Məhkəmə qərarları › İş №1(002)-44/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-44/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-44/2025 23.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İ X6, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, hüquq verən rəsmi vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidmətində hər hansı formada işə qəbul olunmamaqla həmin Xidmətdə heç bir vaxt işləməməsinə baxmayaraq, digər şəxslərlə ünsiyyətdə özünə qarşı nüfuz və vəzifəli şəxs imici yaradaraq formalaşdıracağı həmin inam və etibardan özünün şəxsi məqsədləri üçün istifadə etmək qərarına gəlib, guya həmin Xidmətdə işləməsinə dair cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2020-ci ilin əvvəllərindən 2024-cü ilin avqust ayınadək olan müddətdə istintaqla dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanında özünə məxsus kompüter və printer vasitəsilə əvvəlcədən əldə etdiyi qırmızı rəngli qatlanıbaçılan vəsiqə formalı bloknotun qırmızı rəngli çöl tərəfində Azərbaycan Respublikasının Dövlət gerbini və “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazılarını, bloknotun iç tərəfinin sağ hissəsinin ortasında dairəvi formalı böyük ulduz, içərində alt hissəsində aypara olan kiçik ulduz, dairəvi formalı “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, həmin dairənin alt tərəfində düz xətt üzrə iki sətirdən ibarət “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, bloknotun iç tərəfinin sol hissəsinin yuxarı tərəfində düz xətt üzrə iki sətirdən ibarət “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, yazının sağ tərəf altında “VƏQİSƏ N-2432” yazıları, orta hissədə dairəvi möhür və möhürün içərisində dairəvi formalı “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, möhürün sağ tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, möhürün sol tərəfində özünə məxsus hərbi rütbəli paqonda olan 3x4 ölçülü fotoşəkil və fotoşəkilin sağ tərəfində altalta olmaqla “Soyadı Səlimov, adı İlham, atasının adı Xəlil, M.Y, Şəxsi imza___ “ sözlərini əks etdirməklə guya özünün Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidmətində işləməsi görüntüsü yaradan hüquq verən saxta rəsmi vəsiqəni qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdıraraq hazırlamışdır. Bundan başqa, o, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində hər hansı formada işə qəbul olunmamaqla həmin Xidmətdə heç bir vaxt işləməməsinə baxmayaraq, digər şəxslərlə ünsiyyətdə özünə qarşı nüfuz və vəzifəli şəxs imici yaradıb özünü təqdim edəcəyi vəzifəli şəxsin uydurma imkanları ilə bağlı formalaşdıracağı həmin inam və etibardan özünün özgə əmlakını ələ keçirməkdən ibarət məqsədləri üçün istifadə etmək qərarına gəlib, guya həmin Xidmətdə işləməsinə dair cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2020-ci ilin əvvəllərindən 2024-cü ilin avqust ayınadək olan müddətdə istintaqla dəqiq məlum olmayan tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən istintaqla dəqiq müəyyən olunmayan mağazadan əldə etdiyi qara rəngli, ağ zolaqları olan xüsusi geyim formasının köynəyini, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən istintaqla dəqiq müəyyən olunmayan mağazadan əldə etdiyi qara rəngli ağ zolaqlı şalvarı və qara rəngli, üzərində ağ sünbül formalı bəzəyi olan papağı, üzərində “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri yazılmış xüsusi nişanları və ay-ulduz formalı mayor rütbəsi əks olunmuş paqonları yaşadığı ünvan 2 ünvanında özünə münasib formaya saldıqdan sonra özünün guya qeyd edilən dövlət Xidmətinin əməkdaşı olmasına dair görüntü yaradan həmin geyimdən xüsusi geyim forması qismində istifadə edərək, onun həmin cinayətkar əməlindən xəbərsiz olan tanışı Şahid2 2024-cü ilin iyul ayının əvvəllərində ona müraciət edərək tanışı olan Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Zərərçəkmiş şəxs həmin vəzifədə qalaraq müəllimlik fəaliyyətini davam etdirməsi üçün 2023-2024-cü illər üzrə müəllimlərin sertifikasiyası imtahanından qeyriqanuni üsulla uğurlu nəticə əldə edilməsində köməklik göstərilməsini bildirməsi ilə əlaqədar şəxsən bunu tanışı Şahid1 ilə müzakirə etdikdən sonra sonuncunun qeyd edilən məsələni kifayət qədər əlaqə və imkanları vasitəsilə həll edəcəyini və bunun üçün 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruriliyini 2024-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində baş tutmuş görüşləri zamanı ona və Şahid2 bildirməsi ilə əlaqədar sonuncu ilə cinayətkar əlaqəyə girib Şahid1 həmin niyyətlə istədiyi 8.000 (səkkiz min) manat məbləğində puldan əlavə Zərərçəkmiş şəxs onlara olan inam və etibarından istifadə edərək özləri üçün də qanunsuz qazanc əldə etmək niyyətilə sonuncuya yalandan Şahid1 guya 10.000 (on min) manat pul istəməsini, danışıqları və hərəkələri ilə özünün də guya dövlət Xidmətində işləməsi barədə yaratdığı inamdan istifadə edərək işin müsbət həllində xüsusi rolunun olacağını görüşləri zamanı bildirib, əlavə olaraq bildirdikləri 2.000 (iki min) manat pulu isə öz aralarında bölmələri barədə, həmin əməlinə görə cinayət qanunu müddəalarına əsasən barəsində cinayət təqibinə cinayət məsuliyyətindən azad edilməklə xitam verilmiş Şahid2 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, həmin niyyətlə 2024-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində baş tutmuş görüşləri zamanı Zərərçəkmiş şəxs şəxsən nəğd qaydada aldığı 10.000 (on min) manat pul vəsaitinin 8.000 (səkkiz min) manatını 2024-cü ilin iyul ayının əvvəllərində Şahid1 verdikdən sonra qalan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, cinayət qanunu müddəalarına əsasən barəsində cinayət təqibinə cinayət məsuliyyətindən azad edilməklə xitam verilmiş sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus olması görüntüsü yaradan xidməti geyim forması ilə davranışları və danışıqları ilə özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 310 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o musiqiçi olmaqla “sintizator” alətində ifa edir. Onun, Səfurə müəllimə ilə yoldaşlıq əlaqələri olmuşdur. Safurə, ona bildirmişdir ki, müəllimlərin sertifikasiyasından keçə bilməmiş və bunu həll etmək üçün ondan kömək istəmişdir. Oda belə işlər barədə anlayışının olmadığını bildirmişdir. Bir müddət sonra yenə Safurə ona “bəlkə sənin tanışın olar” demişdir. O da bu məsələ ilə bağlı tanışı olan İsmayıl müəllimə zəng etmişdir. İsmayıl müəllimdə ona “mənim tanışım var” demişdir. Oda bu məsələni Səfurə müəlliməyə bildirmişdir ki, tanışı İsmayıl ona müəllimlərin sertifikasiyası məsələsində kömək edə biləcəyini bildirmişdir. Sonra İsmayıl ona məbləği demiş, oda məbləği Səfurə müəlliməyə bildirmiş və Safurədə razı olmuşdur. İsmayıl əvvəlcə bu məsələni həll etmək üçün 10000 manat lazım olacağını demişdir. Səfurə müəllimə məbləği 8000 manata endirməklə bağlı xahiş etmişdir. İsmayılda razılaşaraq məbləği 8000 manata endirmiş, Səfurə müəllim də bununla razılaşmışdır. Sonra Lökbatanda “Binə” ticarət mərkəzi ilə üzbəüz ağ binalar olan yerdə görüşmüşlər. Onlar pulu İsmayıla özləri sayıb vermişlər. İsmayılda pulu götürüb getmişdir. Daha sonra o bu məsələyə görə İsmayıla narahat olduğunu bildirmişdir. İsmayılda ona narahat olma, dövlət mexanizmidir, vaxtında həllini tapacaq deyə bildirmişdir. Sonra Safurə müəllimə ona zəng vuraraq sertifikasiyadan kəsilən bir müəllim yoldaşınında olduğunu ona da kömək etmək lazım olduğunu bildirmişdir. Oda bu məsələni İsmayıla bildirmiş İsmayılda bu məsələnidə 8000 manata həll edə biləcəklərini bildirmişdir. Daha sonra o özü İlahə xanım və onun əri ilə Sahil qəsəbəsi tərəfdə görüşüb onların maşınına əyləşərək 10000 manat pulu onlardan götürüb sonra maşından düşüb getmişdir. O İlahədən götürdürdüyü pulu özündə saxlamışdır. Bundan sonra Safurə xanımla aralarında razılaşaraq pulun 2000 manatını götürüb saxlamışlar ki, iş alınsa sonra İsmayıl müəllimə şirinlik versinlər. Çünki İsmayıl müəllim deyirdi ki, o puldan mənə heç nə çatmır bu iş alınsa şirinlik verərsiz mənə. Müəyyən müddətdən sonra İsmayıl ona zəng edib dedi ki, mən rayondan gəlirəm, o pulu mənə çatdırmaq lazımdır. O da musiqiçi olduğuna görə həmin tarixdə tədbirdə olmuşdur. O vaxt artıq 2000 manatı ayırıb Səfurəyə vermişdir. Oğlu Şahid6 zəng vurub, paltonun cibində bükülü vəziyyətdə olan 8000 manatı aparıb İsmayıla verməsini bildirmişdir. Oda pulu aparıb İsmayıla vermişdir. Bundan sonra hər dəfə İsmayıla zəng vurub maraqlanmışdır, o da hər dəfə həll olunacağını demişdir. Bundan sonra 9 sentyabr tarixində “Binə” ticarət mərkəzində Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri onu forma ilə əlaqədar, özbaşına forma geyindiyi üçün tutmuşlar. Ondan sonra onun telefonunu araşdıran zaman İsmayılla səs yazıları aşkar olunmuş və işin üstü açılmışdır. Müəllimlər şikayətçi olmamışlar, onlar gözləyirdilər. Bundan sonra İsmayıl da 16000 manat pulu qaytarmış, 2000 manat da Safurə ilə onda olmuşdur. İlahə müəllim də barışıq ərizəsi yazmışdır. O son olaraq ilk dəfə cinayət törətdiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, birinci Qarabağ müharibəsində iştirak edərək müharibə veteranı olmasını, törətdiyi əməldən səmimi peşiman olmasını və CM-nin 178.2.1-ci maddəsi üzrə vurduğu ziyanla əlaqadar ziyanın 25% dövlət büdcəsinə ödədiyini bildirərək həmin maddə ilə cinayət işinə xitam verilməsini və digər maddələr ilə isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 310 və 320.1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1993-1994-cü illərdə X7 musiqi üzrə təhsil almış, elə həmin dövrdən də ödənişli qaydada musiqi fəaliyyəti ilə (korgsintizator) məşğul olur. Təxminən 2 il bundan əvvəl xatırlamadığı dərman firmasında müvəqqəti olaraq səyyar kimi çalışan zaman Safurə Abbasova adlı xanımla tanış olmuş, ona özünü Xüsusi Rabitə və X2 Xidmətinin işçisi kimi tanıtmış, onunla görüşlərdə əyninə Dövlət Təhlükəsizlik Xidmətinin adı yazılmış kapitan rütbəli xüsusi forması geyinmiş, bir neçə dəfə də özünə hazırladığı saxta xidməti vəsiqəni də göstərərək sonuncunu buna inandırmış, həmin vaxtdan da münasibətləri davam etmişdir. Təxminən 2024-cü ilin may ayında Safurə Abbasova müəllimə kimi işini davam etdirməsi üçün sertifikasiyadan keçməli olduğunu ona bildirmiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O da Şahid2 köməklik göstərəcəyini bildirmiş və bu barədə sabiq MTN, hazırkı adı ilə Dövlət Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı Neftçala rayonunda anadan olan dostu İsmayil Məmmədovun ********** nömrəli mobil nömrəsinə zəng edərək onunla əlaqə saxlamış, sonuncu ona bu işdə köməklik göstərəcək tanışı olduğunu bildirmiş və tanışı ilə bu işi danışdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Təxminən 5 gün keçdikdən sonra Şahid1 onunla əlaqə saxlayaraq bu işin həll olunması üçün 8000 (səkkiz min) manat pul istəmiş, “whatsapp” sosial şəbəkəsində ona mesaj kimi “8 km” sözü yazmışdır. O da Şahid1 ondan 8000 manat istəməsini başa düşmüş, bu barədə Şahid2 demiş, sonuncu da razılaşmışdır. 2024-cü ilin may ayının sonlarında Şahid2 və bacısı Şahid5 o və Şahid1 Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısındakı yeni tikilmiş ağ binaların həyətindəki besetkalardan birinin altında görüşmüş, Şahid2 həmin vaxt pulu özü ilə gətirdiyini bildirmiş, pulu çantasından çıxarıb Şahid1 vermiş, sonuncu da pulu sayıb 50 və 100 manatlıq əskinaslardan ibarət 8000 manatın tam olmasından əmin olduqdan sonra ondan xəbər gözləmələrini deyib uzaqlaşmışdır. Bundan sonra, 2024-cü ilin iyul ayında Safurə Abbasova ondan eyni məktəbdə işləyən iş yoldaşı Zərərçəkmiş şəxs 2024-cü ilin iyun ayında sertifikasiya imtahanından kəsildiyi üçün ona da köməklik etməsini xahiş etmiş, o da öz növbəsində bu barədə yenidən Şahid1la əlaqə saxlamış və ondan bu iş üçün də köməklik etməsini xahiş etmiş, Şahid1 isə bu işin də həll olunması üçün yenidən 8000 (səkkiz min) manat pul istəmişdir. O, Safurə Abbasovaya bu barədə danışmış və özlərinin də 2000 (iki min) manat xeyirlərinin olması üçün Zərərçəkmiş şəxs 10000 (on min) manat pul istəməsini bildirmiş, ancaq hər ikisinə qalacaq 2000 manatı öz aralarında necə bölmələri barədə danışıqları olmamışdır. Bu söhbətdən sonra, 2024-cü ilin iyul ayının əvvəllərində Sahil qəsəbəsində görüşmələri barədə razılaşmış, elə həmin ərəfələrdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində Şahid2, Zərərçəkmiş şəxs və sonuncunun əri Şahid3la birlikdə görüşləri baş tutmuş, onların gəldikləri maşında əyləşmiş, Şahid3 ondan işin nə vaxta həll olacağını soruşmuş, o da cavabında bir ayadək müddətdə işin həll olacağını bildirmişdir. Zərərçəkmiş şəxs pulu maşının orta hissəsində yerləşən qoltuqaltı hissəyə qoymuş, o da sayaraq pulun 20, 50 və 100 manatlıq əskinaslardan ibarət olmaqla 10000 manat olmasından əmin olaraq həmin pulu özü ilə götürüb getmiş, yaşadığı evə qayıdaraq həmin pulu 8000 və 2000 manat olmaqla iki hissəyə ayıb evində gizlədərək saxlamışdır. Bir neçə gün sonra özü başqa yerə olduğu üçün oğlu Şahid6 onun göstərişi ilə 8000 manat pulu Sahil qəsəbəsində İsmayıla vermişdir. Bir neçə gün sonra Şahid2 ilə görüşmüş və 2000 manat puldan ona 600 manat vermiş, 1400 manatı isə özündə saxlamışdır. Hər iki iş həll olunduqdan sonra 600 manat pulun mənfəət kimi Şahid2, 1400 manat pulun isə onda qalması barədə razılaşmışlar. Lakin sonradan heç bir iş həll olunmamış, hazıradək Şahid1 isə qeyd edilən şəxslərdən alınan pul vəsaitlərini geri qaytarmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, şəxsən özü Şahid2 pul almamış, sonuncu özü pulu Şahid1 vermiş, ancaq Zərərçəkmiş şəxs pulu şəxsən özü almışdır. Hər ikisində məqsədi onların işlə təmin olunmasına köməklik göstərmək olmuş, ancaq Zərərçəkmiş şəxs pul istəyəndə Şahid2 ona Zərərçəkmiş şəxs 10000 manat pul istəmələrini, həmin pulun 8000 manatı Şahid1 vermələri, 2000 manat isə öz xeyirləri, yəni mənfəət kimi özlərində saxlamalarını demiş, o da razılaşmışdır. Həmin şəxslərdən başqa heç kimdən hər hansı məqsədlə pul almamışdır. 2011-2012-ci illərdə Rabitə Nazirliyinin hərbiləşmiş mühafizə idarəsində mühafizəçi işləyərkən ona xidməti vəsiqə verilmiş və həmin vəsiqə işdən çıxdıqdan sonra onda qalmışdır. Sonradan təxminən 2020-ci ildə həmin vəsiqəni özünə məxsus komputer və printer vasitəsilə üzərində dəyişiklik edərək Xüsusi Rabitə və X2 Xidmətinin xüsusi nişanlarını və gerbini əlavə etməklə guya həmin Xidmətdə işləməsi ilə əlaqədar vəsiqəni hazırlamışdır. Bunu etməklə məqsədi ətrafındakı insanlar arasında həmin qurumun əməkdaşı kimi özünü təqdim etməklə işgüzar nüfuz və özünə qarşı inam etibar, səlahiyyətli şəxs imici qazanmaq olmuşdur. Üzərində olmuş və təqdim etdiyi qara rəngli, ağ zolaqları olan xüsusi geyim formasının köynəyini Qaradağ rayonu Sahil qəsəbəsində olan mağazaların birindən, qara rəngli olan ağ zolaqlı şalvarı və qara rəngli, kepka hissəsində ağ sünbül formalı bəzəyi olan papağı 28 May metrosunun yaxınlığındakı mağazaların birindən əldə etmişdir. Həmin formanın Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi nişanlarının ləvazimatlarını isə Dəmiryol vağzalının yanında yerləşən və hazırda fəaliyyət göstərməyən hərbi geyim mağazasından alaraq öz yaşadığı evdə qeyd edilən formanın üzərinə bərkitmiş, onlardan istifadə etməkdə məqsədi özünü ətrafdakı insanlara işgüzar kimi göstərmək olmuşdur. Həmin vəsiqə və xüsusi formadan yuxarıda qeyd etdiyi cinayət əməllərindən başqa hər hansı məqsəd üçün istifadə etməmiş, formaların hansı dövlət orqanlarına məxsus olmasını bilmiş və geyinməsinin qanunsuz olmasını dərk etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın tam ödəndiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını və onunla barışmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdən 2024-cü ilin iyun ayınadək Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş, 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiyası imtahanından 23 bal topalayaraq kəsilmiş, 30 keçid balını toplaya bilməmiş, ikinci və sonuncu imtahan şansı verilmiş və 2024-cü ilin iyun ayının 8-də yenidən orta məktəb müəllimlərinin sertifikasiyası ilə əlaqədar X10 tərəfindən keçirilən imtahanlarda iştirak etmiş, bu dəfə isə 26 bal toplayaraq yenə də imtahandan keçə bilməmiş, Şahid2 ilə əmək fəaliyyəti barədə müzakirələr aparmış, söhbət zamanı sonuncu imtahan nəticələrini düzəltmək və imtahandan keçmək üçün İlham adlı şəxsə 10000 manat pul verməsini demiş, buna söz vermişdir. Söhbət zamanı Şahid2 imtahandan keçməyə köməklik göstərməsini xahiş etmiş, təxminən 2 iki gün sonra, 2024-cü ilin iyun ayının sonlarında Şahid2 ona zəng edərək işini düzəltməsi barədə razılıq əldə etdiyini demiş, 2024-cü ilin iyul ayının əvvəlində həyat yoldaşı Şahid3 və Şahid2 ilə birgə Sahil qəsəbəsinə gedərək orada Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt bankdan kredit yolu ilə əldə etdiyi 10000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan bir müddət keçsə də imtahan nəticələrində heç bir dəyişiklik olmamış, əmək fəaliyyətinə xitam verilmiş, sonradan aldadılmasını başa düşmüşdür. Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs verdiyi 10000 manat pulu "xxxx" ASC-dən götürdüyü kredit yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxsla görüş zamanı sonuncu onlara Xüsusi Rabitə və X2 Xidmətində işləməsini, həmin məsələnin həlli üçün özünün səlahiyyətli dost tanışlarının olmasını deyib işi həll edəcəyinə söz vermiş, lakin Təqsirləndirilən şəxs 10000 manat pulu verdikdən sonra işi düzəlməmiş, aldadılmağından əmin olduğuna görə şikayət etmiş, sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun sertifikasiya imtahanından keçməsinə, yəni az bal toplasa belə müdaxilə edib topladığı balı artırmaqla bağlı tanışı Şahid1 köməklik istəmiş və ondan aldığı 10000 manat pulu da Şahid1 vermiş, lakin sonradan Şahid2 ilə danışıq zamanı sonuncu, Şahid1 8000 manat pulun verilməsini, 2000 manatın isə Təqsirləndirilən şəxsla onda qalmasını bildirmiş, səbəb olaraq isə guya işi alınanda pulu ona qaytaracağını demişdir. Məhkəmə iclasında Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1999-cu il tarixdən 2009-cu il tarixədək keçmiş MTN, hazırki DTX-də məxfi heyətdə tağım komandiri vəzifəsində, baş leytenant rütbəsində xidmət etmişdir. Təxminən 20 il bundan əvvəl məclislərin birində Təqsirləndirilən şəxsla tanış olmuş, hazırkı vaxtadək onunla dostluq münasibətləri davam etmişdir. 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs ona müəllimə işləyən tanışının olmasını demiş, işini davam etdirməsi üçün sertifikasiyadan keçməli olmasını, lakin keçid balını toplaya bilməməsini, işdən çıxarılacağını, tanışının imtahan nəticələrinin dəyişdirilməsi və işində qalmasına köməklik göstərməsini xahiş etmişdir. O da öz növbəsində bir neçə gün sonra Təqsirləndirilən şəxs 8000 manat qarşılığında həmin işə köməklik göstərə biləcəyini demişdir. 2024-cü ilin may ayının sonlarında İlhamla birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi qarşısındakı yeni tikilmiş ağ binaların həyətindəki besetkalardan birinin altında sonradan adının Səfurə olmasını bildiyi qadın və onun bacısı ilə görüşmüşlər. Görüş zamanı Şahid2 özünün yaxşı əlaqələri, dost tanışlarının olması, bunlardan istifadə edib ona köməklik edəcəyinə, müəllimlər üçün sertifikasiya imtahanından az bal toplasa belə müdaxilə edib öz əlaqələri vasitəsilə balını artıracağına, imtahandan keçib müəllim kimi işinə davam edəcəyinə inandırmışdır. Bu sözlərindən sonra Şahid2 8000 manat pulu çıxarıb ona vermiş, o da 50 və 100 manatlıq əskinaslardan ibarət 8000 manat pulu sayıb götürərək həmi yerdən uzaqlaşmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona İlahə adında başqa bir müəllimənin olmasını, İlahə xanımın da müəllimlər üçün sertifikasiya imtahanından kəsilməsini, işdən çıxarılacağını, ona da köməklik göstərərək məsələsini həll etməsini xahiş etmiş, o da razılaşmış, 8000 manat qarşılığında Zərərçəkmiş şəxs da işini həll edəcəyinə vəd vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs 8000 manat pulu alıb özündə saxlamasını demiş, o isə öz növbəsində pulu saxlamasını tapşırmışdır. 2024-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs pulu istəmiş, sonuncunun tapşırığı ilə 20, 50 və 100 manatlıq əskinaslardan ibarət 8000 manat pulu Qaradağ rayonu, Sahil qəsəbəsində X5 Səlimovdan sayaraq götürmüşdür. Şahid1 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxsla uzun müddət dostluq tanışlıq münasibəti olmuş, sonuncu ona imtahan məsələsini deyən zaman elə fikirləşmişdir ki, müəllimləri qeyri-qanuni yolla, 8000 manat qarşılığında sertifikasiya imtahanından keçirirlər, tanışlarına da öz əlaqələri vasitəsilə elə 8000 manat qarşılığında köməklik göstərə bilər. Ancaq Şahid2 və Zərərçəkmiş şəxs imtahan məsələsi ilə bağı heç kimlə danışıq aparmamış, nə də sövdələşməmiş, hər ikisindən pulları aldıqdan sonra 16000 manat pulu özünün şəxsi ehtiyaclarına sərf etmiş, bir qisminə borclarını bağlamış, bir qismini isə gündəlik xərclərinə sərf etmişdir. Şahid2 və Zərərçəkmiş şəxs işə bərpası ilə bağlı heç kimlə danışıq aparmamış, sadəcə 4000 nəfərdən çox müəllimin işdən çıxarılmasını eşitmiş, elə zənn etmişdir ki, Elm və Təhsil nazirliyi onları işə bərpa edəcək, o da heç bir iş görmədən və əziyyət çəkmədən 16000 manat pulu özünə götürəcək. O, Zərərçəkmiş şəxs imtahandan keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs 8000 manat pul almasını tapşırmış, əlavə pul istəməmiş, lazım olacağını da deməmiş, 8000 manat pulu da Xəlil Səlimovdan götürmüşdür. Təqsirləndirilən şəxs bir neçə dəfə, ayrı-ayrı vaxtlarda baş leytenant, kapitan və mayor rütbələrində xüsusi formalarda görmüş, onun 2023, eləcə də 2024-cü illərdə Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidmətində işləməsini bilmiş, ancaq dəqiq olaraq hansı vəzifədə və hansı müddətdə işləməsini bilməmiş, sonuncuda xidməti vəsiqə görməmişdir. Məhkəmə iclasında Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2002-ci il tarixdən 2024-cü ilin iyun ayınadək Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş, 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiyası imtahanından 19 bal topalayaraq kəsilmiş, 30 keçid balını toplaya bilməmiş, nəticəsi uğurlu alınmamışdır. Təqsirləndirilən şəxsla 2022-ci ildən tanış olmuş, sonuncu özünü Xüsusi Rabitə və X2 Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan sosial şəbəkələrində də bu barədə məlumatlar olmuşdur. 2023-cü ilin iyun ayında keçirilən ilk sertifikasiya imtahanından kəsildiyi üçün ikinci imtahandan keçmək məqsədilə yollar axtarmış, buna görə də Təqsirləndirilən şəxs köməklik istəmiş o da bu işdə kömək edə biləcəyini bildirərək iş üçün ondan 8.000 (səkkiz min) manat pul istəmiş, İsmayıl adlı tanışının olmasını, işi onun vasitəsilə həll edəcəyini demiş, o da razı olmuşdur. 8000 manat pulu hazır edərək 2024-cü ilin may ayının sonlarında, saat 14 radələrində Lökbatan qəsəbəsi ərazisində, Binə ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs və İsmayıl adlı şəxslə görüşmüşdür. Görüş zamanı Şahid1 ona işini həll edəcəyinə söz vermişdir. Bundan sonra o, 8000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu da pulu Şahid1 vermiş, Şahid1 pulu sayaraq təhvil aldıqdan sonra gözləmələrini deyib oradan uzaqlaşmışdır. 2024-cü ilin iyun ayının 8-də yenidən orta məktəb müəllimlərinin sertifikasiyası ilə əlaqədar X10 tərəfindən keçirilən imtahanlarda iştirak etmiş, həmin vaxt isə 22 bal toplayaraq yenə də imtahandan keçə bilməmişdir. Bundan əlavə iş yoldaşı və onunla eyni məktəbdə işləyən ibtidai sinif müəlliməsi olan, sertifikasiya imtahanından kəsilmiş Zərərçəkmiş şəxs ondan köməklik istəmiş və o, bu barədə Təqsirləndirilən şəxs bildirdikdən sonra sonuncu ona Zərərçəkmiş şəxs 10.000 (on min) manat almasını tapşırmış, Zərərçəkmiş şəxs da bu məsələyə razlaşmışdır. 2024-cü ilin iyul ayının əvvəllərində o, Zərərçəkmiş şəxs və sonuncunun əri Şahid3la birlikdə Sahil qəsəbəsinə Təqsirləndirilən şəxsla görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da öz növbəsində pulu sayaraq götürdükdən sonra işin həll olacağını deyib getmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxsla öz evində görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi puldan 2000 manat pulu ona vermişdir ki, saxlasın. Şahid2 əlavə olaraq göstərmişdir ki, bir neçə dəfə Təqsirləndirilən şəxs xüsusi formada görmüş, həmin forma Xüsusi Rabitə və X2 Xidmətinin və ya Dövlət Təhlükəsizliyi Xidmətinin forması olmuş, paltarında hər iki qurumun nişanları ilə adları və poqon hissəsində ay ulduz işarəli mayor rütbəsi olmuş, üzərində isə qırmızı rəngli, Xüsusi Rabitə və X2 Xidməti sözləri yazılmış vəsiqə olmuşdur. Son vaxtlaradək, 2024-cü ilədək həmin geyimdən və xidməti vəsiqədən istifadə etmiş, başında dairəvi formada ağ zolaqları olan papaq da olmuşdur. Təqsirləndirilən şəxs tez-tez “whatsapp” sosial şəbəkəsində özünün həmin formada şəkillərini paylaşmış, birbirləri ilə yazışan vaxtlarda işlə bağlı rayonlara ezam getməsini, xüsusi tədbirlərə cəlb edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlananadək onun həqiqətən Xüsusi Rabitə və X2 Xidmətinin əməkdaşı olmasını bilmişdir. İki il əvvəl isə Təqsirləndirilən şəxs kapitan rütbəsində olmuşdur. 2024-cü ilin iyun ayında qızı Turac Abbasovanın son zəng tədbirinə Təqsirləndirilən şəxs da dəvət etmiş, sonuncu xüsusi rütbəli formanı geyinib tədbirə gəlmiş, həmin vaxt məktəbin tanımadığı işçilərindən biri Təqsirləndirilən şəxs yaxınlaşaraq hansı səbəbdən orada olmasını soruşmuş, Təqsirləndirilən şəxs da məktəbin ümumi fəaliyyətini izləməyə gəlməsini deyərək üzərində olan xidməti vəsiqəni təqdim etmişdir. 8000 manat pulu bacısı qızı Şahid4 2024-cü ilin may ayında borc almışdır. Şahid2 ona verilən suallar zamanı səmimi olaraq etiraf etmişdir ki, Zərərçəkmiş şəxs aldıqları 10000 manat pulun 2000 manatını Təqsirləndirilən şəxsla öz aralarında, özlərinin xeyri, mənfəət, qazanc və şəxsi ehtiyaclarına sərf etmələri üçün bölüşmələri barədə əvvəlcədən Təqsirləndirilən şəxsla razılaşmış, buna uyğun olaraq da Zərərçəkmiş şəxs aldıqları 10000 manat pulun 8000 manatını Təqsirləndirilən şəxs Şahid1 verdikdən sonra qalan pulun 1400 manatını özünə götürmüş, 400 manatı isə ona vermişdir. Məhkəmə iclasında Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid2 onun bacısıdır. Təqsirləndirilən şəxs da Şahid2 vasitəsi ilə tanımış, lakin onu görməmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs Xüsusi Rabitə və X2 Xidmətində işləməsini bilmişdir. Belə ki, Şahid2 Təqsirləndirilən şəxs mayor rütbəsində olan xüsusi geyim formasındakı şəkillərini bir neçə dəfə ona göstərmişdir. Şahid2 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiyası imtahanından 19 bal topalayaraq imtahandan kəsilmiş, elə həmin ərəfələrdə danışanda Təqsirləndirilən şəxs İsmayıl adında tanışı olmasını, həmin tanışı ilə birlikdə sertifikasiya imtahanında az bal toplasa belə balını artıracağına və imtahandan keçirəcəyinə söz vermələrini, qarşılığında isə Təqsirləndirilən şəxs 8000 manat pul verəcəyini demişdir. Özlərində pul olmadığından pulu bacısı qızı Şahid4 almaları barədə razılaşmış və 8000 manatı sonuncudan almışlar. 2024-cü ilin may ayının sonlarında, saat 14 radələrində Lökbatan qəsəbəsi ərazisində, Binə ticarət mərkəzinin qarşısında bacısı Şahid2, o və Təqsirləndirilən şəxs İsmayıl adlı şəxslə görüşmüş, görüş zamanı Şahid2 İsmayıl adlı şəxsə imtahandan aşağı bal yığmasını demiş, sonuncu isə onun işini düzəldəcəyini, sonrakı mərhələdə iştirak edəcəyi sertifikasiya imtahanında özü az bal toplasa belə əlaqələri vasitəsilə onun bal sisteminə qanunsuz üsulla müdaxilə edərək hətta yüksək bala görə əlavə olaraq 5 faiz artıq dərs yazılması üçün 51 bala qədər artıracağını söz vermişdir. Şahid2 da bu barədə razılaşmış və onun yanında pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu da 8000 manat məbləğində pulu İsmayıl adlı şəxsə vermişdir ki, sayıb götürsün. İsmayıl adlı şəxs də 8000 manat məbləğində pulu sayıb təhvil alaraq xəbər gözləmələrini deyib onlardan uzaqlaşmışdır. Bundan əlavə Şahid2 elə həmin vaxtlarda iş yoldaşı Zərərçəkmiş şəxs da sertifikasiya imtahanından kəsilməsini və ondan köməklik istəməsini, ona da İlham və İsmayıl vasitəsilə köməklik edəcəyini, Zərərçəkmiş şəxs kömək üçün sonuncudan 10000 manat pul alıb 8000 manatını İsmayıl adlı şəxsə vermələri və qalan 2000 manatı isə özlərində saxlamaları barədə razılaşmasını demiş, 2024-cü ilin iyun ayında Şahid2 Təqsirləndirilən şəxsla birgə Zərərçəkmiş şəxs 10.000 (on min) manat pulu almış və 8000 manatını İsmayıl adlı şəxsə vermiş, qalan 2000 manat pulun 600 manatını özünə götürmüş, 1400 manatı isə Təqsirləndirilən şəxs qalmışdır. Şahid5 əlavə olaraq göstərmişdir ki, bir neçə dəfə Təqsirləndirilən şəxs fotoşəkillərdə xüsusi formada görmüş, həmin forma Xüsusi Rabitə və X2 Xidmətinin və ya Dövlət Təhlükəsizliyi Xidmətinin forması olmuş, forma üzərində hər iki qurumun nişanları ilə adları olmuş, rütbə hissəsində ay ulduz işarəli mayor rütbəsi, başında dairəvi formada ağ zolaqları olan papaq olmuşdur. Məhkəmə iclasında Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs onun uşaq yaşlarından musiqi (sintizatır) fəaliyyəti ilə məşğul olur, ailənidə həmin vasitə ilə dolanırdırır. Onun elave olaraq her hansı işlə məşğul olması barədə məlumatı yoxdur. Təxminən 2024-cü ilin iyul ayının əvvəllərində evdə olan zaman atası ona zeng edib ona demişdir ki, yaşadıqları evin dehlizindəki paltar dolabında asılmış paltosunun iç cibində qırmızı sellofana bükülmüş pul var onu götürüb, yaşadığıqları binanın yaxınlığında, radarın yanında gözləyən ağ hunday sontafe markalı maşının sükanı arxasında əyləşmiş İsmayıl adlı şəxsə ver. O da elə paltonun cibindəki bükülmüş vəziyyətdə olan pulu oradan götürüb yola çıxmışdır. Yolun kənarında dayanmış ağ rəngli, ** AE *** dövlət qeydiyyat nişanlı, "Hunday Santafe" markalı avtomobilin sükanı arxasında əyləşmiş İsmayıl adlı şəxsə vermşdir. O pulu İsmayıla verendə İsmayıl qırmızı bükümü açıb pulu saymağa başlamış 20, 50 və 100 manatlıq əskinaslardan ibaret 8000 manat pul saymışdır. Daha sonra pulu yenidən büküb onunla da sağollaşıb getmişdir. İsmayıl adlı həmin şəxsi ilk dəfə idi görmüşdür. Atasının 8000 manat pulu necə əldə etməsi, hansı məqsədilə onun vasitəsi ilə İsmayıl adlı şəxsə verməsi barədə heç bir məlumatım yoxdur. Bu barədə atası Təqsirləndirilən şəxs da heç nə soruşmamışdır. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, xeyir atasını heç vaxt xüsusi hərbi və ya digər formada görməmişdir. Onu musiqiçi kimi tanıyır. Əlavə harada işləməsi barədə də heç bir məlumatı yoxdur. Evdə de xüsusi forma saxlanmasını görməmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmiş kimi qəbul edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiyası imtahanından 23 bal topalayaraq kəsilmiş, yəni 30 keçid balını toplaya bilmədiyindən nəticəsi uğurlu olmamış, ona sonuncu imtahan şansı verilmiş və 2024-cü ilin iyun ayının 8-də yenidən orta məktəb müəllimlərinin sertifikasiyası ilə əlaqədar keçirilən imtahanlarda 26 bal toplayaraq yenə də imtahandan keçə bilməmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs ona Səfurə adında iş yoldaşının olmasını, onun tanışına 10000 manat versələr işini düzəldəcəyini və müəllim kimi fəaliyyətinə davam edəcəyini demişdir. Özü buna inanmadığına görə razı olmasa da Zərərçəkmiş şəxs çox israrından sonra 2024-cü ilin iyul ayının əvvəllərində sonuncu, Şahid2 və onunla birlikdə Sahil qəsəbəsinə gedərək qəsəbənin giriş tərəfində İlham adlı şəxslə görüşmüşlər. İlham adlı şəxs onların işini həll edəcəyinə söz vermiş, Şahid2 tanıdığına və ona inandığına görə Təqsirləndirilən şəxs şübhə ilə yanaşmamış, işi necə və kimin vasitəsilə düzəldəcəyini soruşmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs "xxxx" ASC-dən əldə etdikləri 100 və 50 manatlıq əskinaslardan ibarət 10000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu pulu sayaraq tam əmin olmasından sonra özü ilə götürüb maşından düşərək getmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs əmək fəaliyyətinə xitam verilmişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmiş kimi qəbul edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 xalasıdır, anası Ruxsarənin bacısıdır. Xalasə Sefure 2002-ci il tarixdən 2024-cü ilin iyun ayınadək Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiyası imtahanından 19 bal topalayaraq kesilmişdir, 30 keçid balını toplaya bilmədiyindən nəticəsi uğurlu alınmamışdır. Səfurə imtahan barəsinde ələ həmin ərəfələrdə onunla danışanda dedi ki, İlham və İsmayıl adında tanışı var, birlikdə sertifikasiya imtahanında az bal toplasa bele balını artıracağına və imtahandan keçirəcəyinə ona veriblər, qarşılığında ise her ikisinə 8000 manat pul verəcək. O məsələnin reallığına inanmamışdır. İlham və İsmayılın münasibətlərinin xalası Sefure ilə hansı həddə olması barədə məlumatı yoxdur, onları görməmişdir, tanımır. Aradan bir müddət keçmiş, bu məsələ haqqında digər xalası Məlahət də onunla danışmışdır. Başqa bir söz demədi, o Lökbatan qəsəbəsinə, özlərinin yaşadıqları evə dəvət etdilər ki, gəl sənlə ətraflı danışaq. Təxminən 2024-cü ilin may ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsində xalası Səfurənin evində Məlahət xalası ilə birgə görüşmüşlər. Səfure xalası ona maşın almaq üçün pul topladığını bildiyi üçüm, ona həmin puldan 8000 manat verməsini işini həll eləsin sonra, ona lazım olanda bankdan götürüb qaytaracağını bildirmişdir. Xalası olduğu üçün onunla razılaşmışdır. Həmin gündən 5-6 gün sonra maşın almaq üçün maaşı ilə topladığı 8000 manat pulu Lökbatan qəsəbəsinə gətirərək xalası Sǝfurǝyǝ vermişdir. Pulu nə vaxt və kimə verməsini bilməmişdir, soruşmamışdır. İki ay sonra xalasından pulu istəyəndə ona dedi ki, hələ ki pulu verə bilmir, onu gözləyim. Bir müddət gözləmiş. Təxminən 2024-cü ilin sentyabr ayında xalası Səfurəyə dedim ki, pul mənə təcili lazımdır ver. Səfurə də dedi ki, pulu İlham və İsmayıl adlı şəxslərə verib, onlar da onu aldadıb pulunu qaytara bilmir, özü də işdən azad edildiyi üçün kredit götürə bilmir. Hazırda da pulu xalası Səfurǝdədir. Ona söz verib ki, pulunu özü qaytaracaq. İşdə zəzərçəkən tərəf xalası Safurədir, onun pulunu o verəcək. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 11 oktyabr 2024-cü il tarixli “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsla Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini Şahid1 üzünə qarşı demişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 23 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş əşyalara tərəfimdən baxış keçirilmiş, 23 sentyabr 2024-cü il tarixli baxış protokoluna əsasən müəyyən edilmişdir ki, əşyaların içərisində bir ədəd qırmızı rəngli bloknot formalı xidməti vəsiqə var. Bloknotun qırmızı rəngli çöl tərəfində Azərbaycan Respublikasının Dövlət gerbini və “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazılarını, bloknotun iç tərəfinin sağ hissəsinin ortasında dairəvi formalı böyük ulduz, içərində alt hissəsində aypara olan kiçik ulduz, dairəvi formalı “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, həmin dairənin alt tərəfində düz xətt üzrə iki sətirdən ibarət “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, bloknotun iç tərəfinin sol hissəsinin yuxarı tərəfində düz xətt üzrə iki sətirdən ibarət “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, yazının sağ tərəf altında “VƏQİSƏ N-2432” yazıları, orta hissədə dairəvi möhür və möhürün içərisində dairəvi formalı “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazıları, möhürün sağ tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, möhürün sol tərəfində özünə məxsus hərbi rütbəli paqonda olan 3x4 ölçülü fotoşəkil və fotoşəkilin sağ tərəfində alt-alta olmaqla “Soyadı Səlimov, adı İlham, atasının adı Xəlil, M.Y, Şəxsi imza___” sözləri əks etdirilmişdir. Digər əşya bir ədəd qara rəngli parça materialdan olan, kiçik tipli xidməti silahların yerləşdirilməsi üçün nəzərdə tutulmuş silah qabıdır. Digər əşya sübut dairəvi formalı böyük ulduz, içərində alt hissəsində aypara olan kiçik ulduz, dairəvi formalı “Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti” yazılar əks olunmuş dairəvi formal parça hissəsidir. Digər əşya sübut üzərində “İLHAM SALİMOV” sözləri yazılmış “ABB”-yə məxsus iki ədəd plastik kartdır. Digər əşya “İphone 5” markalı mobil telefondur. Həmin mobil telefonun “Qalareya” hissəsinə baxış zamanı Təqsirləndirilən şəxs qara rəngli, ağ zolaqları olan xüsusi geyim formalı ağ köynəkdə, qara rəngli ağ zolaqlı şalvar və qara rəngli, üzərində ağ sünbül formalı bəzəyi olan papaq, üzərində “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri yazılmış xüsusi nişanları və ay-ulduz formalı mayor rütbəsi əks olunmuş poqonları olan xüsusi geyim formasında təkbaşına və ayrı-ayrı şəxslərlə birgə çəkilmiş çoxsaylı şəkillərinin olması müəyyən edilir. Mobil telefonun “whatsapp” hissəsinə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə olan şəxsi yazışmalarında özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim etmiş, həmin şəxslərə özünün üzərində Dövlət Təhlükəsizliyi Xidmətinin adı həkk edilmiş mayor rütbəli xüsusi geyim formasında şəkillərini göndərərək özünə qarşı vəzifəli şəxs imici formalaşdırmaqla tərif mesajları almış, yazışmalarında hüquq mühafizə orqanlarının əməkdaşı olaraq ayrı-ayrı xüsusi təlimlərə və başqa rayonlarda ezamiyyətdə olmasını bildirərək həmin şəxslərin rəğbətini qazanmışdır. “İsi MTN 055” adı ilə qeyd edilmiş +**********406 mobil telefon ilə olan yazışmalarda müəyyən olunur ki, həmin şəxsin adı İsmayıldır. Həmin şəxslə əvvəlcə müzakirə etdikləri məsələnin real söhbət olması, məsələdən xəbər çıxmaması barədə danışıqlar aparılmış, 21 may 2024-cü il tarixdəki yazışmalarda Təqsirləndirilən şəxs üstü örtülü şəkildə həmin şəxsə haqq hesabı çatdıracağını, şəhərdə yaşayan qadınla sabah görüşərək ondan nəyisə götürəcəyəni, sabah mütləq həll edəcəyini, digər günə qalsa, işin alınmayacağını, 2000 məsələsinin qalmasını, alınmasa onu da başqa yerdən əldə edərək tamamladıb götürdükdən sonra İsmayılla görüşəcəyini deyir. Digər yazışmalarda Təqsirləndirilən şəxs Şahid2 müəllimlərin sertifikasiya imtahanından 22 bal toplaması barədə portaldan çıxarışın şəklini İsmayıl adlı şəxs göndərir, məsələnin həll olunmamasından narahat olmasını bildirir. İsmayıl isə Təqsirləndirilən şəxs narahat olmamasını, xəbər gözləməsini, ayın 10-a qədər məsələnin həll olacağını bildirmiş, xx.xx.2024-cü il tarixli yazışmada isə İsmayıl adlı şəxs sabah, yəni xx.xx.2024-cü il tarixdə məsələnin həll olacağını bildirmişdir. Digər əşya “İphone ” markalı mobil telefondur. Baxış zamanı telefonun işlək vəziyyətdə olmaması müəyyən olundu. Digər əşya qara rəngli, polo formalı qısaqol köynəkdir. Köynəyin yan tərəflərindən ağ rəngli xətlər keçir. Köynəyin sağ və sol çiyin hissələrində gümüşü rəngli mayor rütbəli paqonlar, sol qolunda dairəvi formalı, içərisində “Dövlət Təhlükəsizlik Xidməti” sözləri yazılmış, onun da içərisində göy, qırmızı və yaşıl rənglər əks olunmuş parça hissəsi (şevron), sağ qolunda yuxarı tərəfi düzbucaqlı, aşağı tərəfi dairəvi, içərisində “Dövlət Təhlükəsizlik Xidməti” sözləri yazılmış, onun da içərisində göy, qırmızı və yaşıl rənglər əks olunmuş parça hissəsi (şevron), köynəyin sol tərəf yaxasında “Azərbaycan” sözü və onun alt hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı, sağ tərəfində isə sol tərəf yaxasında isə dairəvi formalı bəzəkli ulduz, onun da içərisində aypara və səkkiz guşəli ulduz əks olunmuşdur. Digər əşya qara rəngli, dairəvi formalı xüsusi hazırlanmış papaqdır. Papaq parça materialdan olmaqla ön tərəfində dairəvi formalı bəzəkli ulduz, onun da içərisində aypara və səkkiz guşəli ulduz, qarşı tərəfindəki parlaq materialdan olan günlük hissəsinin üzərində sağdan sola doğru düyünlü formada ağ rəngli naxışlı bəzək, ondan qarşıda isə ağ rəngli sünbül formalı digər bəzək vardır. Digər əşya qara rəngli şalvardır. Şalvar parça materialdan olmaqla hər iki kənarlarında ağ rəngli xətlər vardır. Digər əşya Təqsirləndirilən şəxs məxsus AA******* seriyalı şəxsiyyəti təsdiq edən sənəddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 23 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinə əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş, 23 sentyabr 2024-cü il tarixli baxış protokoluna əsasən müəyyən edilmişdir ki, diskin içərisində 9 ədəd fotoşəkil və 3 ədəd videogörüntü vardır. Fotoşəkillərdə Təqsirləndirilən şəxs üzərində qara rəngli, polo formalı qısaqol köynək vardır. Köynəyin yan tərəflərindən ağ rəngli xətlər keçir. Köynəyin sağ və sol çiyin hissələrində gümüşü rəngli mayor rütbəli paqonlar, sol qolunda dairəvi formalı, içərisində “Dövlət Təhlükəsizlik Xidməti” sözləri yazılmış, onun da içərisində göy, qırmızı və yaşıl rənglər əks olunmuş parça hissəsi (şevron), sağ qolunda yuxarı tərəfi düzbucaqlı, aşağı tərəfi dairəvi, içərisində “Dövlət Təhlükəsizlik Xidməti” sözləri yazılmış, onun da içərisində göy, qırmızı və yaşıl rənglər əks olunmuş parça hissəsi (şevron), köynəyin sol tərəf yaxasında “Azərbaycan” sözü və onun alt hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı, sağ tərəfində isə sol tərəf yaxasında isə dairəvi formalı bəzəkli ulduz, onun da içərisində aypara və səkkiz guşəli ulduz əks olunmuşdur. Başında qara rəngli, dairəvi formalı xüsusi hazırlanmış papaq vardır. Papaq parça materialdan olmaqla ön tərəfində dairəvi formalı bəzəkli ulduz, onun da içərisində aypara və səkkiz guşəli ulduz, qarşı tərəfindəki parlaq materialdan olan günlük hissəsinin üzərində sağdan sola doğru düyünlü formada ağ rəngli naxışlı bəzək, ondan qarşıda isə ağ rəngli sünbül formalı digər bəzək vardır. Əynində qara rəngli şalvar vardır. Şalvar parça materialdan olmaqla hər iki kənarlarında ağ rəngli xətlər vardır. Videolardan birində Təqsirləndirilən şəxs əynində yuxarıda göstərilən paltarlar olmaqla bazara bənzəyən ictimai yerdə əlində telefonla dayanmışdır. Digər bir videoda isə Təqsirləndirilən şəxs yenə də eyni yerdə və həmin geyimdə başqa bir şəxslə söhbət edir. Digər videoda isə Təqsirləndirilən şəxs əynində yuxarıda göstərilən paltarlar olmaqla kameraya baxaraq danışır. Danışıq zamanı Təqsirləndirilən şəxs əynindəki qara köynəyi Sahil qəsəbəsində yerləşən mağazadan, şalvarı 28 may metrosu ətrafında yerləşən mağazaların birindən, papaq və şevronları Dəmiryol vağzalıda yerləşən köhnə hərbi mağazadan alaraq həmin geyim vasitələrini Dövlət Təhlükəsizlik Xidmətinin geyiminə bənzətməsini bildirir və könüllü olaraq Dövlət Təhlükəsizlik xidmətinə təqdim edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərin surətindən görünür ki, Şahid2 xx.xx.2024-cü il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test mərhələsində qaydalarla müəyyən edilmiş keçid balından aşağı, yəni 22 bal toplayaraq təkrar imtahandan uğursuz nəticə əldə etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test mərhələsində qaydalarla müəyyən edilmiş keçid balından aşağı, yəni 26 bal toplayaraq təkrar imtahandan uğursuz nəticə əldə etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərin surətindən görünür ki, Əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 19/2 saylı əmrdən görsənir ki, Laçın rayonu, 29 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zərərçəkmiş şəxs təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Xüsusi Rabitə və X2 Xidmətindən daxil olmuş 22 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğlu həmin qurumda işləməyib və hazırda da işləmir, təqdim edilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, üzərində Xüsusi Rabitə və X2 Xidməti sözləri yazılmış xidməti vəsiqə həmin qurum tərəfindən verilməmiş və qurumun xidməti əməkdaşlarına verilmiş xidməti sənədlərlə uyğunluğu yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bələdiyyəsi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, arvadı 1974-cü il tarixdə doğulmuş X8, qızı 2000-ci il tarixdə doğulmuş X4 və oğlu 2002-ci il tarixdə doğulmuş Şahid6 ibarətdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bələdiyyəsi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur və onun barəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil bələdiyyəsinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 26 noyabr 2024cü il tarixli “cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərardan aydın olur ki, X9 yuxarda qeyd olunan cinayət hadisəsi ilə əlaqdar vurulmuş zərərin 25% miqdarında pul vəsaitini, yəni 250 manat məbləği dövlət büdcəsinə ödədiyi üçün barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Rəhim oğlunun məhkəməyə təqdim etdiyi "xxxx"ASC-nin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 13747 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğlu yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, 250,00 manat məbləğində pul vəsaitini X3 hesabına ödəmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş № ******* saylı hərbi biletin və elektron sistemdən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğlu birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olmaqla təqaüd alır. İş materiallarında olan Azərbaycan Respublikasını DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 310 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-44/2025 saylı, 23 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşiman olmasını, törətdiyi cinayət əməlinin ağır ictimai təhlükəli nəticələrə səbəb olmamasını və birinci Qarabağ müharibəsində iştirak edərək müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 20 noyabr 2024-cü il tarixdə saat 15:20-də barəsində “təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” qərar elan edilmiş, saat 16:50-də təqsirləndirlən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ rayon prokurorluğunun inzibati binasında saxlanılan bir ədəd qırmızı rəngli bloknot formalı xidməti vəsiqə, bir ədəd qara rəngli parça materialdan olan, kiçik tipli xidməti silahların yerləşdirilməsi üçün nəzərdə tutulmuş silah qabı, bir ədəd dairəvi formalı böyük ulduz, içərisində alt hissəsində aypara olan kiçik ulduz, dairəvi formalı "Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti" yazıları əks olunmuş dairəvi formal parça hissəsi, bir ədəd qara rəngli, polo formalı qısaqol köynək, dairəvi formalı xüsusi hazırlanmış papaq, bir ədəd qara rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qaradağ rayon prokurorluğunun inzibati binasında saxlanılan bir ədəd "İphone 5" markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 310-cu maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına, CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ rayon prokurorluğunun inzibati binasında saxlanılan bir ədəd qırmızı rəngli bloknot formalı xidməti vəsiqə, bir ədəd qara rəngli parça materialdan olan, kiçik tipli xidməti silahların yerləşdirilməsi üçün nəzərdə tutulmuş silah qabı, bir ədəd dairəvi formalı böyük ulduz, içərisində alt hissəsində aypara olan kiçik ulduz, dairəvi formalı "Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidməti" yazıları əks olunmuş dairəvi formal parça hissəsi, bir ədəd qara rəngli, polo formalı qısaqol köynək, dairəvi formalı xüsusi hazırlanmış papaq, bir ədəd qara rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qaradağ rayon prokurorluğunun inzibati binasında saxlanılan bir ədəd "İphone 5" markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar