Məhkəmə qərarları › İş №1(002)-42/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-42/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-42/2024 07.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 194 saylı maşurut avtobusunda sürücü işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarəyə verdiyi Şahid5 məxsus “Renault Megan” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmamasını tələb etsə də, Zərərçəkmiş şəxs Ağcəbədi rayonunda olduğunu bildirməsinə baxmayaraq mobil telefonunda olan “sms radar” mobil tətbiqi vasitəsilə gələn mesajdan sonuncunun Bakı şəhəri istiqamətində hərəkətdə olduğuna əmin olub tanışları Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə 23 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt avtomobil yolunun 15-ci km-də yerləşən Siqnal İdarəsinin 18 saylı duracağının qarşısına gələrək həmin vaxt oradan keçən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili saxlatdırıb avtomobildən düşürərək mübahisə edərək dalaşmış, şəxsi münasibətlər zəmnin aralarında yaranmış münaqişəni sonradan ictimai xarakter alaraq respublika əhəmiyyətli magistral yolda hərəkət iştirakçılarının diqqətinə səbəb olduğunu dərk etməsinə baxmayaraq özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib baş, sifət və bədən nahiyyələrindən bir neçə dəfə yumruq və təpiklə vuraraq sonuncuya başın təpə-ənsə nahiyələrinin qançır – zəif şişkinliyi, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sol qalça nahiyəsinin qançırından ibarət dərəcələrinə görə sağ almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, başın təpə - ənsə nahiyələrinin qançır – zəif şişkinliyi və sol qalça nahiyəsinin qançırı isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobili icra əsasında günü 25 manatdan olmaqla Ruslan adlı şəxsə vermişdir.Bir müddət keçdikdən sonra Ruslan ona pulu vermədiyi üçün Ruslana zəng etmiş və pulu tələb etmişdir.Ruslan hal-hazırda anası xəstə olduğu üçün rayonda olduğunu bildirmişdir.Lakin bir müddət keçdikdən sonra ona “SMS Radar” vasitəsi ilə bildiriş gəlmiş və ona məxsus avtomobilin şəhər istiqamətində radarlara düşərək gəldiyini bilmişdir.Bundan sonra elnura zəng etsə də o, telefona cavab vermədiyindən həmin vaxt yanında olan tanışları, Rinad, Elnur və Əmianağa ilə birlikdə Lökbatan dairəsinə maşını qarşılamağa getmişlər.Maşının keçdiyini gördükdən sonra onu saxlatdırmış və Ruslandan açarları alaraq Bayıl qəsəbəsinə gəlməsini və orada söhbət edəcəklərini bildirmişdir.Lakin Ruslan maşının qarşısında duraraq onun getməsinə mane olmuş və o da buna görə Ruslanı itələmiş, Ruslan yerə yıxılmışdır. Bundan sonra Ruslan ayağa qalxaraq polisə şikayət edəcəyini bildirmiş və onu polis bölməsinə çağırmışlar. O Ruslanı vurmamışdır, sadəcə itələmişdir və Ruslan ona görə xəsarət ala bilməz. Halhazırda zərərçəkmiş şəxslə barışıb. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir tanıdığı Fərid adlı şəxsdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşın götürmüşdür. Bir müddət sonra Fərid ona maşını satdığını və buna görə də heç yerə getməməsini bildirmişdir. Lakin o, buna məhəl qoymayarq Ağstafa rayonuna müştərisi olduğu üçün ora getmişdir. Rayondan qayıdan zaman Fərid ona zəng etmiş, lakin o, Fəridə yerini düzgün bildirməmişdir. Yorğun olduğu üçün yolda maşını idarə etmək üçün Elnur adlı tanışına vermişdir. Şəhər istiqamətində gedərkən Lökbatan dairəsində Fərid maşını saxlatdırmış, maşını Elnur idarə etdiyinə görə əsəbiləşmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Fərid onu itələmiş və o da əsəbiləşərək “102” xitmətinə zəng vuraraq məlumat vermişdir. Elnurun yanında iki nəfər şəxs olsa da həmin şəxslər onu vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur və onlar bir yerdə taksi fəaliyyəti ilə məşğul olurlar. Fərid ona zəng vuraraq bildirmişdir ki, gedib maşını götürmək lazımdır. Həmin vaxt Fəridin maşınını sürən şəxs rayon istiqamətindən Bakı şəhərinə radarlara düşərək gəlirdi. Fərid maşını saxlatdıraraq həmin şəxsləri maşından düşürdü. Fərid maşını sürüb getmək istəsə də həmin şəxs özünü maşının ön hissəsinə çırparaq getməyə mane olurdu. Bundan sonra orada Fərid Ruslan adlı həmin şəxsi itələdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır və münasibətləri var. Fəridin dostunun yanına maşınının kondisionerini düzətdirməyə gəlmiş və Fəridi orada görmüşdür. Həmin vaxt Fərid ondan bir yerə gedə biləcəyini soruşmuş və o da razılaşmışdır. Yolda Fərid maşının qarşısını kəsdi və maşını saxlatdırıb açarları tələb etdi. Lakin həmin şəxs açarları vermək istəmirdi. Sonradan Fərid maşının qarşısına keçdi və Rinad sükan arxasına keçəndən sonra maşını sürüb getdilər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, kreditlə əlaqədar taksi sürücüsü Elnurla banka gedirmiş. Həmin vaxt Elnur ustadan kondisoner götürəcəyini bildirmiş və onlar bir yerdə Fərid adlı şəxsin yanına getmişlər. Oradan onlar Fəridin xahişi ilə ona məxsus maşını götürməyə getmişlər. Maşını götürmək istəyən zaman maşını sürən şəxs özünü ora bura çırparaq onu verməkdən imtina edirdi. Sonradan həmin şəxs maşınıın önündən çəkilmiş və onlar maşını götürüb gəlmişlər. İş materillarında olan məhkəmə-tibbi ekspertizasının 30 iyun 2023-cü il tarixli 449 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – başın təpə-ənsə nahiyələrinin qançır – zəif şişkinliyi, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sol qalça nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağ almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, başın təpə - ənsə nahiyələrinin qançır – zəif şişkinliyi və sol qalça nahiyəsinin qançırı isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materillarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264cü maddələri təqsirli bilinərək 02 il nəqliyyat vasitələri idarəetmə hüququndan məhrum edilməklə 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin 28 avqust 2023-cü il tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək xuliqanlıq etmədiyi barədə ifadə versə də, həmin fakt işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edərək ona qarşı şikayət-tələbin olmamsını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı 01 (bir) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 10 (on) saata görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 gün azadlıqdan məhrumetmənin 1 gününə islah işləri cəzasının 4 gün hesabı islah işləri cəzasına hesablansın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İslah işləri üzrə cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 10 (on) saata görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar