Məhkəmə qərarları › İş №1(002)-391/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-391/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-391/2021 08.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Vedi” kafesinin qarşısında yüngül sərxoşluq halında Zərərçəkmiş şəxs guya bıçaqla onu vurmaq istəməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, kənar şəxslərin yanında, onların rahatlığını pozmaqla, ümumqəbul edilmiş əxlaq normalarına və cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına zidd olaraq təhqiredici sözlər işlədib zor işlətmək iqtidarında olmasını qərəzli şəkildə nümayiş etdirərək Zərərçəkmiş şəxs ilə mübahisə edib əlləri, kəlləsi və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya alt dodağın iç səthinin selikli qişasının əzilmiş yarası və qansızması, sol ayağın İ barmağın cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri, sol yanağın, boynun, sol bazunun, sağ dirsək oynağının qançırları, sol dirsək oynağının, hər iki diz oynağının sıyrıqları ilə nəticələnən və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Əvvəllər onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təhqiqat zamanı özünü müdafiə etmək məqsədi ilə belə bir məzmunda, yəni Zərərçəkmiş şəxs vurmaması barədə izahat vermişdir. 28.06.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi bağçanın qarşısında tanımadığı şəxsin yük avtomobili xarab olduğu üçün avtomobili yolda saxladığından yolun hərəkət hissəsi bağlanmışdır. 28.06.2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi bağçanın qarşısında avtomobili xarab olması səbəbi ilə yolu bağlayan markasını və qeydiyyat nişanını bilmədiyi avtomobilin sürücüsünü tam görə bilmədiyi üçün tanıya bilməmişdir. Çünki hava qaranlıq olmuşdur. Həmin vaxtı Rövşən adlı şəxs yük avtomobili ilə yolun onun tərəfindən bağlandığını başa düşmüşdür. Rövşən avtomobilindəki səsgücləndiricidən istifadə edərək siqnal verməyə başlamış, o da öz növbəsində əli ilə ona işarə göstərərək onun tərəfindən yolda avtomobil saxlanılmadığını bildirmişdir. Rövşən ona inanmadığı üçün avtomobilindəki səsgücləndiricidən istifadə edərək siqnal verməyə davam etmiş və onu yanına çağırmışdır. Belə olan halda o, Rövşənin avtomobilinin yanına gedərək onun bu hərəkətindən xoşu gəlmədiyini demiş və əsəblərini cilovlaya bilməyərək Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi atmışdır. Onun atdığı yumruq zərbəsi Rövşənin sifət nahiyəsinə dəymiş, Rövşənin üz nahiyyəsinə xəsarət yetirməmişdir. Yük avtomobilin sahibi maşını düzəltmiş və Rövşən də öz yoluna davam edərək oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs yalan danışır. 28.06.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən bağçanın yanında Zərərçəkmiş şəxs idarə etdiyi “Ford” markalı avtomobilinin qarşını kəsmədiyini, həmçinin də onu dəmir parçası və eləcədə hər hansı bir əşya ilə vurmaq istəməsi ilə bağlı hədə-qorxu gəlməmişdir. Belə ki, 29.06.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə tanımadığı ***-***-**-** saylı telefon nömrəsindən zəng edən şəxs özünü Rövşən adı ilə ona təqdim etmişdir. O da həmin şəxsdən zənginin məqsədini öyrənmiş, Rövşən görüşdükləri vaxt söhbət edəcəklərini bildirmişdir. Rövşənlə razılaşaraq olduğu yeri ona demişdir. Həmin vaxt o, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Vedi” kafesində yemək yeyib spirtli içki pivə qəbul edirmiş, o, Rövşənlə sözügedən kafenin qarşısında görüşmüşdür. Rövşən ona onun avtomobilində oturmağını və maşında söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Ford” markalı avtomobilində sürücü tərəfdən sağ tərəfdə qabaq oturacaqda oturmuşdur. Daha sonra Rövşən özüdə avtomobildə sürücü tərəfdən sol tərəfdə qabaq oturacaqda oturmuşdur. Zərərçəkmiş şəxs onunla söhbət etməyə başlamışdır. 29.06.2021-ci il tarixdə saat 21:45 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Vedi” kafesinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə Rövşən bıçaqla onu öldürmək istəməsi ilə bağlı sözlə hədə-qorxu gəlmişdir. O, onun bu sözündən çox qorxmuşdur. Rövşən onu hədələyərkən əlində bıçaq və yaxud da hər hansı bir deşici-kəsici alət olmamışdır. O, onun avtomobildən düşüb qaçıb oradan uzaqlaşmağı düşünmüş və belə də etmişdir. O, tez avtomobilin qapısını açaraq üzü kafeyə tərəf qaçmağa başlamışdır. Rövşən də avtomobildən aşağı düşüb onun arxasınca qaçıb onu tutub saxlamışdır. Bu zaman “Vedi” kafesində qarşısında Zərərçəkmiş şəxs ilə aralarında dava-dalaş baş vermişdir. Dava-dalaş hadisəsi baş verməmişdən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Vedi” kafesində təxminən 3-4 bakal pivə qəbul etmiş və sərxoş olmuşdur. 29.06.2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Vedi” kafesində qardaşı Şahid ilə birlikdə stolların birində əyləşib yemək yediyini və adam başına 4-5 bakal pivə içdiklərini qeyd etmişdir. Dava-dalaş zamanı Rövşənə kəllə atmış və onun atdığı kəllə Rövşənin alt dodaq nahiyyəsinə toxunmuş və Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Daha sonra o, Rövşənin boyun nahiyyəsini qolu ilə tutub sıxaraq yerə yıxmışdır. Bu zaman Rövən İsmayılovun boyun nahiyyəsinə xəsarət yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yerdə köməksiz vəziyyətdə qalarkən o, iki dəfə Rövşənin sol yanağından yumruğu ilə zərbə endirməyə başlamışdır. Zərərçəkmiş şəxs sol yanaq nahiyyəsindən vurduğu zərbələrin təsirindən Zərərçəkmiş şəxs sol yanaq nahiyyəsinə xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs yerdə qalarkən onun sol qol nahiyyəsindən tutub yerdə sürüməyə başlamışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs sol qolundan, sol və sağ dirsəklərindən, hər iki diz oynağından xəsarətlər yetirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs yerdə uzanıqlı qalarkən onun sol ayağının üst nahiyyəsinə ayağı ilə çıxmış və ona xəsarət yetirmişdir. Dava-dalaş hadisəsini qardaşı Şahid və tanımadığı şəxslər görmüşdür. O, pivə içdiyinə görə sərxoş olmuş və orada başqa kimlərin toplaşdığını xatırlamadığını bildirmişdir. Oraya toplaşan tanımadığı şəxslər tərəfindən onların mübahisəsinə müdaxilə edilməmişdir. Qardaşı Şahid Zülfüqar oğlu onun Zərərçəkmiş şəxs vurmağının qarşısını almaq məqsədilə onları ayırıb onu sakitləşdirməyə çalışmışdır. 29.06.2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Vedi” kafesinin qarşısında qardaşı Şahid Zərərçəkmiş şəxs söyüb təhqir etməmiş və eləcə də Zərərçəkmiş şəxs vurmamışdır. Hadisə zamanı o, heç bir xəsarət almamış, buna görə də məhkəmə-tibbi ekspertizasından həkim müayinəsindən keçmək istəmədiyini bildirmişdir. Daha sonra o, Şahidlə birlikdə oradan uzaqlaşaraq evlərinə çıxıb getmişdir. Son olaraq Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28.06.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yeləşən baxçanın yanı ilə özünə məxsus “Ford” markalı avtomobil ilə gedən zaman üzdən tanıdığı, lakin adını bilmədiyi sonradan şəxsiyyəti Təqsirləndirilən şəxs kimi məlum olan şəxs avtomobilinin qarşısını kəsərək ondan avtomobili ilə buradan keçməməyini tələb etmişdir. Həmin zaman aralarında mübahisə düşmüş, Təqsirləndirilən şəxs yumruqla sifətindən vurmuşdur. Həmin vaxtı o, sifət nahiyyəsindən heç bir xəsarət almadığı üçün rəsmi olaraq hər hansı bir orqana müraciət etməmişdir. O, Zülfüqarı vurmadığını bildirmişdir. Hava şəraitinin tez qaralması, hadisənin gecə saatlarında baş verməsi səbəbindən onlar arasında baş vermiş mübahisənin şahidi heç kəs olmamışdır. Bundan sonra Zülfüqar oradan uzaqlaşaraq çıxıb getmək istəyərəkən Zülfüqarın ardınca düşüb hara getdiyini soruşmuşdur. Bu zaman Zülfüqar ona heç bir əhəmiyyət verməmiş və yoluna davam etmişdir. Zülfüqar oradan uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra o da avtomobilini işə salıb idarə edərək oradan uzaqlaşaraq evinə gəlmişdir. 29.06.2021-ci il tarixdə saat 21:45 radələrində avtomobili ilə yenidən həmin yolla keçib gedərkən Zülfüqarın “Kamaz” markalı avtomobilinin yanından keçdikdə Zülfüqarın avtomobilinin qabaq hissəsinə vurduğu telefon nömrəsini götürüb ona zəng etmişdir. Zülfüqardan harda olduğunu soruşmuşdur. Zülfüqar ona “Vedi” kafesində olduğunu bildirmişdir. Daha sonra Zülfüqarın dediyi ünvana gəlmişdir. Zülfüqar kafedən çıxıb onun avtomobilində əyləşmiş və o, Zülfüqardan 28.06.2021-ci il tarixdə onun sifət nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmasının səbəbini öyrənmək istədiyini bildirmişdir. Həmin vaxtı Zülfüqar sərxoş olmuşdur. Çünki onun ağız nahiyəsindən spirtli içki qoxudu gəldiyini hiss etmişdir. Onun hərəkətlərindən də hiss olunurdu. Həmin vaxtı Zülfüqar onun ünvanıma nalayiq ifadələr işlətməyə başlamış, o isə Zülfüqara danışığına fikir verməsini demişdir. Zülfüqar yaxşı edib onu vurduğunu onun üzünə qarşı söyləşmişdir. Daha sonra Zülfüqar onun avtomobildən aşağı düşərək kafeyə tərəf getməyə başlamışdır. O da avtomobildən aşağı düşərək onun ardınca getmişdir. Həmin vaxtı tanımadığı şəxs onu tutub saxlamışdır. Sonra ona məlum olmuşdur ki, onun tutub saxlayan şəxs Təqsirləndirilən şəxs qarşı Eçin Qarayevdir. Daha sonra Təqsirləndirilən şəxs geriyə qayıdaraq onun üzərinə hücum etmiş, bir dəfə kəlləsi ilə alt dodaq nahiyyəsinə zərblə vurmuş və həmin vaxtı o, xəsarət almışdır. Daha sonra Təqsirləndirilən şəxs boyun nahiyyəsini qol hissəsi ilə tutub sıxaraq fırlatmaqla yerə yıxmış, o, yerdə uzanıqlı və köməksiz vəziyyətdə qalmış, Təqsirləndirilən şəxs onun iki dəfə sol yanağından yumruq zərbəsi vurması zamanı sol yanaq nahiyyəsinə, həmçinin boynunu tutub sıxması nəticəsində boyun nahiyyəsinə xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun sol qol nahiyyəsindən tutaraq yerdə sürüməyə başlamış, sol qol, sol dirsək və sağ dirsək, hər iki diz oynağına xəsarətlər yetirmişdir. Lakin o, özünü müdafiə edə bilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs onun sol ayağının üst nahiyyəsinə ayaqqabısı ilə çıxıb tapdalamış və onun sol ayağına xəsarət yetirmişdir. Hadisə vaxtı orada Zülfüqarın qardaşı Elçin və digər tanımadığı şəxslərin olduğunu, həmin şəxsləri tanımadığı üçün şəxsiyyətləri barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Şahid onu vurmadığını qeyd etmişdir. X2 onun barəsində şər və böhtan xarakterli ərizə yazmışdır. 29.06.2021-ci il tarixdə saat 23 radələrində onun əlində bıçaq və yaxud da hər hansı deşici-kəsici alət olmamışdır. Ümumiyyətlə onun Təqsirləndirilən şəxs hər hansı bir alətlə, bıçaqla və yaxud da yumruq, təpiklə vurmaq kimi niyyəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin 05 iyul 2021-ci il tarixli 407 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı akşar edilmiş xəsarətlər - sol yanağın, boynun, sol bazunun, sağ dirsək oynağının qançırları, alt dodağın iç səthinin selikli qişasının əzilmiş yarası və qansızması, sol dirək oynağının, hər iki diz oynağının sıyrıqları, sol ayağın İ barmağın cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi halında əziyi bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 29.06.2021-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə alt dodağın iç səthinin selikli qişasının əzilmiş yarası və qansızması, sol ayağın İ barmağın cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi halında əziyi həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, sol yanağın, boynun, sol bazunun, sağ dirsək oynağının qançırları, sol dirsək oynağının, hər iki diz oynağının sıyrıqları isə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi eləcə də şəxsin özü tərəfindən yetirməsi az inandırıcıdır. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 30.06.2021-ci il tarixli, 2/8602 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 30.06.2021-ci il tarixli, 2/8603 saylı aktından görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edib barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir . Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2-ci maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımlarla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim (İmza) «Əsli ilə düzdür» Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar