Məhkəmə qərarları › İş №1(002)-44/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-44/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-44/2020 21.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 136,60 (yüz otuz altı manat altmış qəpik) manat, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin, habelə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün hər ay əlavə olaraq 30 (otuz) manat məbləğində alimentin tutularaq tələbkar X4 ödənilməsinə dair qanuni qüvvəyə minmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-698/2018 №-li qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2019-cu il tarixədək şəxsi maraqları naminə, cəmi 4059 (dörd min əlli doqquz) manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə rəsmi nikaha girmiş, toyları isə təxminən 9 aydan sonra 2015-cı ilin sentyabr ayında olmuşdur. Birgə nikahdan xx.xx.2016-ci il tarixdə oğlu Baxşiyev Nihat dünyaya gəlmişdir. Birlikdə təxminən 1 il yaşamışlar, lakin birgə yaşayışları alınmamış, maddi imkanı daxilində uşağına və ailəsinə baxmışdır. 2016-cı ildə evə gələndə görmüşdür ki, Ayşən anasına əl qaldırmış bu səbəbdən Ayşəni vurmuş və bununla əlaqədar Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnin 127-ci maddəsi ilə 15 % ödəməklə 2 il şərti olaraq məhkum olunmuşdur. Ayşən Baxşiyeva ondan boşanmaq və aliment alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-698/2018ci №-li qətnaməsinə əsasən 1 uşağının saxlanılması üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 136,60 manat, xx.xx.2018-ci il tarixdən başlayaraq isə 154 manat sabit pul məbləğində alimentin, bundan əlavə olaraq uşağın 3 yaşınadək əlavə olaraq hər ay 30 manat alimenti Ayşən Baxşiyevaya ödəməlidir. İmkanı daxilində Ayşənə ödənişlər etmiş, lakin qəbzlər almamışdır, lakin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Ona məlumdur ki, xx.xx.2019-cu il tarixə aliment borcu 4059 manat təşkil edir. İbtidai istintaq zamanı 300 manat ödəniş etmiş, daimi iş yeri yoxdur, hal hazırda fəhlə kimi tikintidə işləyir, aylıq qazancı 500 manat olur, əvvəl isə «BP» şirkətində işləmiş, əmək haqqısı 750 manat təşkil edirdi, lakin ixtisarla əlaqədar işini itirmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, məhkəmə istintaqı zamanı hər ay Zərərçəkmiş şəxs davamlı olaraq ödənişlər etmişdir. Belə ki, o, məhkəmə istintaqı zamanı ümumilikdə aliment borcundan 3000 manata yaxın ödəniş etmişdir. Hazırda əməlindən peşimandır, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödədiyini və gələcəkdə də borcunu ödəyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə rəsmi nikaha girmiş, toyları isə təxminən 9 aydan sonra 2015-cı ilin sentyabr ayında olmuşdur. Birgə nikahdan xx.xx.2016-ci il tarixdə oğlu X7 dünyaya gəlmşdir. Birlikdə təxminən 1 il yaşamışlar, lakin birgə yaşayışları alınmamış, ona və uşağına qarşı laqeyd yanaşırdı. Təqsirləndirilən şəxs ancaq özü üçün yaşamış, evdən çıxıb günlərlə evə gəlmirmiş. Həmçinin onun cehiz əşyalarını da götürüb satırmış. Bu səbəbdən Samirdən boşanmaq və aliment alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-698/2018-ci il №-li qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 1 uşağının saxlanılması üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 136,60 manat, xx.xx.2018-ci il tarixdən başlayaraq isə 154 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir, lakin bundan nəticə çıxarmamışdır. Ona məlumdur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixə aliment borcu 4059 manat təşkil edir. O öz ifadəsində daha sonra göstərmişdir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 3000 manata yaxın aliment ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənişlər edilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid3 ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-698/2018 №li qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Qaradağ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı Qaradağ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-698/2018 №-li qətnaməsi üzrə xx.xx.2016-ci il tarixdə verilmış icra vərəqəsi icra olunması üçün Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Qaradağ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə icraata qəbul edilərək borclu Təqsirləndirilən şəxs icra tələbini könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, Qaradağ Rayon İcra və Probasiya Şöbəsi tərəfidən icra vərəqələri icraata qəbul edilərək onları könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən icra etməmiş, bu səbəbədən xx.xx.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2019-cu il tarixə kimi qətnamə üzrə ödənilməmiş alimentin miqdarı 4059 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Qaradağ Rayon Məşğulluq Mərkəzində əmək haqqısı 200 manat olan «X13»nda fəhlə, əmək haqqısı 250 manat olan «Mətanət A» şirkətində fəhlə işi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs təklif olunmuş iş yerlərindən əmək haqqının onu qane etmədiyi səbəbdən imtina etmiş və yüksək əmək haqqı olan işlə təmin olunmaq arzusunda olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş bildiriş və xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs qətnaməni icra etmək üçün əlavə vaxt verilmiş, qətnamə icra edilmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair xx.xx.2018-ci il tarixli bildirişdən, Qaradağ Rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2018-ci il tarixli qərarından, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan və digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(002)-698/2018 №-li qərəzli olaraq icra etməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən 600 manat ödəniş edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X3 təqdim etdiyi ödəniş qəbzlərinin surətindən görünür ki, alimentə görə onun tərəfindən xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 459 manat, xx.xx.2020-ci il tarixdə 454 manat, xx.xx.2020-ci il tarixdə 454 manat, xx.xx.2020-ci il tarixdə 500 manat və xx.xx.2020-ci il tarixdə 454 manat məbləğində aliment ödənişləri edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünü etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də məhkəmə prosesi zamanı araşdırılmış işin digər halları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını və zərərçəkmiş şəxsə olan aliment borcundan qismən ödənişlər etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı “Mərkəz” Vəkil Bürosunun vəkili X5 tərəfindən 23 iş saatı, məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 138 (yüz otuz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 138 (yüz otuz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar