Məhkəmə qərarları › İş №1(002)-390/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-390/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-390/2021 15.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Özbəkistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0,290 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üstündə saxlamış,15 sentyabr 2021ci il tarixdə, saat 19:30-da Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi Lökbatan qəsəbəsi bazarın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman onun əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qeyd olunan çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.1988-ci ildə Özbəkistan Respblikasında anadan olmuşdur. Ailəlidir. Üç övladı vardır. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində bazarda ağartı məhsuları satır. Həmçinin istifadəsində “Tofaş” markalı nəqliyyat vasitəsi vardır. Həmin avtomobil ilə arabir taksi fəaliyyəti ilə məşğul olur. 14.09.2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman tanımadığı şəxs ona yaxınlaşaraq onu “Salyanski” deyilən əraziyə aparmağını istəmişdir. O da həmin şəxsi avtomobili ilə dediyi ünvana aparmağa razılıq vermişdir. O, yol gedən zaman söhbət etməyə başlamış və söhbətləri şirin alınmışdır. O, həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin şəxs ona kristal duza bənzər maddə vermişdir. Həmin maddə psixotrop maddə olmuşdur. Həmin maddəni istifadə etmək üçün özündə saxlamışdır. Həmin psixotrop maddəni əynində olan mavi rəngli cins şalvarının sol arxa cibində gizlətmişdir. Həmin psixotrop maddə bir ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş vəziyyətdə olmuşdur. Üzərində gizlətdiyi psixotrop maddədən istifadə etmək üçün özünə münasib yer axtarmağa başlamışdır. 15 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi bazarın qarşısında üzərində gəzdirdiyi psixotrop maddədən istifadə etmək məqsədilə dayanmışdır. Bu zaman mülki geyimdə 03 (üç) nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onu psixotrop maddə hesab edilən “patı” dan istifadə etdiyi üçün Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, psixotrop maddə hesab edilən “patı” dan istifadə etdiyinə görə şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Vüqar Eyyubov tərəfindən üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində şəffaf, duza bənzər maddə aşkar edilmiş, o, həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu bildirmişdir. Həmin bükümü 14.09.2021-ci il tarixdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsi, qara rəngli sənəd kisəsi, nəqliyyat vasitəsinin açarı, 1 manatlıq əskinaz 1 ədəd aşkar edilmiş və özünə qaytarılmışdır. Onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş və bağlamanın üstü tərəflərindən imza edilmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində üç azyaşlı uşağı olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, saat 19:30-da Bakı şəhəri Qaradağ rayonu Lökbatan ərazi dairəsi Lökbatan qəsəbəsi bazarın qarşısında saxlanılaraq saat 19:40-da Qaradağ RPİ- nin 10-cu PB-nə gətirilmişdir. Həmin şəxsin xx.xx.1988-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olub, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi massi 1 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir.10-cu PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş, bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və Müdafiəçi iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın sol arxa cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində şəffaf, duza bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu bildirmiş və həmin bükümü 14 sentyabr 2021-ci il tarixdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən özünə məxsus şəxsiyyəti vəsiqəsi, qara rəngli sənəd kisəsi, nəqliyyat vasitəsinin açarı, 1 manatlıq əskinaz 1 ədəd aşkar edilmiş və özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisindəki psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 222 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, saat 19:30-da Bakı şəhəri Qaradağ rayonu Lökbatan ərazi dairəsi Lökbatan qəsəbəsi bazarın qarşısında saxlanılaraq saat 19:40-da Qaradağ RPİ- nin 10-cu PB-nə gətirilmişdir. Həmin şəxsin xx.xx.1988-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olub, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi massi 1 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir.10-cu PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş, bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və Müdafiəçi iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın sol arxa cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində şəffaf, duza bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu bildirmiş və həmin bükümü 14 sentyabr 2021-ci il tarixdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən özünə məxsus şəxsiyyəti vəsiqəsi, qara rəngli sənəd kisəsi, nəqliyyat vasitəsinin açarı, 1 manatlıq əskinaz 1 ədəd aşkar edilmiş və özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisindəki psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 222 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin digər əməkdaşları Şahid1 və Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2021-ci il tarixli, 6/4087 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 1(bir) bükümdə təmiz çəkisi 0,290 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi 0,290 qr., tədqiqata sərf edildi 0,05 qram., qalıq 0,240 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 02 oktyabr 2021-ci il tarixli 3735 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə 0,290 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,240 qram olan psixotrop maddə metamfetamin məhkəmənin hökmünə Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Həmin büküm açılarkən içərisində şəffaf, duza bənzər maddə aşkar edildi və Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 25.02.2011-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 14.06.2012-ci il tarixdə doğulmuş X3, 04.03.2014-cü il tarixdə doğulmuş X4 və 16.05.2017-ci il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 15 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 17 sentyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,240 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 114,00 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 6 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlu cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,240 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 114,00 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar