Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-45/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, 01 sentyabr 2023-cü il tarixdə saat 22:50 radələrində Qaradağ RPİ-nin 38-ci PB-in əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 18 saylı binanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,421 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verilmiş ifadəsi səhv tərtib edilmişdir. Sentyabr ayının neçəsi olması yadında deyil ancaq axşam saatları idi, öz məhləsində olarkən tanımadığı mülki formada olan adamlar ona yaxınlaşaraq arxadan qolundan tutaraq polis maşınına mindirməyə çalışmışlar. Sonra bir neçə polis əməkdaşı onu döyə-döyə məcburi olaraq maşına mindirərək bölməyə aparmışlar. Onu paltarı cırıq, ayaqları yalın vəziyyətdə bölməyə gətirilmişdirlər. Polislər tərəfindən ona başını ağrıtmamasını bölməyə təzə rəis müavini olan Rafiq müəllimin gəldiyini və onun göstərişi olduğunu bildirmişlər. Onunun çibinə narkotik vasitəni Rafiq adlı polis əməkdaşı kimi tanıdığı bölmənin rəis müavini qoymuş və bölmədə olarkən Rafiq tərəfindən döyülmüşdür. Polisdə çəkiliş olduqdan sonra iveysdə saxlanacağını demişlər məhkəmənin onu 400 manat cərimə ediləcəyini demişlər. Oda döyülməsi barədə heç yerə şikayət etməyəcəyini bildirmişdir. Sonra onu polis bölməsindən buraxmışlar. Səhəri gün onu yenidən saxlayaraq müstəntiqin yanına gətirmişlər. Müstəntiq onu dindirdikdən sonra buraxmamış və barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün prokurorluğa aparmışdır. Lakin Qaradağ Rayon Prokuroru tərəfindən vəsatət rədd edilmişdir. Bundan bir müddət keçdikdən sonra polislər onu saxlayaraq barəsində müstəniq Vasif müəllimin axtarış elan etdiyini bildirilmişlər. Ancaq onun axtarışla bağlı heç bir məlumatı olmamışdır. Daha sonra onu saxlayaraq prokurlorluğa aparmışlar və onun barəsində Qaradağ Rayon Məhkəməsinə vəsatət verilərək “həbs” qətimkan tədbirinin seçilməsi xahiş edilmiş, ancaq məhkəmə tərəfindən təmin edilməmişdir. Onun üzərindən heroin çıxmamışdır. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, bir daha belə işlərdə adının çəkilməyəcəyini bildirərək ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, müdafiəçinin iştirakı ilə verdiyi öz ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Uzun müddətidr ki, heç bir işlə məşğul olmur. Əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə 2016-cı ildə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinə məhkumluq həyatı yaşamışdır. Uzun zaman olar ki, narkotik vasitə qəbul etməmiş, bir müddət sonra yenidən istifadə etməyə başlamışdır. 01 sentyabr 2023cü il tarixdə günorta saatların o evdən çıxıb şəhərə getmiş, "Sovetski" deyilən yerdən üzdən tanıdığı, lakin başqa məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində 01 ədəd bükümdə kakos deyilən narkotik vasitə heroin almışdır. Onun şəhərdən çıxıb evə gəlməyi biraz gec olmuşdur. Artıq o Sahil qəsəbəsinə çatanda axşam olmuş, qəsəbədə yaşadığı binanın yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onu 38-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini izah edib şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil ona təqdim olunandan sonra 30 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərimdə hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin aşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan boz rəngli cins salvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm polis əməkdaşı tərəfindən açılmış, bükümündə kakos deyilən vasitə heroin aşkar edilmişdir. Həmin heroini "Sovetski" deyilən yerdən tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. O narkotik vasitəni əldə etdiyi şəxsi olaraq tanımır, anket məlumatları barədə heç bir məlumatı yoxdur. O, verilən suallara cavab olaraq polis əməkdaşlarının onu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 A massivdə yerləşən 34 V nömrəli fərdi yaşayış evinin qarşısında saxladığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmişə özünə qəbul etmək üçün narkotik vasitə aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o hazırda Qaradağ RPİ-nin 38-cu PB-in CA üzrə əməliyyat müvəkkili vəzifədə xidmət aparır. 01 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan "heroin"in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində narkotik vasitə olan "heroin" saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o Qaradağ RPİ-nin 38ci PB-in raisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında PB-in CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan Şahid2 ilə birlikdə 01 sentyabr 2023-cü il tarixdə saat 22:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 18 saylı binanın yaxınlığında bir nəfər şəxsin zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özümüzü təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün PB-ə gətirilmişdir. PB-də məlum olmuş ki, həmin şəxs xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə kakos deyilən heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərindən başqa heç nə aşkar olunmamışdır. Sonra içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla tasdiq olunmuşdur. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. O öz ifadəsində daha sonra təqsirləndirilən şəxsin saxlanılarkən və bölməyə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini göstərmişdir. Məhəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2n öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o hazırda Qaradağ RPİ-nin 38-cu PB-in CA üzrə əməliyyat müvəkkili vəzifədə xidmət aparır. 01 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan "heroin"in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində narkotik vasitə olan "heroin" saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o Qaradağ RPİ-nin 38ci PB-in raisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında PB-in CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan Şahid2 ilə birlikdə 01 sentyabr 2023-cü il tarixdə saat 22.40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 18 saylı binanın yaxınlığında bir nəfər şəxsin zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özümüzü təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün PB-ə gətirilmişdir. PB-də məlum olmuş ki, həmin şəxs xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə kakos deyilən heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərindən başqa heç nə aşkar olunmamışdır. Sonra içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla tasdiq olunmuşdur. Videoçəkiliş onun tərəfindən aparılmışdır. O öz ifadəsində daha sonra təqsirləndirilən şəxsin saxlanılarkən və bölməyə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4669 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...(imza) Təqsirləndirilən şəxs ..." sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,421 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir Qeyd: heroinin təmiz çəkisi: 0,421 qr., tədqiqata sərf edildi: 0,050 qr., qalıq: 0,371 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 24 oktyabr 2023-cü il tarixli 6971 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,421 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış ekspertizadan sonra 0,371 qram qalmış hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda əks edilmiş görüntülər Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Vəkilov Ramin Yusif oğlu, Azərbaycan Respublikası CPM-nin 86.8, 51, 236, 246-247-ci maddələrini rəhbər tutaraq, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 o, cümlədən Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə həmin protokolu tərtib edir ondan ötrü ki, qeyd olunan əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 sentyabr 2023-cü il tarixdə saat 22:50 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən "Saloni" mebel mağazasının yanında, qanunsuz olaraq narkotik vasitələrin gəzdirilməsi şübhəsi ilə Təqsirləndirilən şəxs saxlanılmış və saat 23:10-da Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. Burada məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1977-ci ildə Bakı şəhər, Qaradağ rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş. Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabyev küçəsi, ev 18, mənzil 20-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Tərəfindən müdafiəçi X3 iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-ci maddəsində nəzərdə tutulan hüqüq və vəzifələri izah edilməklə götürmə istintaq hərəkətinin videoçəklişlə aparılacağı barədə xəbardarlıq edilmiş. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol cibindən bir ədəd bükülmuş vəziyyətdə gümüşü rəngli kağız parçasını təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız bükümünün içərisinə baxdıqda orada toz şəklində olan, qəhvəyi rəngdə "heroinə" bənzər, maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən "kakos" (heroin) olduğunu, bu gün “Sovetski” kimi tanınan ərazidən tanımadığı şəxsdən 10 manata, öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya aşkar edilməmişdir, Təqsirləndirilən şəxs təqdim etdiyi, bir ədəd gümüş rəngli kağız büküm tərəfindən zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. "Şəxsi axtarış və götürmə" istintaq hərəkəti keçirilən zaman çəkilmiş video görüntü toplanmış materiala bir ədəd CD disk şəklində əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Qaradağ Rayon İdarəsi tərəfindən 25 yanvar 2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinə daxil olmuş 22 yanvar 2024-cü il tarixli, 3-43-82/2-103/2024 saylı məktubundan görünür ki, 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 17ci maddəsinin “b” bəndinə əsasən (Diaqnoz: “Nevrosteniya”) “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 25 aprel 2017-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində şübhəli şəxs kimi Qaradağ RPİ-nin 38-ci PB-ə gətirilən zaman rəis müavini vəzifəsində işləyən Rafiq adlı polis işçisinin onu döyərək müxtəlif bədən xəsarətləri yetirdiyini bildirmişdir. Qeyd olunan məlumatın araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna rəsmi müraciət edilmişdir. Qaradağ Rayon Prokurorluğunun böyük müstəntiq, ll dərəcəli hüquqşünas X6 tərəfindən 10 yanvar 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək ona xəsarət yetirilməsi barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsədə məhkəmə onun ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş qeyri-səmimi ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış və bir-birini tamamlayan təkzib edilməz sübutlarla onun törətmiş olduğu cinayət əməli tam sübuta yetmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzəzərə alınmır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 01 sentyabr 2023-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuş, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən 02 sentyabr 2023-cü il tarixdə MSY-dən azad edilmişdir. Daha sonra 03 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində dindirildikdən sonra saxlanılaraq barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Prokurorluğuna vəsatət verilmişdir. Qaradağ rayon Prokurorluğunun 03 sentyabr 2023-cü il qərarı ilə vəsatət rədd edilmişdir. Buna görədə Təqsirləndirilən şəxs barəsində 03 sentyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2023cü il tarixdə “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün axtarış elan edilməsi, cinayət işinin istintaq icraatının dayandırılması haqqında” qərar qəbul edilmişdir. Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə tutularaq MSYnə təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi üçün Qaradağ Rayon Prokurorluğu tərəfindən Qaradağ Rayon Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilməyərək təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. Qaradağ RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı V.Xalıqov tərəfindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətmikan tədbiri seçilmişdir. Odur ki, yuxarıda göstərilən bu hallar, yəni təqsirləndirilən şəxsin hüquqlarının məhdudlaşdırıldığı vaxtlar ümumilikdə üç gün kimi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,371 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı ümumilikdə 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri seçilməklə dəişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 22 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə qalıq çəkisi 0.371 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 (iki əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-45/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-45/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver