Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-39/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 qızının və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu- Park yaşayış kompleksi, bina 11, mənzil 93 ünvanında yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri və xx.xx.1992-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi, bina 11, mənzil 57 ünvanında yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən və ictimai qaydanı pozulmasının qarşısını almağa çalışan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində xuliqanlıq niyyətilə ona qoşulmuş qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi 11 saylı binanın 1-ci mərtəbəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qəsdən təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub Zərərçəkmiş şəxs1 üst dodağın sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, sağ dirsək oynağının arxa səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 qardaşı X9 xuliqanlıq niyyətilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən təpik zərbələri ilə sifət nahiyəsindən və sol qolundan vuraraq, zərərçəkmişə alt çənədə 2-ci dişin hissəvi sınması ilə müşayiət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sol said sümüyünün yerini dəyişmiş sınığı ilə müşayiət olunan səhhətin uzun meddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, hadisə zamanı Təqsirləndirilən şəxs1 onları Zərərçəkmiş şəxs1 ayırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 qızına müqavimət göstərərək, Zərərçəkmiş şəxs2 qızına sağ baldırın qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə qəsdən sağlamlığa az ağır xəsarət yetirmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində xuliqanlıq niyyətilə qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında heç bir səbəb olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən mərasim evinin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs1 qəsdən təpik zərbələri ilə sifət nahiyəsindən və sol qolundan vuraraq, zərərçəkmiş şəxsə alt çənədə 2-ci dişin hissəvi sınması ilə müşayiət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sol said sümüyünün yerini dəyişmiş sınığı ilə müşayiət olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, cinayət əməlini qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə deyil tək törətmişdir. Belə ki, təxminən 3 il olar ki, ailəsi ilə birlikdə “Qobu-park” yaşayış kompleksində yaşayır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızı onunla eyni blokda yaşayırlar. Əvvəllər onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən axşam saatlarında o, yaşadığı binanın blokunda olan zaman Zərərçəkmiş şəxs2 açıqsaçıq geyimdə bloka tərəf gəlməsini görmüşdür. Həmin geyim onu narahat etdiyindən Arzuya yaxınlaşıb belə geyinməməsini, qonşulardan ayıb olduğunu bildirmişdir. Arzu cavabında ona qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə də o, əsəbləşib sol əli ilə Arzunun başından bir sillə vurmuşdur. Bundan sonra o, oradan çıxıb yaşadıqları evin yaxınlığında olan mərasim evinin qarşısına getmiş, orada durub qonşularla söhbət etmişdir. Bir qədər sonra Arzunun qardaşı Mehmanla birlikdə ona tərəf gəldiklərini görmüşdür. Mehman ona yaxınlaşıb, bacısını onun vurub-vurmadığını soruşmuşdur. O da cavabında Mehmana “bəli vurmuşam” sözlərini demişdir. Bu zaman Mehman ona əl atmağa başlamış, o da Mehmanı yumruqla vurmuşdur. Mehman həmin vaxt belindən bıçaq çıxarmış, o, təpiklə vurub bıçağı əlindən yerə salmış və yenidən əlbəyaxa dalaşmağa başlamışlar. O, Mehmanın üz nahiyəsinə və bədən hissəsinə yumruq və təpiklə zərbələr vurmuşdur. Dava-dalaş zaman Arzu müdaxilə etdiyi üçün Arzunu da itələmişdir. O, Mehmana yumruqla vuran zaman Mehman özündən getmiş və yerə yıxılmışdır. Bundan sonra orada olan şəxslər onları ayırmış və onu kənara çəkmişlər. Həmin hadisə “Qobu-Park” yaşayış kompleksində 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən mərasim evinin qarşısında baş vermişdir. Münaqişə zamanı bina sakinləri də oraya toplaşmışdır. Dava-dalaş təxminən 15-20 dəqiqə davam etmiş, Mehman ona yumruq vursa da, heç bir xəsarət almamışdır. O, Mehmanı tək döymüşdür. Qardaşı Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman mərasim evinin içərisində olmuş, lakin sonradan səs-küyə çıxmışdır. Lakin qardaşı Ceyhun tərəfindən hər hansı müdaxilə olmamışdır. O, sonradan səs-küyə çıxmış, lakin qardaşı Ceyhun Mehmanı vurmamışdır. Təqsirləndirilən şəxs sonda törətdi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək, onlarla barışıq əldə etdiyini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Qobu-Park- 3” yaşayış kompleksində sahə nəzarətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızını bina sakinləri kimi tanıyır. Belə ki, həmin şəxslər bir ildən çox müddətdir ki, oraya köçmüşlər və münaqişə baş verən günədək aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən 19 radələrində qardaşı Qaşqay işlətdiyi mərasim evinin içində olarkən səs-küy eşitmiş və çölə çıxdıqda qardaşının Mehmanla dava etdiyini görmüşdür. Buna görə də o, qardaşı Qaşqaya kömək etmək üçün münaqişəyə qarışmışdır. Münaqişə zamanı Qaşqay bir dəfə təpiklə Mehmanın ağzından vurmuş, təpiyin təsirindən ağzı qanamış və yerə yıxılmışdır. Bu zaman o da Mehmanı təpiklə sifət nahiyyəsindən vurmuş, nəticədə sonuncunun dişi sınmışdır. Yerdə olan zaman o, Mehmanı bir dəfə də təpiklə sol qolundan vurmuşdur. Həmin vaxt Mehmanın bacısı Arzu da orada olmuş və onları aralamağa çalışmışdır. O, Arzuya heç bir xəsarət yetirməmiş və qardaşı Qaşqayın Arzunu vurduğunu görməmişdir. Dava-dalaş bitdikdən sonra Arzu oradan uzaqlaşmış, Mehman isə yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Bundan sonra o, və qardaşı Qaşqay oradan uzaqlaşmışaraq getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsində törətdiyi əməli etiraf etməməsinə əsas cinayət məsuliyyətindən boyun qaçırması olmuşdur. Belə ki, qardaşı ilə hər ikisinin cinayət məsuliyyətinə cəlb olunmaması üçün Mehmanı yalnız Qaşqayın döyməsi barədə ifadə vermək qərarına gəlmişlər. Hadisə zamanı heç bir tərəf bir-birinə qarşı bıçaqdan istifadə etməmişdir. Hadisə xx xxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində Qobu-Park yaşayış kompleksində 11-ci binanın 1-ci mərtəbəsində yerləşən mərasim evinin qarşısında baş vermişdir. Bir xeyli bina sakini hadisə yerinə toplaşsa da, onlara heç kim müdaxilə etməmişdir. Həmçinin qardaşı və ondan başqa heç kim Mehmana xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs sonda törətdi cinayət əməlindən səmimi peşman olduğunu, bacısı Zeynəb İsmayılovanın və onun iki azyaşlı uşağının onun himayəsində olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək, onlarla barışıq əldə etdiyini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 1 ildən çox müddətdir ki, o, ailə üzvləri ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu-Park” yaşayış kompleksində yaşayırlar. O, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində evdə olan zaman blokdan səsküy gəldiyini eşitmiş, girişdən gələn səsin bacısı Zərərçəkmiş şəxs2 səsi olduğunu eşitdikdə, binanın girişinə, yəni 1-ci mərtəbəyə düşmüşdür. Girişin pilləkənlərində bacısının oturub ağladığını görmüşdür. Arzu və qonşular ona qonşuluqda yaşayan Qaşqay adlı şəxsin Arzuya yaxınlaşıb sataşaraq söz atdığını, həmin vaxt Arzunun onu itələmək istəyərkən sonuncunun bacısının saçından tutaraq onu vurduğunu bildirmişlər. O, bunları bildikdən sonra həmin şəxsin işlətdiyi mərasim evinin qarşısına getmiş və Qaşqaya yaxınlaşıb nə üçün bacısına qarşı nalayiq hərəkətlər etdiyini soruşmuşdur. Bu zaman mərasim evindən çıxan Qaşqayın qardaşı Ceyhun ona hücum edərək vurmaq istəmişlər. Qaşqayla bu barədə söhbət edən zaman Qaşqay bir dəfə təpiklə onun ağzından vurmuş, təpiyin təsirindən ağzı qanamış və yerə yıxılmışdır. Bu zaman qardaşı Ceyhun onu təpiklə həmin yerdən vurmuş və dişi sınmışdır. Yerdə olan zaman Qaşqayın qardaşı Ceyhun bir dəfə də təpiklə sol qolundan vurmuş və qolu zərbə təsirindən sınmışdır. Qaşqay və qardaşı Ceyhun bədəninin müxtəlif yerlərindən təpik zərbələri vurmuşlar. Həmin vaxt yanında olan bacısı Arzu onları aralamaq istəyərkən Qaşqayın Arzunu da təpiklə ayaşından vurduğunu görmüşdür. Sonra anidən huşunu itirmiş və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Ona sonradan məlum olmuşdur ki, atası Rəhman hadisə yerinə gələrək avtomobili ilə xəstəxanaya aparmışdır. Onlar arasında münaqişə 15-20 dəqiqə davam etmiş, hadisə zamanı orada xeyli sayda bina sakinləri olmuşdur. Zərərçəkmiş şəxs sonda məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət və tələbi olmadığını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu-Park” yaşayış kompleksində yaşayır. Kompleksə köçdükləri gündən qonşularla heç bir əlaqəsi olmamışdır. O, qapı qonşuları istisna, heç bir qonşusunu tanımamışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında öz qızı və bacısının qızı kompleksdə yerləşən parkda oynayan zaman o da onlara su alıb verib evə qayıtmışdır. Həmin vaxt atası, anası, gəlinləri yaşadıqları binanın qarşısında dayanmışlar, atası ona parka gəlməsini bildirsə də, o, başı ağrıdığı üçün evə qalxmaq istəmişdir. O, evə qalxmaq üçün liftin qarşısında dayanmış, həmin vaxt qulağında qulaqcıqla mahnıya qulaq asmışdır. Lifti gözləyən zaman qulaqcığın birini qulağından çıxarmış və arxasında kiminsə dayandığını hiss etmişdir. Ona görə də liftlə yuxarı qalxmayıb, pilləkənlərlə qalxmağa başlamışdır. Birinci mərtəbənin pilləkənlərini qalxdığı zaman bir nəfərin, yəni adının sonradan Qaşqay olduğunu bildiyi şəxsin arxasınca gəldiyini və ona “ay xanım sizi bir dəqiqə olar” dediyini eşitmişdir. O isə arxaya çevrilərək, “buyrun eşidirəm” cavabını vermişdir. Qaşqay ondan xoşu gəldiyini bildirmiş, o, təkrar Qaşqaydan nə dediyini soruşduqda, Qaşqay yenə də həmin sözü təkrar edərək, ondan xoşu gəldiyini bildirmişdir. Qaşqayın sözü ona pis təsir etdiyi üçün o, Qaşqayın ünvanına nalayiq ifadələr işlədərək, pilləkənləri aşağı düşmüş və qonşulardan kimsə bayıra çıxsın deyə səs-küy salmışdır. O, Qaşqaya çatanda aralarında münaqişə yaranmış, Qaşqay onun saçından tutub yumruqla boynunun arxasından vurmuşdur. Səs-küyə qonşular çıxmış, Qaşqay isə qaçıb getmişdir. Qonşular ona su verib sakitləşdirmişlər. Həmin vaxt səs-küyə qardaşı Zərərçəkmiş şəxs1 gəlmişdir. Qardaşı ondan nə baş verdiyini soruşmuş, o isə ona heç bir söz deməmiş, lakin qonşular baş verəni Mehmana demişlər. Bundan sonra qardaşı Mehman Qaşqayın arxası ilə işlətdiyi komplekisdə 11-ci binanın qarşısında yerləşən çayxanaya getmiş, o da qardaşının arxasınca getmişdir. Onlar ora çatdıqda Qaşqay çayxananın qarşısında idi. Həmin vaxt qardaşı Mehman Qaşqaya yaxınlaşaraq, “bacım Arzunu sənmi vurmusan” sözlərini demiş, Qaşqayda cavabında “mən vurmuşam” sözlərini demişdir. Bundan sonra qardaşı Mehmanla Qaşqay arasında münaqişə baş verdi. Münaqişə zəmnində Qaşqay Mehmana yumruqla zərbələr vurmağa başladı və bu zaman zərbənin biri Mehmanın baş nahiyyəsinə dəyəndən sonra Mehman yerə yıxılmış, Mehman yerə yıxılandan sonra Qaşqayın qardaşı Ceyhun təpiklə Mehmanın ağız nahiyəsindən və bədənin müxtəlif nahiyyələrindən zərbələr yetirmişdir. Dava-dalaş zamanı Qaşqaygilin yanında təxminən 7- 8 nəfər tanışları da olmuşdur. Ətrafda çoxlu sayda adamlar yığışsalar da, heç kim onları aralamamışdır. O, məcbur olub onların aralarına girərək Qaşqay və Ceyhunun qardaşı Mehmanı vurmaqlarının qarşısını almaq üçün onları aralamaq istəyən zaman Qaşqay onun sağ ayağından zərbə vuraraq heç kimin qarışmaması barədə ucadan qışqırmışdır. O, müvazinətini saxlaya bildiyindən, yerə yıxılmamış və oradan qaçmışdır. O, gedən zaman Qaşqay qardaşı Ceyhun ilə maşına oturub arxasınca sürmüşlər. O, qaçıb 3-cü binada yerləşən bir evə girmiş, həmin evdə tanımadığı bir qadın onu öz evində saxlamışdır. O, valideynlərinə zəng vurub harada olduğunu demiş, valideynləri də həmin ünvana gəldikdən sonra ev sahibi olan tanımadığı qadın onu yola salıb valideynlərinə təhvil vermişdir. Bundan sonra qardaşı Mehmanı atası öz avtomobili ilə Lökbatan qəsəbəsində yerləşən “Asmed” adlı xəstəxanaya aparmış, oradan isə TTY avtomobili ilə Respublika Kliniki Xəstəxanasına aparmışlar. Orada Mehmaın dodağına tikiş vurulmuş, daha sonra sol qoluna gips qoyulmuşdur. O, Qaşqayı münaqişə baş verən günə qədər tanımamışdır. Münaqişə 10-15 dəqiqə davam etmişdir. Hadisə vaxtı Ceyhun ona hər hansı bir xəsarət yetirməmiş, ona xəsarəti Təqsirləndirilən şəxs1 yetirmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 19 radələrində yaşadığı evin blokundan səs-küy gəldiyini eşitmişdir. O, oğlu Mehmanın səsini eşitdiyi üçün birinci mərtəbəyə düşmüş, daha sonra Mehmanın da gəlmədiyini görüb özü də aşağı düşmüşdür. Orada qonşuları qonşuluqda yaşayan tanımadığı bir nəfər şəxsin qızı Arzuya sataşdığını, Mehmanın da çölə çıxaraq, həmin şəxsin işlətdiyi çayxanaya tərəf getdiyini və orada Qaşqay və adını bilmədiyi qardaşının oğlu Mehmanı yerə yıxaraq, döydüklərini gördüyünü və həmçinin qızı Arzunun onları aralamaq istəyərkən Qaşqayın onu da təpiklə vurduğunu gördüyünü bildirmişdir. Bundan sonra o, dərhal qonşularının təsvir etdikləri həmin yerə getmiş və oraya çatdıqda oğlu Mehmanın yerdə uzandığını, ağzının qanadığını və bədənindən müxtəlif xəsarətlər aldığını görmüşdür. Daha sonra qızının da qonşulardan biri ilə getdiyini öyrənib, onu da götürmüş və hər ikisini Lökbatan qəsəbəsində yerləşən “ASMED” klinikasına oradan da X6 aparmış. Orada Mehmanın ağzına tikiş vurulmuş, sol qoluna gips qoyulmuşdur. Sonradan ona məlum olmuşdur ki, münaqişə zamanı bina sakinləri orada dayansalar da, heç bir müdaxilə etməmişlər. O, həmin binaya yeni köçdüyü üçün onların heç birini dəqiq tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə təxminən 19 radələrində Lökbatan qəsəbəsindən Qobu-Park yaşayış kompleksinə sərnişin aparmışdır. Sərnişini orada düşürüb, yaxınlıqda yerləşən mərasim evinin yanından dönərək yenidən Lökbatan qəsəbəsinə qayıtmaq istədikdə orada təxminən yüzə yaxın adamın yığışdığını görüb maşını kənara çəkib saxlamış və avtomobildən düşdükdə iki nəfər şəxsin bir nəfəri yerə yıxaraq təpik zərbələri ilə döydüklərini görmüşdür. Kənarda bir xeyli adam yığışsa da, heç biri müdaxilə etməmişdir. Bu zaman bir nəfər təxminən 30-32 yaşında qadın oraya gələrək onları aralamaq istədikdə, döyən şəxslərdən daha ucaboy olanı həmin qadını da təpiklə vurmuş və heç kimin qarışmaması barədə ucadan qışqırmışdır. Bundan sonra həmin qadın oradan qaçmağa başlamışdır. O, ətrafda olan şəxslərdən birindən həmin şəxslərin həmin adamı nə üçün döydüklərini soruşmuş, həmin şəxs heç nə bilmədiyini bildirmişdir. O, ümumiyyətlə Qobu-Park deyilən yerdə heç kimi tanımadığından, dava-dalaşın nə üstündə baş verdiyini bilməmişdir. Lakin yanında duran tanımadığı şəxsin dediklərindən yerə yıxılan şəxsi döyənlərdən birinin adının Qaşqay, digərinin isə onun qardaşı olduğunu bilmişdir. Bundan sonra bir nəfər təxminən 55-60 yaşında kişi maşınla oraya gələrək, yerə yıxılan şəxsi maşına əyləşdirmiş və oradan aparmışdır. Bundan sonra ora toplaşmış insanlar dağılışmış, o da oradan uzaqlaşmışdır. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16- Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli, 434 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 qızının məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərinin məlumatlarına əsasən onda sağ baldırın qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş diaqnoz “bel nahiyəsinin küt travması” obyektiv, məhkəmə-tibbi və klinik əlamətləri ilə öz təsdiqini tapmadığından həmin diaqnozun xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. (i.v. 22-24) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16- Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli, 433 nömrəli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Şahid2 Rəhman oğlunun məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərinin məlumatlarına əsasən onda sol said sümüyünün yerinidəyişmiş sınığı, üst dodağın sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan alt çənədə sağda İİ dişin hissəvi sınması və sağ dirsək oynağının arxa səthinin sıyrığı xəsarətləri müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx xxxx 2020-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə sol saidin yerinidəyişmiş sınığı səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya, üst dodağın sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan alt çənədə sağda İİ dişin hissəvi sınması səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər, sağ dirsəyin arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 25-27) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 65, 74-75) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-94/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. (i.v. 144-147) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-93/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. (i.v. 148-151) Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 152-153) Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 154-155) Könüllü təqdimetmə və götürmə haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd 125 mm, qəhvəyi rəngli taxta dəstəyi və 235 mm tiyəsi olan bıçaq götürülmüşdür. (i.v. 180) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (i.v. 189) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (i.v. 192) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 3/1089 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (i.v. 198-200) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, iş üzrə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 İsmay oğluna Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamlar və barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi başlanmamış, Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs1yu onu bıçaqla vurmaq istəməsi səbəbindən onu döydüyü və Zərərçəkmiş şəxs1 tək döydüyü, Təqsirləndirilən şəxs2 orda olmadığını bildirməsi vəsatət kimi qiymətləndirilərək rədd edilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində Zərərçəkmiş şəxs1 xəsarət yetirmədiyini bildirməsi vəsatət kimi qiymətləndirilib rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 hadisə yerindən götürdüyü Zərərçəkmiş şəxs1 məxsus açıqqəhvəyi rəngli 127 mm uzunluğunda dəstəyə malik mətbəx bıçağı hadisə zamanı baş vermiş cinayət əməlində alət və vasitə olmadığından iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdı, cinayət işinin bəzi materiallarında Təqsirləndirilən şəxs1 adı səhvən “Coşqun və ya Qoşqar kimi qeyd edilmişdir. Lakin cinayət işinə əlavə edilmiş, AZE-******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 adı “Coşqun və ya Qoşqar” deyil, ümumilikdə Təqsirləndirilən şəxs1dur. İş üzrə təqsirləndirilən şəxsin adı Təqsirləndirilən şəxs1 olması nəzərə alınmış, zərərçəkmiş şəxslərin istintaq zamanı verdikləri ifadələri, üzləşdirmə protokolları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik Hüquqi şəxsinin x xxxx 2020-ci il tarixli, 434 nömrəli və x xxxx 2020-ci il tarixli, 433 rəyləri, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 3/1089 nömrəli rəyi, Qaradağ RPİ-nin 10-cu PB-nin xx xxxxxx 2020-ci il tarixli, 070-30180-1220 nömrəli məktubu və s. cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 203-211) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxx 2020-ci il tarixdə baş vermiş münaqişə üzərindən yerə düşmüş 1 ədəd mətbəx bıçağı təhvil almışdır. (i.v. 213) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxx 2017-ci il təvəllüdlü Bilqeyis və xx xxxx 2018-ci il təvəllüdlü Zöhrab adlı iki azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs1 qismən etirafedici və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə və məhkəmə iclasında özünü tam təqsirli bilməməsinə, yəni cinayət əməlinin bir qrup şəxs halında, yəni qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə deyil, tək törətməsi barədə ifadəsində göstərilənlərə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadəsi öz məsuliyyətlərini yüngülləşdirmək, həmçinin yaxın qohumu olan digər Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi məqsədi ilə verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə, həmçinin məhkəmə iclasında verdiyi ifadəsində qardaşı Təqsirləndirilən şəxs2 hadisə zamanı mərasim zalının içərisində olduğunu, sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 hər hansı xəsarət yetirilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində törətdiyi əməli tam olaraq səmimi etiraf edərək, təqsirini boynuna almışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər; 221.2.1-ci maddəsinə əsasən bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə 4 gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 5-ci bəndinə əsasən Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hərhansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimaiqaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizliketməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə ondahəmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Həmin qərarın 6-cı bəndində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti qismən etiraf edərək, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2), himayəsində 2 azyaşlı uşaqlarının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf edərək, əməlindən peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və Təqsirləndirilən şəxs2 barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında və saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), islah olunmasını sübut etmək məqsədilə onun üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi, bina 11, mənzil 93 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM- 66.2), islah olunmasını sübut etmək məqsədilə onun üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi, bina 11, mənzil 57 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X14 işə qoşularaq ibtidai istintaq dövründə 70 (yetmiş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqi yardım göstərmişdir. Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 75 (yetmiş beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq məhkəmədə 45(qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmişdir. Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 işə qoşularaq məhkəmədə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 75 (yetmiş beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 450 (dörd yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi, bina 11, mənzil 93 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi, bina 11, mənzil 57 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 75 (yetmiş beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 450 (dörd yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabınaköçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-39/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-39/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver