Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-40/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 01 avqust 1990-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 24 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-ci PBnin əməkdaşları tərəfindən saat 21:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən məscidin yaxınlığında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 22:40 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd boz rəngli “West” markalı siqaret qutusunun içərisində olan 7 ədəd şəffaf sellofan bükülüdə hər biri ayrı-ayrılıqda- 0,953 qram, 0,926 qram, 0, 870 qram, 1,108 qram, 1,003 qram, 0,948 qram, 1,039 qram olmaqla, ümumi təmiz çəkisi 6,847 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o anket məlumatlarında göstərilən ünvanda ailəsilə birlikdə yaşayır. Evlidir, bir övladı var, yoldaşı Əfsanə Səfərova hal-hazırda hamilədir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Fərdi əməklə məşğul olur. Müşfiqabad qəsəbəsində avtoyuma məntəqəsində yuyucu işləyir. Hadisə günü su çəni xarab olduğuna görə usta çağırıb onu təmir etmək üçün avtoyuma məntəqəsində iş görməyə başlamışlar. Bu zaman Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşı Şahid avtoyuma məntəqəsinə daxil olaraq onların üzərini yoxlamağa başlamışdır. Onlardan heç nə aşkar edilmədiyindən polis əməkdaşı ordan çıxmış, daha sonra ustalar işlərini bitirib çıxdıqdan sonra yenidən həmin polis əməkdaşı əlində mobil telefonla danışaraq avtoyuma məntəqəsinə daxil olmuş və birbaşa onun otağında stulun başında olan gödəkçəyə yaxınlaşmış və oradan narkotik vasitə aşkar edərək onun olduğunu bildirmişdir. O isə həmin gödəkçənin onun yanında əvvəl çalışmış köməkçisinə məxsus olduğunu, onun olmadığını, heç bir narkotik maddədən istifadə etmədiyini bildirsə də Şahid onu şübhəli şəxs kimi polis idarəsinə dəvət etmişdir. Həmin polis əməkdaşı və Məhəmməd adlı digər polislə birlikdə 10-cu Polis Bölməsinə gəlmiş, orada olarkən narkotik maddənin ona məxsus olmadığını bir daha qeyd etmiş, lakin polis əməkdaşları tərəfindən döyüldükdən sonra çox qorxmuş, narkotik vasitənin ona aid olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman o, formal olaraq törətdiyi əməli etiraf etmişdir. Cinayət işi istintaqda yekunlaşarkən iş materiallarına baxdıqda əməlinin CM-nin 234.1-ci maddədən 234.2-ci maddəsinə tövsif edilmiş, bu zaman imza çəkmək istəməsə də işin istintaqını aparan müstəntiq “sən imza çək, məhkəmədə maddəni dəyişəcəklər” demişdir. O da polisdən qorxduğuna görə nə döyülməsi ilə bağlı nədə boynuna qoyulmuş cinayət ilə bağlı heç bir şikayət etməmiş və hal-hazırda da döyülməyi ilə bağlı onda heç bir xəsarət izi qalmamışdır. Həqiqətdə o, arabir narkotik vasitələrdən istifadə etmişdir, lakin həmin vaxt nə üzərində nə iş yerində ona məxsus olan heç bir narkotik maddə aşkar edilməmişdir. O, heç vaxt nə narkotik vasitə satmamış, nədə kiməsə pay vermişdir. O, öz ifadəsində son olaraq himayəsində bir azyaşlı uşağı olduğunu, yoldaşının hamilə olmaqla uşağının doğulacağını, heç bir cinayət törətmədiyini bildirərək məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru Şahid öz ifadəsində göstərmişdir ki, DİO-da 2008-ci ildən xidmət edir. 2019-cu ildən isə Qaradağ RPİ-nin 10-ci polis bölməsinin polis sahə inspektoru vəzifəsini icra edir. 24.09.2021-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində xidmətdə olarkən məscidin yaxınlığında bir nəfər şəxsin hərəkətlərindən və davranışlarından narkotik vasitələrin qəbulunda şübhəli olmasını hesab etmiş, həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək onu narkotik vasitələrin dövriyyəsində, oğurluqların və xırda talamaların törədilməsində iştirakının olub-olmadığını yoxlanılması məqsədilə polis bölməsinə dəvət etmişdir. Həmin şəxslə birlikdə 10-cu Polis Bölməsinə gələrkən Niyaməddin adlı şəxs yolda mütəmadi olaraq narkotik vasitələr qəbul etməsini və narkotik vasitə gəzdirdiyini etiraf etmişdir. PB-yə gəldikdə məlum olmuşdur ki, həmin şəxs Lerik rayonunda anadan olmuş, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5Q ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Video çəkiliş PB-nin əməkdaşı Orxan Səmədov tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “West” markalı siqaret qutusunu çıxarmış, siqaret qutusunun içində olan 07 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin içində tünd yaşıl rəngli ot şəklində olan kütlə görünmüşdür. Bükümlərdən biri açılarkən həmin kütlənin spesfisik iyə malik olması da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olan “marixuana” olduğunu, həmin bükümləri təxminən bir həftə əvvəl Salyan rayonundan Bakıya gələrkən yolun kənarından tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən açarlar, qara rəngli sənəd qabı, yaşıl rəngli alışqan, 52 manat pul və 8 ədəd siqaret aşkar olunmuş və özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 07 ədəd sellofan bükümdə olan kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O, öz ifadəsində daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı bir məlumata malik olmadığını, Təqsirləndirilən şəxs saxlanılarkən ona müqavimət göstərmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2021-ci il tarixli 7/986 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut...” yazılar və imzalar olan zərfdə 07 (yeddi) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,953 qram, 0,926 qram, 0,870 qram, 1,108 qram, 1,003 qram, 0,948 qram, 1,039 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-6,847 qramdır. Qeyd: marixuananın ümumilikdə təmiz çəkisi-6,847 qram, tədqiqata sərf olundu cəmi-0,14 qram (hər obyektdən 0,02 qram), qalıq-6,707 qram. Ekspertiza tədqiqatının dəyəri 66,46 manat (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 01 oktyabr 2021-ci il tarixli 3706 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 07 ədəd şəffaf sellofan bükülüdə hər biri ayrı-ayrılıqda- 0,953 qram, 0,926 qram, 0, 870 qram, 1,108 qram, 1,003 qram, 0,948 qram, 1,039 qram olmaqla, ümumi təmiz çəkisi 6,847 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmalı və həmin marixuananın tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 6,707 qram 07 ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “West” markalı siqaret qutusunu çıxarıb siqaret qutusunun içində olan 07 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğu, həmin bükümlərin içində tünd yaşıl rəngli ot şəklində olan kütlə göründüyü, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olan “marixuana” olduğunu, həmin bükümləri təxminən bir həftə əvvəl Salyan rayonundan Bakıya gələrkən yolun kənarından tapdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs çəkiliş zamanı narkotik vasitəni tapdıqdan sonra sağalıb istifadə etməsi üçün üzərində saxladığını və başqa niyyətinin olmadığını bildirmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 08.08.2019-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.08.2020-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Salyan rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd İnzibati Ərazi Nümayəndəsi tərəfindən 09 fevral 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X9 və qızı X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Salyan MRX Ultrasəs Müayinəsindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mübadilə vərəqi “Qadın Məsləhətxanasının hamilə haqqında” məlumatından görünür ki, X7 33-34 həftəlik hamilə olmaqla, doğum tarixi 23.03.22-ci il tarixə gözlənilir kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Salyan RİHB-nin Arbatan İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, bir övladı var. O, Arbatan kəndində yaşadığı müddət ərzində özünü intizamlı aparmış, kənd əhalisi arasında hörmət qazanmışdır. Zərərli vərdişlərdən uzaqdır, sağlam həyat tərzi keçirir. Onun haqqında ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, lakin sonradan işi aparan müstəntiq tərəfindən heç bir əsaslandırma olmadan və hər hansı bir sübut müəyyən edilmədən cinayət işinin yekunlaşdırma mərhələsində Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni tapdıqdan sonra sağalıb istifadə etməsi üçün saxladığını və başqa niyyətinin olmadığını bildirir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş olsaydı ibtidai istintaq orqanı tərəfindən bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallara dair heç bir əsaslı şübhələr müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu hallara dair hər hansı bir sübut aşkar edilməmiş, eləcə də digər lazımi əməliyyat-axtarış tədbirləri də keçirilməyərək heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərindən 07 ədəd ayrı-ayrılıqda bükümdə narkotik vasitənin çıxmasına görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istintaq zamanı döyülmüş olsa belə heç bir izahat və ifadəsində narkotik vasitə satışı ilə məşğul olduğunu bildirməmiş, yalnız narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən edilməsi istiqamətində işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən sadəcə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə şablon xarakterli əməliyyat tapşırığı ünvanlanmış, daha sonra Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən narkotik vasitə marixuananın mənbəyinin müəyyən edilmədiyi barədə şablon xarakterli cavab verilməklə kifayətlənilmiş, digər tədbirlər barəsində isə sonralar heç bir məlumat verilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və himayəsində bir azyaşlı uşağı olmaqla həyat yoldaşının hamilə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü və miqdarını, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə saat 21:40-da şübhəli şəxs kimi tutulmuş və 26 sentyabr 2021-ci il tarixdə 12:20-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 66,46 manat (altmış altı manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,707 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 66,46 manat (altmış altı manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,707 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X17 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-40/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-40/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver