Məhkəmə qərarları › İş №1(002)-41/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-41/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-41/2025 04.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, İİ qrup əlil, işsiz, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 04 sentyabr 2024-cü il tarixdə saat 18:45 dəqiqədə Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq saat 18:55 dəqiqədə ünvan 3 ünvanda yerləşən Qaradağ RPİnin 38-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan açıq-göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,253 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərərək ifadəsində göstərmişdir ki, hadisə günü evdən mağazaya gedən zaman küçədə polislər onu şübhəli şəxs kimi saxlayaraq bölməyə aparmışlar. Bölmədə üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Ağır dərəcəli “xərçəng” xəstəsi olduğu üçün ağrıları dözülməz olduğundan narkotik vasitə istifadə etmək istəmişdir ki, ağrıları bəlkə kəsər. O öz ifadəsində əlavə olaraq törətdiyi əməldən səmimi peşiman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, özünün ağır dərəcəli “xərçəng” xəstəliyindən əziyyət çəkməsini və xəstəliyinin hal-hazırda 4-cü mərhələdə olduğunu, xəstəliyi ilə bağlı dörd dəfə, sonuncu dəfə 28 yanvar 2025-ci il tarixdə əməliyyat olunmaqla əməliyyat nəticəsində sidik kisəsinin, prostat vəzinin, linfaların çıxarıldığını, böyrəklərinin öz fəaliyyətini tamamıilə itirdiyini, hal-hazırda əməliyyat nəticəsində daxilinə yerləşdirilmiş aparatdan istifadə etməklə yaşadığını, İİ qrup əlil olmasını, azadlıqdan məhrum etmə cəzası verilərsə bu cəza onun səhhətinin daha da ağırlaşmasına və müalicəsinin demək olar ki, mümkünsüz olacağını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 04 sentyabr 2024-cü il saat 14:00 radələrində Yasamal rayonu ərazisindən tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində 01 ədəd kağıza bükülmüş halda narkotik maddə olan heroin almışdır. Həmin bükümü əynində olan açıq göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Təxminən saat 18:45 dəqiqədə Qaradağ rayonu, Sahil qəsəbəsi E.Quliyev küçəsi yataqxana 57 saylı ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərinin polis aməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək ondan adını və soyadını soruşdular. Həmin sualları cavablandırdıqdan sonra ondan narkotik vasitədən istifadə edib etmədiyini soruşanda cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olduğunu onlara bildirmişdir. Polis əməkdaşları da onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt üzərində olan narkotik vasitəni polis nəzarətində olduğu üçün kənara ata bilməmişdir və vəkilin iştirakı ilə təqdim etmək istəmişdir.4 sentyabr 2024-cü il tarixdə polis şöbəsində xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış apardılar. Baxış zamanı ona üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etdilər. Həmin vaxt aynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağıza bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin maddənin nə olmasını və haradan nə məqsədlə əldə etdiyini soruşanda onlara həmin maddənin narkotik maddə olan kakos olduğunu və özü üçün bu gün yeni 4 sentyabr 2024cü il saat 14:00 radələrində Yasamal rayonu ərazisindən tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 10 manat aldığını bildirmişdir. Üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Üzərində olan 01 ədəd bükümü zərfə qoyularaq qablaşdırıldı, möhürləndi, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradıldı, həmin əməliyyat qrupuna özü və Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 04 sentyabr 2024-cü il tarixdə saat 18:45 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 7 ünvanın yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq və xidməti vəsiqə ilə özlərini təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişdirlər. Qaradağ RPİ-nin 38-ci PB-də Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru Fariz İldırımov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 dəvət edildi. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlandı. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verildi, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olundu. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 1 ədəd büküm narkotik vasitə "kakos"dur, onu həmin gün günorta saat 14:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırıldı, bununla bağlı protokol tərtib edildi, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradıldı, həmin əməliyyat qrupuna özü və Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. 04 sentyabr 2024-cü il tarixdə saat 18:45 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 7 ünvanın yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq və xidməti vəsiqə ilə özlərini təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişdirlər. Qaradağ RPİ-nin 38-ci PB-də Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru Fariz İldırımov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 dəvət edildi. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlandı. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verildi, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olundu. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 1 ədəd büküm narkotik vasitə "kakos"dur, onu həmin gün günorta saat 14:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırıldı, bununla bağlı protokol tərtib edildi, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli, 6/4442 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 47” möhür əksi, “Saxlanılan şəxs:... Təqsirləndirilən şəxs..” və s. Ad, soyad və imzalar olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,253 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına “Siyahı İ) daxildir. Qeyd: heroinlərin ümumi təmiz çəkisi-0,253 qram, tədqiqata cəmi sərf edildi-0,05 qr, qalıq-0,203 qr. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 25 sentyabr 2024-cü il tarixli, 6481 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ KANNABİOİDLƏRİN birga ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicǝ tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserinda qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra təmiz çəkisi 0,203 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin video faylda əks edilmiş görüntülər 04 sentyabr 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Fariz İldırımovun qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili X12, sol tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adı təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Fariz ildırımov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Təqsirləndirilən şəxs da, əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir, həmin 1 ədəd kağız bükümdə narkotik vasitənin "kakos" olmasını, həmin maddəni həmin gün gunorta ərazidən tanımadığı şəxsdən 10 manat 14:00 radələrində Yasamal rayonu müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 17 dekabr 2015-ci il tarixdə doğulmuş X7 və 10 aprel 2018-ci il tarixdə doğulmuş X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, arvadı X6, oğlu X14, qızı X15, anası X4, atası X3 və qardaşı Təqsirləndirilən şəxs ibarətdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon 109 saylı Mənzil-Kommunal təsərrüfat birliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olmaqla xəstəliyinə görə aylıq 220 manat pensiya alır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azəbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən verilmiş № 163126/23 saylı 26 sentyabr 2023-cü il tarixli xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, Təqsirləndirilən şəxs C 67.0. sidik kisəsinin Cr-i. Kombinəolunmuş müalicədən sonrakı vəziyyəti İİ kl.qr. T1N0M0 İ mərhələdədir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azəbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş 201 saylı xəstəlik tarixindən çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs 28 noyabr 2025-ci il tarixdın 31 yanvar 2025-cil tarixədək stosianar müalicədə olmaqla cərahiyyə əməliyyatına məruz qalmış. Diqanoz: total erektil disfunksiya. Keçirilmiş sistoprostatekfaniya əməliyyatdan sonraki vəziyyət, yanaşı sidik kisəsi törəməsi”. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ağır xərçəng xəsəliyindən əziyyət çəkməklə İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasından 08 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq həmin müddət başa çatmamış sınaq müddəti ərzində, yəni 04 sentyabr 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və hazırki sağlamlıq vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sağlamlıq vəziyyətinin kritik olduğu hazırkı vaxtda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun lazimi qaydada tibbi müayinə və müalicə almasına mane olmaqla həyatı üçün real təhlükəyə səbəb olacaqdır. Qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 18:45-də şübhəli şəxs kimi tutulmuş və 06 sentyabr 2024-cü il tarixdə, saat 11:40-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçiməsi üçün Qaradağ Rayon Prokuroruna vəsatətlə müraciət edilmiş ancaq prokuror tərəfindən “həbs” qətimkan seçilməsindən imtina edilmişdir. Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi Tural Əliyev tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.203 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Qaradağ Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(002)-23/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış 08 (səkkiz) ay 26 (iyrimi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 8 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,203 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 245 (iki yüz qırx beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar