Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-395/2021 21.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, o, 20 avqust 2021-ci il tarixdə, saat 12 radələrində qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini Neftçala rayonu ərazisində istintaqla müəyyən edilməmiş mənbədən əldə edib əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, 21 avqust 2021-ci il tarixdə, saat 20:00-da Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən məscidin qarşısında saxlanılaraq polis bölməsinə aparılmış, orada saat 21:50-də üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və heç bir yerdə işləmir. Əvvəllər ara-bir narkotik vasitə olan “kakos” qəbul etmişdir. 20 avqust 2021-ci il tarixdə Nefçala rayonuna getmiş, orada olarkən təxminən saat 12 radələrində Nefçala rayonunda bazarın yaxınlığında görünüşündən narkotik aludəçisi olan bir nəfər cavan oğlan ona yaxınlaşmış və siqaret istəmişdir. O isə həmin şəxsə siqareti olmadığını demiş, eləcə də onunla bir qədər söhbət etmişdir. Söhbət əsnasında həmin şəxsin narkotik aludəçisi olmasına tam əmin olmuşdur. Bundan sonra həmin şəxsə özünün də narkotik aludəçisi olduğunu deyib şəxsi istifadəsi üçün narkotik vasitə təşkil edib-edə bilməyəcəyini soruşmuşdur. Həmin şəxs yaxşı “kakos” narkotik vasitəsi olduğunu və istəsə pul müqabilində sata biləcəyini bildirmişdir. O, həmin şəxsə 20 manat pul vermiş, müqabilində şəxsi istifadəsi üçün bir ədəd siqaretin qızılı kağzına bükülmüş halda narkotik vasitə olan “kakos” almışdır. Daha sonra həmin şəxsdən uzaqlaşıb Bakı şəhərinə qayıtmışdır. O, narkotik vasitənin bir hissəsini istifadə etmiş, bir hissəsini isə bükərək əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 21 avqust 2021-ci il tarixdə, saat 20 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən məscidin qarşısından keçərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan adının Elvin olub-olmadığını soruşmuşlar. O, həmin polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra polis əməkdaşları ona narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirmiş və onu 11-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə həmin bölmənin inzibati binasına gəlmişdir. Polis bölməsində müdafiəçinin iştirakı ilə polis əməkdaşı tərəfindən ondan üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin olub-olmaması soruşulmuş, o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülümüş bükümü masanın üzərinə qoyaraq, bükümdəkinin “kakos” adlı narkotik vasitə olduğunu, onu öz istifadəsi üçün 20 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Nefçala rayonunda bazarın ətrafında tanımadığı şəxsdən 20 manat pul müqabilində alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra həmin büküm polis əməkdaşı tərəfindən açılmış və içərisindən qəhvəyi rəngli, spesifik qoxulu “kakos” narkotik vasitəsinə oxşar kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu və zərfi öz imzaları ilə təsdiq etmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, atasının rəhmətə getdiyini, himayəsində onun baxımına ehtiyacı olan yaşlı anasının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi bölmənin əməkdaşları tərəfindən 21 avqust 2021- ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və daşınmasında şübhəli bilindiyindən saxlanılaraq bölmənin inzibati binasına gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş aparılması zərurəti yarandığından o, təhqiqatçı Əlizamin Ağayev tərəfindən dəvət edilmişdir. Xidməti otaqda dəvət edilmiş müdafiəçinin, eləcə də bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və sahə inspektoru, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O, bükümün içərisində “kakos” adlandırdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 20 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Neftçala rayonunda yerləşən bazarın ətrafında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş maddə götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol və zərf o və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Qaradağ RPİ-nin 11-ci polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi bölməyə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bölmə rəisinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 21 avqust 2021-ci il tarixli qərarına əsasən əməliyyat qrupu yaradılmış və həmin qrupa rəhbərlik etmək ona həvalə olunmaqla qrupun tərkibinə 11-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 də daxil edilmişdir. Bundan sonra Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən Məscidin qarşısında müəyyən edib ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmçinin Təqsirləndirilən şəxs da özünü təqdim etmiş və həyacanlanaraq özünü şübhəli aparmağa başlamışdır. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından Təqsirləndirilən şəxs 11-ci polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində müdafiəçinin, eləcə də video çəkilişi həyata keçirən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur və bükümün içərisində “kakos” adlandırdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 20 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Neftçala rayonunda yerləşən bazarın ətrafında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş maddə götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol və zərf o və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına X5 tərəfindən verilmiş arayışa əsasən, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 akademik M.A.Topçubaşov adına X3 Yoğun və düz bağırsaq cərrahiyəsi şöbəsində 06 dekabr 2021-ci il tarixində “Anal çat.Kəskin sfinkterit” diaqnozuna görə “Anal çatın ləğvi, lateral sfinkterotomiya” əməliyyatına məruz qalmış, hal-hazırda klinikada stasionar şəraitdə müalicə alır. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 21 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, qanunvericiliklə nəzərdə tutulmuş əməliyyat axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. (i.v. 6-7) Şübhəli şəxsin tutulması haqqında 21 avqust 2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.14, 24) Şəxsi axtarış və götürmə aparılması haqqında 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 21 avqust 2021-ci il tarixdə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu, 20 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Neftçala rayonunda yerləşən bazarın ətrafında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış narkotik vasitə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. (i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2021-ci il tarixli 6/3640 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 223” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,706 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,656 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır. (i.v. 38-40) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 23 avqust 2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa növ qətimkan tədbiri seçilməsi və onun Qaradağ RPİ-nin MSY-dən dərhal azad olunması qərara alınmışdır. (i.v. 73-74) Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, 23 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 75-76) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 5(002)- 262/2021 saylı qərarından görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 21 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30 avqust 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2, 69.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. (i.v.87) 09 sentyabr 2013-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş 1000 manat məbləğində cəriməni 09 sentyabr 2013-cü il tarixdə tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 12 oktyabr 2021-ci il tarixli 3914 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narlkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 107-108) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,706 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,656 qram narkotik vasitə - heroin yekun qərar qəbul edilənədək saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, istintaqı tamamlanmış ********* nömrəli cinayət işindən materiallar ayrılmış və ayrılmış materiallar əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci polis bölməsinə göndərilmiş, iş üzrə 22 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən 01 ədəd elektron daşıyıcı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, şahidin dindirilməsi protokolları, məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2021-ci il tarixli, 6/3640 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2021ci il tarixli, 3914 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 109-116) Məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən qeydə alınmış video görüntüdən görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-nin xidməti otaqlarının birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu, 20 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Neftçala rayonunda yerləşən bazarın ətrafında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış narkotik vasitə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində onun qulluğuna ehtiyacı olan yaşlı anasının olmasını (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 21 avqust 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsinin aldıqldan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (CM-93.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 51 (əlli bir) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 306 (üç yüz altı) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,656 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 306 (üç yüz altı) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-395/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-395/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver