Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-46/2022 18.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1976-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonunun Sütəmurdov kəndində yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 1(99)-287/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 1(106)-492/2019 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il 06 (altı) ay müddətinə endirilməklə cəzasının əvvəli 06 sentyabr 2018-ci il tarixdən hesablanmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********38126-**********38124” imei kodlu və daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********03606-**********03614” imei kodlu mobil telefonları istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan mobil telefon vasitəsi ilə tanışları Şahid5 istifadəsində olan ***-***-**-** saylı və Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək əlaqə saxlamaqla istifadə etmiş, 30 iyun 2021-ci il tarixdə saat 14:30 radələrində müəssisənin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 14 saylı kamerasında üzərinə və cəza çəkdiyi kamerada axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********38126-**********38124” imei kodlu, eyni zamanda kameranın döşəməsinin altından ona məxsus gizlədilmiş vəziyyətdə daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********03606- **********03614” imei kodlu mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üzərindən və cəza çəkdiyi kameradan aşkar edilərək götürülmüş daxillərində danışıq kartları olan iki ədəd “Nokia” markalı mobil telefon aparatlarının özünə məxsus olduğunu, həmin mobil telefon aparatlarını daxillərində danışıq kartları ilə birlikdə aşkar olunmamışdan təxminən bir neçə ay əvvəl cəza çəkdiyi kamerada təmir işləri aparılarkən döşəmənin altından tapdığını, həmin mobil telefon aparatlarından birindən daxilində olan danışıq kartı vasitəsilə bir neçə dəfə istifadə edərək tanışları Şahid5 istifadəsində olan ***-***-**-** saylı və Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrini yığaraq əlaqə saxlayıb danışdığını, həmin mobil telefon aparatları onda olan zaman ondan başqa heç kimin istifadə etmədiyini və 30 iyun 2021-ci il tarixdə təxminən saat 14:30 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sağ cibindən daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatı, eyni zamanda axtarış-baxış tədbirləri davam etdirilən zaman kameranın döşəməsinin altından gizlədilmiş vəziyyətdə ona məxsus daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatlarının aşkar olunaraq götürüldüyünü göstərmişdir. O, son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat Bölməsinin inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıdığını, daxil olmuş əməliyyat məlumatına əsasən 30 iyun 2021-ci il tarixdə saat 14:30 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarışbaxış tədbirləri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən cibindən “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatı, eyni zamanda axtarış-baxış tədbirləri davam etdirilən zaman kameranın döşəməsinin altından xüsusi üsulla gizlədilmiş vəziyyətdə məhkum Təqsirləndirilən şəxs məxsus daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatlarının aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyaların aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan mobil telefon aparatları qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin RNK-si Şahid2 oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıdığını, daxil olmuş əməliyyat məlumatına əsasən 30 iyun 2021-ci il tarixdə saat 14:30 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən cibindən “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatı, eyni zamanda axtarış-baxış tədbirləri davam etdirilən zaman kameranın döşəməsinin altından xüsusi üsulla gizlədilmiş vəziyyətdə məhkum Təqsirləndirilən şəxs məxsus daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatlarının aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyaların aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan mobil telefon aparatları qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq danışmışdır. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq danışmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2021-ci il tarixli, “5/820” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********03606-**********03614” imei kodlu, təqdim edilmiş digər bir ədəd arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********38126-**********38124” imei kodlu mobil telefonlar olmaqla, hal-hazırda işlək vəziyyətdə olaraq istifadə üçün yararlıdırlar. Ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir. İstintaq zamanı "xxxx" MMC-dən alınmış 13 oktyabr 2021-ci il tarixli, “21279” nömrəli məktubdan və iş üzrə çıxarış olan diskdən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə istifadə etdiyi “Nokia” markalı, “Mini Phone” modelli, “**********03606- **********03614” imei kodlu mobil telefon aparatından ***-***-**-** saylı GSM danışıq kartı vasitəsilə istifadə edərək ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə mütəmadi danışıqlar aparmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X3”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatının məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Məmmədov X2 Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 1(99)-287/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Şirvan Apelyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 1(106)- 492/2019 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il 06 (altı) ay müddətinə endirilməklə cəzasının əvvəli 06 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış - daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********38126-**********38124” imei kodlu və daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********03606-**********03614” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən alınmış 13 oktyabr 2021-ci il tarixli, “21279” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş hazırki cəza Şirvan Apelyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 il 01 ay 17 gün hissəsi ilə qismən birləşdirilsin və ona qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış - daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********38126-**********38124” imei kodlu və daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********03606-**********03614” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən alınmış 13 oktyabr 2021-ci il tarixli, “21279” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-46/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-46/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver