Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-42/2022 12.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs X6 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1985-ci ildə Ermənistan Respublikası, Spitak rayonu, Qursalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Bakı Dəniz Limanında mütəxəssis işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobil idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə, saat 17:30-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “KİA PRİDE” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən “Qobu-Park” yaşayış kompleksindən 600 metr üzü Lökbatan qəsəbəsi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobillə yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olan, 70 km/saat sürətlə hərəkətdə olaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin 1.1 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütov nişanlanma xətti) kəsib keçmək qadağan olması barədə tələblərini pozaraq mövcud şəraitdə idarəetməni itirərək sərt döngədə yolun əks hərəkət istiqamətinə çıxaraq Şahid etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz 818” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə ehtiyyatsızlıqdan toqquşmuş, nəticədə onun idarə etdiyi “KİA PRİDE” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs1 Elbrus qızının sağ bazu sümüyünün böyük qabarının qapalı, xətti sınığı ilə müşayiət olunun dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti alması, sərnişin X7 isə baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qan sızma, başın sol təpə gicgah nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin soldan İİ- İİİ - İV - V qabırğalarının yerini dəyişmiş qapalı sınıqları, sol çiyin qurşağının ön səthinin və sol saidin qançırları ilə müşayiət olunan bədən xəsarətləri alaraq 26 iyul 2021-ci il tarixdə, saat 12:30-da “Premium” Klinikasında ölməsi, eləcədə toqquşma nəticəsində “Mercedes-Benz 818” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi X8 2400 manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, ev 170A ünvanında yaşayır, ali hərbi təhsillidir, 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirmişdir. Ailəlidir, himayəsində biri azyaşlı olmaqla iki uşağı vardır. Hazırda “Bakı-Hövsan” Beynalxalq Dəniz Ticarət Limanının Sətəm şöbəsində mütəxəssis vəzifəsində işlədiyini, asudə vaxtlarında isə “*2111” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. 2021-ci ilin aprel ayından etibarən “KİA PRİDE” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini qeyd etmişdir. Həmin avtomobili X9 12200 manata almış, avtomobili baş etibarnamə ilə idarə etmişdir. 2006-cı ildən etibarən isə “BC” dərəcəli sürücülük vəsiqəsi olmuşdur. 19 iyul 2021-ci il tarixdə Qurban bayramı ilə əlaqədar marşrutlar işləmədiyi üçün taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin gün “*2111” taksi xidmətindən Bakı şəhəri Qobu qəsəbəsindən sifariş olduğu üçün həmin yerdən iki nəfər qadını müştəri qismində avtomobilə götürmüş və qadınların hər ikisi avtomobildə arxa oturacaqda əyləşmişdir. Onları Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 20-ci sahə adlanan əraziyə aparmaq üçün “Qobu-Lökbatan” yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Qeyd edilən yolu birinci dəfə getdiyi üçün yolu yaxşı tanımamışdır. Təxminən saat 17:30-da “Qobu-Park” yaşayış kompleksini keçib saatda 70 km sürətlə hərəkətdə olduğu zaman qarşısına anidən yolun sərt döngəsi çıxmışdır. Döngə çox sərt olduğu üçün avtomobilin tormoz əyləcini işə salmaqda imkan xaricində olmuşdur. Bu vaxt yolun əks istiqamətində hərəkətdə olan “Mercedes-Benz 818” yük markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmışdır. İdarəetməni itirdiyi üçün idarə etdiyi “KİA PRİDE” minik markalı avtomobilin sol qanadı “Mercedes-Benz 818” yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanadına dəymiş və toqquşma baş vermişdir. Zərbənin gücündən avtomobilin içərisində həm özü, həm də sərnişin qismində əyləşmiş Arzu Cəlilbəyli və Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım qrupu gəlmiş və onları 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirmişdir. Xəstəxanada müayinə olunmuş, sol qoluna tikiş sarğı qoyulduqdan sonra öz istəyi ilə evə buraxılmışdır. 26 iyul 2021-ci il tarixdə isə avtomobilində xəsarət alan şəxslərdən biri Arzu Cəlilbəyli vəfat etmişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, həmin sərt döngəyə yaxınlaşarkən heç bir yol nişanı olmadığı üçün qarşısına sərt döngə çıxacağını hiss etməmiş, lakin sərt döngəyə qəfil daxil olduğu üçün təhlükə anidən baş vermişdir. Bu səbəbdən də təhlükəni neçə metrdən gördüyünü deməkdə çətinlik çəkmiş, eyni zamanda əyləci basmaq üçün imkan xaricində olmuşdur. Hadisə baş verməmişdən əvvəl avtomobilində yük olmadığını, yalnız avtomobildə qeyd etdiyi iki nəfər qadın müştərilər olduğunu, yol nəqliyyat hadisəsinin isə öz ehtiyatsızlığı ucbatından baş verdiyi üçün xəsarət almasına baxmayaraq tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özü fərdi sahibkardır, “paralon” satışı ilə məşğul olur. Bundan başqa onun “Mercedes-Benz 818” yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili 2021-ci ilin fevral ayında idarə etməsi üçün bir illik etibarnamə ilə Şahid vermişdir. Şahid qeyd edilən avtomobili idarə etmək üçün hüququ olmuşdur. 19.07.2021-ci il tarixdə axşam saatlarında Şahid ona zəng edərək Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Qobu” qəsəbəsi istiqamətində gedən yolda, “Qobu-Park” yaşayış kompleksinin yaxınlığındakı sərt döngədə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əzilməsi barədə məlumat vermişdir. O, hadisə barədə eşitdikdən sonra hadisənin baş verdiyi yerə gəlmişdir. Hadisə yerində Şahid idarə etdiyi “Mercedes-Benz 818” yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “KİA PRİDE” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin asfalt örtüklü yolun üstündə toqquşduğunu, hər iki avtomobilin əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Hadisə yerində iki nəfər qadın xəsarət almış və onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. “Mercedes-Benz 818” yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi özüdür, Şahid isə etibarnaməyə əsasən yalnız sürücüdür, qeyd edilən avtomobili sürmək hüququna malikdir, həmin avtomobillə bağlı Şahid digər hüquqları məhduddur. Həmçinin həmin avtomobilin əzilməsi nəticəsində ona maddi ziyan dəymişdir. Hadisə yerində olarkən Şahid idarə etdiyi avtomobil öz yolunda olmuş, digər “Kia Prıde” markalı avtomobil isə onun yoluna çıxmış və toqquşma baş vermişdir. Bu səbəbdən də o, günahı Şahid görmədiyi üçün ondan şikayətinin olmadığını bildirmişdir. Şahid avtomobili idarə edərkən hər hansı bir nasazlıq olduqda avtomobilin təmir xərcləri Habil tərəfindən deyil, özü tərəfindən həyata keçirilir. Ona məxsus “Mercedes-Benz 818 yük” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 2400 manat maddi ziyan dəydiyini, avtomobilin orta ramasının tam əyildiyini, qabaq qanadın sol tərəfinin qırıldığını, qabaq sol faranın sınaraq tam şəkildə yararsız hala düşdüyünü və digər ehtiyyat hissələrinin sıradan çıxdığını bildirmişdir. Bu səbəbdən də Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 07.09.2021-ci il tarixli, 9/5712 nömrəli rəydə göstərilmiş 600 manat maddi ziyanla razı olmadığını demişdir. Zərərçəkmiş şəxs X13 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayətinin olmadığını, təqsirləndirilən şəxslə barışmasının cəza təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş 17 avqust 2021-ci il tarixli ərizədən də görünür ki, X2 Çingiz Alim oğlu ilə barışmış, ona vurulmuş ziyan tam həcmdə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində X15 göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, orta təhsillidir, fərdi olaraq avtomobil təmiri salonunda rəngsaz işləyir. O, bildirmişdir ki, X16 onun arvadı olmuş, onunla 2007-ci ildə nikah bağlamış, birgə nikahlarından iki oğlan övladları vardır. X25 18 iyul 2021-ci il tarixdə yaxın qohumunun toy mərasimində iştirak etmək üçün Bakı şəhərinə gəlmişdir. Səhərsi günü, yəni 19 iyul 2021-ci il tarixdə X25 Təqsirləndirilən şəxs taksi kimi idarə etdiyi “Kia Prıde” markalı avtomobili ilə Qaradağ rayonu, Qobu qəsəbəsindən Səbail rayonu, Bayıl qəsəbəsinə digər qohumlarına qonaq gedərkən saat 17:30 da Təqsirləndirilən şəxs sərt döngədə idarəetməni itirməsi nəticəsində avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lökbatan-Qobu” yolunda, “Qobu-Park” yaşayış kompleksinin yaxınlığında qarşı tərəfdən gələn “Mercedes-Benz 818” yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə X25 bədən xəsarətləri alaraq əvvəlcə Sabunçu rayon xəstəxanaına yerləşdirilmişdir. Daha sonra isə X25 “Premium” xəstəxanasına köçürülmüş və 26.07.2021-ci il tarixdə həmin xəstəxanada ölmüşdür. Həmçinin o, bildirmişdir ki, yol nəqliyyat hadisəsi ehtiyatsızlıq ucbatından baş vermiş, hadisəni törətmiş Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərilmiş, arvadının xəstəxanada bütün maddi təlabatları yerinə yetirilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə bilrlikdə yaşayır, özü orta təhsillidir, rəsmi iş yeri yoxdur, evdar qadındır. 18 iyul 2021-ci il tarixdə mərhum qohumu Arzu Cəlilbəyli ilə birlikdə qohumlarının toy mərsimində iştirak etmək üçün Mingəçevir şəhərindən Bakı şəhərinə gəlmişlər və həmin gün toy mərasimində iştirak etmişlər. Səhərsi günü, yəni 19 iyul 2021-ci il tarixdə Qaradağ rayonu, Qobu qəsəbəsində yaşayan digər qohumlarının qonağı olmuşlar. Axşam saatlarında isə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsinə gəlmək üçün taksi sifariş etmişlər və onları həmin yerə aparmaq üçün “KİA PRİDE” markalı avtomobil gəlmişdir. Həmin avtomobili əvvəllər tanımadıqları Təqsirləndirilən şəxs idarə etmişdir. Onlar taksi ilə Qaradağ rayonu, Qobu qəsəbəsindən Səbail rayonu, Bayıl qəsəbəsinə digər qohumlarına qonaq gedərkən təxminən saat 17:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lökbatan-Qobu” yolunda, “Qobu-Park” yaşayış kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs sərt döngədə idarəetməni itirmiş və avtomobil sol zolağa digər hərəkət istiqamətinə keçərək anidən qarşıdan gələn “Mercedes-Benz 818” markalı yük avtomobili ilə toqquşmuşdur. X19 ilə o, müxtəlif bədən xəsarətləri alaraq Sabunçu rayon xəstəxanasına yerləşdirilmişlər. 20 iyul 2021-ci il tarixdə gecə saatlarında isə xəstəxanadan evə buraxılmışdır. Bildirmişdir ki, yol nəqliyyat hadisəsini törədən Təqsirləndirilən şəxs həm xəstəxanada yatarkən, həm də sonradan ona maddi yardım göstərmiş, həkimlərin pulunu, eləcədə dərmanları ilə bağlı təlabatlarını tam yerinə yetirmişdir. Bu səbəbdən də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını demişdir. O, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etməmiş, sadəcə olaraq onun qarşısına anidən çox sərt döngə çıxmış, bu səbəbdən də qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən “Qobu-Park” yaşayış kompleksində yaşayır, etibarnamə ilə X8 məxsus “Mercedes-Benz 818” yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir və həmin avtomobillə sifariş əsasında yük daşımaqla məşğul olur. 19 iyul 2021ci il tarixdə günorta saatlarında idarə etdiyi həmin avtomobili Xocahəsən qəsəbəsində yerləşən “Top Service” təkər təmiri sexində təmir etdirmiş, bundan sonra “Qobu-Park” yaşayış kompleksinə gəlmək üçün yola düşmüşdür. Saat 17:30-da idarə etdiyi yük avtomobili ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lökbatan-Qobu” yolu ilə üzü “Qobu- Park” yaşayış kompleksi istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkətdə olduğu zaman əks istiqamətdən sərt döngəyə “KİA PRİDE” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə daxil olmuşdur. O, ani olaraq hadisənin qarşısını almaq məqsədilə tormoz əyləcini basıb avtomobili nisbətən sağ tərəfə çəksə də hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olmamışdır. Bu vaxt “KİA PRİDE” minik markalı avtomobilin sol qanadı onun idarə etdiyi “Mercedes-Benz 818” yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanadına dəymiş və toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomobilin arxa hissəsi bir qədər sağa yol kənarına, qarşı hissəsi ilə yolun hərəkət hissəsinə doğru bir qədər sürüşüb dayanmışdır. Hadisə zamanı özünü itirdiyi üçün şok vəziyyətində qalmışdır. Bir neçə saniyə sonra isə özünə gəlib avtomobildən düşmüşdür. Hadisənin baş verdiyi yerə Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları gəlmiş, eləcədə hadisəni görən çoxsaylı vətəndaşlar hadisə yerinə toplaşmışdır. Oradakı insanların köməyi ilə toqquşduğu avtomobilin sürücüsü və həmin avtomobildən olan iki nəfər qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salınmışdır. Bundan sonra hadisə yeri polis əməkdaşları tərəfindən müayinə olunmuş, avtomobillər duracağa təmin edilmişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, sərt döngəyə “KİA PRİDE” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil daxil olarkən təhlükəni 30 metr qalmış hiss etmiş, əyləci basmadan avtomobili söndürmüşdür. Hadisə baş verməmişdən əvvəl avtomobilində yük olmamış, avtomobil boş vəziyyətdə olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamış, lakin sinəsində yüngül ağrı baş verdiyi üçün Lökbatan qəsəbəsində tibbi ekspertizadan keçmişdir. O, qəzadan yayınmaq üçün avtomobilin tormuz sistemini basmamış, güman etmişdir ki, həmin avtomobil yanından ötüb keçər. Lakin onun fikirləşdiyi kimi olmamış, yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt qarşı tərəfdən gələn avtomobilin sürəti onun sürətindən böyük olduğu üçün, eləcədə həmin avtomobil yolda oynadığı üçün özünü itirmiş, bu səbəbdən də avtomobili səkiyə doğru çəkməyi imkan xaricində olmuşdur. O, öz ifadəsində daha sonra göstərmişdir ki, əvvəlki ifadələridə yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobilin əyləc sistemini basmadığını qeyd etməsinə baxmayaraq ifadələrinin həmin hissələrini təsdiq etmir. O, 19.07.2021-ci il tarixdə, saat 17:30 radələrində “Lökbatan-Qobu” yolu ilə üzü “Qobu-Park” yaşayış kompleksi istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkətdə olduğu vaxt sərt döngədə “KİA PRİDE” markalı avtomobil ani olaraq onun hərəkət zolağına daxil olmuş və idarə etdiyi avtomobilə tərəf hərəkət etmişdir. “Kia” markalı avtomobil sanki aşmaq üzrə olmuş və idarə etdiyi avtomobilin qarşısına ani olaraq çıxdığı üçün özünü itirmişdir. Həmin vaxt yol kənarında avtobus gözləyən şəxslər olduğu üçün avtomobili yolun kənarına doğru qaçırtmaqda ehtiyat etmiş və hərəkət hissəsində avtomobilin əyləcini cüzi basaraq sürətini azaltmışdır ki, “Kia” markalı avtomobil öz zolağına çıxıb hərəkətini davam etsin. Təxminən sürəti 25-30 km saat olarkən anidən toqquşma baş vermişdir. Hadisə zamanı tormuz sistemini tam deyil, yüngül şəkildə basaraq avtomobili dayandırmaq məqsədi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X33 Qaradağ rayon şöbəsinin 21.08.2021-ci il tarixli, 70 №-li rəyindən görünür ki: 1977-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsinə, laborotoriyalarda verilmiş cavaba əsasən hadisə barədə qərarda göstərilənlər nəzərə alınaraq nəticəyə gəlinmişdir ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qan sızma, başın sol təpə gicgah nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin soldan İİ- İİİ - İV - V qabırğalarının yerini dəyişmiş qapalı sınıqları, sol çiyin qurşağının ön səthinin və sol saidin qançırları həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni 19.07.2021-ci il tarixdə sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərlə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər.
2. X1 ölümünə səbəb başın küt travması və başın sol təpə-gicgah nahiyyəsinin yarası ilə müşayiət olunan baş-beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur.
3. Meyidin əlamətləri inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, A.T.Cəlilbəylinin ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxta 4-6 saat əvvəl olmaqla 26.07.2021-ci il tarixdə, saat 12:30-da “Premium” Klinikasında baş vermişdir.
4. Mərhum A.T.Cəlilbəylinin meyitində götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik vasitələr aşkar edilməmişdir. (2173/K saylı, 05.08.2021-ci il tarixli Akt). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X33 Qaradağ rayon şöbəsinin 13.10.2021-ci il tarixli, 472 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Elbrus qızında məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sağ bazu sümüyünün böyük qabarının qapalı, xətti sınığı bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və tibbi yardım üçün X30 müraciət etdiyi 19.07.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X33 Qaradağ rayon şöbəsinin 26 iyul 2021-ci il tarixli, 484 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Şahid bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 8/1920 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Kia Prıde” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə “Mercedes-Benz 818” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətləri tədqiq etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2021-ci il tarixli, 8/2840 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz 818” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Kia Prıde” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Tərtib edilmiş 19.07.2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lökbatan-Qobu” yolu, “Qobu-Park” yaşayış kompleksinin yaxınlığında baş vermişdir. Hadisə baş verən yerdə yolun hərəkət hissəsi döngəli, yol örtüyü asfalt-beton, yol örtüyünün vəziyyəti isə quru olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 9/5712 saylı rəyindən görünür ki, “Mercedes-Benz 818” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləği ümumilikdə 600 manat təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli qərardan aydın olur ki, “Mercedes-Benz 818” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X8 dəymiş ziyan 2400 manat məbləğində müəyyən edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 9/5712 saylı rəyi sübut kimi qəbul edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yerini əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Müəyyən edilmişdir ki, YNH-si Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lökbatan-Qobu” yolu, “Qobu-Park” yaşayış kompleksinin yaxınlığında baş vermişdir. Ortaya çıxmış yeni hallarla bağlı yenidən yol-nəqliyyat hadisəsi yerinin sxemi çəkilmişdir. Həmin yol-nəqliyyat hadisəsi yerinin sxemindən görünür ki, qeyd edilən yol asfalt-beton örtükdən ibarət olması ilə yanaşı yolun ümumi eni 7 metr, iki hərəkət istiqmətli, hər hərəkət istiqamətinin eni isə 3,4 metrdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən daxil olmuş 11.08.2021-ci il tarixli, 016-93456-1221 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.06.2016-cı il tarixdə (14.06.2026-cı il tarixədək müddətə etibarlı olan) AC 056840 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “ƏN-Vİİ № 755099” nömrəli etibarnamədən görünür ki, “KİA PRİDE MİNİK” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs X18 tərəfindən 23.04.2021-ci il tarixdə etibarnamə ilə verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququ olduqda həmin avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan 59 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə Nəsimi rayon 59 saylı MKİS-ə yazılı surətdə heç bir şikayət daxil olmamış və o, müsbət xarakterizə edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X17 arasında 28 avqust 2008-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 12.03.2007-ci il tarixdə doğulmuş X5 və 17.01.2009-cu il tarixdə doğulmuş Namazova Güləsmər Çingiz qızının ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X14 arasında 08 sentyabr 2007-ci il tarixdə nikah bağlanmış, arvada Cəlilbəyli soyadı verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərəçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, ona qarşı heç bir şikayət və tələblərin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 26 saat 30 dəqiqə iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 saat 30 dəqiqə iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov