Məhkəmə qərarları › İş №1(002)-46/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-46/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-46/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zavod küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşamış və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən heroin, psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:10 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman tərəflərindən narkoloji sərxoş olmasında şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi ev 22-in yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 15:25 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli şalvarının qabaq sağ yan cibindən 02 ədəd yəni 01 ədəd şəffaf rəngli polietilen bükümdə satış məqsədi ilə saxladığı ümumi təmiz çəkisi 0,258 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə satış məqsədi ilə saxladığı ümumi təmiz çəkisi 0,214 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. İş məhkəməyə daxil olduqdan sonra məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə ölmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-276/2022 saylı, 15 fevral 2023-cü il trarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Mərhum Təqsirləndirilən şəxs arvadı X1 ərinin hüquqi varisi qismində tanınması üçün ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qəbul etdiyi qərarla sonuncu təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. Bundan başqa mərhum təqsirləndirilən Təqsirləndirilən şəxs arvadı X1 məhkəməyə ərizə ünvanlayaraq əri Təqsirləndirilən şəxs ölməsi səbəbi ilə onun barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə ölməsini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğu üçün Təqsirləndirilən şəxsun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd şəffaf rəngli polietilen bükümdə çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 0,174 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat təqsirləndirilən şəxs öldüyü üçün dövlətə aid edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 43, 300.1.7, 305 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 0,174 qram olan olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat təqsirləndirilən şəxs öldüyü üçün dövlətə aid edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin.. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar