Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-401/2021 02.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 iyun 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 153-də yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(089)- 179/2017 saylı hökmü ilə Azərbay- can Respublikası CM-nin 206.2; 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyinin Peni- tensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən cinayət törətməsinə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törədərək cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya – daxilində danışıq kartı olmayan bir ədəd “X3 Neo” markalı “SM-İ9060/DS” modelli “**********61753-**********61751” imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və ondan daxilində olan ***-***- **-** saylı GSM danışıq kartı vasitəsi ilə bibisi Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamaqla istifadə etmiş, 07 yanvar 2020-ci il tarixdə saat 13:50 radələrində müəssisənin əməkdaşları tərəfindən müəssisənin özünə xidmət mətbəxində üzərinə axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol cibindən gizlədilmiş vəziyyətdə həmin qadağan olunmuş əşya aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını PX-nin 13 saylı Cəzaçəkmə müəssisəsində çəkir, cəzaçəkmə müəssisəsində əməkdaşlar və ya digər məhkumlar tərəfindən fiziki və ya mənəvi təzyiqlərə məruz qalmamışdır. Üzərindən aşkar edilərək götürülmüş daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatının özünə məxsus olmuş, həmin mobil telefon aparatını daxilində danışıq kartı ilə birlikdə aşkar olunmamışdan təxminən bir neçə gün əvvəl müəssisənin ərazisində yerləşən məhkumlar üçün nəzərdə tutulmuş ümumi ayaqyolundakı sanitar qovşağın yanından tapmış, həmin mobil telefon aparatından daxilində olan danışıq kartı vasitəsilə bir neçə dəfə istifadə edərək bibisi Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq əlaqə saxlamış, həmin mobil telefon aparatı onda olan zaman ondan başqa heç kimin istifadə etməmiş, mobil telefonun daxilində olan danışıq kartı aşkar olunmamışdan bir neçə gün əvvəl yararsız hala düşdüyü üçün onu qıraraq müəssisənin ərazisində yerləşən ümumi ayaqyolunda olan sanitar qovşağa atmış və 07 yanvar 2020-ci il tarixdə təxminən saat 13:50 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən özünə xidmət mətbə- xində üzərinə qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki gödəkçəsinin sol cibindən gizlədilmiş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu bildirib, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat Şöbəsinin rəisi Şahid4 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıyır. 07 yanvar 2020ci il tarixdə, saat 13:50 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən hal şahidlərinin iştirakı ilə müəssisənin özünə xidmət mətbəxində 3 saylı dəstənin yataqxanasında qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərinə qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman sonuncunun əynindəki qara rəngli gödəkçəsinin sol cibindən gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya – daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olmayan mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş və protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, digər Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 məhkəməyə teleqram ünvanlayaraq, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmammışdır. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, şahidlər Şahid5 və Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş, habelə məhkəmə iclasında sonuncuların ibtidai istintaq zamanı verdikləri ifadələri tədqiq olunmaq elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs bibisidir. Qardaşı oğlu 2019cu ilin noyabr və dekabr aylarının müxtəlif vaxtlarında cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya olan orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən dəfələrlə zənglər etmiş və o mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq onunla danışmışdır. Bundan əlavə istifadə etdiyi mobil telefon nömrəsi vasitəsilə qardaşı oğlu Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə istifadə etdiyi yuxarıda qeyd etdiyi mobil telefon nömrəsinin yığaraq onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq dəfələrlə danışmışdır. Onların söhbətlərinin məzmunu əsasən bir-birilərindən hal-əhval tutmaqdan ibarət olmuşdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 07 yanvar 2020-ci il tarixdə, saat 13:50 radələrində alınmış əməliyyat məlumatına əsasən hal şahidlərinin və müəssisənin digər əməkdaşları ilə birlikdə müəssisənin özünə xidmət mətbəxində 3 saylı dəstənin yataqxanasında qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərinə qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol cibindən gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya – daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar əməkdaşların, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək mobil telefonu qablaşdırılaraq protokola əlavə olunmuş və protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07.01.2020-ci il tarixli protokoldan görünür ki, 07.01.2020-ci il tarixdə Əməliyyat aparatının əldə etdiyi məlumat əsasında təqribən saat 13:50 radələrində müəssisənin özünə xidmət mətbəxində 3 saylı dəstədə Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış tədbirləri keçiirlən zaman əynindəki qara rəngli gödəkçənin sol cibindən işlək vəziyyətdə daxilində sim kartı olmayan 1 ədəd “Samsung-Duos” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. (i.v. 6-7) Lənkəran Ağır Cİnayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(089)-179/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 206.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzasını əvvəli 29 dekabr 2016-cı il tarixdən hesablanmışdır. (i.v. 13-14). Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 10 yanvar 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(089)-179/2017 nömrəli hökmünə əsasən təyin edilmiş cəzasının əvvəli 29 dekabr 2016-cı il, cəzasının sonu 29 dekabr 2024-cü il tarixidir. Məhkum Təqsirləndirilən şəxs 13 saylı CM-nə 15.07.2017-ci il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317-ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (i.v. 25-26) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş kompyuter-texniki ekspertizasının 05.02.2020-ci il tarixli 1639 №-li rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android əməliyyat sistemi ilə təchiz olunmuş “X3 Neo” markalı “SM-İ9060/DS” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “355590/06/476175/3,355591/06/476175/1” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. Tədqiq olunan “X3 Neo” markalı “SM-İ9060/DS” modelli mobil (smartfon) telefonun “Menyu” hissəsinə daxil olmaq üçün istifadəçi tərəfindən qoyulmuş xüsusi qrafik (parol-passvord) təsviri şifrələri keçid üçün Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş müasir çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram təminatının metodlar bazası ilə əlaqə yaratmaq istədikdə təqdim edilmiş mobil telefonun məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş “Connector”hissəsinin nasaz olması müəyyən olunmuşdur. Tədqiq olunan “X3 Neo” markalı “SM-İ9060/DS” modelli mobil (smartfon) telefonun məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş “Connector”hissəsinin nasaz olmasına görə “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram təminatının metodlar bazası ilə əlaqə yaratmaq mümkün olmaması səbəbindən təqdim edilmiş mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik (parol-passvord) təsvirli şifrələri keçmək mümkün olmamışdır. Tədqiq olunan “X3 Neo” markalı “SM-İ9060/DS” modelli mobil (smartfon) telefonda foto və videoçəkiliş xidmətləri mövcuddur. Tədqiq olunan “X3 Neo” markalı “SM- İ9060/DS” modelli mobil (smartfon) telefonun məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş “Connector”hissəsinin nasaz olmasına görə “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram təminatının metodlar bazası ilə əlaqə yaratmaq mümkün olmaması səbəbindən təqdim edilmiş mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik (parol-passvord) təsvirli şifrələri keçmək mümkün olmadığından həmin mobil telefonun yaddaşında hər hansı bir (foto, video fayllar və s.) məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır.(i.v. 34-36) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 fevral 2020-ci il tarixli cavabından görünür ki, Həsənov X1 Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmünə əsasən CM-nin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. (i.v. 45) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1 ((089)-179/2017ci il tasrixli hökmünün surətindən görünür ki, , Təqsirləndirilən şəxs CM-nin 206.2, 234.4.3cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəlinin 29 dekabr 2016-cı il tarixdən hesablanmışdır. Baxış keçirilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli protokoldan və mobil telefonuna olunmuş zənglərin çıxarışından görünür ki, ********* nömrəli cinayət işi üzrə əhkəmə qərarları əsasında "xxxx" MMC-dən alınmış 04 mart 2020-ci il tarixli, “5579” saylı məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə aşkar olunaraq götürülmüş mobil telefon aparatında istifadə etdiyi ***-***-**-** saylı "xxxx" GSM danışıq kartından 2019-cu ilin noyabr-dekabr aylarının müxtəlif vaxtlarında ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etməsi barədə məlumatlar vardır. Qeyd olunan məlumatlara baxış keçirdikdən sonra həmin nömrəyə dair müvafiq çıxarış edilmiş və cinayət işinə əlavə olunmuşdur. (i.v.91-94); Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, aşkar edilmiş daxilində danışıq kartı olmayan bir ədəd “X3 Neo” markalı “SM-İ9060/DS” modelli, “355590/06/476175/3,355591/06/476175/1” imei kodlu mobil telefon aparatı və "xxxx" MMC-dən alınmış 04 mart 2020-ci il tarixli, “5579” saylı məktubdan və iş üzrə çıxarış olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.(i.v.99) Sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayət işi üzrə şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qəbul edilərək qiymətləndirilmiş, Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. (i.v. 122-125) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Həsənov X1 Ağır Cİnayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(089)-179/2017 nömrəli hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Lənkəran Ağır Cİnayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(089)- 179/2017 nömrəli hökm üzrə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli hökm tarixindən, yəni 02 dekabr 2021-ci il tarixdən hesablanmalı, onun azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut “X3 Neo” markalı SM-İ9060/DS” modelli, “355590/06/476175/3, 355591/06/476175/1” imei kodlu mobil telefon aparatı və daxilində olan bir ədəd “Azercell” GSM kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli (CM 99-1.1) və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hüquqi yardım barədə hesabatdan görünür ki, vəkili Müdafiəçi məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cİnayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(089)-179/2017 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 (üç) il 27 (iyirmi yeddi) gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 02 dekabr 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut - “X3 Neo” markalı SM-İ9060/DS” modelli, “355590/06/476175/3,355591/06/476175/1” imei kodlu mobil telefon aparatı və daxilində olan bir ədəd “Azercell” GSM kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 59,94 (əlli doqquz manat, doxsan dörd qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-401/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-401/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver