Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-46/2025 16.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, (mülki iddiaçı) Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Astara rayonu Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə "xxxx" ASC-də Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işlədiyi müddətdə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, tanışı Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Şahid3 "xxxx" ASC-nin Bakı şəhəri Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsində çilingər kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq, etibarından sui-istifadə edib 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Bravo» marketin yanında 2.000 (iki min) manat məbləğdə pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa, "xxxx" ASC-də Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işlədiyi müddətdə o, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində elektrik xətti çəkib sayğac quraşdıracağı barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2022-ci ilin yay aylarında ünvan 3 ünvanının qarşısında ilk dəfə 1.600 (bir min altı yüz) manat məbləğdə, üç gün sonra eyni ünvanda 400 (dörd yüz) manat məbləğdə olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 2.000 (iki min) manat məbləğində pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrar dələduzluq etmişdir. Bundan başqa "xxxx" ASC-də Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işlədiyi müddətdə o, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə elektrik xətti çəkib sayğac quraşdıracağı barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2022-ci ilin noyabr ayının sonuncu ongünlüyü ərzində "xxxx" ASCnin ünvan 4 ünvanda yerləşən Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinin inzibati binasında 1.300 (bir min üç yüz) manat, növbəti dəfə 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində quraşdırılmış ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid **********518457 nömrəli bank kartı hesabına 200 (iki yüz) manat köçürməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğdə pulu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrar dələduzluq etmişdir. Bundan başqa "xxxx" ASC-də Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işlədiyi müddətdə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə heç bir hüquqi səlahiyyəti olmamasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs4 qardaşı oğlu X3 "xxxx" ASC-nin Satış Departamentində baş məsləhətçi kimi işə düzəldəcəyinə dair Zərərçəkmiş şəxs4 yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 01 fevral 2023-cü il tarixdə "xxxx" ASCnin ünvan 4 ünvanda yerləşən Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinin inzibati binasında 3.000 (üç min) manat məbləğdə pul vəsaitini alaraq ələ keçirib verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs4 həmin məbləbğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa "xxxx" ASC-də Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işlədiyi müddətdə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədilə heç bir hüquqi səlahiyyəti olmamasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs5 "xxxx" ASC-nin Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsində elektrik kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 05 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən «Lukoil» yanacaq-doldurma məntəqəsinin yaxınlığında 2.000 (iki min) manat məbləğdə pul vəsaitini alaraq ələ keçirib verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, "xxxx" ASC-də Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işlədiyi müddətdə təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədilə heç bir hüquqi səlahiyyəti olmamasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 61-ci km ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacını sonuncunun adına rəsmiləşdirəcəyi və elektrik sərfiyyatına görə sayğac üzrə əvvəldən toplanılmış 570 manat məbləğdə borcu sildirəcəyi və onu "xxxx" ASC-nin Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinə çilingər kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» Ticarət Mərkəzində 350 (üç yüz əlli) manat məbləğdə daha sonra 2023-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 8 ünvanın qarşısında 7.000 (yeddi min) manat məbləğdə, 26 avqust 2023-cü il tarixdə saat 14:31-də Zərərçəkmiş şəxs7 ünvan 9 ünvanda yerləşən “Funda” klinikasında olarkən, "xxxx" ASC-yə aid **********518457 nömrəli bank kartı hesabına köçürtdüyü 420 (dörd yüz iyirmi) manat məbləğdə, növbəti dəfə 29 avqust 2023-cü il tarixdə saat 16:40-da Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” Ticarət Mərkəzində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid **********518457 nömrəli bank kartı hesabına köçürtdüyü 2.100 (iki min yüz) manat məbləğdə və sonuncu dəfə 31 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində 900 (doqquz yüz) manat məbləğdə pul vəsaitini, daha sonra isə həmin istiqamətdə işləri davam etdirməsi barədə Zərərçəkmiş şəxs7 inandıraraq şəxsi ehtiyacları üçün pul lazım olduğunu bildirib qısa zamanda geri qaytaracağına dair yalan vəd verib aldadaraq, 02 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” Ticarət Mərkəzində 1.780 (bir min yeddi yüz səksən) manat məbləğdə, ümumilikdə Zərərçəkmiş şəxs7 12.550 (on iki min beş yüz əlli) manat məbləğdə pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa "xxxx" ASC-də Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işlədiyi müddətdə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs6 məxsus və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 31 ünvanında yerləşən yaşayış evinin qarajına elektrik xətti çəkib sayğac quraşdıracağı barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2023-cü ilin iyun ayının ortalarında "xxxx" ASC-nin ünvan 4 ünvanda yerləşən Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinin inzibati binasında 1.200 (bir min iki yüz) manat məbləğdə, növbəti dəfə 18 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 11 ünvanında olarkən, "xxxx" ASC-yə aid **********518457 nömrəli bank kartı hesabına köçürtdüyü 200 (iki yüz) manat məbləğdə pul vəsaitini və son dəfə 2023-cü ilin iyun ayının axırlarında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən Bakı şəhəri, Qaradağ rayon İcra başçısının Sahil qəsəbəsi üzrə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaitini alaraq ələ keçirib verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs6 ümumilikdə 1.650 (bir min altı yüz əlli) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər "xxxx" ASC-nin “Sayğac quraşdırma və uçota nəzarət” şöbəsində texnik vəzifəsində işləmişdir. O, Zərərçəkmiş şəxs1 2022-ci ilin mart ayında oğlu Şahid3 işə düzəlməsində köməklik edəcəyini vəd edərək 2.000 manat, 2022-ci ilin yay aylarında Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Məmmədyarov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 ünvanına elekrik xətti çəkəcəyini vəd edərək 1.600 manat, 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən fərdi evinə elekrik xətti çəkəcəyini vəd edərək 1500 manat, 2023-cü ilin əvvəllərində Şahid1 işə düzəltməyə vəd edərək Zərərçəkmiş şəxs4 3.000 manat, 2023-cü ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs5 işə düzəltməyə vəd edərək 2.000 manat, 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə işıq xətti çəkməyi vəd edib 1650 manat, 2023-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs7 işə düzəltmək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 61-ci km ünvanında yerləşən evinə elektrik sərfiyyatına görə sayğac üzrə əvvəldən toplanılmış məbləği siləcəyini və şəxsi ehtiyacları üçün pul lazım olduğunu bildirməklə fərqli vaxtlarda 12550 manat pulunu əldə keçirmişdir. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, adları çəkilən zərərçəkmiş şəxslərə verdiyi vədlərə işdən çıxdığı üçün əməl edə bilməmiş, onlardan aldığı pulları isə öz şəxsi işlərinin həllinə sərf etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan cinayətləri tək törətmiş, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianı qəbul edir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladları olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi şirniyyat sexindən alış-veriş edərkən tanımışdır. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxsla söhbət zamanı oğlu X7 işə düzəltmək istədiyini bildirmiş və işlədiyi İşıq İdarəsində yer olub-olmadığını öyrənməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vakant yer olduğunu, işə düzəlməyə görə 2.000 manat pul verilməli olduğunu bildirmişdir. 2022-ci ilin iyun ayından etibarən Təqsirləndirilən şəxs onun oğlunu çağırmış və onlar işləməyə başlamış, Təqsirləndirilən şəxs oğluna əmək haqqı da vermişdir. Lakin 2-3 ay keçdikdən sonra sonuncu iş yerinin bağlandığını, onun oğlunun orada fəaliyyətinə davam edə bilməyəcəyini ona bildirmişdir. Bu səbəbdən o, polisə müraciət etmişdir. Məhkəmə iclasında ona vurulmuş ziyanın ödənilmədiyini lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, 2-ci Massiv, Məmmədyarov küçəsində yerləşən 14 saylı evi yüksək gərginlikli elektrik xəttinin yaxınlığında yerləşir. 2022-ci ilin yay aylarında, qonşuluqda yaşayan şəxsə elektrik xətti çəkən Təqsirləndirilən şəxs ilə qarşılaşmış, onun da evinə elektrik xətti çəkilməsini istəmişdir. Təqsirləndirilən şəxs elektrik xətti çəkilməsi və sayğacın onun adına qeydiyyata alınması üçün 1.600 manat pul almışdır. İki gün sonra Təqsirləndirilən şəxs yenidən onunla telefon əlaqəsi yaratmış yenidən 400 manat pul verməli olduğunu bildirmişdir. O, həmin məbləği də Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs elektrik xəttini çəkdikdən bir həftə sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılmış və onun evinə çəkilən elektrik xəttinin qanunsuz olduğu müəyyən edilmişdir. İ, bu barədə M.M.Əsgərova iradlarını bildirmiş və pulunu geri tələb etmişdir. Bundan sonra dəfələrlə sonuncu ilə əlaqə saxlamasına baxmayaraq, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir. Məhkəmə iclasında ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən evinin elektrik xətləri olmadığından həmin ünvanda yaşamırmış. O, həmin ərazidə qonşuluqda yaşayan şəxslərin evlərinə elektrik xətti çəkdirdiklərini görmüş və 2022-ci ilin noyabr ayının sonlarında maraqlanarkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu ona elektrik xətti çəkmək üçün 1.500 manat pul ödəməsini bildirmişdir. İlk dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" ASC-nin inzibati binasına yaxınlaşmış və orada 1300 manat, ikinci dəfə isə Təqsirləndirilən şəxs bank kartına köçürmə etmişdir. Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə çilingər ilə birlikdə onun evinə getmiş elektrik xətləri çəkmiş və sayğac quraşdırmışdır. O, Təqsirləndirilən şəxs abunəçi nömrəsini istədikdə, ona veriləcəyini desə də verməmiş, 26 iyul 2023-cü il tarixdə elektrin xətlərinin kəsildiyini, elektrik sayğacının isə söküldüyünü görmüş və dərhal Təqsirləndirilən şəxs nömrəsinə zəng edib baş verənləri ona bildirmişdir. Lakin sonuncu onu aldadaraq demişdir ki, sayğacı İşıq İdarəsinin əməkdaşları söküb laboratoriyaya yoxlamaya aparmışlar. Elektrik sayğacı geri qaytarılmamış, Təqsirləndirilən şəxs isə ondan aldığı puldan 300 manat qaytarmış, qalan pulu isə bəhanələr gətirərək qaytarmamışdır. Məhkəmə iclasında ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən evinin işıq sayğacını öz adına rəsmiləşdirmək və sayğacda əvvəldən olan 570 manat məbləğində elektrik borcunu sildirmək üçün İşıq İdarəsinin işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq yaranmışdır. Təqsirləndirilən şəxs elektrik sayğacını onun adına rəsmiləşdirmək və qalıq 570 manat borcu silmək üçün ondan 350 manat istəmiş, o, həmin pulu sonuncuya vermiş, lakin borc silinməmişdir. Bundan sonra onun Təqsirləndirilən şəxsla arasında səmimi münasibətlər yaranmış, 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxsla söhbət edən zaman sonuncu onu İşıq İdarəsində işə düzəldə biləcəyini demiş və o razılaşmışdır. Təqsirləndirilən şəxs işıq idarəsində onun işə qəbul olunması üçün 10.000 manat pul istəmiş, o da sonuncuya məxsus avtomobillə evinə getmiş və 7000 manat pul toplayıb Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs zəng edib işə qəbul olunmasına görə, müvafiq sənədləşmə üçün 420 manat rüsum pulunun da ödənilməsini istəmiş, o Təqsirləndirilən şəxs ona göndərdiyi "xxxx" ASC-yə aid **********518457 nömrəli bank kartı hesabına özünə məxsus və "xxxx" ASC-yə aid “BirBank” hesabından 420 manat məbləğdə pul köçürmüşdür. Bundan iki gün sonra Təqsirləndirilən şəxs 2.100 manat və 900 manat məbləğdə də pul vermişdir. Təqsirləndirilən şəxs ən son 02 sentyabr 2023-cü il tarixdə onun iş yerinə gedərək uşağının xəstə olduğunu bildirmiş və ondan 2.000 manat məbləğdə pul istəmiş, o da 1.780 manat məbləğdə pulu sonuncuya vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Ona ümumilikdə 12.550 manat məbləğdə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ona 3.000 manat pul müqabilində İşıq idarəsinə elektrik vəzifəsinə təyin edilməyi təklif etmiş, onlar 2.000 manat müqabilində razılığa gəlmişlər. Bundan sonra 05 aprel 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində görüşmüş 2.000 manat məbləğdə pulu və istədiyi sənədləri sonuncuya vermişdir. Bu zaman Təqsirləndirilən şəxs ona 02 ay onun yanında staj keçdikdən sonra tutduğu vəzifəyə təyin olunması barədə əmr veriləcəyini demişdir. O, 02 ay ərzində təqribən 9-10 dəfə Mirəbilin yanında sayğac quraşdırmağa getmiş, bunun müqabilində Mirəbil ona 270 manat, 243 manat və 150 manat olmaqla, 03 dəfə əmək haqqı adı ilə pul vermişdir. Hər dəfə Təqsirləndirilən şəxs işə rəsmi qəbul olunması barədə maraqlandıqda sonuncu müxtəlif bəhanələrlə onu aldatmış, sonradan onun telefon nömrələrinə zəng çatmamışdır. O, aldanıldığını başa düşmüş və polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ondan alınmış 2.000 manat pulun bir qisminin əmək haqqı formasında ona qaytarıldığını nəzərə alaraq qalan 1340 manatın ödənilməsini tələb edərək şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid1 vasitəsilə tanımışdır. 2023-cü ilin yanvar ayının sonlarında F.Mənsurov ona bildirmişdir ki, iş yoldaşı Təqsirləndirilən şəxs ona "xxxx" ASC-nin baş idarəsində satış departamentinə baş məsləhətçi vəzifəsinə təyin olunmasına köməklik edəcəyini, buna görə 3000 manat pul verilməli olduğunu bildirmişdir. O, 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu da ona 2 ay ərzində işin həll ediləcəyi bildirmişdir. Lakin 2 ay keçdikdən sonra dəfələrlə maraqlanmaqlarına baxmayaraq Təqsirləndirilən şəxs işin düzələcəyini bəhanə etmiş və pulu qaytarmamışdır. Ona ümumilikdə 3.000 manat məbləğdə maddi ziyan dəydiyini nəzərə alaraq məhkəməyə mülki iddia təqdim etmiş, ona vurulmuş zərərin ödənilməsini tələb etmiş və təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, 2023-cü ilin iyun ayında yaşadığı evin arxa tərəfində özünə məxsus olan qaraj tikilisinə işıq çəkdirmək qərarına gəlmiş, ona görə də, həmin vaxt İşıq idarəsində işləyən “Mirəbil” adlı şəxsdən kömək etməsini xahiş etmişdir. 1200 manat müqabilində qaraja elektrik xətti çəkdirib sayğac quraşdırılması üçün onlar razılığa gəlmişlər. O, bir neçə gün sonra, yəni 2023-cü ilin iyun ayının ortalarında, tarixini dəqiq xatırlamadığı gün 1.200 manat məbləğdə pul toplayıb Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Bünyadzadə küçəsində yerləşən "xxxx" ASC-nin inzibati binasına getmişdir. Orada Mirəbillə zəngləşdikdən sonra Mirəbil onu binanın giriş qapısında qarşılamış və orada o, 1.200 manat pulu Mirəbilə vermişdir. Mirəbil bildirmişdir ki, ən geci bir aya onun qarajına elektrik xətti çəkdirib sayğacı quraşdıracaqdır və həmin sayğacı qeydiyyata salacaqdır. Bu hadisədən bir neçə gün sonra, yəni təxminən 18 iyun 2023-cü il tarixdə Mirəbil ona zəng edərək demişdir ki, sayğacın “smart kart” ilə olması üçün əlavə olaraq 200 manat pulun da tələb olunduğunu demişdir. O da Mirəbilin ona göndərdiyi bank kart hesabına 200 manat məbləğdə pul köçürmüşdür. Bu hadisədən təqribən 5-6 gün sonra Mirəbil yenidən ona zəng edərək bildirmişdir ki, onun işi alınmır, ona görə də, əlavə 200 manat da pul verməlidir. 2023-cü ilin iyun ayının axırlarında Mirəbil Qaradağ rayonu, Sahil qəsəbəsinə getmiş, İcra Nümayəndəliyinin qarşısında görüşdükdə, o, Mirəbilə 250 (iki yüz əlli) manat məbləğdə pul vermişdir. Mirəbil onu işinin qısa müddətdə həll olunmasına inandırmışdır. Təxminən 2023cü ilin noyabr ayında onun davamlı təkidləri nəticəsində Təqsirləndirilən şəxs qarajına elektrik xətti çəkdirmiş, oraya sayğac qoymuş, lakin həmin sayğacı rəsmi olaraq qeydiyyata salmamışdır. O, Mirəbildən bu barədə soruşmuş, Mirəbil bir neçə günə bu məsələni də həll edəcəyini bildirmiş, o da, gözləmişdir. Bununla belə, o, tez-tez Mirəbilə zəng edib işin gedişatı ilə maraqlanmış, hər dəfəsində isə Mirəbil ondan gözləməyi xahiş etmişdir. O, bir neçə ay sonra Mirəbilin ***-***-**-** mobil telefon nömrəsinə zəng etmək istəmiş, lakin telefon nömrəsinə zəng çatmamış və o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Ona görə də, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" ASC-nin inzibati binasına getmiş, orada Təqsirləndirilən şəxs etdiyi hərəkətlər barədə danışmış və həmin vaxt Mirəbilin işdən çıxarıldığını öyrənmişdir. Mirəbilin onun qarajına çəkdiyi elektrik xətlərinin və sayğacın qeyri-qanuni olduğu üçün "xxxx" ASC-nin əməkdaşları onun evinə gedərək, elektrik xətlərini və sayğacı yararsızlaşdırmışlar. O, dələduzluğa məruz qaldığını anladığı üçün bu barədə dərhal Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından etibarən hissə-hissə olmaqla ümumilikdə 1.650 manat məbləğdə pul vermiş və şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Qaradağ rayonu üzrə satış şöbəsində laboratoriyada mühəndis işlədiyi üçün tanımışdır. 2023-cü ilin yanvar ayının sonlarında söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, "xxxx" ASC-də Baş İdarədə yaxşı əlaqələri vardır və ona görə, onu "xxxx" ASC-nin Baş İdarəsində satış departamentinə baş məsləhətçi vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyini və 3.000 manat pul lazım olduğunu bildirmişdir. O da bu barədə əmisi Zərərçəkmiş şəxs4 məlumat vermişdir. 01 fevral 2023cü il tarixdə əmisi Zərərçəkmiş şəxs4 onun iş yerinə, yəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" ASC-nin Qaradağ rayonu üzrə satış şöbəsinin binasına getmiş və Təqsirləndirilən şəxsla tanış olmuş və orda 3.000 manat məbləğdə pulu sonuncuya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir neçə ildir, 2023-cü ilin əvvəllərində və yay-payız aylarında Təqsirləndirilən şəxs tez-tez onların Zərərçəkmiş şəxs7 ilə bərabər işlədikləri avtoservisə gedərək, onlarla söhbət etmişdir. Zərərçəkmiş şəxs7 onun yanında Təqsirləndirilən şəxs 900 manat pul vermişdir. Zərərçəkmiş şəxs7lə olan söhbətlərinə əsasən öyrənmişdir ki, sonuncu əvvəllər də 7000- 8000 manat civarında Təqsirləndirilən şəxs pul vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs hər hansı pul verdiyinin şahidi olmamışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 29-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 68-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 134-cü vərəqəsində olan məktubdan və 135-ci vərəqədə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20-də tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 159-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 177-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 186-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 195-198-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham (saat 15:00-da) elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 221-223; 224-227-ci vərəqələrində olan xx.xx.2024-cü il qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 244-245-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 2-ci cildinin 2-ci vərəqəsində olan şəxsin könüllü olaraq istintaq orqanına gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün istintaq orqanına könüllü olaraq gəlmişdir. Cinayət işinin 2-ci cildinin 5-8-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 4 və 9-10-cu vərəqələrində olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan, eləcə də iş materiallarına əlavə olunmuş və "xxxx" ASC-dən Təqsirləndirilən şəxs verilmiş 13763 saylı iş vəsiqəsinin surətindən görünür ki, o, "xxxx" ASC-yə Enerji Satış Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğacquraşdırma şöbəsinin texniki vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 2-ci cildinin 12-30-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 32-36-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş yazılı ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs6 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş yazılı ərizəsindən görünür ki, o, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli iddia ərizəsindən və ona əlavə edilmiş iddia ərizəsinin verilməsinə görə qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyana görə 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun, ümumilikdə 3050 manat pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs uşaqları – X4 xx.xx.2009-cu il və X5 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarışı elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və o, axtarılıb tapılanadək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin məktub və tutma protokolunda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:40-da tutulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxsə qarşı dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsinə əsasən maddi məsul və əhaliyə xidmət göstərilməsi sahəsində vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti olaraq cəza təyin edilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Mülki iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, 3000 manat məbləğində ziyan və ödənilmiş 50 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixdən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə xx.xx.2025-ci il tarixədək göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat, xx.xx.2025-ci il tarixdən etibarən isə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə maddi məsul və əhaliyə xidmət göstərilməsi sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 il müddətinə maddi məsul və əhaliyə xidmət göstərilməsi sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 30.06 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, 3000 manat məbləğində ziyan və ödənilmiş 50 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə ödənilsin. İş üzrə maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat manat, məhkəmə istintaqı dövründə xx.xx.2025-ci il tarixədək göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat, xx.xx.2025-ci il tarixdən etibarən isə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-46/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-46/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver