Məhkəmə qərarları › İş №1(002)-47/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-47/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-47/2023 11.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun vəkili və nümayəndələri Nümayəndə2 və Nümayəndə1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1970-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin aprel və may aylarında, müxtəlif vaxtlarda, satıcı kimi işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində parça sırasında 6 nömrəli “İpək Tekstil” adlı parçaların topdan satışı ilə məşğul olan Zərərçəkmiş şəxs işlətdiyi mağazaya iş vaxtı bitdikdən sonra özündə olan açardan istifadə etməklə qanunsuz daxil olaraq mağazadan 1 metri 80 manat dəyərində 8 metr qaşlı güpür parça, 1 metri 100 manat dəyərində 8 metr muncuqlu güpür parça, 1 metri 65 manat dəyərində 7 metr güllü güpür parça, 1 metri 30 manat dəyərində 8 metr 3 qulaqlı güpür parça, 1 metri 70 manat dəyərində 8 metr köpüklü güpür parça, 1 metri 50 manat dəyərində 8 metr qarlı güpür parça, 1 metri 75 manat dəyərində 8 metr qırmızı güpür parça, 1 metri 45 manat dəyərində olan 7 metr zərli parça, 1 metri 30 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 25 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 20 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 15 manat dəyərində olan 16 metr zərli parça, 1 ədədi 6 manat dəyərində olan 29 ədəd leska, 1 metri 4 manat dəyərində olan 58 metr xəyal tül, 1 metri 4 manat dəyərində 100 metr yevro tül, 1 metri 4 manat dəyərində 203 metr tafta parça, 1 metri 5 manat dəyərində 10 metr klevoy, 1 ədədi 5 manat dəyərində 18 ədəd çaşqanı mağazanın arxa qapısından çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 6572 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olsa da ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. 2018-ci il tarixdə “Binə” ticarət mərkəzində əmisi oğlu Əliməmmədin işlətdiyi parça dükanı bağlandığı üçün həmin tarixdə “Binə” ticarət mərkəzində parça dükanı işlədən Ələddin adlı şəxsin yanında satıcı kimi işə başlamışdır. “Binə” ticarət mərkəzində işlədiyi dükanın adı “İpək Tekstil” olmuşdur. Dörd il onun yanında satıcı kimi fəaliyyət göstərmişdir. Ələddinlə aralarında heç bir əmək müqaviləsi olmamış, şifahi razılıq əsasında ayda 700 manat maaş almaqla satıcı işləmişdir. Çox zaman mağazanı Ələddinlə bir yerdə açıb bağlamışdır. Təxminən ay ərzində 2-3 dəfə açar onda olmuşdur. Həmin vaxtlar da Ələddinin işi olduğu üçün mağazanı o açmış və bağlamışdır. Mağazada müxtəlif çeşidli parçalar satılırmış. Belə ki, hər metri 4 manatdan başlayaraq 70 manatadək olan qiymətdə parçalar olmuşdur. O 4 il ərzində Ələddinlə işləyərkən parçaların satışını həyata keçirib axşam mağaza bağlananda pulları Ələddin kassadan götürürmüş. Ələddin işlə bağlı çıxanda satdığı parçaları dəftərdə qeyd etmişdir. Ələddin gələndə pullarını vermişdir. Bundan başqa Ələddinə verilən sifarişləri “Laçın”, “Xalqlar Dostluğu” və “Lotus” ticarət mərkəzlərində olan dərzi salonlarına və mağazalara çatdırmışdır. O həmçinin pul qazanmaq üçün Ələddindən başqa digər mağazaların da sifarişlərini çatdırmışdır. Bakının müxtəlif yerlərindən sifarişlər Əllədinə gəlir və Ələddin də ona dediyi ölçüdə dediyi qədər parçaları kəsib istədiyi yerə aparmışdır. Sifarişlər daha çox “Laçın” və “Lotos” ticarət mərkəzlərində gəlinlik mağazalarını işlədən şəxslərdən gəlirmiş. 2022-ci ilin aprel və may aylarında Ələddinin işləri çox olduğundan mağazanın açarı 3-4 dəfə onda olmuşdur. Son iki ayda o, mağazada tək olduğu üçün tamah güc gəlmişdir. Həm də dolanışığı zəif olduğu üçün mağazadan parçaları çıxarıb Ələddindən xəbərsiz satıb pul qazanmaq istəmişdir. Belə ki, Ələddin olmayan vaxtlarda müxtəlif tarixlərdə o, müxtəlif parçalardan kəsib göy rəngli sellofan paketlərə yığıb mağazanın arxa tərəfdə olan ağ rəngli dəmir qapısından çıxarıb adlarını bilmədiyi müxtəlif şəxslərin arabaları ilə “Binə” ticarət mərkəzindən çıxarıb taksi ilə “Xalqlar dostluğu” icarət mərkəzində aparmışdır. Ümumilikdə 3-4 dəfə mağazadan sellofan paketlərdə parçalar çıxarmışdır. Həmin parçaları “Xalqlar Dostluğu” ticarət mərkəzində Fəridə adlı dərzinin yanına yığmışdır. Malları ora yığmaqda məqsədi o olmuşdur ki, həmin ticarət mərkəzində müştəri tapıb satsın və pul qazansın. Lakin o, həmin malları satmağa vaxt tapmamışdır. 29 may 2022-ci il tarixdə işdən çıxıb Fəridənin dərzi salonuna getmişdir. Onun həmin ticarət mərkəzinə getməkdə məqsədi parça satmaq üçün müştəri tapmaq olmuşdur. O, demək olar ki hər gün işdən sonra qeyd etdiyi ticarət mərkəzlərinə gedib sifarişləri qəbul etmişdir. Həmçinin Ələddindən xəbərsiz mağazadan çıxarıb Fəridənin yanına yığdığı malları yoxlamaq və həmin malları satmaq üçün müştəri axtarmışdır. O qeyd etdiyi ticarət mərkəzlərində Zəhra, İradə, Şəfa adlı şəxslərə parça çatdırmışdır. O, əlavə olaraq bildirmişdir ki, iki ay ərzində Ələddin mağazda olmayanda, özü mağazanı bağlayıb gedərkən hər dəfə 2-3 sellofan paketə yığıb aparmışdır. Ələddinin mağazasında 50.000 manat dəyərində mal olmamışdır. Onun bütün oğurladığı mallar “Xalqlar Dostluğu” ticarət mərkərzində Fəridə adlı qadının dərzi salonuna yığdığı parçalar olmuşdur. O, həmin parçaları satmağa vaxt və müştəri tapa bilməmişdir. Polis bölməsində olarkən iltizamı özü öz xətti ilə yazmışdır. Lakin iltizam yazarkən Ələddinin şikayətini geri götürməsi, onun yazdığı 40.000 manat zərərin əvəzinə 20.000 manat ödəməyə gücü çatacağını düşünmüşdür. Daha sonra isə həmin məbləği ödəməyə imkanı olmamışdır. Fəridə adlı qadının dərzi salonuna qoyduğu parçanın dəyəri 5000-6000 manat aralığında olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, maaşı onu qane etmirmiş. Ələddinin dükanının açarı onda imiş. Rahat girib-çıxmışdır. Ələddinlə tanışlığı 3-4 il əvvəl olub. Sonra o, Ələddinin işlədiyi yerdə işləmişdir. 60000 manatlıq mal olmayıb. Parçanın metri 4 manatdır. Oğurladığı malları harasa verməmişdir. Mağazalar saat 6-da bağlanmışdır. O da saat 7-də çatdığına görə heç kəsə də sata bilməmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, mağazada 4-5 min manatlıq mal olmuşdur. Oğurladığı malları 2-3 dəfəyə hər birində 2-3 paket şəklində götürmüşdür. O, işlədiyi müddətdə mənfəəti götürüb yazmışdır. Aparmışdır ki, imkan olsa satar, qazanc əldə etmək istəmişdir. Vaxtı olmadığından sata bilməmişdir. Kimsə sifariş eləsə sata bilərmiş. Maaşını artırmasını demiş, Ələddin 50 manat artırmışdır. Başqa mağazada işləmək üçün keçməyə imkan və fürsət olmamışdır. Götürdüyü malların hamısı qaytarılıb. Ziyanın da Ələddinə hamısı qayıdıb. Götürdüklərinin hamısını yazacaqmış. Ələddin gedən kimi dəftər onda olurmuş. O da həmin malları ora yazacaqmış. Satmadığına görə yazmamışdır. Polis demişdir ki, “20000 manat yaz. İşin sənin məhkəməyə getməyəcək”. Ələddin onun üçün polislərə nə demişdirsə polislər onu sıxmışlar, qandal vurmuşlar. Onu təzyiq və təhqir etmişlər. Polislərlə Ələddin danışmış, ona görə ona demişlər ki, boynuna al. “Nə qədər gətirə bilirsən gətir, razı salarıq” demişlər. Zərərçəkmiş şəxs bildirmişdir ki, heç bir sənəd olmayıb. Amma haqq-hesab varıydı. Dəftər yoxdur desə də o, yazmış, Ələddinin mobil nömrəsinə atdığı siyahı da həmin dəftərə yazdığıdır. Ələddinin olmadığı vaxt alveri dəftərə yazıb ona atırmış. Telefonu ilə çəkib atmışdır. Hər gün Ələddinin maşınında gedirmiş. Malları satıb pulunu Ələddinə verirmiş. Hər yerə aparıb vermişdir. “Laçın” Ticarət Mərkəzində indi də o, mal satır. Nə götürmüşdürsə hamısından zərərçəkənin xəbəri olmamışdır. 5-də işdən çıxırmışlar, 7-yə şəhərə çatırmış. Açarı Ələddin özü ona verirmiş. Binədən “Laçın” Ticarət Mərkəzinə getmək tam bir saat yarım iki saatlıq yoldur. Saat 6-7dən sonra Binə bazarına heç kimi buraxmırlar. O, 2-3 gündən bir oğurluq etsə orda mal qalmazmış. Saat 6-da bazar bağlanandan sonra oraya heç kimi qoymurlar. Ələddinlə 2 il işləmişlər. Əvvəl hesablaşma olub. Kassa aparatı yoxdur. Kitab var, ora yazılır. O, kitaba, dəftərə yazmışdır. Ələddin yalan danışır. Mal gəlir, gələn mal kitaba vurulur. O barışıqla bağlı bir neçə dəfə danışmış, lakin Ələddin razılaşmamışdır. O, Ələddinə 1000 manat pulu verə bilər. O, öz ifadəsində son olaraq səhvini başa düşdüyünü, bağışlanmasını xahiş etdiyini, oğurlanmış bütün malların qaytarıldığını, onun heç bir ziyan vurmadığını, istintaq tərəfindən müəyyən edilmiş malların miqdarının 6752 manat olduğunu, tapılan malların hardasa 6000 manat olduğunu, əlavə qalan 600-700 manatı da ümumilikdə 1000 manat şəklində qaytarmağa hazır olduğunu, onun zərərçəkmiş şəxsə başqa borcu qalmadığını və barışmağı xahiş etdiyini, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər məhkum olunmamışdır. Hal-hazırda “Binə” T/M-də parça sırasında 6 № mağazanı işlədir, parça alveri ilə məşğul olur. Mağazada qadın geyimləri üçün parçaların topdan satışını həyata keçirir. Təxminən 5 ildir ki, həmin mağazanı işlədir. Beş ilə yaxın olar ki, Təqsirləndirilən şəxs Bahəddin oğlu onun mağazasında satıcı işləyirdi. O Ağarəhimi bazardan tanımışdır. İşlədiyi müddət ərzində Ağarəhim mağazada parçaların satışı ilə məşğul olmuşdur. Onun Ağarəhimlə aralarında əmək müqaviləsi olmamışdır. O parçaların topdan və pərakəndə satışı ilə məşğul olmuşdur və dəftərdə parçaların hesabatını aparmışdır. Lakin son zamanlar parçaların azalmasını və parça satışından əldə olunan gəlirin uyğun olmadığını hiss etməyə başlamışdır. O, satıcı işləyən Təqsirləndirilən şəxs şübhələndiyi üçün 29 may 2022-ci il tarixdə axşam saatlarında mağazanı bağladıqdan sonra Ağarəhimin dalınca getmişdir. Ağarəhimin Nizami rayonunda yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzində yerləşən dərzi salonuna girdiyini görmüşdür. Bir qədər gözlədikdən sonra Ağarəhim çıxmış və o, həmin salona daxil olmuşdur. Həmin salonda dərzi işləyən Fəridə adlı xanımı o, 3-4 ildir ki, tanıyırmış. Fəridə onun müştərisi olmuş, dəfələrlə onun mağazasından parça almışdır. Hətta Fəridənin ona 700 manat borcu da qalmışdır. O, dərzi salonuna girib paltar dəyişmə yerinə baxdıqda 9 ədəd göy rəngli sellofan torba görmüşdür. Həmin torbalara baxdıqda ona məxsus olan parçalar olduğunu aşkar etmişdir. O, Ağarəhimin həmin salona əliboş girdiyini gördüyü üçün Fəridədən həmin parçaları haradan əldə etdiyini soruşmuşdur. Fəridə ilk öncə həmin malların başqa bir müştəriyə aid olduğunu demiş, lakin o, malını tanıdığını, həmin parçaların ona məxsus olduğunu bildirmişdir. Daha sonra o, polisə məlumat verəcəyini dedikdə, Fəridə bildirmişdir ki, polis çağırmasın, həmin parçalar onundur, onları Ağarəhim müxtəlif vaxtlarda gətirib Fəridənin salonuna qoymuşdur. Həmin vaxt Fəridədən başqa Fatimə adlı bir qız da olmuşdur. O, Fəridənin razılığı ilə həmin malları maşına götürüb yükləmişdir. Götürdüyü malların təxminən 8.000 manat qiyməti olardı. Bundan sonra o, Ağarəhimə zəng vurmuşdur ki, geri qayıtsın, dərzi salonunda onu gözləyir. Ağarəhim yaxşı deyib telefonu bağlamış və sonradan zənglərinə cavab verməmişdir. Səhəri gün mağazaya gəlib hesablama aparmışdır. Mağazadan 50.000 manat dəyərində müxtəlif növ parçaların Ağarəhim tərəfindən oğurlandığını müəyyən etmişdir. Götürdüyü təxminən 8.000 manat dəyərində parçanı çıxmaqla ona ümumilikdə 42.000 manat maddi ziyan dəymişdir. Bundan başqa “Laçın” ticarət mərkəzində Təqsirləndirilən şəxs mağazadan oğurlayıb çıxararaq aparıb satdığı parçaların pullarını hər gün gedib yığdığını da eşitmişdir. Bunu ona “Laçın” ticarət mərkəzində işləyən ondan parça alan qadın satıcılar bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, 29 may 2022-ci il tarixdə Fəridə adlı qadının dərzi salonundan onun işlətdiyi mağazaya aid 9 ədəd göy sellofan torbada parçalar aşkar etmişdir. Belə ki, onları sellofan torbadan çıxardıb hesablayan zaman 8 metr qaşlı güpür parça, 8 metr mucuqlu güpür parça, 7 metr güllü güpür parça, 8 metr 3 qulaqlı güpür parça, 8 metr köpüklü güpür parça, 8 metr qarlı güpür parça, 8 metr qırmızı güpür parça, 1 metri 45 manat dəyərində olan 7 metr zərli parça, 1 metri 30 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 25 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 20 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 15 manat dəyərində olan 16 metr zərli parça, 29 ədəd leska, 58 metr xəyal tül, 100 metr yevro tül, 203 metr tafta parça, 10 metr klevoy, 18 ədəd çaşqa olduğunu müəyyən etmişdir. Mağazadan çıxan həmin parçaların ümumi qiyməti 7000-8000 manat aralığında olmuşdur. Parçaların hamısı mağazadan çıxarılmış, lakin hansı şəraitdə mağazadan çıxarılması barədə heç bir fikri olmamışdır. Mağazanın açarı həmişə özündə olmuşdur, lakin arada bir dəfə işlə bağlı o, mağazada olmadıqda açarı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ola bilsin ki, həmin vaxt açarın surətini çıxartmışdır. Başqa heç bir şəxsə açar verməmişdir. Həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə qətiyyən razı olmadığını bildirərək, həmin parçaların yalnız onun “Xalqlar Dostluğu” ticarət mərkəzində Fəridə adlı qadının dərzi salonundan aşkar etdiyi parçalar olduğunu qeyd etmişdir. Bundan başqa “Binə” ticarət mərkəzində işlətdiyi “İpək tekstil” parça mağazasında apardığı hesabat nəticəsində mağazadan 32 metr qaşlı güpür parça, 40 metr mucuqlu güpür parça, 56 metr güllü güpür parça, 96 metr 3 qulaqlı güpür parça, 120 metr köpüklü güpür parça, 136 metr qarlı güpür parça, 112 metr qırmızı güpür parça, 1 metri 45 manat dəyərində olan 120 metr zərli parça, 1 metri 30 manat dəyərində olan 64 metr zərli parça, 1 metri 25 manat dəyərində olan 96 metr zərli parça, 1 metri 20 manat dəyərində olan 144 metr zərli parça, 1 metri 15 manat dəyərində olan 168 metr zərli parça, 220 ədəd leska, 10 top xəyal tül, 8 top yevro tül, 315 metr tafta parça, 25 metr klevoy, 230 ədəd çaşqanın əksik gəldiyini müəyyən etmiş və nəticədə ona 58295 manat maddi ziyan dəydiyini aşkar etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, təqribən 4-5 il əvvəl o, “Binə” bazarında mağaza götürüb işlətmişdir. Dostunun da mağazası olmuşdur. Ona satıcı lazım olmuşdur. Ağarəhimi də həmin işdən çıxardırmışlar. O, Ağarəhimi işə götürmüşdür, Ağarəhimə 700 manat maaş vermişdir. Qane eləmirdisə ona deyərmiş ki, verdiyin maaş qane eləmir, ya da maaşını qaldır, çıxıb başqa yerdə işləyərdi. Ağarəhimə kim icazə verib ki, onun mağazasının açarı da onda olsun. O, Ağarəhimə açar verməmişdir. Bir dəfə keçən ilin avqust ayında açar vermişdir, onda karona olmuşdur, 15-20 gün mağazaya gedib gələ bilsin deyə. Onlar həmişə ölçü hesablamırlar. Onun bugün də heç bir dəftəri yoxdur. Dəftər lazım deyil, çünki satışı dəftərə yazmır. O, 6572 manat ziyanın ona qayıtdığını qəbul edir, amma onun cəzasının ağır olmasını istəyir. Onun hesabı ilə ona vurulmuş ziyan çoxdur. Təqsirləndirilən şəxsin tutulmasını istəyir. Mağazaya gələn malları yazırlar, qeydiyyatını aparırlar. Nə qədər mal aldığını yazır. O, açot olan dəftərini itirmişdir. Onun dəftəri olmamışdır. O, qalan vaxt özü orda olmuşdur. Təqsirləndirilən şəxs həmişə saat 4-5-də ona deyirmiş ki, işi bağlıyaq gedək. O da çox vaxt ona görə işi bağlamışdır. Özü də həmin şəxsi evinin yanına aparıb qoymuşdur. Ağarəhim onun açarının surətini gizlicə çıxarmışdır. Bazar adətən yay vaxtı saat 8-ə qədər işləyir. Bazara giriş-çıxış sərbəstdir. Bircə 7-dən sonra bazara maşın girə bilmir. O da ki, qapının ağzında polislər olur, yoxlayır ki, hara gedirsən. Amma qaldı ki, piyada ilə girmək istəsən istədiyin vaxt girib-çıxmaq olur. Zaidənin ifadəsi yalan məlumatdı. Onu onlar Zəhra kimi tanıyırlar. Əsl adı Zaidədir. O, Ağarəhimə heç vaxt parça verməmişdir ki, aparıb kiməsə versin. Onun dükanı var. Mal alan gəlib dükandan alardı. O özü açot aparmış və təxminən 59 min manat məbləğində ziyanın ona dəydiyini bilmişdir. Vergi orqanında və digər yerdə qeydiyyatı yoxdur. Onun malının girişi-çıxışı var. Oğurlanan əşyalardan tapdıqlarını götürmüşdür. Ağarəhim özü ərizədə yazıb ki, vurduğu ziyan 20000 manatdır. O, Ağarəhimi döyməmiş, söyməmişdir. Gedib özü polisdə yazıb ki, 20000 manatlıq mal oğurlayıb. Sonradan ona məlum olmuşdur ki, Ağarəhim təxminən 3 il bundan əvvəldən ordan oğuruq etməyə başlamışdır. Ona bu məlumatı Sevinc xanım və hadisə aşkar olunandan sonra Firdovsi adlı şəxslər demişlər. O, öz ifadəsində son olaraq barışmaq istəmədiyini, təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. 16 ilə yaxındır Nizami rayonunda yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzində işləyir. Həmin ticarət mərkəzində müəyyən qadın geyimlərini sifariş əsasında dərzidə tikdirib sonradan satışı ilə məşğul olur. 10 mart 2022-ci il tarixdən həmin ticarət mərkəzində paltarları Fəridə adlı qadına tikdirmişdir. O, ticarət mərkəzində işləyən müddət ərzində 8 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanımışdır. Həmin şəxsi o, dəfələrlə Fəridə adlı şəxsin istifadə elədiyi dərzi yerinə sellofan torbada parça gətridiyinin şahidi olmuşdur. Fəridə adlı xanımla işləməyə başladığı vaxtdan yəni 10 mart 2022-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs hər gün saat 19:00 ilə 20:00 aralığında əlində 2 ədəd böyük həcmli sellofan torbalarla birlikdə Fəridə xanımın dərzi salonuna gəlmişdir. Ağarəhim parçaları gətirən zaman özü Fəridə adlı şəxsə parçaların arxasınca gələn şəxslərin adını vermişdir. Bəzən həmin parçaları özü gətirdiyi adamlara çatdırmışdır. Gec olduqda isə həmin parçaların kimə çatacağını Fəridəyə bildirmişdir. Həmin parçaları Ağarəhim özü ad ad yığırdı. Həmin ad ad yığdığı parçaların arxasınca gələn şəxslərin adını Fəridəyə vermişdir. Ağarəhim həmin malları yəni parçaları ora qoyduqdan sonra bəzilərini özü ilə apararaq bazar ərazisində başqa-başqa şəxslərə satmışdır. O bir dəfə Ağarəhimə parça almaq istədiyini və buna görə “Binə” ticarət mərkəzinə Ələddinin yanına gedəcəyini bildirmişdir. Ağarəhim hansı parça istədiyini soruşduqda Ağarəhimə ziyafət paltarı üçün ağ parça lazım olduğunu bildirmişdir. Ağarəhim həmin an Fəridə xanımın dərzi salonunda olan sellofan torbanı açıb baxaraq ora getməyə ehtiyac olmadığını və onda parça olduğunu bildirmişdir. Daha sonra həmin sellofan torbadan parçanı çıxardaraq ölçüb kəsərək ona 7 metr parça vermiş və qiymətinin 42 manat olduğunu bildirmişdir. Ağarəhimə hal-hazırda pulu olmadığını daha sonra verəcəyini bildirmişdir. 2 gündən sonra Ağarəhim gələrək parçanın pulunu istəmişdir. O Ağarəhimə pulu olmadığını, parçadan hələ paltar tikmədiyini bildirmişdir. Bu zaman Ağarəhim parçanı “Laçın” ticarət mərkəzində işləyən ziyafət paltarlarının satışı ilə məğul olan İradə adlı qadına verməyini bildirmişdir. Bundan sonra o, ödəməyə pulu olmadığı üçün həmin biçilmiş parçanı İradə adlı qadına vermişdir. Həmin parçaları Ələddin adlı şəxsdən onun xəbəri olmadan oğurlayaraq aparması bardə o əvvəlcədən məlumatlı olmamışdır. Sonradan 29 may 2022-ci il tarixdə Ələddin adlı şəxsi Fəridə adlı şəxsin dərzi salonunda olan zaman ona aydın olmuşdur ki, Ələddinin yanında satıcı işləyən Ağarəhim adlı şəxs tərəfindən oğurlanaraq aparmasını bilmişdir. O özü Ələddin adlı şəxsədən dəfələrlə parça almışddır. O, həmişə parça almaq üçün Ələddinin “Binə” ticarət mərkəzində işlətdiyi parçaların topdan satışı mağazasına getmişdir. Həmin şəxsi oradan tanımışdır. O orada olduqda Ələddin Fəridə adlı şəxsin dərzi salonunda olan təxminən 9 ədəd göy rəngli içərisi parça ilə dolu olan selafan torbaları bir kənara yığmışdır. O dərzi yerində olan zaman Ələddin həmin ünvana polis çağrılmasını istəyən zaman, Fəridə adlı şəxs hər şeyi açıb Ələddinə danışacağını, polis əməkdaşlarının çağrılmamasını istəmişdir. Ələddin özünə məxsus parçaları apararaq getmişdir. Həmin hadisədən bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00-16:00 radələrində Ağarəhim adlı şəxsi o, “Laçın” ticarət mərkəzində 1-ci sırada pilləkənin üst qatında dayandığını görmüşdür. Ağarəhimə yaxınlaşaraq nəyə görə belə bir addım atdığını, nə səbəbdən işlədiyi yerdən parça oğurlayaraq gətirib “Laçın” ticarət mərkəzində ucuz qiymətə satdığını soruşan zaman Təqsirləndirilən şəxs öz növbəsində ona “bir işdi başıma gəlib, Allah şeytana nəhlət eləsin, yaxşı olacaq, dəymiş ziyanı ödəyəcəm” demişdir. Elə bu zaman ticarət mərkəzi ərazisində gəlinlik paltarlarının tikilişi və satışı ilə məşğul olan Zəhra adlı şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq əlində bükülü formada olan müəyyən qədər pulu Ağarəhimə uzatmış, Ağarəhim həmin pulu aldıqdan sonra cibinə qoymuşdur və Zəhra adlı şəxs ilə söhbət etməyə başlamışdır. Onlar söhbət edən zaman o həmin şəxsiləri orada qoyaraq çıxıb getmişdir. Ağarəhim adlı şəxsin Fəridə xanımdan əvvəl Ələddin adlı şəxsin dükanından oğurladığı parçaları Təranə adlı “Xalqlar Dostluğu” ticarət mərkəzində dərzi salonu işlədən şəxsin obyektinə yığdığını eşitmişdir. Sonradan aralarında olan anlaşılmazlıq nəticəsində Ağarəhim həmin parçaları Təranənin dərzi salonundan çıxardaraq Fəridənin dərzi salonuna yığmışdır. O, Fəridə xanımın dərzi salonundan olarkən Fəridənin yanında işləyən Fatimə adlı xanım Ağarəhimin hər gün əlində 2 ədəd sellofan torba ilə dərzi salonuna gəldiyini görmüşdür. O bu barədə bir neçə dəfə Fəridə adlı xanımdan soruşsa da, birdən bu malların oğurluq olduğunu bildirsə də Fəridə adlı xanım buna etiraz edərək Ağarəhimin namaz qılan şəxs olduğunu, onun dürüst adam olduğunu, ola bilər ki, Ələddinə sifariş verilən parçalar olduğunu bildirmişdir. Ona görə də o, bu söhbəti orada bir daha açmamışdır. 29 may 2022-ci il tarixdə Ələddin öz parça dükanına məxsus oğurlanmış malları Fəridə adlı qadının dərzi salonundan aşkar etdikdən sonra Ağarəhim 2 gündən bir “Laçın” və “Xalqlar dostluğu” ticarət mərkəzinə gələrək nisyə verdiyi parçaların pullarını yığdığına şahid olmuşdur və eşitmişdir. X2 obyektindən oğurlayaraq gətirdiyi parçalardan “Xalqlar dostluğu” ticarət mərkəzində Zəhra və Təranə adlı qadınlar daha çox almışdır. Məhkəmə iclasında Şahid1 əlavə olaraq öz ifadəsində göstərmişdir ki, o, Ağarəhimin “Xalqlar Dostluğu” ticarət mərkəzinə gəldiyini gördüyünü, malları kimə satdığını bilmədiyini, başqa məlumatının olmadığını bildirmişdir. Ələddin gələndə bilmişdir ki, bu mallar oğurluqdur. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, elə vaxt olurmuş ki, Ağarəhim hər gün mal gətirirmiş, elə olurmuş ki, arada gətirmirmiş. Amma çox vaxt əlində çanta ilə gəlirmiş. Həqiqətən orda oğurluq olmasından onların heç birinin xəbəri olmamışdır. Ağarəhim axşam 8-ə işləmiş gəlirmiş. Ona Ağarəhim mal gətirməyib. Ona mal lazım olmuşdur, 2 dəfə Ağarəhimdən almışdır, təcili lazım olub almışdır. Məbləğ yadından çıxıb, hardasa 40 manat olarmış. 2 dəfə almışdır. Birinin pulunu vermiş, ancaq birinin pulun verə bilməmişdir deyə onu qaytarmışdır. O, Ağarəhimin parça gətirdiyini görmüşdür. Sexdə Ələddin gəlib malları görüb ortalığa qoyanda onlar bilmişlər ki, bu oğurluqdur. O, Ağarəhimdən iki dəfə mal almışdır. O, daha sonra göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq Fəridə xanımdan Ağarəhimin gətirdiyi malların birdən oğurluq olub-olmaması ilə bağlı heç nə soruşmadığını, elə demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşasa da ünvan 7vanında qeydiyyatdadır. Təxminən 22 ilə yaxındır ki, “Xalqalar Dostluğu” ticarət mərkəzində dərzi kimi fəaliyyət göstərir. O, adətən ziyafət paltarlarının tikilişi ilə məşğul olur. Ağarəhim adlı şəxsi təxminən 4-5 ilə yaxındır ki, tanıyır. Bu müddət ərzində onun Ələddin adlı Binə ticarət mərkəzində parça satışı ilə məşğul olan şəxsin mağazasında satıcı kimi işlədiyi ona məlum olmuşdur. Ağarəhim tez-tez əlində sellofan torbalarda “Xalqlar dostluğu” ticarət mərkəzinə sifarişləri çatdırırmış. O, “Xalqlar Dostluğu” ticarət mərkəzində 2-ci yarmarka, 2ci sıra, 122 saylı dərzi salonunu işlədir. 2022-ci ilin fevral-mart ayından etibarən Ağarəhim axşam saat 18 radələrində onun işlədiyi dərzi salonuna gələrək əlində olan sellofan torbanı onun dərzi salonumda qoymaq istədiyini sabah gəlib “Laçın” ticarət mərkəzində müştəriyə çatdıracağını bildirmişdir. Bu müddət ərzində Ağarəhim demək olar ki, bir gündən bir parça dolu sellofan torbaları gətirərək onun dərzi salonuna qoymuş, ertəsi gün isə onları götürüb “Laçın” ticarət mərkəzində adlarını bilmədiyi gəlinlik tikən dərzilərə çatdırmışdır. Ağarəhim bunu uzun müddət davam etdirmişdir. Lakin “Ramazan” bayramı ərəfəsində Ağarəhimin gətirdiyi sellofan torbaların sayı artmağa başlamışdır. Gətirib dərzi salonuna yığdığı torbaları artıq aparıb heçkimə çatdırmamağa başlamışdır. Ona görə sellofan torbalar yığılıb qalmışdı. O, dəfələrlə Ağarəhimə bu sellofan torbaları gəlib götürməyi barədə xəbərdarlıq etsə də Ağarəhim tez bir zamanda götürəcəyini bildirmişdir. Bu müddət ərzində onun dərzi salonunda köməkçi dərzi kimi fəaliyyət göstərən Fatimə xanım ona Ağarəhim adlı şəxsdən şübhələndiyini, həmin parçaları otaqda saxlamağa icazə verməməyi ona bildirmiş, o, isə bu zaman Fatiməyə sakit durmağını, Ağarəhimin namaz qılan şəxs olduğundan onun belə işlərdən qəti uzaq olduğunu bildirmişdir. 2022-ci il may ayının 29-da dərzi salonunda işləyərkən saat 18 radələrində bir nəfər kişi cinsli şəxsin dərzi salonuna girdiyini görmüşdür. O həmin şəxsin Xəyal adlı Binə ticarət mərkəzində paltar satan şəxs olduğunu zənn edib həmin şəxsə Xəyal deyə müraciət edərək hal-əhval tutmuşdur. Daha sonra burada nə etdiyi soruşduqda həmin şəxs şalvarının balağını kəsdirmək istədiyini bildirmişdir. O, isə həmin şəxsin şalvarının balağını yerində olduğunu bildirən zaman həmin şəxs paltar dəyişmə otağının pərdəsini aralayıb ora baxmağa başlamışdır. Bu zaman yanında dərzi işləyən Fatimə ona müraciət edərək həmin şəxsin Xəyal deyil Ələddin olduğunu bildirmişdir. O, bu zaman həmin şəxsi səhv saldığını Ələddinə bildirib üzrxahlıq etdiyində Ələddin paltar dəyişmə otağındakı parçaların kimin parçaları olduğunu soruşduqda başqa bir şəxsin parçaları olduğunu bildirmişdir. Bu zaman Ələddin ona həmin parçaların özünə məxsus mağazanın parçaları olduğunu və oğurluq olduğunu bildirmişdir. Bu zaman o, həyəcanlanaraq həmin malları bura Ağarəhimin yığdığını bildirmişdir. Daha sonra Ələddin parça dolu sellofan torbaları açıb baxaraq həmin parçaların öz parçaları olduğunu bildirmişdir. Bundan sonra Ələddin Ağarəhimə zəng vuraraq Ağarəhimə bura gəlməyini bildirmişdir. Lakin Ağarəhim ora gəlməmişdir. Bundan sonra isə Ələddin öz parçalarını yığaraq oradan aparmışdır. O həmin parçaların oğurluq olduğunu yalnız Ələddin ona bildirdikdə xəbər tutmuşdur. Bu vaxta qədər o, həmin parçaların Ələddinə sifariş əsasında Ağarəhimin müştərilərə çatdıracağı parçalar olduğunu sanmışdır. Şahid3 əlavə suallara cavab olaraq bildirmişdir ki, Ağarəhim onun dərzi salonuna yığdığı parça dolu sellofanları ertəsi gün gəlib “Laçın” ticarət mərkəzində adını bilmədiyi gəlinlik tikən dərzilərə verirmiş. Ağarəhim demək olar ki hər gün axşam 18:00- 19:00 arası “Xalqlar dostluğu” ticarət mərkəzində olurmuş. O, həmin şəxsdən parça almamışdır. O, həmişə ziyafət paltarları tikdiyi üçün ona gəlinlik parçası lazım olmurmuş. O, 29 may 2022-ci il tarixdə Ələddinin dərzi salonuna gəlib həmin parçaları aşkar etdikdən sonra həmin parçaların Ağarəhimin oğurlayaraq gətirib yığıdığı parçalar olduğunu bilmişdir. O bir neçə dəfə ona bu barədə sual versə də Ağarəhim artıq işdən gec çıxdığını, gələnə qədər “Laçın” ticarət mərkəzinin bağlandığını ona görə parçaları dərzi salonuna yığıb səhər çatdıracağını bildirmişdir. O sellofan torbalardakı parçaların hansı növ parça olduğunu bilmədiyi üçün dəyəri barədə heçnə deyə bilməmişdir. O həmin şəxsi uzun müddətdir ki, tanıdığı üçün, həm də namaz qılan, dinə bağlı şəxs olduğunu bildiyi üçün etibar edib parçaları ora yığmağına icazə vermişdir. Lakin həmin parçaların oğurluq olduğunu qətiyyən bilməmişdir. Məhkəmə iclasında Şahid3 əlavə olaraq öz ifadəsində göstərmişdir ki, o, bacısı qızı ilə əlaqədar olaraq Ağarəhimi tanımışdır. Ağarəhim oa bibi deyə müraciət edirmiş. Laçın Ticarət Mərkəzi onların işlədiyi Ticarət Mərkəzindən bir saat əvvəl bağlanırmış. Onda Ağarəhim gəlib deyirmiş ki, “bibi olar bunları qoyum burda qalsın sizin otaqda, mən lazımi insana çatdıracam.” Onun da küncdə bir göy stolu olmuşdur, Ağarəhim həmişə onun altına bir balaca bağlama qoyurmuş. Özü də sonradan götürərmiş. Ağarəhimin bağlamanı kimə verdiyini və nə etdiyini bilməzmiş. O, içərisində nə olduğunu bilməmişdir. O, Ağarəhimin gətirdiyi parçalardan heç vaxt istifadə etməmişdir. Sonralar mart, aprel aylarında o, torbalar biraz böyümüşdür. Gətirib qoyurmuş yanına. O, Ağarəhimə deyirmiş ki, “Ağarəhim mənim otağıma başqa qız gəlib, Yaqut xanım, onunla bağlı otağımda darısqallıq əmələ gəlmişdir, Ağa bunları götürərdində mən otağı genişləndirmək istəyirəm, arxaya çəkmək istəyirəm.” Ağarəhim həmişə işə gedib gələndə Ələddinlə gedib gəlirdi deyə, onun heç ağlına gəlməzmiş ki, bu oğurluq ola bilər. Bir də Ələddin onun otağına gələndən sonra o, bilmişdir ki, bu Ələddinin mallarıdır. Hətta Ələddin birinci dəfə içəri girəndə Ələddin ona demişdir ki, bu Ağanın mallarıdır?, o, özünü bir anlıq itirmişdir. Demişdir ki, yox Ağanın malları deyil. Sonradan bildirmişdir ki, onun mallarıdır. Ələddin özü torbanı cıraraq açmışdır. Ağarəhimin öz bacısının əri də parça satdığı üçün o, elə bilmişdir ki, Ələddindən xəbərsiz onunda mallarını satır. Bilməmişdir ki, ona belə edib. Ağlına gəlməzmiş ki, bu oğurluq ola bilər. Ondan sonra da Ağanı görməmişdir. Ona sifariş verildiyini düşünürmüş. Ağa da çatdıra bilmir, dükan bağlı olur və səhər gəlir, götürüb onlara çatdırır. Oğurluq olduğunu o, iş açılandan sonra bilmişdir. Ağarəhimin kimin yanına gedib-gəldiyini, pul yığmağını bilmir. O, Ağarəhimdən soruşanda Ağarəhim demişdir ki, Laçın bağlanıb, gah probkaya düşür, gah gec olur. Ona görə yiyəsinə verə bilməmişdir, gəlib səhər tezdən verəcəkdir. Ələddin torbaları özü görmüşdür, hamısının da şəklini çəkmişdir. Neçə torba var idisə hamısı da şəkildə var. O, torbaların neçə dənə olduğunun sayını bilmir. O, günlərlə təsdiqləyə bilməz ki, bugün neçəsini gətirdi, sabah neçə dənəsini gətirdi. Hər gün əlində bir torba gətirərmiş. Axır vaxtlar Ramazan ayı olanda iş zəif imiş. Alver getmirmiş. Onda torbalar yığılmışdı. O, heç vaxt Ağarəhimdən şübhələnməmişdir. Ağarəhim ora 7-nin yarsı falan gəlirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid4 göstərmişdir ki, ünvan 8 ünvanında yaşayır. Subaydır. 2010-cu ildən “Binə” ticarət mərkəzində arabaçı kimi faəliyyət göstərir. Binə ticarət mərkəzində “İpək tekstil” adlı parça mağazasını işlədən Ələddin adlı şəxsi 5 ilə yaxındır ki tanısa da onun yanında işləyən Ağarəhimi qismən tanıyırmış. Mart, aprel, may aylarında Ələddinin yanında satıcı kimi işləyən Ağarəhim adlı şəxs ona müraciət edərək saat 18:00-19:00 radələri arasında Ələddin mağazanı bağlayıb getdikdən sonra təxminən 5-6 dəfə onun istifadəsində olan elektrokar tipli araba ilə parça mağazasından 3-4 ədəd göy rəngli sellofan torbaları arabaya yükləyərək Binə ticarət mərkəzinin çıxışında olan dayanacağa qədər aparmışdır. Lakin sonradan Ələddin ona Ağarəhimin mağazadan iş vaxtından sonra parçaları oğurlayaraq “Xalqlar dostluğu” ticarət mərkəzində dərzi salonuna yığdığını bildirmişdir. O bir neçə dəfə Ağarəhimə axşam saatlarında nə üçün mal çıxartdığını soruşsa da Ağarəhim söhbəti dəyişərək cavab verməkdən yayınmış, işdən gec çıxdığı üçün malları bu vaxtı çatdıracağını bildirmişdir. Sonradan Ağarəhimə bu barədə sual verməmişdir. Şahid4 əlavə suallara cavab olaraq bildirmişdir ki, Ağarəhim onun arabası ilə ümumilikdə 5-6 dəfə parça daşımışdır və hər dəfəsində əlində 3-4 dənə göy rəngli sellofan torba olmuşdur. Ağarəhimin parçalarını o, “Binə” ticarət mərkəzinin çıxışında yerləşən dayanacağa qədər aparırmışr, Ağarəhim isə oradan taksiyə minərək getmişdir. Həmişə parçaları “İpək Tekstil” mağazasının arxa hissəsində yerləşən ağ rəngli dəmir qapıdan çıxardaraq elektrokara yükləmişdir. Məhkəmə iclasında Şahid4 əlavə olaraq öz ifadəsində göstərmişdir ki, Ağarəhimin mallarını iki-üç gündən bir, bazar bağlanandan sonra aparmışlar. Ağarəhim tək onunla yox, başqasıyla da mal daşıyıb. O, 3-4 dəfə olub ki, mal aparmışdır. İşdən sonra, bazar 6da, yay vaxtı isə 6-7 arası bağlanır. O, bilmirdi ki, Ağarəhim həmin malları hara və kimə aparır. Onunla gedəndə Ağarəhim tək olurmuş. O, malları aparanda Ələddin yanında olmamışdır. O, gəlib görmüşdür ki, arabasında mal var. Ağarəhim ona demişdir ki, gəl bunları aparaq verək gələk. Ağarəhim malları özü arabanın içinə qoymuşdur. Mallar göy rəngli sellofan torbada olmuşlar. Bir və ya iki dənə sellofan qoyurmuş. O, arabaçıdır, nə qoydular aparıb, pulunu alır. Malı obyektdən götürüb svetofora qədər aparırmış. Sonra qayıdıb gəlirmiş. Bilmirmiş ki, onu hara aparır. O, oğurluq olduğunu bilməmişdir, xəbəri olmamışdır. Oğurluq olduğunu Ələddin deyəndən sonra bilmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında ailəmlə birlikdə kirayə yaşasa da, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatdadır. Bir övladı var. Təxminən 7-8 ilə yaxındır ki, Laçın ticarət mərkəzinin arxa hissəsində yerləşən yarmarkada dərzi kimi fəaliyyət göstərir. O sifariş əsasında ancaq gəlin paltarları tikişi ilə məşğul olur. Laçın ticarət mərkəzindən və müstəsna hallarda rayonlardan sifariş əsasında gəlin paltarları tikir. Adətən “Laçın” ticarət mərkəzində kirayə gəlinlik paltarı mağazaları işlədən şəxslər ona sifariş verirlər və o da həmin şəxslərin sifarişi əsasında ölçü müəyyən etdikdən sonra ölçünü sifarişçilərə bildirmişdir. Daha sonra sifarişçilər isə bunun əsasında Əlləddin adlı Binə ticarət mağazasında parça satışı ilə məşğul olan şəxsə ya zəng əsasında, ya da onun işlətdiyi mağazaya gedərək Ələddindən parça alıb ona verirdilər. O isə həmin parça ilə gəlinlik tikərək sahibinə təhvil verirmiş. Bunun qarşılığında isə həmin şəxslər ona tikdiyi gəlinlikdən asılı 80-120 manat arası pul verirmişlər. Bir gəlin paltarının tikilib qurtarması təxminən 3-7 gün arası başa gəliirmiş. O, Ələddin adlı şəxsi təxminən 1 il olar ki tanıyır. O həmin şəxsi yalnız bir dəfə Şəki rayonundan gələn müştəriyə görə Ələddindən parça almaq üçün Ələddinin işlətdiyi Binə ticarət mərkəzində olan mağazasına gedən zaman görmüşdür. Qalan digər hallarda isə Ələddinlə yalnız hansısa gəlin paltarında əksik hissə qaldıqda tafta sifariş etmişdir. O, sifarişi yalnız Ələddin adlı şəxsin özünə etmişdir. Ələddin isə işçisi olan Ağarəhim adlı şəxsdən göndərirmişdir. Ağarəhimin Rəsmiyyə adlı qohumu da Laçın ticarət mərkəzində dərzi kimi fəaliyyət göstərdiyi üçün onu uzun müddətdir tanımışdır. O, heçvaxt Ağarəhimin özünə sifariş verməmişdir. O, Ələddinin işlətdiyi mağazaya əvvəl Ağarəhimin şərik olduğunu sanmışdır. Ağarəhimin özünü aparması bütün günü Laçında gəzməsi onda elə fikir formalaşdırmışdır. Bundan başqa kirayə gəlinlik mağazası işlədən adını unutduğu şəxslər bir neçə dəfə Ağarəhimin deyəsən həmin mağazadan parça oğurlayıb burada satdığı barədə danışarkən eşitmişdir. Bundan sonra iyun ayının əvvəlində o, Ağarəhimin həmin işlədiyi parça mağazasından oğurluq etdiyini və oğurladığı parçaları da Laçın ticarət mərkəzində yarmarkada dərzi kimi faəliyyət göstərən Fəridə adlı qadının mağazasına yığdığını eşitmişdir. Bundan sonra Fəridənin mağazasından həmin parçalar aşkarlandığı üçün Fəridənin polis bölməsinə çağırıldığı ona məlum olmuşdur. Sentyabr ayının axırlarında oğlu sələmə pul götürərək Laçın ticarət mərkəzində kirayə gəlinlik mağazası açmışdır. O, isə oktyabr ayında tikdiyi gəlinlikləri həmin mağazaya yığmışdır. Gəlinliklərin parçalarını isə Binə ticarət mərkəzində işləyən Rövşən və Ələddin adlı şəxslərin mağazalarından almışdır. Şahid2 əlavə suallara cavab olaraq bildirmişdir ki, Ağarəhimin oğurladığı parçalardan kiməsə satması barədə məlumatım olmamışdır. O Ağarəhimdən parça almamışdır. Yalnız bir neçə dəfə ona gəlin paltarından tafta əksik gəldiyi üçün Ələddinə zəng əsasında sifariş vermiş və parçanı da ona Ağarəhim çatdırmışdır. Ağarəhimin ona parça gətirdikdə əlində böyük göy sellofan torba olduğunu görmüşdür və Ağarəhim həmin sellofanı qapının yanında qoyaraq içəri girmişdir. O yalnız Ələddin adlı şəxsin öz parça dükanına məxsus olan parçaları Fəridənin dərzi salonunda aşkar etməsindən sonra Ağarəhimin bu əməlindən xəbərim olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2022-ci il tarixli 9/7973 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən parçaların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 631 manat müəyyən edilir. Həmin parçaların ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində belə göstərilmişdir: 1 ədəd qaşlı güpür -80 manat, 1 ədəd muncuqlu güpür -100 manat, 1 ədəd güllü güpür -65 manat, 1 ədəd (3) qulaqlı güpür-30 manat, 1 ədəd köpüklü güpür-70 manat, 1 ədəd qarlı güpür-50 manat, 1 ədəd qırmızı güpür-75 manat, 1 ədəd zərli parça - 45 manat, 1 ədəd zərli parça-30 manat, 1 ədəd zərli parça -25 manat, 1 ədəd zərli parça - 20 manat, 1 ədəd zərli parça -15 manat, 1 ədəd leska (tikiş sapı)-6 manat, 1 ədəd Xəyal tül(parça)-4 manat, 1 ədəd Yevro parça-4 manat, 1 ədəd Tafta parça-4 manat, 1 ədəd paltar tikişində istifadə olunan kleyvoy-5 manat və 1 ədəd paltar tikişində istifadə olunan çaşka-3 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işində olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” 13 noyabr 2022-ci il tarixli qərardan aydın olur ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə oğurlanmış malların ümumi dəyərinin 6572 manat təşkil etməsi və sahibi Zərərçəkmiş şəxs qaytarılması müəyyən edilmişdir. İş materiallarında olan «Sənədin götürülməsi haqqında» 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd kağızda siyahı təqdim edərək həmin siyahıda “Binə” ticarət mərkəzində işlətdiyi “İpək Tekstil” parça mağazasından Təqsirləndirilən şəxs oğurlayaraq yığdığı, “Xalqlar Dostluğu” ticarət mərkəzində Fəridə adlı qadının dərzi salonundan aşkar edilmiş parçaların adları və qiymətləri olduğunu bildirmişdir. İş materiallarında olan «Baxış və götürmə aparılması haqqında» 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 29 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona məxsus olan “Binə” ticarət mərkəzində yerləşən “İpək Tekstil” adlı parçaların topdan satışı mağazasından oğurlanmış parçaları “Xalqlar Dostluğu” ticarət mərkəzində Şahid3 dərzi salonundan aşkar etmişdir. Dərzi salonundan aşkar etdiyi 9 ədəd göy sellofan torbada 8 metr qaşlı güpür parça, 8 metr mucuqlu güpür parça, 7 metr güllü güpür parça, 8 metr 3 qulaqlı güpür parça, 8 metr köpüklü güpür parça, 8 metr qarlı güpür parça, 8 metr qırmızı güpür parça, 1 metri 45 manat dəyərində olan 7 metr zərli parça, 1 metri 30 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 25 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 20 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 15 manat dəyərində olan 16 metr zərli parça, 29 ədəd leska, 58 metr xəyal tül, 100 metr yevro tül, 203 metr tafta parça, 10 metr klevoy, 18 ədəd çaşqanı istintaqa təqdim etmişdir. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi barədə» 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, ərazisində yerləşən “Binə” ticarət mərkəzində parça sırasında fəaliyyət göstərən 6 №-li “İpək Tekstil” adlı mağazadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla 8 metr qaşlı güpür parça, 8 metr mucuqlu güpür parça, 7 metr güllü güpür parça, 8 metr 3 qulaqlı güpür parça, 8 metr köpüklü güpür parça, 8 metr qarlı güpür parça, 8 metr qırmızı güpür parça, 1 metri 45 manat dəyərində olan 7 metr zərli parça, 1 metri 30 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 25 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 20 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 15 manat dəyərində olan 16 metr zərli parça, 29 ədəd leska, 58 metr xəyal tül, 100 metr yevro tül, 203 metr tafta parça, 10 metr klevoy, 18 ədəd çaşqa maddi sübut kimi tanınmış və qeyd olunan parça və tikiş ləvazimatları Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 58295 manat məbləğində ziyan vurulduğunu və oğurluğun təxminən 3 il bundan əvvəldən başlayaraq davam etdiyini bildirsə də məhkəmə araşdırması zamanı göstərilən xüsusatlar öz təsdiqini tapmamış və bu hallara dair məhkəmədə hər hansı bir əsaslı sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2.-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli verilmiş ittiham daxilində tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsdən oğurlanmış əmlakların tam olaraq qaytarılmasını, zərərçəkmiş şəxsə əlavə olaraq barışıq əldə etmək üçün 1000 manat təklif etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 08 sentyabr 2022-ci il tarixdə saat 18:10-da tutulmuş, 09 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, 8 metr qaşlı güpür parça, 8 metr mucuqlu güpür parça, 7 metr güllü güpür parça, 8 metr 3 qulaqlı güpür parça, 8 metr köpüklü güpür parça, 8 metr qarlı güpür parça, 8 metr qırmızı güpür parça, 1 metri 45 manat dəyərində olan 7 metr zərli parça, 1 metri 30 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 25 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 20 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 15 manat dəyərində olan 16 metr zərli parça, 29 ədəd leska, 58 metr xəyal tül, 100 metr yevro tül, 203 metr tafta parça, 10 metr klevoy, 18 ədəd çaşqanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış, 8 metr qaşlı güpür parça, 8 metr mucuqlu güpür parça, 7 metr güllü güpür parça, 8 metr 3 qulaqlı güpür parça, 8 metr köpüklü güpür parça, 8 metr qarlı güpür parça, 8 metr qırmızı güpür parça, 1 metri 45 manat dəyərində olan 7 metr zərli parça, 1 metri 30 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 25 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 20 manat dəyərində olan 8 metr zərli parça, 1 metri 15 manat dəyərində olan 16 metr zərli parça, 29 ədəd leska, 58 metr xəyal tül, 100 metr yevro tül, 203 metr tafta parça, 10 metr klevoy, 18 ədəd çaşqanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar