşuları və qohumları Telman və Tərlanın onu döymələri barəsində ərizə ilə müraciət etmişdir. Hal-hazırda o, Tərlan və Telmanla barışmışdır. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasınə xahiş etmişdir. (i.v. 142) 20 oktyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 20 oktyabr 2021-ci il tarixdə baş beyinin diffuz travması səbəbindən vəfat etmişdir. (i.v. 144) Təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınma haqqında 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 təqsirləndirilən şəxs X2 hüquqi varisi qismində tanınmışdır. (i.v.146) 24 fevral 1992-ci il tarixli, № 039430 saylı arayışdan görünür ki, 1976-cı il təvəllüdlü X9 ömürlük İ qrup əlildir. (i.v. 154) 24 fevral 1992-ci il tarixli, № 039429 saylı arayışdan görünür ki, 1976-cı il təvəllüdlü X3 ömürlük İ qrup əlildir. (i.v. 161) Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 (təqsirləndirilən şəxsin anası) 26 iyul 1981-ci il tarixdə, X6 (təqsirləndirilən şəxsin atası) 18 mart 2001-ci il tarixdə vəfat etmişdir. (i.v.154, 160) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05 noyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v.167) Sübutların qiymətləndirilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində həmin tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılmış, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin 30 iyul 2021-ci il tarixli, 469 nömrəli ekspert rəyi cinayət işi üzrə digər sübutlarla uzlaşdığından sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmiş, iş üzrə Şahid3 və Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən X5 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, iş üzrə şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, fotocədvəl, məhkəmə-tibbi ekspertizasının rəyi, üzləşdirmə istintaq hərəkətinin protokolları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 168-175) Məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilərək iş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilərək iş materiallarına əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “şəkərli diabet” diaqnozu ilə X22 qeydiyyatdadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Xuliqanlıq “işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində İ qrup əlil qardaşının olmasını, oğlu Şahid3 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olması, şəkərli diabet xəstəsi olmasını və yaşını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla daha ağır cəza növünün təyin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növlərindən islah işləri növündə cəza təyin edilməli, onun 14 avqust 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək cəmi 02 (gün) tutma altında saxlanıldığı müddət nəzərə alınmaqla ona qəti cəza təyin edilməli (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir (CİM 15.5-1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X14 işə qoşularaq ibtidai istintaq dövründə 66 (altmış altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 66 (altmış altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 396 (üç yüz doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün müddət bir günə dörd gün hesabı ilə hesablanaraq 08 gün islah işləri cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 66 (altmış altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 396 (üç yüz doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-388/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-388/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver