Məhkəmə qərarları › İş №1(002)-4/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-4/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-4/2023 28.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1980-cı ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aviaşəhərcik məhəlləsi, ailəvi yataqxanada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19.00 radələrində idarə etdiyi özünə məxsus “X3” markalı ** BF *** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində taksi fəaliyyəti ilə məşqul olan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 200” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib yol verməyərək sonuncunun haqlı iradına zidd olaraq onunla heç bir səbəb olmadan mübahisə edib münaqişə yaratmış və yaranmış münaqişə zamanı həmin ünvanda cəmiyyət arasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs qəsdən yumruq zərbələri ilə vuraraq sonuncuya sol yanaq nahiyyəsinin qançırı ilə müşayiət olunan sol yanağın selikli qişasının qansızması və əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində özünə məxsus “Mercedes Sprinter” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışlarını gözləyərkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq burada avtomobilinin saxlamamağını bildirmişlər. O, avtomobilini bir az irəli sürüb yenədə tanışını gözləməyə davam etmişdir. Bu zaman yenə həmin o, iki şəxs ona yaxınlaşıb burada da avtomobilinin saxlamamağını bildirmişlər. Bu zaman onlar təkidlə onun sürüb getməyini istəmişlər. Bu zaman o, həmin şəxslərlə tutuşmuşdur. O, bu iki nəfərlə sözlə mübahisə edərkən onlara bildirməyə çalışırmış ki, onların ona harada dayanmaq və nə etmək göstərişi vermək səlahiyyətləri yoxdur. Bu zaman tanımadığı üçüncü şəxs taksi şoferi yəni Sərvər mübahisəyə qoşulmuş və o da təkidlə sürüb getməyini istəmiş və o, avtomobilinin saxladığı yerdə öz avtomobilini saxlamaq istədiyini bildirmişdir. O, imtina edəndə Sərvər ona hücum çəkmiş və tanımadığı əvvəl ki, şəxslərlə bərabər ona təzyiq göstərmişlər. Hadisə zamanı onun üzərində olan köynək də cırılmışdır.Bir neçə dəqiqə sonun onun tanışları gəlmiş və o, avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. O heç bir bir cinayət hadisəsi törətməmişdir.Əksinə ona qarşı cinayət hadisəsi törədilmişdir.Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Mercedes Benz C 200” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 04 yanvar 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində müştəri gözləyərkən “Mercedes Sprinter markalı” avtomobilin tanımadığı sürücüsü həmin avtomobil ilə idarə etdiyi avtomobilin qarşısında duraraq yolunu kəsmişdir. Həmin zaman onun ətrafında müştəri gözləyən digər avtomobil taksi sürücüləri dayanmışdır. O, həmin qarşısını kəsən yerdə duran sürücüyə yaxınlaşaraq yol verməsini xahiş etsə də o, ona yol verməyib 20 yanvara müştəri səsləmişdir. Bundan sonra həmin avtomobilin sürücüsü onunla kobud danışaraq ona nəlayiq söyuşlər ifadə edərək onun kim olduğunu və buradan çıxıb getməyini bildirmişdir. O, isə onun ifadə etdiyi sözləri özünə qaytaranda sürücü onu yaxasından tutub idarə etdiyi avtomobilə tərəf aparıb onu salona salmaq istəmişdir. O, isə sadəcə özünü müdafiə etmişdir. Bundan sonra həmin sürücü öz aqresiyasını davam edərək orada olan camaatın arasında yumruqla ona zərbələr endirmişdir.Bundan sonra həmin sürücü orada olan avtomobillərin arasında onu yerə yıxmışdır. Yaxınlıqda olan adamlara onları aralamışlar.Bir müddət sonra o, Daxili İşlər Nazirliyinin 102 zəng məlumatı xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verib, həmçinin Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onunla barışığa cəhd etməmişdir.Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, “VAZ 2107 markalı” ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan dairəsində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində olarkən taksi fəaliyyəti ilə məşğul olan tanıdığı Zərərçəkmiş şəxs Mercedes Benz” markalı avtomobili ilə Lökbatan dairəsində müştəri gözləyərmiş. Həmin vaxt “Mercedes Sprinter markalı” qeydiyyat nişanını unutduğu avtomobilin sürücüsü həmin avtomobil ilə Sərvərin avtomobilinin qarşında i duraraq yolunu kəsmişdir. Həmin zaman ətrafda müştəri gözləyən digər avtomobil taksi sürücüləri dayanmışdır. Sərvər həmin qarşısını kəsən yerdə duran sürücüyə yaxınlaşaraq yol verməsini xahiş etsə də o, Sərvərə yol verməyib 20 yanvara müştəri səsləmişdir. Bundan sonra həmin sürücü Sərvərlə kobud danışaraq onu nəlayiq söyuşlərlə söyərək yaxasından tutmuş və avtomobilinə tərəf dartmışdır.Bundan sonra o, mübahisənin sonuna qədər qalamış, müştəri düşdüyü üçün çıxıb getmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, X6 111 CDİ markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan dairəsində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən təxminən 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində olarkən taksi fəaliyyəti ilə məşğul olan tanıdığı Zərərçəkmiş şəxs öz avtomobili ilə Lökbatan dairəsində müştəri gözləyərmiş. Bu zaman “Mercedes- Benz Sprinter” markalı avtomobilin tanımadığı sürücüsü həmin avtomobil ilə Sərvərin avtomobilinin qarşı istiqamətdə duraraq yolunu kəsmişdir. Həmin zaman ətrafda müştəri gözləyən digər avtomobil taksi sürücüləridə dayanmışdır. Sərvər həmin qarşını kəsən yerdə duran sürücüyə yaxınlaşaraq yol verməsini bildirsə də o, Sərvərə yol verməmiş və 20 yanvar istiqamətinə müştəri səsləmişdir. Bundan sonra həmin avtomobilin tsürücüsü Sərvərlə kobud danışaraq onu nəlayiq söyuşlərlə söyərək “Sərvərin kim olub da ona göstəriş verdiyini” və buradan çıxıb getməyini bildirmişdir. Həmin vaxt mobil telefonuna zəng gəldiyi üçün çöldə səs-küy olduğundan avtomobilinə əyləşmişdir. Bundan sonra avtomobilindən görmüş ki, həmin Sprinterin sürücüsü Sərvərlə yüksək səs tonu ilə kobud danışaraq Sərvərin yaxasından tutub idarə etdiyi avtomobilə tərəf dartıb aparıb onu salona salmaq istəyir və Sərvər isə özünü müdafiə etsə də yerə yıxılır. Orada olan tanımadığı adamlar münaqişə zamanı çalışmışlar ki, Sprinterin sürücüsünü sakitləşdirsinlər və Sərvəri onun əlindən alsınlar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, “Mercedes Benz markalı” ** LH *** dövlət qeydiyyat nişanlı gümüşü rəngli avtomobili etibarnamə əsasında Lökbatan dairəsində taksi fəaliyyəti ilə məşğul olur.xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində olarkən “Mercedes Benz” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan tanıdığı Zərərçəkmiş şəxs Mercedes Sprinter markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə bir-birilərinin yaxasından tutaraq münaqişə etdiklərini görmüşdür. Həmin zaman onların ətrafında tanımadığı adamlar onları ayırmağa çalışmışdır. Onların yüksək səs-küyü və nalayiq söyüşləri ətrafdakıları onlara cəlb etmişdir. O, da bir insan kimi narahat olub onlara yaxınlaşıb onları ayırmışdır. Bundan sonra hər kəsən öz avtomobilinə tərəf getmiş, müştəri gəlmiş və, oradan çıxıb getmişdir. Həmin zaman orada yadında qalmayan taksi sürücüləri və çox saylı yoldan keçən adamlar olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - sol yanaq nahiyyəsinin qançırı ilə müşayiət olunan sol yanağın selikli qişasının qansızması və əzilmiş yarası- bərk küt əşya təsirindən müayinədən 5-7 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut , məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 gün həbsdə saxlamanın 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar