Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-407/2021 09.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29,120.2.7, 221.3, 66.3 maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarına əsasən, 01 may 2020-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar cəzası 18 il 10 ay müddətinə endirilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan edilmiş əşya olan, daxilində danışıq kartı olmayan 01 ədəd “X7 3” markalı, “SM-N9005” modelli, “351542/06/083257/9” İMEİ kodlu mobil telefonu istintaq məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş və istifadə etmiş, telefona qoşulmuş ********** №-li danışıq kartı vasitəsi 06 dekabr 2020-ci il tarixdən 06 mart 2021-ci il tarixədək **********, **********, ********** və ********** telefonlara zənglər etməklə tanışları Şahid6, Şahid7, X3 ilə əlaqə saxlamaqla istifadə etmiş, 06 mart 2021-ci il tarixdə, saat 11:30 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən 2-ci rejim korpusunun 01 saylı kamerasında axtarış tədbirləri keçirilən zaman ona məxsus yataq yerindəki döşəyin içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd “X8 3” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 120.2.1; 120.2.2; 29, 120.2.7; 221.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək cəzasının 3 ilini həbsxana rejimində qalan 16 ilini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2020-ci ilin avqust aylarında cəzasının qalan hissəsini çəkmək üçün Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilmişdir. 06 mart 2021-ci il tarixdə, təxminən saat 11:30 radələrində müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə cəza çəkdiyi 2-ci rejim korpusunun 01 saylı kamerasında axtarış əməliyyat tədbirləri keçirilərkən yataq yerindəki döşəyin içərisindən mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan sonra əməkdaşlar tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin və onun iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Telefon ona məxsus olmuş, dost-tanışları ilə əlaqə saxlamaq üçün işlətmişdir. Həmin mobil telefonu cəza çəkdiyi 2-ci rejim korpusun, 01 saylı kamerada təmir işləri gederkən döşəmənin altından tapmış və gizlədərək özündə saxlamışdır. Mobil telefonun onda olmasından kamera yoldaşlarından və müəssisə əməkdaşlarından heç kəsin xəbəri olmamış, gizlin şəkildə istifadə etmişdir. Mobil telefonda ***-***-**-** nömrəli GSM danışıq kartından istifadə etmiş, lakin danışıq kartının kimin adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Danışıq kartını mobil telefon aşkarlanmamışdan bir neçə gün əvvəl işləmədiyi üçün sındıraraq məhv etmişdir. Tez-tez dostu Teymura məxsus ***-***-**-**, dostu Orxana məxsus ***-***-**-**, tanışı Təhminəyə məxsus ***-***-**-** mobil nömrələrlə əlaqə saxlayaraq hal-əhvalları barədə danışıqlar aparmışdır. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu bildirib, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 06 mart 2021-ci il tarixdə, təxminən saat 11:30 radələrində əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən müəssisə əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində müəssisənin 2-ci rejim korpusunun 01 saylı kamerasında qəfləti baxış zamanı həmin kamerada xüsusi rejimdə cəza çəkən Təqsirləndirilən şəxs yataq yerindəki döşəyin içərisindən daxilində danışıq kartı olmayan “Cəzaçəkmə Müəssisələrinin və ya X1 İntizam Qaydaları” ilə qadağan olunmuş 01 ədəd “X7 3” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan sonra onlar tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum Təqsirləndirilən şəxs ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının özünə məxsus olduğunu, həmin mobil telefondan istifadə etməklə tanışları ilə əlaqə saxladığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq dövründə verdikləri ifadəsini təsdiq etdiyini bildirərək, heç bir əlavələrinin olmadığını qeyd etmişlər. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid6 və Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, ********** saylı GSM nömrəsi onun istifadəsindədir. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuş və münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində olduğundan xəbərdar olmuş, lakin hansı saylı müəssisədə cəza çəkdiyindən xəbərdar olmamışdır. Təqsirləndirilən şəxsla xatırlamadığı GSM nömrəsi ilə 2021-ci ilin əvvəllərində telefon danışıqları aparmış, telefon danışıqlarında hal-əhval və gündəlik söhbətlər aparmışlar. Lakin, Təqsirləndirilən şəxs qanunsuz olaraq istifadə etdiyi mobil telefonu və ona dair danışıq kartını haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, ********** saylı GSM nömrəsi onun istifadəsindədir. Təqsirləndirilən şəxs uşaqlıq dostudur. Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən xəbərdar olmuş və bir neçə dəfə onunla görüşə getmişdir. Təqsirləndirilən şəxsla xatırlamadığı GSM nömrəsi ilə 2021-ci ilin əvvəllərində telefon danışıqları aparmış, telefon danışıqlarında hal-əhval və gündəlik söhbətlər aparmışlar. Lakin, Təqsirləndirilən şəxs qanunsuz olaraq istifadə etdiyi mobil telefonu, və ona dair danışıq kartını haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yanına Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə görüşə getmiş, həmçinin özü ilə sovqat aparmış, lakin qadağan olunmuş əşya aparmamışdır. Görüşə getdiyi zaman həm özü, həm də apardığı sovqatlar tam olaraq əməkdaşlar tərəfindən yoxlanıldıqdan sonra içəri buraxılmışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış şahid X2 və Şahid9 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahid X2 və Şahid9 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, ********** saylı GSM nömrəsi onun istifadəsindədir. Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin fevral aylarında “Tik Tok” adlı sosial şəbəkə vasitəsilə tanış olmuş və münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən xəbərdar olmuş və bir neçə dəfə onunla görüşə getmişdir. Təqsirləndirilən şəxsla xatırlamadığı GSM nömrəsi ilə 2021-ci ilin mart ayınadək telefon danışıqları aparmış, telefon danışıqlarında hal-əhval və gündəlik söhbətlər aparmışlar. Sonradan Təqsirləndirilən şəxs ona cəzaçəkmə müəssisəsinin daxili telefon nömrəsi ilə zənglər etmişdir. Lakin, Təqsirləndirilən şəxs qanunsuz olaraq istifadə etdiyi mobil telefonu və ona dair danışıq kartını haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yanına Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedərkən özü ilə sovqat aparmış, lakin qadağan olunmuş əşya aparmamışdır. Görüşə getdiyi zaman həm özü, həm də apardığı sovqatlar tam olaraq əməkdaşlar tərəfindən yoxlanıldıqdan sonra içəri buraxılmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid9 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, ********** saylı GSM nömrəsi onun istifadəsindədir. Cəzaçəkmə müəssisəsində və istintaq təcridxanasında qohumu və ya tanışı olmamışdır. Təqsirləndirilən şəxs tanımır və münasibəti yoxdur. 2020-ci ilin yay aylarında Göygöl rayonu, Qızılca kəndində zoğal yığımı dövründə özünə məxsus “Redmi” markalı mobil telefonunu itirmişdir. 5-6 ay sonra həmin telefonda olan ********** saylı GSM nömrəsinin yenisini çıxarmışdır. Onun nömrəsindən edilmiş zənglər mobil telefonunu itirdiyi dövrə təsadüf edə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Axtarış və götürmə haqqında 06 mart 2021-ci il tarixli protokoldan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin əməkdaşlarının və müəssisənin əməliyyat aparatının əməkdaşları ilə keçirilən birgə əməliyyat tədbiri nəticəsində 06 mart 2021-ci il tarixdə təxminən saat 11:30 radələrində müəssisənin 2-ci rejim korpusunun 01 saylı kamerasında keçirilmiş qəfləti axtarış tədbiri zamanı həmin kamerada xüsusi rejimdə cəza çəkən Təqsirləndirilən şəxs məxsus yataq yerindəki döşəyin içərisindən 01 ədəd daxilində danışıq kartı olmayan “Samsung Duos” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. (i.v. 5-6) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 08 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 8 saylı cəzaçəkmə müəssisəsinə 22 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində daxili rejim qaydasını pozduğu üçün barəsində tənbeh tədbirləri tətbiq edilmişdir. 06 mart 2021-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs saxlanıldığı kamerada qəfləti axtarış-baxış tədbiri zamanı ona məxsus yataq yerindəki döşəyin içərisindən bir ədəd daxilində danışıq kartı olmayan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs onunla aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktik söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir. Əməyə və təhsilə münasibəti mənfidir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Birgəyaşayış qaydalarına əməl etmir, xasiyyətcə qapalı, dəyişkən və qeyri səmimidir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (i.v. 8-9) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05 aprel 2021-ci il tarixli cavabından və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 1(088)-75/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29,120.2.7, 221.3, 66.3 maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının 03 ilini həbsxanada çəkməklə, cəzasının əvvəli 21 avqust 2017-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarına əsasən, 01 may 2020-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar cəzası 18 il 10 ay müddətinə endirilmişdir. (i.v. 17-18, 36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli 5/241 saylı kompyuter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “X8 3” markalı arxa markalanma göstəricisinə görə “SM-N9005” modelli, “351542/06/083257/9” İMEİ kodlu mobil smartfon hal-hazıradək işlək vəziyyətdədir. Təyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə (smartfonun format olunması-məlumatların tam silinməsinə görə) təqdim edilmiş “X8 3” markalı arxa markalanma göstəricisinə görə “SM-N9005” modelli, “351542/06/083257/9” İMEİ kodlu mobil smartfonun yaddaşında mövcud və silinmiş məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. (i.v. 51-55) Maddi sübut kimi tanınma və işə əlavə edilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, aşkar edilmiş bir ədəd «X7 3» markalı, “SM-N9005” modelli, “351542/06/083257/9” İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. (i.v.105) Baxış keçirilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş məlumatlardan görünür ki, "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, CD diskin daxilində “11856-imei” yazılan bölmədə “**********32570” imei nömrəsindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayına kimi yalnız **********0 nömrəsinin istifadə olunduğu məlum olmuşdur. “517400080-k.m” yazılan bölmədə “Azercell” şəbəkəsindən zəng olunan mobil telefon nömrələri, onların sahiblərinin adları və adresləri yazılmışdır. **********80.txt yazılan bölmədə müxtəlif vaxt və zamanlarda edilən zənglər, onların tarixləri və danışıqların müddətləri, həmçinin 517400080-sms.txt yazılan bölmədə isə müxtəlif nömrələrə gəlib-gedən sms mətnləri, onların tarixləri qeyd edilmişdir. CD diskdə olan sübut əhəmiyyətli məlumatlar çap edilərək protokola əlavə edilmişdir. (i.v. 106-117) Sübutların qiymətləndirilməsi haqqında 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanması nəzərə alınmış, materialda və digər sənədlərdə qeyd edilən “Samsung Duos” markalı mobil telefon aparatı ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış “X7 3” markalı mobil telefon aparatı ilə eyni mobil telefon olduğundan “X7 3” kimi qəbul edilmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələri və toplanmış digər materiallar, sənədlər, ekspertizanın rəyi və "xxxx" MMC-dən alınmış 03 iyun 2021-ci il tarixli “i2-11856” nömrəli məktub və əlavə edilmiş bir ədəd disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v.136- 140) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 1(088)-75/2018 saylı hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 1(088)- 75/2018 saylı hökmü üzrə təyin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarına əsasən, 01 may 2020-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar 18 il 10 ay müddətinə endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.4), cəza çəkməsinin əvvəli 09 dekabr 2021ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan «X7 3» markalı, “SM-N9005” modelli, “351542/06/083257/9” İMEİ kodlu 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, 01 ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hüquqi yardım barədə hesabatdan görünür ki, vəkil Müdafiəçi məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 1(088)-75/2018 saylı hökmü üzrə təyin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarına əsasən 18 il 10 ay müddətinə endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 14 (on dörd) il 06 (altı) ay 12 (on iki) gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 14 (on dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 09 dekabr 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut - «X7 3» markalı, “SM-N9005” modelli, “351542/06/083257/9” İMEİ kodlu 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 60 (altmış) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-407/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-407/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver