Məhkəmə qərarları › İş №1(002)-43/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-43/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-43/2022 21.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi X8, Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1954-cü ildə Şəmkir rayonu, Abbaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, təqaüdçü, müharibə veteranı, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi «X23 H5E» minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 62-ci kilometrliyində Qazax şəhəri istiqamətində hərəkətdə olan zaman qarşısında arxaya doğru hərəkətdə olan Şahid idarə etdiyi «İveco Daily» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “İveco Daily” minik markalı avtomobilin sərnişini X9 onurğanın boyun şöbəsinin C5-C7 (5-ci, 7-ci boyun fəqərələri) fəqərələri səviyyəsində onurğa beynin kontuziyası və onurğa beynin funksiyasının zəif pozulması ilə müşayiət olunan C7 (7-ci boyun fəqərəsi) fəqərəsinin sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır, X4 qamış sümüyünün bayır kondilusunun və sol incik sümüyünün başının qapalı yerinidəyişən sınıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X1 baldırın orta 1/3-nin dərialtı hemotoması və bədən səthinin çoxsaylı sıyrıqları kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər almalarına, habelə "xxxx" MMC-yə məxsus «İveco Daily» minik markalı avtomobilin əzilərək 5066 (beş min altmış altı) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, «B» kateqoriyalı, AB seriyalı, 727694 nömrəli sürücülük vəsiqəsi var və o, həmin vəsiqə ilə özünə məxsus olan «X23 H5E» minik markalı, **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 17 iyun 2021-ci il tarixdə həmin avtomobillə Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir. Orada işlərini bitirdikdən sonra səhəri gün, yəni 18 iyun 2021-ci il tarixdə yenidən yaşadığı Gəncə şəhərinə qayıtmaq istəmişdir. O, özünə məxsus «X23 H5E» markalı avtomobillə Bakı şəhərindən Bakı- Qazax-Gürcüstan avtomobil yoluna çıxıb Qazax şəhəri istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən avtomobil texniki cəhətdən saz olub, yük yeri boş olub, avtomobildə sərnişin olmamışdır. Bakı-Qazax yolu ilə avtomobili 100-110 km/saat surətlə idarə edərək xeyli gəlmiş və Qaradağ rayonu, Qobustan qəsəbəsini keçmişdir. Qobustan qəsəbəsini keçib Ələt qəsəbəsi istiqamətində avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə təxminən 90-100 km/saat surətlə hərəkətdə olan zaman Qaradağ rayonu ərazisində qoyulmuş yeni YPX postunu keçəndən sonra yolda “İveco Daily” markalı **-PV- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yüksək surətlə onu ötüb keçmişdir. Bir xeyli getdikdən sonra, yəni Şıxlar kəndi ərazisində ondan təxminən 150-200 metr aralıda İveco Daily avtomobilin sürücüsü hərəkət etdiyi zolaqda avtomobili saxlamışdır. O, həmin avtomobilin dayandığını görüb, sol zolağa çıxmaq üçün dönmə işığını yandırıb ikinci zolağa çıxmaq istəyərkən, ikinci yolla hərəkət edən uzun “TİR” maşınları ona imkan verməmişlər. O, həm birinci zolaqla ikinci zolağın arasındakı xətt üzrə hərəkət edirmiş. Orta yola çıxıb hərəkətini davam etmək istərkən, yük avtomobilindən biri onun idarə etdiyi avtomobili sıxaraq onu birinci hərəkət zolağına qaytarmışdır. O, heç təssəvürünə gətirə bilməzmiş ki, dayanmış avtomobil hərəkət zolağında arxa-arxaya hərəkət etsin. Çünki o, sol tərəfdən onu keçən avtomobillərdən qorunurmuş. O, birdən, biraz bundan əvvəl dayanmış avtomobilin geriyə tərəf ziq-zaq formada və yüsək surətlə geriyə gəldiyini görüb, idarə etdiyi avtomobili sola tərəf çəkib saxlamışdır və səsverici siqnalla siqnal vermiş, İveco Daily avtomobilinin sürücüsü siqnal verməyinə məhəl qoymamış və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. O, əgər sağa tərəf hərəkət etsəydi həmin an arxaya gələn avtomobil onu sol qapıdan vuraraq öldürə bilərmiş. Çünki sağa qaçmağa imkan yox imiş. Belə ki, o, İveco Daily avtomobilinin arxaya tərəf hərəkət etdiyini görəndə ara məsafələri az imiş, təxminən 25-30 metr olarmış. Toqquşmadan əvvəl o, tormoz verərkən, hər iki zolağın üstünə təxminən 6-6.5 metr uzunluğunda onun avtomobilinin təkər izləri düşmüşdür. Ona həmin təkər (tormoz yolu) izlərini xəstəxanadan çıxıb evinə gedəndə oğlanları göstərmişlər. Onun sağa tərəf qaçmağa nə imkanı nə də vaxtı olmamışdır. Vaxt saniyələrlə keçirmiş. Birdə təkrar etmişdir ki, o idarə etdiyi avtomobili sağa tərəf çəksəydi böyük səhv edərdi. X21 avtomobili ziq-zaq formada gəlirdi. Tamamilə qaçılmaz vəziyyət idi. X22 avtomobili əvvəllər yük avtomobili olub, sonradan həmin avtomobilin içinə kustar üsulla oturacaqlar qoyularaq, sərnişin daşımaq üçün istifadə etmişlər. Həmin avtomobilin arxanı göstərən nə sağ nədə ki sol güzgüsü olmamışdır. Sürücü avtomobili güzgüsüz idarə edirmiş. Ona görə də arxadan gələn avtomobili görmədən hərəkət etmişdir. O, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Qeyd etmişdir ki, qarşı tərəfin sürücüsü yəni, “İveco Daily” minik markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid şikayətçidir və ona dəymiş maddi ziyanı ödəməyini tələb edir. Hadisədən sonra müəyyən etmişdir ki, Şahid idarə etdiyi həmin avtomobil yük avtomobili olub, sonradan həmin avtomobilin içinə oturacaqlar qoyularaq sərnişin daşımaq üçün istifadə edilmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, mülki iddianı qəbul etmir, belə ki hadisə nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan sığorta tərəfindən ödənilmişdir. O, öz ifadəsində son olaraq özünü təqsirli bilmədiyini və ona bəraət verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən yaşadığı Ələt qəsəbəsinə getmək üçün Bakı-Qazax avtomobil yolunun kənarına çıxmış, orada biraz gözlədikdən sonra mikroavtobus gəlib saxlamışdır. O, avtomobildə salon hissədə sağ tərəfdə oturmuşdur. Mikroavtobusa oturduqdan sonra mobil telefonla danışmış, bir az getmişdir ki, iki qadın qarşıda düşmək üçün sürücüyə məlumat vermişlər. Sürücü onları eşitməyib dayanacağı keçmiş və avtomobili qarşıda saxlamışdır. Həmin qadınlar sürücünü mikroavtobusu arxaya, yəni dayanacağa yaxın sürüb saxlamasını xahiş etmişlər. Bu zaman sürücü bərk əsəbiləşərək mikroavtobusu arxaya, yəni dayanacağa doğru yüksək sürətlə yolun hərəkət hissəsi ilə sürməyə başlamış və avtomaşın sürətlə arxaya verildiyi üçün sağa-sola doğru yırğalanmaqla arxaya doğru hərəkətdə olarkən birdən əyləşdiyi mikroavtobus arxadan zərbə ilə nəyəsə dəyib dayanmışdır. Zərbədən sonra o, özündən getmişdir. Bir az sonra özünə gəlib xəsarət aldığını görmüşdür. O, göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X13 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə yaşadığı Qobustan qəsəbəsindən çıxıb Ələt qəsəbəsinə qohumlarının evinə getmək üçün Bakı-Qazax yolunun kənarına gəlmiş, orada yolun Qazax istiqamətinə olan hissəsinə keçib avtobusun gəlməsini gözləmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra mikroavtobus gəlib saxlamış, o, mikroavtobusda sağ tərəfdə oturacaqda əyləşmişdir. Həmin günü saat 15 radələrində əyləşdiyi mikroavtobus bir qədər hərəkət etdikdən sonra bir nəfər qadın qarşıdakı piyada keçidində düşmək istədiyini sürücüyə bildirmiş, lakin sürücü onu eşitməmiş və piyada keçidini keçib getmişdir. Bu zaman digər sərnişinlər qışqırıb dedikdən sonra sürücü eşitmiş və mikroavtobusu saxlamışdır. Həmin sərnişin qadın sürücüyə bildirmişdir ki, piyada keçidini keçmiş və sürücüdən mikroavtobusu arxaya doğru hərəkət etdirib piyada keçidinin yanında saxlamasını xahiş etmişdir. Sürücü əsəbiləşərək mikroavtobusu yolun sağ hərəkət hissəsi ilə arxaya doğru ziqzaqvari hərəkətlərlə yüksək sürətlə sürməyə başlamışdır. Təxminən 10-15 metr arxaya getmişlər ki, əyləşdiyi mikroavtobus arxadan gələn başqa bir avtomobil ilə zərblə toqquşmuşdur. Zərbədən mikroavtobusun içərisi qarışmışdır. Daha sonra hamı mikroavtobusdan düşmüş, o və 1-2 nəfər sərnişin qalmışdır. O, xəsarət almışdır. Hadisə yerinə gələn təcili tibbi yardım maşını onu xəstəxanaya aparmışdır. O, göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X14 öz ifadəsində göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə Qaradağ rayonu “Binə” ticarət mərkəzinin yanında yaşadığı Ələt qəsəbəsinə getmək məqsədilə mikroavtobusda sağ oturacaqda əyləşmişdir. Əyləşdiyi mikroavtobus Bakı-Qazax yoluna çıxaraq yola düşmüşdür. Yolda bir neçə dəfə saxlayaraq sərnişin düşürüb-mindirdikdən sonra mikroavtobus hərəkətini davam etdirərək Qobustan qəsəbəsini keçmişdir. Qobustan qəsəbəsini keçdikdən sonra sərnişin qadınlardan biri sürücüyə qarşıdakı piyada keçidinin yanında saxlamasını 2-3 dəfə çağırıb demişdir. Sürücü qadınların səsini eşitməyib piyada keçidini keçmiş, bu zaman salonda olan digər sərnişinlər də qışqırdıqdan sonra sürücü mikroavtobusu yolun sağ hissəsində saxlamışdır. Sonra qadın sürücüyə mikroavtobusu arxaya doğru hərəkət etdirərək piyada keçidinin yaxınlığında saxlamasını xahiş etmişdir. Sürücü mikroavtobusu arxaya doğru hərəkət etdirməyə başlamış və təxminən 10-15 metr arxaya doğru getmişdir ki, arxa sağ təkər asfaltdan çıxmışdır. Sürücü avtomobili yenidən yola qaytararaq hərəkətə başlamış, bu zaman arxadan zərbə hiss etmiş və əyləşdiyi mikroavtobusda olan sərnişinlər yıxılmışlar. O, xəsarət almış, hadisə yerinə gələn təcili tibbi yardım maşını onu xəstəxanaya aparmışdır. O, öz ifadəsində daha sonra bildirmişdir ki, qeyd olunan hadisə nəticəsində ona 4500 manat miqdarında maddi ziyan dəymişdir. Odur ki, ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X9 nümayəndəsi qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, hadisə nəticəsində qardaşı X12 4000 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan sığorta tərəfindən onlara 1500 manat məbləğində ödəniş edilmişdir. Odur ki, yerdə qalan 2500 manat məbləğində pulun təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmış Nümayəndə öz ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşunas vəzifəsində işləyir. 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 62-ci kilometrliyində Şahid idarə etdiyi işlədiyi şirkətə məxsus “İveco Daily” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən “X24 H5E” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində "xxxx" MMC-yə məxsus olan “İveco Daily” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi barədə məlumat daxil olmuş və baxış keçirilərək 5066 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Dəymiş maddi ziyanla bağlı onların gələcəkdə iddiaları olarsa mülki qaydada məhkməyə müraciət edəcəklər. O, öz ifadəsində son olaraq dəymiş maddi ziyanın ödənilməsini tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, ikinci Qarabağ müharibəsi ilə bağlı könüllü olaraq 20 sentyabr 2020-ci il tarixdə döyüşlərdə iştirak etmək üçün getmişdir. Orada xx.xx.2020-ci il tarixdə müharibədə yaralanmış və Füzuli rayonunda Hərbi Hospitalda müalicə aldıqdan sonra yenidən döyüşlərdə iştirak etmək üçün ön cəbhəyə yollanmışdır. xx.xx.2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə yenidən yaralanmış və müalicə olunmağı üçün hospitala getmişdir. Onun «BCED» kateqoriyalı, AC seriyalı, 098120 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqə ilə "xxxx" MMC-yə məxsus olan «İveco Daily» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı sərnişin avtomobilini yol vərəqəsi əsasında idarə etmişdir. Həmin avtomobili kreditə götürmüş və hər ay 626 manat kredit ödəyərək alıb sərnişin daşıyaraq çörək pulu qazanmışdır. 18 iyun 2021-ci il tarixdə həmin avtomobillə Hacıqabul rayonundan Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində işini bitirib günorta yaşadığı Hacıqabul rayonuna qayıtmışdır. O, idarə etdiyi «İveco Daily» minik markalı sərnişin avtomobili ilə Lökbatan dairəsi deyilən əraziyə getmişdir. Orada sərnişinlər götürüb yola düşmüşdür. Bakı-Qazax avtomobil yoluna çatıb Qazax şəhəri istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən avtomobil texniki cəhətdən saz olub, yük yeri boş olub, avtomobildə 5-6 nəfər tanımadığı sərnişin olmuşdur. Avtomobili təxminən 80-90 km/saat surətlə idarə edərək xeyli getmiş və yolda 1-2 dəfə sərnişin düşürüb, mindirərək Qaradağ rayonu, Qobustan qəsəbəsini keçmişdir. Avtomobili yolun sağdan ikinci yəni, orta hərəkət zolağı ilə idarə edərkən avtomobildə olan sərnişinlərdən biri düşmək istədiyini bildirmişdir. O, sağa dönmə işığını qoşub avtomobili sağa doğru istiqamətləndirmiş və sağ hərəkət zolağına keçib düzünə hərəkət edib surətini azaltmışdır. Bu zaman düşmək istəyən sərnişin düşəcəyi yeri keçdiklərinə görə ondan avtomobili geri verməsini xahiş etmişdir. O da avtomobili saxlayaraq yolun sağ hərəkət hissəsi ilə geri verməyə başlamışdır. Bu zaman birdən arxadan başqa avtomobil gəlib onun avtomobilinə çırpılmışdır. Toqquşmadan sonra zərbədən onun avtomobili yolun sağ kənarında dayanmışdır və dayanan kimi o, avtomobildən çıxmış və görmüşdür ki, markasını sonradan bildiyi “Great Vall” markalı avtomobilin qabaq sağ hissəsilə onun idarə etdiyi «İveco Daily» minik markalı avtomobilin arxa sol küncü toqquşub və həmin sürücü xəsarət alaraq avtomobilin içərisində qalıb. Daha sonra hadisə yerinə gələn təcili yardım briqadası həmin sürücünü və onun avtomobilində olan sərnişinlərdən bəzilərini xəstəxanaya aparmışlar. Hadisə zamanı o, heç bir bədən xəsarəti almamışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisədən əvvəl idarə etdiyi «İveco Daily» minik markalı avtomobildə təxminən 5-6 nəfər sərnişin olmuş, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş və xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 05 iyul 2021-ci il tarixli 1795/k nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Qaradağ rayon şöbəsinin 13 iyul 2021-ci il tarixli 439 saylı rəyindən görünür ki, müayinə zamanı X10 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sol qamış sümüyünün bayır kondilusunun və sol incik sümüyünün başının qapalı yerinidəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Qaradağ rayon şöbəsinin 14 iyul 2021-ci il tarixli 412 saylı rəyindən görünür ki, müayinə zamanı X9 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - onurğanın boyun şöbəsinin C5-C7 (5-ci, 7-ci boyun fəqərələri) fəqərələri səviyyəsində onurğa beynin kontuziyası və onurğa beynin funksiyasının zəif pozulması ilə müşayiət olunan C7 (7-ci boyun fəqərəsi) fəqərəsinin sınığı bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun ilk olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vət. R.B.Bədəlovun almış olduğu xəsarətin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu mikroavtobusun hərəkətdə olan avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Qaradağ rayon şöbəsinin 16 oktyabr 2021-ci il tarixli 726 saylı rəyindən görünür ki, müayinə zamanı X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol baldırın orta 1/3-nin dərialtı hematoması və bədən səthinin çoxsaylı sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, onun tibbi yardım üçün X26 Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun hərəkətdə olan avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət.N.A.Məmmədovanın adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan «L4-5» diskdə dural kisəni və sağ L5 sinir kökcüyünü sıxan 9 mm ölçüdə kaudala doğru uzanan sağ paramedian sekvestrasiya olunmuş yırtıq, L5 fəqərə cismində önə doğru İ dərəcə spondilolistezis, Lumbar osteoxondroz diaqnozu Ortopediya xəstəliklərinin xroniki sümük və oynaq patalogiyası olduğundan xəsarət kimi qiymətləndirilməmiş və həmin xəsarət dərəcə təyinində nəzərə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2021-ci il tarixli 8/1399 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ilkin kontakt anında toqquşma “X24 H5E” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ hissəsi ilə “İveco Daily” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa nisbətən sol hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi qalmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən vəziyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2021-ci il tarixli 8/1809 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən göstərilən şəraitdə “X24 H5E” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “İveco Daily” markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatında Azərbaycan Respublikasi CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi vardır. Bildirmişdir ki, ibtidai araşdırma dövründə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi əsas götürülərək ona ittiham verilmişdir. Ekspertin rəyi ilə razı deyil. Hesab etmişdir ki, bəzi xüsusatlar aydınlaşdırılmadan ona vaxtından əvvəl əsassız ittiham verilmişdir. Buna görə də yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə təkrar məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 8/1245 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,

1. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əsasən hadisə yerində avtomobillərə məxsus tormoz izi aşkar edilməmişdir.

2. İveco Daily markalı 99PV819 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər A.Ə.Rəcəbovanın və R.B.Bədəlovun ifadələrində göstərmələrinə əsasən İveco Daily markalı avtomobil arxaya doğru hərəkətə başladığı andan toqquşma yerinə kimi 10-15 metr məsafə qət etmişdir.

3. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə X24 H5E markalı, 99C0229 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi İveco Daily markalı avtomobil arxaya doğru hərəkətə başlayarkən avtomobillər arasında 25-30 metr məsafənin olması real hadisə mexanizminə uğun deyildir.

4. İveco Daily markalı avtomobilin dayandığı yerdən arxaya doğru hərəkətə başladığı andan toqquşmaya kimi 10-15 metr məsafə qət etməsi nəzərə alınmaqla X24 H5E markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmağa və İveco Daily markalı avtomobilin sol yan tərəfindən təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməyə imkanı olmuşdur.

5. İstintaq tərəfindən göstərilən şəraitdə X24 H5E markalı, 99CO229 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Avtomotoservis və Ticarət müəssisəsindən alınmış xx.xx.2021-ci il tarixli 48 R saylı ziyan aktından məlum olur ki, “İveco Daily” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2446 manat ziyan dəymişdir. BDYPİ Qİİ-dən alınmış xx.xx.2021-ci il tarixli 016-74299-1221 nömrəli məktubdan məlum olur ki, xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2012-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək müddətə etibarlı olan olan) «B» kateqoriyalı AB seriyalı 727694 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə, vətəndaş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. Cinayət işi üzrə “X25 H5E” minik markalı, **-CO-*** və “İveco Daily” minik markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından aydın olur ki, yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Şahid Məmməd oğlu barəsində 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilmiş və o cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Həmin Qərarda mülki iddiaçılar X14, X13, X5 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş mülki iddialar üzrə ərizələr baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cərimə tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 003496 saylı xx.xx.1997-ci il tarixli vəsiqənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 1.1 və 1.14-cü bəndlərinin təsiri altına düşür. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. 44.2.2-ci maddəsinin tələbindən aydın olur ki, bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Beləliklə, məhkəmə, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona cəza təyin edilməli, CPM-nin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2-ci maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, yəni təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini və 60 yaşdan yuxarı olmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, CPM-nin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Verilmiş mülki iddialara münasibətdə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxslərə izah edilməlidir ki, mülki mühakimə icraatı qaydasında onlara dəymiş maddi və ya mənəvi ziyanın ödənilməsini tələb etmək hüquqları vardır. Belə ki, zərərçəkmiş şəxslər ərizələrində hadisə nəticəsində xəsarət aldıqlarını və müalicə xərcləri üçün onlara ziyan dəydiyini bildirsələr də öz tələblərini kifayət qədər əsaslandırmamış və bu barədə yetərli sübut təqdim etməmişlər. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxslərin bir qisminə sığorta ödənişləri edilmişdir. Lakin məhkəməyə bu ödənişlərin edilməsi və miqdarı barədə heç bir sübut da təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbindən aydın olur ki, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində göstərilir k, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 328 (üç yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə “X25 H5E” minik markalı, **-CO-*** və “İveco Daily” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin və o, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 328 (üç yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə “X25 H5E” minik markalı, **-CO-*** və “İveco Daily” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçıların iddiaları baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslərə izah edilsin ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlara vurulmuş maddi və mənəvi ziyanların ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar