Məhkəmə qərarları › İş №1(002)-42/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-42/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-42/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1966-cı ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Bxxxx qəsəbəsi, Donuz kökəltmə sovxozunda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsxxxx dair cinayət işxxxx açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən zədələyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, özgənin əmlakını qəsdən zədələmə məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Sahil” əhəng daşı yatağında vətəndaş Şahid1 icarə müqaviləsi əsasında işlətdiyi daş karxanasının ərazisində olan bir mərtəbəli tikilinin qarşısında sonuncunun qonşu ərazidə onun əhəng daş istehsal etmək üçün istifadə etdiyi şırım açan texnikasını traktorla zədələməsi səbəbindən həmin daş karxanasında işləyən Şahid1 oğlu Zərərçəkmiş şəxs məxsus “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələri, qapıları, güzgüsü, spoyleri, stoykası, buferi və damını əlində olan dəmir parçası ilə qəsdən vurmaqla zədələmiş, nəticədə Zərərçəkmiş şəxs 6310,00 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Sahil” əhəngdaşı yatağında yerləşən “xxxx” MMC-nə məxsus daş karxanasının 2017-ci ildən icarəyə götürüb işlədir. Həmin daş karxanasının yanında Şahid1 məxsus “xxxx” MMC adı altında fəaliyyət göstərən daş karxanası vardır. Şahid1 təxmxxxxn 1999-cu ildən tanıyır, lakin əvvəllər heç bir münasibətləri olmamışdır. 2017-ci ildən etibarən “xxxx” MMC adı altında fəaliyyət göstərən daş karxanasını Şahid2 icarəyə götürdükdən sonra Rəşidlə aralarında müəyyən mübahisələr başlamışdır. Belə ki, Rəşid hər dəfə icarə əsasında işlətdiyi yerin ona məxsus olduğunu deyərək, ona orada işləməməsini bildirmişdir. O isə həmin yeri rəsmi qaydada icarəyə götürdüyünü, həmin ərazinin Rəşidə heç bir aidiyyatı olmadığını demişdir. Hətta bununla bağlı Şahid2lə Şahid1 arasında bir sıra məhkəmə çəkişmələri də olmuşdur. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə, günorta saatlarında Şahid1 ilə aralarında mübahisə baş vermişdir. Bundan sonra həmin gün o, çörək almaq üçün Qızıldaş qəsəbəsinin mərkəzxxxx getmişdir. O, əraziyə qayıdarkən işçiləri Ədalət və Ağamalı ona zəng edərək, Rəşidin torpaq yükləyən traktorla onların ərazisxxxx gələrək orada istifadə etdiklərini, rəhbəri Şahid2 olan “xxxx” MMC-yə məxsus şırım açan texnikanın üzərxxxx sürüb itələyərək dərəyə saldığını, nəticədə qəsdən həmin texnikanı zədələdiyini bildirmişlər. O, bunu eşitdikdə avtomobilini dərhal daş karxanasına sürmüş və oraya çatdıqda həqiqətən də şırım açanın zədələndiyini görmüşdür. O, bunu görüb Rəşidin hərəkətlərxxxx əsəbləşmiş və sahədə yerdə əlxxxx düşən dəmir parçasını götürüb Rəşidin işlədiyi sahəyə doğru getmişdir. Həmin vaxt Rəşidgilin “Toyota Hilux” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüş, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin dəmir parçası ilə Rəşidgilin avtomobilinin müxtəlif hissələrxxxx vuraraq zədələmişdir. Bu zaman Rəşid, onun qardaşı Cümşüd və işçisi Elbrus orada olan bir mərtəbəli tikilidən çıxaraq onu görmüşlər. Bunu görən Rəşid əlxxxx nəsə götürüb onun üstünə hücum çəkmək istəmiş, lakin o, mübahisənin dərinləşməsini istəmədiyi üçün tez oradan uzaqlaşmışdır. Avtomobilin şüşələrini və bir ədəd güzgüsünü Rəşidin şırım açan texnikanı qəsdən zədələdiyi üçün sındırmışdır. O Bundan sonra o, “xxxx” MMC-nin rəhbəri Şahid2 zəng edərək hadisə barədə məlumat vermiş, Müharib isə bu barədə DİN-nin 102 xidmətxxxx zəng edərək məlumat vermişdir. Daha sonra əraziyə polis əməkdaşları gəlmişlər, orada şəkillər çəkmişlər və o da Rəşid tərəfindən idarə etdiyi traktorla onun istifadə etdiyi şırım açanın (polosovka) zədələməsi ilə bağlı 38-ci polis bölməsxxxx ərizə ilə müraciət etmiş, hadisə barədə izahat vermişdir. Sonradan ona məlum olmuşdur ki, zədələdiyi Toyota Hilux” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobil Rəşidin oğlu Rzaya məxsusdur. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Şahqaya” adlanan ərazidə atası Şahid1 direktoru olduğu “xxxx” MMC altında fəaliyyət göstərən daş karxanasında mühafizəçi işləyir. Onların işlətdikləri daş karxanasının yaxınlığında əvvəllər atası ilə şərik olmuş Şahid2 adlı şəxsin “xxxx” MMC adı altında fəaliyyət göstərən daş karxanası vardır. Həmin daş karxanasını 2014-cü ildən Təqsirləndirilən şəxs adlı şəxs işlədir və sonuncunu həmin tarixdən tanıyır. Onların arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin 2014-cü ildən etibarən Təqsirləndirilən şəxsla atası Şahid1 arasında bir sıra ədavətlər yaranmışdır. Mübahisələrin yaranmasına səbəb Şahid2 olmuşdur. Belə ki, Şahid2 daş karxanasının ərazisində olan onun atasına məxsus bütün əmlakı, eləcə də 5 hektar şəxsi torpaq ərazisini zəbt edərək özünə məxsus bütün texnikasını həmin ərazidə yerləşdirmişdir. xx xxxx 2020-ci il tarixdə, səhər saat 10 radələrində ona məxsus, lakin atası tərəfindən etibarnamə ilə idarə edilən “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə o, əmisi Şahid4, daş karxanasının təsisçisi Şahid3, Nicat Məmmədov, qonşuları Azad adlı şəxslə birlikdə Qızıldaş qəsəbəsxxxx daş karxanasına gəlmişlər. Həmin vaxt daş karxanasında onlardan başqa Samid adlı kombayın işlədən işçi də olmuşdur. Atası avtomobili daş karxanasında oturduğu otağın yanında saxlamışdır. Avtomobildən düşdükdən sonra onlar paltarlarını dəyişmək üçün otağa getmişlər, atası Şahid1 isə əraziyə gedib baxış keçirmişdir. Onlar otaqda olarkən təxmxxxxn 10 dəqiqə sonra atası həyacanlı şəkildə onlara yaxınlaşıb ərazidə olan atasına məxsus daş kəsən kombayının dərəyə aşırdıldığını və altı ədəd relsin əzildiyini demişdir. Onlar isə həmin hadisədən məlumatsız olduqlarını bildirmişlər. Daha sonra o, Elbrusla birlikdə kombaynın aşırdıldığı əraziyə yollanmışlar. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs orada görmüşlər. Bu zaman Elbrusla Səməd arasında sözlə mübahisə düşmüş və Səməd həmin kombaynı dərəyə özü aşırtdığını, bu əməli yaxşı edib törətdiyini bildirmişdir. Bundan sonra onlar geri qayıtmışlar və atasına bu barədə məlumat verdikdən sonra atası Rəşid dərhal DİN-nin 102 malumat xidmətxxxx zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra polis əməkdaşlarının gəlməsini gözləmək üçün otağa keçmişlər və otaqda bir qədər oturub çay içib söhbət etmişlər. Təxnxxxxn saat 16 radələrində çöldən möhkəm səslərin gəldiyini eşidib, hamısı çölə çıxmışlar. Çölə çıxarkən Təqsirləndirilən şəxs ona məxsus “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilxxxx əlində olan dəmir linklə, yəni şırım açanın linki ilə zərbələr endirdiyini görmüşlər. Atası Şahid1 Səmədi avtomobilin yanından uzaqlaşdırmaq üçün əlxxxx yaxınlıqda olan beli götürərək ona tərəf getmişdir. Bu zaman Səməd onun atasının üstünə getdiyini görüb avtomobilin yanından iti addımlarla uzaqlaşmışdır. Atası təkrarən DİN-nin 102 məlumat mərkəzxxxx zəng edərək məlumat vermişdir. Əraziyə polis əməkdaşları gəlib avtomobilə baxış keçirmişlər və avtomobilin şəkillərini çəkmişlər. İbtidai istintaq zamanı keçirilmiş ekspertizanın rəyində göstərilən avtomobilin ön şüşə, ön qapı şüşəsi, arxa qapı şüşəsi, güzgü (sol), qapı qamışı, buferin yan kantı (sağ), ön qapının spoyleri (sağ), dam, ön qapı (sağ), petlə, arxa qapı (sağ), ön stoyka və orta stoykanın üst hissəsi xx xxxx 2020ci il tarixdə məhz Təqsirləndirilən şəxs tərəfindən qəsdən zədələnmişdir, avtomobilin həmin hissələri başqa bir hadisə nəticəsində zədələnməmişdir. Təqsirləndirilən şəxs avtomobili dəmir linklə əzdikdən sonra onlar bir-birlərxxxx xəsarətlər yetirməmişlər, eləcə də ünvanlarına nalayiq ifadələr işlətməmişlər. Həmçinin Təqsirləndirilən şəxs avtomobili zədələdikdən sonra əlində olan dəmir parçasını özü ilə aparmışdır. Sonuncu ekspertiza rəyxxxx əsasən Təqsirləndirilən şəxs ona məxsus“Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili zədələməsi nəticəsində ona dəymiş maddi ziyan 6310 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncunun məsuliyyətdən azad olunması barədə qərar qəbul olunmasını xahiş etdib bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Şahqaya” adlanan ərazidə “xxxx” MMC-nin direktorudur. Həmin MMC-də tikinti daşlarının kəsimi və satışı ilə məşğul olur. Onların işlətdiyi daş karxanasının yaxınlığında əvvəllər onunla şərik olmuş Şahid2 adlı şəxsin “xxxx” MMC adı altında fəaliyyət göstərən daş karxanası vardır. Həmin daş karxanasında Təqsirləndirilən şəxs adlı şəxs işləyir və sonuncunu 1999-cu ildən etibarən elə daş karxanasında tanımışdır. Təqsirləndirilən şəxs daş karxanasında fəhlələrə nəzarəti edir. Əvvəllər onlar aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin 2014-cü ildən etibarən Təqsirləndirilən şəxsla aralarında bir sıra ədavətlər yaranmışdır. Bütün bunlar isə Müharibə görə baş vermişdir. Çünki Müharib onun daş karxanasının ərazisində olan bütün əmlakını, eləcə də 5 hektar şəxsi torpaq ərazisini zəbt edərək özünə məxsus bütün texnikasını həmin ərazidə yerləşdirmişdir. Bununla bağlı məhkəmə prosesləri də olmuş və yerin zəbt olunmasına görə Müharibin barəsində 2018-ci ildə cinayət işi açılmışdır. Hal-hazırda da onların aralarında mübahisələri davam edir və Müharibin barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. xx xxxx 2020ci il tarixdə səhər saat 10 radələrində oğlu Zərərçəkmiş şəxs, qardaşı Şahid4, daş karxanasının təsisçisi Şahid3, Nicat Məmmədov, qonşusu Azad adlı şəxslə birlikdə daş karxanasına etibarnamə ilə idarə etdiyi “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə daş karxanasına gəlmiş, həmin vaxt daş karxanasında onlardan başqa Samid adlı kombayn işlədən işçisi də olmuşdur. O, avtomobili daş karxanasında oturduğu otağında yanında saxlamış, avtomobildən düşdükdən sonra onunla birlikdə gələn bütün şəxslər paltarlarını dəyişmək üçün otağa getmişlər, özü isə gedib əraziyə baxış keçirmişdir. Baxış zamanı görmüşdür ki, ona məxsus daş kəsən kombayn dərəyə düşüb və altı ədəd rels əzilibdir. O, həmin kombaynın dərəyə düşməsini, eləcə də relslərin əzildiyini görüb təəcüblənmişdir. Bundan sonra otağa gəlib işçilərə bu barədə bildirərkən işçilərdə bu hadisədən məlumatsız olduqlarını demişlər. Şahid3lə oğlu Zərərçəkmiş şəxs dərhal kombaynın aşdığı yerə getmişlər və geri qayıdıb ona demişlər ki, bu hadisəni qonşu daş karxanasında işləyən Təqsirləndirilən şəxs törətmişdir. Həmçinin oğlu Rza, Səmədlə Elbrus arasında bu hadisəyə görə sözlə mübahisə baş verdiyini də ona demişdir. O, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 məlumat xidmətxxxx zəng edib məlumat vermiş və işə başlamadan otaqda oturub gözləmişdir. Təxmxxxxn günorta vaxtında çöldən möhkəm səslərinin gəldiyini eşidib hamısı çölə çıxmışlar. Çölə çıxarkən Təqsirləndirilən şəxs onun ilə idarə etdiyi, oğlu Rzaya məxsus “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə əlində olan dəmir linklə, yəni şırım açanın linki ilə zərbələr endirdiyini görmüşlər. O, əli ilə yaxınlıqda olan belin sapını götürüb Səmədin üstünə gedərək onu avtomobilin yanından uzaqlaşdırmış və DİN-nin 102 məlumat mərkəzxxxx yenidən zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs avtomobili zədələdikdən sonra əlində olan dəmir parçasını özü ilə aparmış, daha sonra həmin dəmir parçasını nə etdiyini görməmişdir. Əraziyə polis əməkdaşları gəlib avtomobilə baxış keçirmişlər və avtomobilin şəkillərini çəkmişlər. Hadisə zamanı onlar bir-birlərxxxx xəsarətlər yetirməmişlər, eləcə də nalayiq sözlər işlətməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özü hazırda heç bir yerdə işləmir, təqaüddədir, «xxxx» MMC-nin təsisiçisi və direktorudur. MMC xx xxxx 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, «xxxx» müəssisəsinin hüquqi varisidir. MMC-nin istifadəsində olan daş karxanası Qaradağ rayonu ərazisində yerləşən Sahil əhəng daşı yatağında təşkil olunmuşdur və hazırda Təqsirləndirilən şəxs icarəsindədir. Lakin onunla Şahid1 arasında uzun illərdir ki, ərazi ilə bağlı mübahisələr mövcuddur. Belə ki, Şahid1 hesab edir ki, guya həmin ərazi özünə məxsusdur, lakin bütün sənədlər əsasında Rəşidin dediklərinin yalnış olduğunu, həmin ərazi təsisiçisi olan «xxxx» MMC-yə məxsus olduğu təsdiq olunur. Aralarında olan ədavətə görə sonuncu xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində özünə məxsus elə özünün də idarə etdiyi «KON» markalı traktorla «xxxx» MMC-yə məxsus Qaradağ rayonu, Sahil əhəngdaşı yatağında yerləşən sahəyə daxil olaraq ona məxsus şırımaçan texnikanı qəsdən sındırıb dağıtmışdır. Nəticədə daş karxanasının fəaliyyəti dayanmış və həmin avadanlığın bərpa olunması üçün 3000 manat xərc çəkmişdir. Həmin avadanlığın motoru, kabeli, 2 ədəd mişarı, 6 ədəd relsləri, yağ nasosu, şiti və içərisində olan elektrik cihazları sıradan çıxmışlar. Bunu daş karxanasının icarədarı Təqsirləndirilən şəxs, işçilər Şahid6 və Ağamalı təsdiq edə bilərlər. Təqsirləndirilən şəxs Şahid1 əməllərxxxx görə əsəbi halda onun idarə etdiyi «Toyota» markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilin yan şüşələri, ön şüşəsini və sükan tərəfdən olan yan güzgüsünü sındırdığını, lakin avtomobilin digər hissələrxxxx, yəni qapılarına zərər yetirmədiyini ona etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “xxxx” adlanan daş karxanasında usta işləyir, həmin daş karxanasının icarədarı Təqsirləndirilən şəxsdur, o isə orada işçidir. İşlədiyi daş karxanasının yanında Şahid1 məxsus “xxxx” MMC adı altında fəaliyyət göstərən daş karxanası da vardır. O, əvvəllər Şahid1 işçisi olmuş, lakin 2019-cu ildən etibarən Təqsirləndirilən şəxsla işləməyə başlamış, hazırda da Səmədlə işləməkdə davam edir. xx xxxx 2020-ci il tarixdə iş yerində konu işlədərkən təxmxxxxn saat 16 radələrində Şahid1 öz işlətdiyi konu işə salaraq onların işlədiyi ərazidə cız çəkən aparatın yanına gəlmiş və Təqsirləndirilən şəxs məxsus həmin cız çəkən aparatı konun ağzına alaraq dərəyə atmışdır. Həmin vaxt iş yoldaşı Ağamalı da onun yanında olmuş, onlar baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs zəng edərək, məlumat vermişlər. Təqsirləndirilən şəxs gəlib çıxmış və yerdən əlxxxx dəmir linki götürüb Şahid1 idarə etdiyi “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gedərək avtomobilin ön və yan şüşələrxxxx zərbələr endirmişdir. Zərbələrin təsirindən avtomobilin şüşələri qırılıb yerə tökülmüşdür. Orada olan Şahid1 işçiləri ilə yanaşı onlar da həmin hadisənin şahidi olmuşlar. Təqsirləndirilən şəxs avtomobilin şüşələrini sındırdıqdan sonra çıxıb işlədikləri əraziyə gəlmişdir. Hadisə saat 16 radələrində baş vermişdir. “Toyota Hilux” markalı, **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən dəmir linklə yalnız qabaq və yan şüşələrxxxx zərbələr endirildiyinin şahidi olmuş, avtomobilin digər hissələrxxxx zərbələr endirməsini görməmişdir. Həmçinin Şahid1la Təqsirləndirilən şəxs arasında həmin vaxt dava-dalaş olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 digər Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şahid1 idarə etdiyi “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs, Şahid3, Nicat Məmmədov və Azad adlı şəxslə birlikdə Qızıldaş qəsəbəsxxxx daş karxanasına gəlmişlər. Həmin vaxt daş karxanasında onlardan başqa Samid adlı kombayn işlədən işçiləri də vardır. Onlar əyinlərini dəyişmək üçün orada olan otağa keçmişlər, Şahid1 hər zaman olduğu kimi bu dəfə də daş karxanasının ərazisxxxx baxış keçirməyə getmişdir. Onlar otaqda olarkən təxmxxxxn 10 dəqiqə sonra Şahid1 həyəcanlı şəkildə onlara yaxınlaşıb ərazidə olan ona məxsus daşkəsən kombaynın dərəyə aşırıldığını və altı ədəd relsin əzildiyini demişdir. Onlar isə həmin hadisədən məlumatsız olduqlarını bildirmişlər. Daha sonra Rza ilə Elbrus birlikdə kombaynın aşırdıldığı əraziyə yollanmışlar və orada həmin hərəkətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Şahid1 qayıdaraq DİN-nin 102 məlumat xidmətxxxx zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra polis əməkdaşlarının gəlməsini gözləmək üçün otağa keçmişlər və otaqda bir qədər oturub çay içib söhbət etmişlər. Elə bu vaxtı çöldən möhkəm səslərin gəldiyini eşidib hamısı çölə çıxmışlar. Çölə çıxarkən Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə əlində olan dəmir linklə, yəni şırım açanın linki ilə zərbələr endirdiyini görmüşlər. Şahid1 həmin vaxt avtomobilin yararsız vəziyyətə salınmaması üçün Səmədi avtomobilin yanından uzaqlaşdırmaq məqsədilə əlxxxx yaxınlıqda olan beli götürüb ona tərəf getmişdir. Bu zaman Səməd avtomobilin yanından iti addımlarla uzaqlaşmış, Şahid1 isə təkrarən DİN-nin 102 məlumat mərkəzxxxx zəng edib məlumat vermiş, əraziyə polis əməkdaşları gəlib avtomobilə baxış keçirtmişlər və avtomobilin şəkillərini çəkmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5 məhkəmə iclasına gəlməmişlər. Lakin Şahid5 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə onların məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə Şahid3 və Şahid5 iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlər Şahid3 və Şahid5 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid3 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar digər Şahid4 ilə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AB seriyalı 960252 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ER-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı avtomobil Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. (İ cild, i.v. 47) “xxxx” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş qiymətləndirmə aktından görünür ki, “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5411,02 manat ehtiyat hissələri və 7457,63 manat görülmüş işlər olmaqla, ümumilikdə 15185 manat məbləğində qiymətləndirilmişdir. (İ cild, i.v. 48) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsxxxx ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur (İ cild, i.v.57) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3291 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə təqdim edilmiş “xxxx” MMC tərəfindən təqdim edilmiş qüsur aktından göründüyü kimi 2013-cü il buraxılışlı “Toyota Hilux minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin iyul ayına olan təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətxxxx müvafiq hesablanmaqla 7177,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 4950,00 manat; 2. Təmir-bərpa işlərinin qiyməti – 2227,00 manat. Dəyişilməli hissələrin qiymətxxxx aşınma tətbiq edilməklə 6310,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 4083,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 2227,00 manat. 2. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 2013-cü il buraxılışlı “Toyota Hilux minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik həcmi 2500 kub/sm minik avtomobilinin normal vəziyyətdə 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxmxxxxn 38000,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (İ cild, i.v. 155-158) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsinin tərkibi olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və xx xxxxxxx 2020-ci il tarixli ərizəyə əsasən Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır. İş üzrə zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə protokolları, hadisə yerxxxx, fotoşəkillərə baxış və ifadənin yerində yoxlanılması protokolları, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3291 saylı rəyi sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyan 6310 manat kimi qiymətləndirilmişdir. Şahid1 məxsus kombaynın və relslərin zədələnməsi istintaq zamanı təsdiqini tapmadığından həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Ekspert rəyində göstərilən “İmperial Motors” deyil, “xxxx” MMC kimi oxunması qərara alınmışdır. (İ cild, i.v. 172-184) Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 201) Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödədiyindən onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsxxxx əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin tələbləri baxımından özgənin əmlakını qəsdən zədələmə əməli kimi qiymətləndirilməklə yanaşı, ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci hissəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, xx xxxxxxx 2017-ci il tarixli qanunla xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsxxxx əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin imperativ şərti nəzərə alınaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəyərək onunla barışması, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsxxxx dair xahişi və işin digər halları nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrxxxx əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsxxxx əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibxxxx, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsxxxx müvafiq olaraq qətimkan tədbirinin tətbiqxxxx zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibxxxx xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməli və sonuncu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizanının keçirilməsxxxx xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutulub, dövlət nəfxxxx keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsxxxx əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsxxxx dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsxxxx əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsxxxx əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərxxxx aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndxxxx əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsxxxx görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsxxxx dair cinayət işi üzrə icraata xitam verilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut – “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsxxxx keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsxxxx apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar