Məhkəmə qərarları › İş №1(002)-45/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-45/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-45/2025 22.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş 08 ay hissəsini çəkmək üçün X7 müəssəsinə keçirilmiş, 17 sentyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Hacıqabul rayonu, Padar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama yolu ilə ələkeçirərək təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 avqust 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yerləşən dayanacaqda dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “Ford Tranzit” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısının açaraq avtomaşının salonundan sonuncuya məxsus 15 manat dəyərində ***-***-**-** nömrəsi ilə işlək halda olan imei kodu **********92845 olan 350 manat dəyərində “Samsung A 52” markalı mobil telefonunun gizli talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 365 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 avqust 2024-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yerləşən “Mingəçevir dayanacağı” adlanan yerdə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus X8 markalı ** UZ *** övlət qeydiyyat nişanlı avtomaşının qapısının açaraq avtomaşının salonundan sonuncuya məxsus 40 manat dəyərində ***-***-**-** nömrəsi ilə işlək halda olan 4595 manat dəyərində imei kodu- **********61431 olan “İphone 14 Pro Max” markalı mobil telefonunu gizli talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 4635 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazaların qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus Kia Sportage markalı **-CM-*** dövlət övlət qeydiyyat nişanlı avtomaşının qapısının açaraq avtomaşının salonundan sonuncuya məxsus içərisində 350 manat dəyərində bir ədəd üzərində “Evoket” sözləri yazılmış Dubay şəhərində istitehsal olunmuş ətir, 150 manat dəyərində kosmetik əşyalar, 5 manat dəyərində daraq, 1650 nağd pul, 450 manat dəyərində 1 ədəd qadın qızıl üzüyü və 1 ədəd 40 manat dəyərində əl çantasını gizli talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 2645 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yerləşən “Super Toys” mağazasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus Mercedes Benz markalı **-BZ-*** övlət qeydiyyat nişanlı avtomaşının qapısının açaraq avtomaşının salonundan sonuncuya məxsus içərisində 325 manat dəyərində “APPLE” markalı qulaqcıq, 35 manat dəyərində Samsung markalı mobil telefonun enerji adaptoru və 80 manat dəyərində poverbank enerji bloku olan 100 manat dəyərində qara rəngli parça materialından olan əl çantasını gizli talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 540 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bu əməlləri törədən zaman məntəqədə cəzaçəkmişdir. “Sədərək” ticarət mərkəzində gəzən zaman maşının qapısının açıq olduğunu görmüş qapını açaraq sumkanı götürmüşdür. Sonra “Sprinter” markalı maşından da sumka götürmüş onun içərsindən qulaqcıq və poverbank çıxmışdır. Üçüncü epizot olan “Kia Sportage” markalı maşından da çanta götürmüş ancaq onun içərisində hər hansı qiymətli bir əşya çıxmamışdır. Maşının açarı çantada olmuş və onu qaytarıb maşının içinə atmışdır. Ancaq çantada pul olmamışdır. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, “Sədərək” Ticarət Mərkəzində 13 avqust 2024-cü il tarixdə oğurlanmış “İphone 14 Pro Max” markalı mobil telefonu oğurlamadığını bildirmişdir. Müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsini polisdə oxumadan qol çəkmiş və o, polis tərəfindən aldadılmışdır. Polisdə olan zaman ona fiziki zor və işgəncə verilmişdir. O öz ifadəsində əlavə olaraq törətdiyi əməldən səmimi peşman olduğunu, heç bir maddi imkanı olmadığı üçün vurulmuş ziyanlardan ödəniş edə bilmədiyini, zərərçəkmiş şəxslərdən X2, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 22 aprel 2025-ci il tarixli sonuncu iclasında Təqsirləndirilən şəxs bütün epizotlar üzrə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Azərbayacn Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmişdir. O oğurluq cinayəti törətdiyi üçün əvəllər məhkum olunmuşdur. Həbsxanadan azadlığa buraxıldıqdan sonra heç bir yerdə işləmədiyi üçün oğurluq edib əldə etdiyi qazancla dolanmaq fikrində olmuşdur. 11 avqust 2024-cü il tarixdə oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinə gəlmişdir. Həmin gün saat 12 radələrində maşınları dayandıqları yerə gəlmiş, orada gəzişərkən “Ford Tranzit” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilin pəncərəsinin açıq olmasını görmüş, avtomobilə yaxınlaşıb qapısını açaraq salonda oturacağın üstündə bir ədəd “Samsung A52” markalı mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Həmin gün yaşadığı ünvana gedərkən mobil telefonun ekranında təhlükəsizlik kodu olmasını görmüş, telefonu heç bir kəsə sata bilməyəcəyini başa düşmüş vəona görə də mobil telefonu Xocasən qəsəbəsi ərazisində xatırlamadığı yerə atmışdır. Bundan başqa o, oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə “Sədərək” Ticarət Mərkəzinə gəlmişdir. Həmin gün saat 12:20 radələrində “Sədərək” Ticarət mərkəzində yerləşənə “Mingəçevir dayanacağı” deyilən yerdə gəzərkən “Mercedes Spirinter” markalı avtomaşının sükan tərəfdə şitin üzərində mobil telefon olduğunu, avtomaşının içərisində isə heç kim olmadığını görmüş, avtomaşına yaxınlaşaraq qapının açıq olub-olmadığını yoxlamış, avtomaşının qapısının açıq olduğunun bildikdən sonra ətrafa nəzərə salmış, ətrafda heç kimin olmamasından istifadə edərək şitin üzərində olan “İphone 14 Pro Max” markalı mobil telefonu götürümüş və oradan uzaqlaşaraq 20 Yanvar metrostansiyasına gəlmişdir. 20 Yanvar metrostansiyası yaxınlığında oğurladığı “İphone 14 Pro Max” markalı mobil telefonu tanımadığı şəxsə 50 manata satmış, əldə etdiyi pulu isə ailəsi üçün xərcləmişdir. Bundan sonra oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə yenidən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə gəlmişdir. Həmin gün saat 13 radələrində “Sədərək” Ticarət mərkəzindəki məsçidin yaxınlığındakı avtomobillərin park olunduğu yerdə gəzərkən orada dayanmış vəziyyətdə olan qırmızı rəngli nömrəsini xatırlamadığı Kia Sportage markalı avtomobilin pəncərələrinin açıq olmasını görmüş və dərhal həmin avtomobilə yaxınlaşıb qapısını açmış, İçəridə oturacağın üstündə bir ədəd bənövşəyi rəngli qadın çantasını götürüb oradan uzaqlaşmışdır. Bir qədər irəli gedib məscidin yaxınlığında həmin qadın çantasını açıb içərisinə baxan zaman çantada qadın kosmetika əşyaları, ətir, daraq, dərmanlar, bank karları, üzük, boyunbağı kloununa oxşar daş və 1600 manat pul olduğunu görmüş, üzük və klona oxşar əşyaların bujiteriya olduğunu güman edərək həmin əşyaları sata bilməyəcəyimi düşündüyü üçün 1600 manat pulu həmin çantanın içərisinə qoyaraq özüylə aparmış, qalan əşyaları isə məsçidin yaxınlığında yerə atmış, yaşadığı evə gələrək qadın əl çantasını evdə gizlətmiş, 1600 manat pulu isə öz təlabatlarına xərcləmişdir. Daha sonra oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə yenidən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinə gəlmişdir. Həmin gün saat 15 radələrində orada gəzərkən “Super Toys” dükanının qarşısında dayanmış ağ rəngli “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin pənçərəsinin açıq olmasını görmüş, avtomobilə yaxınlaşaraq, ətrafa nəzərə salmış, yaxınlıqda heç kim olmadığını gördükdən sonra avtomobilin qapısı açıb salonundakı qara rəngli kişi əl çantasını götürüb oradan uzaqlaşmış, bir qədər aralaşdıqdan sonra əl çantasın baxmış, çantada bir ədəd “Apple” markalı qulaqcıq, 1 ədəd Poverbank və telefon adaptoru olmasını gördüm. Bir ədəd “Apple” markalı qulaqcığı və 1 ədəd Poverbankı götürmüş, çanta və adaptoru kənara tullayıb orada 20 Yanvar metrostansiyasına gəlmişdir. 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığım şəxslər 25 manata Apple markalı qulaqcığı, 10 manata isə Poverbankı satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. xx.xx.2024-cü il tarixdə oğurluq etmək məqsədi ilə yenidən “Sədərək” ticarət mərkəzinə gəlmiş, “Sədərək” Ticarət mərkəzində gəzərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşduqdan sonra ona Sədərək ticarət mərkəzində oğurluq etməkdə şübhəli olduğunu deyib 10-cu PŞ-nə dəvət etmişdirlər. O da polis əməkdaşları ilə birlikdə PŞ-nə getmiş, könüllü olaraq etdiyi cinayət əməllərini etiraf etdikdən sonra oğurluq yolu ilə əldə edərək yaşadığı evdə gizlətdiyi bir ədəd qadın çantasını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Favorit” mağazalar şəbəkəsinə məxsus etibarnamə ilə idarə etdiyim “Mercedes Benz” markalı **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə sürücü kimi fəaliyyət göstərir. O, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinə gəlmiş, ticarət mərkəzinin daxilində olan zaman Mercedes Benz markalı **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobilini “Super Toys” mağazasının qarşısında park edib alış-verişə getmişdir. Həmin gün, saat 16:00 radələrində avtomobilinə yaxınlaşan zaman avtomaşınımda sərnişin oturacağına qoyduğu özümə məxsus içərisində 325 manat dəyərində “APPLE” markalı qulaqcıq, 35 manat dəyərində Samsung markalı mobil telefonun enerji adaptoru və 80 manat dəyərində poverbank enerrji bloku olan 100 manat dəyərində qara rəngli parça materialından olan əl çantasının yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona naməlum şəxs(lər)-in avtomaşınının qapısının açıq olmasından istifadə edərək oturacağa qoydğu çantamı oğurlaması ona məlum olmuş, ona görə də DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə nəticəsində ona 540 manat manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə 30 yanvar 2025-ci il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ona vurulmuş ziyanı ödəməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq məqsədilə özünə məxsus olan “Mercedes-Benz Sprinter” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri “Sədərək” Ticarət mərkəzindən Neftçala rayonuna yüklərin daşınması ilə məşqul olur. xx.xx.2024-cü il tarixdə yük aparamaq üçün Sədərək Ticarət Mərkəzinə gəlmiş, həmin gün saat təxminən 12:30 radələrində maşınını Sədərək ticarət mərkəzində yerləşən “Mingəçevir dayanacağı” deyilən yerdə saxlayıb aparacağı yükləri gözləyirmiş. Həmin vaxt özünə məxsus 40 manat dəyərində ***-***-**-** nömrəsi ilə işlək halda olan 4595 manat dəyərində imei kodu- **********61431 oln İphone 14 Pro Max markalı mobil telefon avtomobildə şitin üzərində olmuşdur. Yüklə bağlı onu çağırdıqları üçün avtomobildən düşüb arxa tərəfə keçmiş və yüklərin maşına yerləşdirilməsinə nəzarət etmiş, təxminən 10 dəqiqə keçdikdən sonra avtomobilə əyləşərkən özümə məxsus İphone 14 Pro max markalı mobil telefonu yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona naməlum şəxs(lər) avtomobilin qapısının kilidli olmamasından istifadə edərək sükanın üst hissəsində şitin üzərinə qoyduğu “İphone 14 Pro Max” markalı mobil telefonununu oğurlaması ona məlum olmuş, ona görə də DİNnin 102 xidmətinə müraciət etmiş, hadisə nəticəsində ona 4635 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 28 avqust 2024-cu il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək Ticarət mərkəzinə gəlmişdir. Kia Sportage markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilini məişət əşyaları satılan mağazanın qarşısında saxlamış, alış-verişə getmişdir. Hava isti olduğundan avtomaşınının pəncərə şüşələri açıq qoymuşdur. Təxminən 15 dəqiqədən sonra o, avtomobilinə qayıdan zaman avtomobilinin salonunda yerləşən içərisində 350 manat dəyərində bir ədəd üzərində “Evoket” sözləri yazılmış Dubay şəhərində istehsal olunmuş ətir, 150 manat dəyərində kosmetik əşyaları, 5 manat dəyərində daraq, 1650 pul, 450 manat dəyərində 1 ədəd qadın qızıl üzüyü və 1 ədəd qiymətini bilmədiyi ona hədiyyə edilmiş Svorovski daşından ibarət klon olan əl çantasının yerində olmadığını aşkar etmiş, bundan sonra naməlum şəxs(lər)-in ona məxsus olan avtomaşınının şüşəsinin açıq olmasından istifadə edərək əşyalarını oğurlaması ona məlum olmuş, ona görə də Qaradağ rayon polis idarəsinin 10-cu polis şöbəsində ərizə ilə müraciət etmişdir. Şikayətdən sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları Sədərək ticarət mərkəzində yerdən tapdılqar, ona məxsus bank kartları, dərmanlarım, ətirim kosmetik əşyaları, özünə qaytarılmış, bank kartlarında heç bir oğurluq olnamamışdır. Hadisə nəticəsində 2645 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs bağışladığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, dolanışığı üçün Sədərək ticarət mərkəzindən məişət əşyaları alıb yaşadığı Göyçay rayonuna aparıb satmaqla məşqul olur. xx.xx.2024cü il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək ticarət mərkəzinə gəlmiş, özünə məxsus “Ford Tranzit” markalı **-SM-*** dövlət qeydiyyat nömrəli avtomobili park edib alış-verişə getmişdir. Həmin gün, saat 16:00 radələrində “Ford-Tranzit” markalı avtomobilə yaxınlaşan zaman avtomaşınının saloununa qoyduğu özünə məxsus olan 15 manat dəyərində ***-***- **-** nömrəsi ilə işlək halda olan imei kodu **********92845 olan 350 manat dəyərində “Samsung A 52” markalı mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona məxus mobil telefon naməlum şəxs (lər) tərəfindən oğurlanması ona məlum olmuş, ona görə də DİN-nin 102 xidmətinə müraciət etmiş, hadisə nəticəsində ona 365 manat ziyan dəymişdir. O öz ifadəsində əlavə olaraq ona vurulmuş ziyan ödənmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 19 oktyabr 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin ərazisidir. Təqsirləndirilən şəxs qeyd olunan ünvanda zərərçəkmiş şəxslərə məxsus əşyaları oğurladığı yerləri göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18 sentyabr 2024cü il tarixli CD diskə baxış keçirilməsi haqqında prtokoldan görünür ki, 01 ədəd DVD diskdə 06 ədəd fotoşəkil faylı 04 ədəd isə videogörüntü olan fayllar vardır. Yuxarıdan birinci və ikinci fotoşəkillərdə bir nəfər ağ ayaqqabı, qara şalvar, ağ rəngə oxşar üzərində qara damaları olan qolsuz köynək başında qara rəngə oxşar şapka qoyumuş şəxs sağ əlini cibinə qoyaraq sol əlində isə qadın çatasına oxşar şübhəli əşyanı saxalayaraq topa yığılmış əşyaların yanında keçib getməsi əks olunmuşdur. Digər dörd ədəd fotoşəkillərdə isə ayağında qara rəngli ayaqqabı, ağ şalvar, qara qolsuz köynək, başında ağ şapkası olan şəxssol əlində qara rəngli mobil telefona oxşar əşyanı saxlayaraq hərəkət etməsi əks olunmuşdur. Fotoşəkillərdən sonra birinci vidos faylda yol kənarında ağ rəngli mersedes markalı yük avtomobilinə oxşar avtomaşının dayanması, avtomiblin qabaq hissəsində bir nəfər şəxsin əyilərək nəsə etməsi, həmin vaxt yoldan bir nəfər qara rəngli geyimdə olan ayağında ağ rəngli ayaqqabı geyinmiş şəxs ağ rəngli Mersedes markalı avtomaşına yaxınlaşır, sürücü tərəfdən qapını açır, sonra qapını bağlayıb gəldiyi istiqamətə getməsi, həmin şəxsin sağ əlində qara rəngli əl çatnasını olması öz əksini tapmışdır. Üçüncü video görütüdə isə meresdes markalı avtomaşına yaxınlaşın avtomaşından qara rəngli əl çatnasını aparan şəxsin gəlib keçdiyi, gedərkən şapkasını çıxarması öz əksini tapmışdır. İkinci video görüntüdə ağ ayaqqabı, qara şalvar, ağ rəngə oxşar üzərində qara damaları olan qolsuz köynək başında qara rəngə oxşar şapka qoyumuş şəxs sol əlində qadın çatasına oxşar şübhəli əşyanı saxalayaraq mağazaların arxa hissəsində gediş-gəlişin az olduğu hissədə hərəkət etməsi öz əksini tapmışdır. Sonuncu video görüntüdə isə ticarət binasının qarşısında yolun kənarında ağ rəngli Ford Tranzit markalı avtomaşına oxşar avtombilin dayandığını, bir nəfər ayağında qara rəngli ayaqqabı, ağ şalvar, qara qolsuz köynək, başında ağ rəngli şapkası olan şəxs “Ford Tranzit” markalı avtomaşına yaxınlaşı, avtomaşının sürücü tərəfdən qapısını açır, içəridən nəsə götürür. Sonra qapını bağlayaraq düz istiqamətə ticarət mərkəzinə tərəf getməsi əks olunmuşdur. Digər ikinci diskdə də birinci diksdə olan həmin video görüntülər öz əskini tapmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ağ rəngli Mersedes markalı və ağ rəngli Ford Tranzit markalı avtomaşına yaxınlaşaraq oradan oğurluq edən şəxsi özüdür. “Mersedes” markalı avtomobildən götürdüyü “İphone 14 Pro max” markalı mobil telefondur, “Ford Tranzit” markalı avtomaşından götürdüyü isə 1 ədəd “Samsung A52” markalı mobil telefondur, piyada hərəkət edərək şapkanı əlinə götər şəxsdə özüdür, Bundan başqa ağ ayaqqabı, qara şalvar, ağ rəngə oxşar üzərində qara damaları olan qolsuz köynək başında qara rəngə oxşar şapka qoyumuş şəxs sol əlini cibinə qoyaraq sağ əlində isə qadın çatasına oxşar şübhəli əşyanı saxalayaraq topa yığılmış əşyaların yanında keçib gedən həmin geyimdə yerdən keçib gedən şəxs özüdür, sağ əlində saxladığı çanta isə “Kia” markalı avtomaşından oğurladığı içərisində 1600 manat nağd pul olan çanta olmasını bildirdi. Bundan bqaş Qara ayaqqabı, ağ şalvar qara köyənk ağ şapka geyinən şəxsində özü olduğunu, sağ əlində apardığının isə oğurluq yolu ilə əldə etdiyi “Samsung” markalı mobil telefon olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18 sentyabr 2024cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sədərək Ticarət mərkəzindəki avtomobillərdən oğurluq etməsini özündə əks etdirən video görüntünün və fotoşəkillərin köçürüldüyü 02 ədəd DVD disk ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 19 sentyabr 2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Sədərək Ticarət Mərkəzində Zərərçəkmiş şəxs3 məxsus “Kia Sportage” markalı avtomobildən gizli talama yolu ilə ələ keçiridiyi və sonradan polis əməkdaşlarına təqim etdiyi sonuncuya məxsus 01 ədəd açıq qəhvəyi rəngli qadın əl çantası xx.xx.2024-cü il tarixli qərarımla ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı X7 Müəssəsinin 15 yanvar 2025-ci il tarixli 3-16-17/46/2-131/2025 saylı məktubdan görünür ki, Penitensiar xidmətin 4 saylı X7 müəssisəsində cəza çəkmiş, CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını tam çəkməklə azad olunmuş Təqsirləndirilən şəxs qeyd olunan tarixlərdə yəni, xx.xx.2024-cü il tarixdə Cəzaların İcrası Məcəlləsinin 105-ci maddəsinə əsasən həvəsləndirmə tətbiri qismində müəssisəsdən kənara buraxılmış, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müəssisə rəisinə müraciət edərək müalicə və müayinə olunması üçün ərazi üzrə tibb müəssisəsinə getməsinə icazə verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı X7 Müəssəsi 17 sentyabr 2025-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmiş və 17 sentyabr 2024-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində şübhəli şəxs kimi Qaradağ RPİ-nin 10-cu PB-ə gətirilən zaman polis işçisinin onu döyərək müxtəlif bədən xəsarətləri yetirdiyini bildirmişdir. Qeyd olunan məlumatın araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna rəsmi müraciət edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırılmalar İdarəsinin böyük prokuroru, l dərəcəli hüquqşünas X6 tərəfindən 29 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək ona xəsarət yetirilməsi barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Qaradağ Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 08 (səkkiz) ay hissəsini çəkmək üçün X7 müəssəsinə keçirilmişdir. Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə cəzası başa çatmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 17 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış və Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 28 avqust 2024-cü il tarixdə saat 13 radələrində “Sədərək” Ticarət Mərkəzində Zərərçəkmiş şəxs3 məxsus “Kia Sportage” markalı avtomobildən Təqsirləndirilən şəxs tərəfindən gizli talama yolu ilə ələ keçirilən və sonradan polis əməkdaşlarına təqdim edilən sonuncuya məxsus 01 ədəd açıq qəhvəyi rəngli qadın əl çantası xx.xx.2024-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 47 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 45 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi və 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi subut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus “Kia Sportage” markalı avtomobildən götürülmüş sonuncuya məxsus 01 ədəd açıq qəhvəyi rəngli qadın əl çantasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar