Məhkəmə qərarları › İş №1(002)-44/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-44/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-44/2022 13.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 oktyabr 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi 0003 saylı həyət evinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri olan evdən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd dəyəri 2200 manat təşkil edən İpad, bir ədəd Tefal markalı dəyəri 70 manat təşkil edən ütü, bir ədəd qara rəngli «Sonashisalo» markalı dəyəri 25 manat təşkil edən saç feni, bir ədəd Çin istehsalı olan «Daydays SM-2819» yazıları olan dəyəri 15 manat olan termos, bir ədəd dəyəri 20 manat olan elektrik ölçən cihaz, 7 qutu hər birinin dəyəri 3 manat ümumlikdə 21 manat olan Sun firmasına aid salfetkalar, 4 ədəd hər birinin dəyəri 12 manat ümumilikdə 48 manat olan Türkiyə istehsalı olan zeytun yağları, 3 qutu hər biri 11 manat ümumilikdə 33 manat təşkil edən Azərçay qutuları, bir qutu dəyəri 70 manat təşkil edən drel başlıqları, bir dəst üzərində «Srunv» yazıları dəyəri 15 manat təşkil edən alətlər qutusu, bir ədəd üzərində «Fatmax Stanley» yazıları dəyəri 10 manat olan ölçü cihazı, bir qutu dəyəri 100 manat olan saxtexnik alətləri dəsti, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan 10 manat olan əl fənərı, bir ədəd üzərində «Shaishi Brand» yazıları olan qəhvəyi rəngli 22X11 sm ölçülü zəncirbarla açılıb bağlanan süni dəri materialından dəyəri 3,0 manat olan içərisində dəyəri 20 manat olan bir ədəd gümüşü boyunbağı olan pul kisəsi, bir cüt dəyəri 200 manat olan dəri kişi ayaqqabısı, bir cüt dəyəri 20 manat olan rezin çəkmə, bir dəst dəyəri 300 manat olan qaşıq bıçaq çəngəl dəsti, 01 ədəd qırmızı rəngli üzərində «Promise» yazılı qabın içərisində olan «Honest» markalı dəyəri 15,0 manat olan alışqan, bir ədəd dəyəri 1,0 manat olan bıçaq itiləyən, bir ədəd dəyəri 1,0 manat olan qozsındıran, ümumi qiyməti 500 manat təşkil edən xırda məişət əşyalarını və bir ədəd ümumi dəyəri 1000 manat təşkil edən gümüş və bijuteriya qabının gizli yolla talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4697 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o heç bir yerdə işləməmişdir və ona görə də maddi çətinlikləri olmuşdur. İş tapmaqda da çətinliklər çəkdiyindən asan pul qazanma yolları axtarmışdır. 01 oktyabr 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Sahil qəsəbəsində dolaşan zaman N.Mustafayev küçəsində yarım tikili fərdi evlərindən birinin qapısının açıq olduğunu və evdə heç kimin yaşamadığını görərək həyətə daxil olmuş və otaqların birində olan müəyyən ev əşyalarını götürüb selofan torbaya yığıb çıxmış və səhərisi günü aparıb Sahil qəsəbəsində yerləşən xırdavat dükanında Fərhad adllı şəxsə satmışdır, həmin mağazanı Fərhad işlədirmiş. O, Fərhada satdığı malların oğurluq olması barədə heç bir söz deməmişdir, sadəcə olaraq demişdir ki, «təcili lazımdır mənim əşyalarımdı satıram» və Fərhad ona 42 manat pul vermiş gətirdiyi malların müqabilində. O da həmin həmin pulu götürüb öz ehtiyaclarına xərcləmiş və 05 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Qaradağ RPİ-nin 38-ci PBdən gəlib onu yaşadığı evdən götürüb polis bölməsinə aparmışlar və polis bölməsində o, olduğu kimi etdiyi oğurluq cinayətini etiraf etmişdir. Qeyd etmişdir ki, o nə əvvəllər nə də ki sonradan başqa heç bir cinayət törətməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bir azyaşlı övladı var və ona görə aliment ödəyir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o hazırda ünvan 2 ünvanda yaşayırmış. Təxminən 8-9 il olar ki, o, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi 0003–də torpaq sahəsi almış və orada ev tikmək qərarına gəlmişdir. O həmin torpaq sahəsində az-az olsa da ev tikirmiş və hazırda ev hazırdır, lakin təmir olunmamışdır. Ev tam hazır olmasa da həmin həyət evində tam yaşayışa hazır mətbəx otağı var və ona görə də o özünə məxsus olan müəyyən məişət əşaylarını gətirib həmin evə qoymuşdur. 30 sentyabr 2021-ci il tarixdə o, axşam saatlarında özünə məxsus olan, müəyyən lazımi əşyalarını həmin evə gətirmiş və yerdə qalan digər müəyyən malları isə getmişdir ki, yığıb gətirsin. 01 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində o, Sahil qəsəbəsində yerləşən evinə gəlmiş və daxil olan zaman görmüşdür ki, evin plastikdən olan pəncərəsi bir qədər açıqdır. Qeyd etmişdir ki, həmin vaxt yanında qaynının həyat yoldaşı Mətanət Xalıqova olmuşdur. Həmin vaxt o və Mətanət evə daxil olmuşlar və görmüşlər ki, pəncərədə olan gül dibçəkləri yerə tökülüb dağıdılıb və onun əşyaları olduğu qutuların hamısı dağıdılıb. Sonradan o ətraflı baxış keçirdən zaman görmüşdür ki, ona məxsus olan bir ədəd təxminən 4 il bundan əvvəl aldığı dəyəri 2200 manat təşkil edən İpad, bir ədəd Tefal markalı dəyəri 70 manat təşkil edən ütü, bir ədəd qara rəngli dəyəri 70 manat təşkil edən saç qurudan, bir ədəd dəyəri 28 manat olan termos, bir ədəd dəyəri 20 manat olan elektrik ölçən cihaz, 7 qutu hər birinin dəyəri 3 manat ümumilikdə 21 manat olan Sun firmasına aid salfetkalar, 4 ədəd hər birinin dəyəri 12 manat ümumilikdə 48 manat olan Türkiyə istehsalı olan zeytun yağları, 3 qutu hər biri 11 manat ümumilikdə 33 manat təşkil edən Azərçay qutuları, bir qutu dəyəri 70 manat təşkil edən drel başlıqları, bir qutu dəyəri 50 manat təşkil edən vint açan dəsti, bir ədəd bucaqları ölçmək üçün dəyəri 15 manat olan alət, bir qutu dəyəri 100 manat olan saxtexnik alətləri dəsti, bir ədəd 50 manat olan işıq fənəri, bir ədəd dəyəri 22 manat olan sarı rəngli içərisində dəyəri 20 manat olan bir ədəd gümüşü boyunbağı olan pul kisəsi, bir cüt dəyəri 200 manat olan dəri kişi ayaqqabısı, bir cüt dəyəri 20 manat olan rezin sapoq, bir dəst dəyəri 300 manat olan qaşıq bıçaq çəngəl dəsti, ümumi qiyməti 500 manat təşkil edən xırda məişət əşyalarını və bir ədəd ümumi dəyəri 1000 manat təşkil edən gümüş və bijuteriya qabı gizli olaraq oğurlamışlar, bu oğurluq nəticəsində ona 4837 manat maddi ziyan dəymişdir. 04 oktyabr 2021-ci il tarixdə o Sahil qəsəbəsində xırdavat dükanlarının birində olan zaman orada ona məxsus olan bəzi məişət əşyalarını görmüş və tanımışdır ona görə də bu barədə Qaradağ RPİ-nin 38-ci PB-nə yenidən ərizə ilə müraciət edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək ona vurulmuş ziyanın tam şəkildə ödəndiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələbinin və iddiasının olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 30 il olar ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində xırdavat dükanı işlədir, o həmin dükanda özü satıcı işləyir. O, müxtəlif məişət əşyalarını, o cümlədən santexnik ləvazimatlarını satır. 04 oktyabr 2021-ci il tarixdə Sahil qəsəbə sakini kimi tanıdığı Təqsirləndirilən şəxs yanına gəlmiş və müəyyən məişət əşyalarını satmaq istədiyini bildirmişdir. Elmar bildirmişdir ki, pula ehtiyacı olduğu üçün öz əşyalarını satır. O, Elmara demişdir ki, “şəxsiyyət vəsiqənin surətini ver və sonra sənin mallarını alacam”. Bundan sonra o, Elmarın gətirdiyi işlənmiş məişət əşyalarına baxmış, Elmar ona bir ədəd Termos, bir ədəd saç feni, içi boş pul kisəsi, alışqan, qoz sındıran, əl fənəri, bıçaq itiliyən, alətlər qutusu və tikintidə istifadə olunan ölçü cihazı təqdim etmişdir. Elmarın özü ona demişdir ki “50 manata satıram hamısını”, o isə demişdirki bahadır və 42 manata razılaşmışlar və o onun gətirdiyi mallara 42 manat vermiş və Elmar çıxıb getmişdir. Elmar ona əminliklə öz malları olduğunu demiş, o da ona bir qəsəbə adamı kimi inanmışdır, əgər onun gətirdiyi malların oğurluq olduğunu bilsəydi dərhal polisə məlumat verərdi. 04 oktyabr 2021-ci il tarixdə onun mağazasına bir qadın daxil olmuş və onun Elmardan aldığı malları görərək ona aid olduğunu evindən oğurlandığını bildirmiş, daha sonra polis əməkdaşları onun mağazasına gəlmişlər və demişlər ki malları götürəciyik, o da həmin malları yığaraq bir kənara qoymuşdur. Elmarın onun mağazasına gəlib mal satması video kameraya düşmüş və o həmin video diski təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli, 9/7416 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd qara rəngli «Sonashisalo» markalı dəyəri 25 manat təşkil edən saç feni, bir ədəd Çin istehsalı olan «Daydays SM-2819» yazıları olan dəyəri 15 manat olan termos, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan 10 manat olan əl fənəri, bir ədəd üzərində «Shaishi Brand» yazıları olan qəhvəyi rəngli 22X11 sm ölçülü zəncirbarla açılıb bağlanan süni dəri materialdan olan pul kisəsi 3,0 manat, 01 ədəd qırmızı rəngli üzərində «Promise» yazılı qabın içərisində olan «Honest» markalı dəyəri 15,0 manat olan alışqan, bir ədəd dəyəri 1,0 manat olan bıçaq itiləyən, bir ədəd dəyəri 1,0 manat olan qozsındıran, bir ədəd üzərində «Fatmax Stanley» yazıları dəyəri 10 manat olan ölçü cihazı, bir dəst üzərində «Srunv» yazıları dəyəri 15 manat təşkil edən alətlər qutusu. Malların istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 95,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan videodiskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən gizli yolla taladığı məişət əşyalarını, məişət əşyalarının satışı ilə məşğul olan mağazaya satır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli «Sonashisalo» markalı dəyəri saç feni, bir ədəd Çin istehsalı olan «Daydays SM-2819» yazıları olan termos, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan əl fənəri, bir ədəd üzərində «Shaishi Brand» yzıları olan qəhvəyi rəngli 22X11 sm ölçülü zəncirbarla açılıb bağlanan süni dəri materilalından olan pul kisəsi, 01 ədəd qırmızı rəngli üzərində «Promise» yazılı qabın içərisində olan «Honest» markalı alışqan, bir ədəd bıçaq itiləyən, bir ədəd qozsındıran, bir ədəd üzərində «Fatmax Stanley» yazıları olan ölçü cihazı və bir dəst üzərində «Srunv» yazıları alətlər qutusunu təhvil almışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 05 oktyabr 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 07 oktyabr 2021-ci il tarixdə barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə qaldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi subut olan bir ədəd qara rəngli «Sonashisalo» markalı dəyəri saç feni, bir ədəd Çin istehsalı olan «Daydays SM-2819» yazıları olan termos, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan əl fənəri, bir ədəd üzərində «Shaishi Brand» yzıları olan qəhvəyi rəngli 22X11 sm ölçülü zəncirbarla açılıb bağlanan süni dəri materilalından olan pul kisəsi, 01 ədəd qırmızı rəngli üzərində «Promise» yazılı qabın içərisində olan «Honest» markalı alışqan, bir ədəd bıçaq itiləyən, bir ədəd qozsındıran, bir ədəd üzərində «Fatmax Stanley» yazıları olan ölçü cihazı və bir dəst üzərində «Srunv» yazıları alətlər qutusunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi subut olan bir ədəd qara rəngli «Sonashisalo» markalı dəyəri saç feni, bir ədəd Çin istehsalı olan «Daydays SM-2819» yazıları olan termos, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan əl fənəri, bir ədəd üzərində «Shaishi Brand» yzıları olan qəhvəyi rəngli 22X11 sm ölçülü zəncirbarla açılıb bağlanan süni dəri materilalından olan pul kisəsi, 01 ədəd qırmızı rəngli üzərində «Promise» yazılı qabın içərisində olan «Honest» markalı alışqan, bir ədəd bıçaq itiləyən, bir ədəd qozsındıran, bir ədəd üzərində «Fatmax Stanley» yazıları olan ölçü cihazı və bir dəst üzərində «Srunv» yazıları alətlər qutusunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar