Məhkəmə qərarları › İş №1(002)-42/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-42/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-42/2023 23.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda yerləşən "Miss Moda" mağazasının qarşısında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərə qarşı laqeyidlik və etinatsızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ictimai qaydaların qərəzli sürətdə pozulmasına səbəb olan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan yumruq və təpiklə tanışı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrınə bır neçə dəfə qəsdən vuraraq ona başın ənsə nahiyyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan başın ənsə nahiyyəsinin dərialtı hematoması, sağ qulaq seyvanının yumşaq toxumalarının və qığırdaqlannın qançır şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağ qulaq seyvanının sıyrığı, boyunun sol yan səthinin qançırı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək, həmçinin sonuncunun istifadəsində olan eşitmə aparatını zədələyərək ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq ediməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xulıqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Binə” ticarət mərkəzində arabaçı işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16.00 radələrində “Binə” ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda olan zaman bazarda arabaçı işləyən uzaq qohumu Hüseynin bazarda su satışı ilə məşğul olan Ülvü ilə söhbət etdiyini görərək onlara yaxınlaşmış və söhbətlərindən başa düşmüşdür ki, Hüseyn tanımadığı şəxsdən 10 manata gödəkçə almış, Ülvi isə həmin gödəkçənin ona məxsus olduğunu bildirir. Ülviyə bir neçə dəfə izah etmişdir ki, gödəkçə ona məxsus deyil. Söhbət zamanı aralarında mübahisə yaranmış və mübahisə zamanı o, əsəbləşərək əli ilə Ülvinin sifətinin sağ nahiyyəsınə zərbə endirmişdir.Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərərçəkmiş şəxslə barışıb.Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə islasında zərərçəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, “Binə” ticarət mərkəzində su satışı ilə məşğul olur. 18 10.2022-ci il tarixdə saat təxminən 16.00 radələrində “Binə” ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda olan zaman bazarda arabaçı işləyən Hüseyni görmüş və Hüseynin onun səhvən zibilliyə tullanılan gödəkçəsini geyinməsini müşahidə etmişdir.O, dərhal ona yaxınlaşaraq həmin gödəkçəni haradan aldığını soruşmuş, o da gödəkçəni tanımadığı şəxsdən “Sədərək” ticarət mərkəzində 10 manata aldığını demişdir.O, Hüseynə həmin gödəkçənin ona məxsus olduğunu bildirmiş, lakin Hüseyn ona əhəmiyyət verməyərək çıxıb getmişdir. Onlar söhbət edən zaman yanlarında Hüseynin tanışı Fariz yaxınlaşmış, o Farizə baş vermiş hadisəni danışmış, cavab olaraq Farizə Hüseynə 10 manat pulu verdikdən sonra gödəkçənı qaytarmasını demişdir. Onun bu sözündən sonra aralarına söznən mübahisə yaranmış və Fariz bir əli ilə onun boğazınan tutmuş digər əli ilə isə sifətinə zərbə endirmişdir. Fariz ona vurduğu zərbə nəticəsində o yerə yıxılmış və sağ qulağının içərisində olan eşitmə aparatı sınmışdır. Bundan sonra Həbib və Xəzər Farizi ondan ayırmış, yaranmış səs-küyə polis əməkdaşları yaxınlaşmış və onları polis bölməsinə aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 oğlu ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün “Binə” ticarət mərkəzinin 5-ci sırasında olan zaman Ülvi və Farizin dava etdiklərini görmüş və yaxınlaşaraq onları ayırmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün “Binə” ticarət mərkəzinin 5-ci sırasında olan zaman Ülvi və Farizin dava edərək bir-birlərini vurduğunu görmüş və yaxınlaşaraq Həbiblə birlikdə onları ayırmışdır. İş materillarında olan müşahidə kamerasının DVD diskə köçürülmüş video görüntüsünə məhkəmə iclasında keçirilmiş baxış zamanı xx.xx.2022-ci il tarixdə X1 etdiyi, Təqsirləndirilən şəxs və iki nəfər şəxsin arabaların üzərində əyləşdikləri görünür. Zərərçəkmiş şəxs danışan zaman Təqsirləndirilən şəxs əyləşdiyi arabadan qalxaraq Zərərçəkmiş şəxs ilə mübahisə edir və sonradan onu boğazından tutaraq digər əli ilə sifətinə zərbə endirir və Zərərçəkmiş şəxs yerə yıxılır.Bundan sonra iki nəfər şəxsin Təqsirləndirilən şəxs Ü.Şəmsibəylıdən ayıraraq uzaqlaşdırdığı görünür. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pətaloji Anatomiya" publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 787 saylı rəydən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- başın ənsə nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ qulaq seyvanının yumşaq toxumalarının və qığırdaqlarının qançır şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağ qulaq seyvanının sıynğı, boyunun sol yan səthinin qançırı bərk küt əşya(əşyəlar) təsirindən, müayinədən bir günə qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materillarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs, ilk dəfə cinayət törətməsini, törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X2, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 18 gün həbsdə saxlamanının 1 gününə islah işləri cəzasının 4 gün hesabı islah işləri cəzasına hesablansın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay 18 (on səkkiz) gün islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İslah işləri üzrə cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X2, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar