Məhkəmə qərarları › İş №1(002)-47/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-47/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-47/2024 09.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş , məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 28-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir, ondan ötrü ki, o özgə əmlakını gizli talama yolu ilə ələ keçirərək oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama yolu ilə ələkeçirmə məqsədi ilə 09 sentyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində yerləşən 1-ci sıra, 3-cü korpus, 89 saylı mağazanın qarşısında Zərərçəkmiş şəxs övladının uşaq arabasının arxa cibindən bir ədəd 15 manat dəyərində çəhrayı rəngli süni dəri (dermantin) materialından olan pul qabında saxladığı 918 (doqquz on səkkiz) manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumlikdə 933 ( doqquz yüz otuz üç) manat ziyan vuraraq oğurlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvəllər narkotik maddələrinin qanunsuz dövriyyəsi ilə məşqul olduğundan və oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuşdur. X3 tanıyır, onunla birlikdə gündəlik ödənişli evdə yaşayır. 09 sentyabr 2023-cü il tarixdə dostu Seymura özünə ayaqqabı almaq istədiyini bildirərək onunla birlikdə “Sədərək” ticarət mərkəzinə getməsini xahiş etmiş, Seymur razılaşmış, onunla birlikdə “Sədərək” ticarət mərkəzinə getmişdir. Sədərək ticarət mərkəzinə gedərkən yolda biri-biriləri ilə söhbət edərək “Sədərək” ticarət mərkəzində əllərinə nə keçsə aparıb satmaq qərarına gəlmişlər. “Sədərək” ticarət mərkəzində gəzərkən Seymur özünü pis hiss etdiyi üçün “Alatavaya” yaşadıqları evə qayıtmış, o isə bir qədər gəzişmişdir. Dükanlarının birinin qarşısından keçərkən mağazanın qarşısında uşaq arabası olduğunu, uşaq arabasının arxa cibində isə çəhrayı rəngli pul kisəsinin olduğunu və arabanın yanında heç kim olmadığını görmüşdür. O, arabaya yaxınlaşmış, arabanın arxa cibindəki pul kisəsini götürmüş və oradan uzaqlaşmışdır. Oradan uzaqlaşdıqdan sonra pul kisəsini açmış, pul kisəsinin içərisində üç ədəd şəxsiyyət vəsiqəsi, üç ədəd Bank kartları və 118 manat pul olmuşdur. Avtobus vasitəsi ilə Yasamal rayonu ərazisindəki “Günəş Petrol” YDM-nin yaxınlığına gəlmiş, avtobusda olarkən Seymura telefonla zəng edərək “Günəş Petrol” YDM-nin yaxınlığına gəlməsini bildirmiş, o, həmin yerə çatarkən Seymurda orada olmuşdur. Seymura yaxınlaşmış, “Sədərək” ticarət mərkəzində uşaq arabasından pul kisəsi oğurladığını, pul kisəsinin içərisində isə 118 manat pul, bank kartlarının və şəxsiyyət vəsiqələrinin olmasını bildirmiş, Seymur da ona “kartları mənə ver gedim kartlardakı pulları çıxarım” sözlərini demişdir. O, oğurladığı bir ədəd “Leobank”, 02 ədəd isə “Kapital banka” aid karları Seymura vermiş, Seymurla birlikdə bir qədər aralıda yerləşən “Yol market”-ə getmişlər. Seymur kassaya yaxınlaşmış, iki qutu “Rotmos” siqareti sifariş etmiş, ödəniş etmək üçün həmin kartları satıcıya təqdim etmiş, lakin kartların heç birində pul olmaması aşkar olunmuş, bundan sonra Seymur nağd şəklində ödəniş etdikdən sonra dükandan çıxmışlar. Kartlar və şəxsiyyət vəsiqələrini dükanın yaxınlığında yerə atıb qaldıqları evə getmişdirlər. Oğurluq yolu ilə əldə etdiyi 118 manat puluda xərcləmişlər. 12 sentyabr 2023cü il tarixdə İnşaatçılar metrostansiyası yaxınlığında Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, PŞ-nə gətirilmişdir. Etdiyi əmlin cinayət olduğunu bildiyini, lakin ehtiyacı olduğu üçün oğurluq etdiyini, bundan başqa heç bir yerdən oğurluq etmədiyini bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, oğurladığı 118 manat pulu tək xərcləmiş, ev yoldaşı olan Seymur iki paçka “Rothmans” siqaretini öz pulu ilə almışdır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşaman olmasını, nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o 09 sentyabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə uşaqlarına məktəbli paltarları almaq üçün “Sədərək” ticarət mərkəzinə getmişdir. Həmin vaxt həyat yoldaşı Orxan uşaqlarının yanında bazarın girişində qalmış, o, isə körpə övladını uşaq arabasına qoymuş, paltarları almq üçün bazarı gəzməyə başlamışdır. Həmin gün saat 17:00 radələrində Sədərək ticarət mərkəzi 2-ci sıra, 3-cü korpu 89 saylı uşaq paltarları satılan mağazanın qarşısına gəlmiş, dükanın giriş hissəsi darısqal olduğundan uşaq arabasını mağazanın qarşısında saxlamış, paltarlara baxmaq üçün mağazaya girmiş, körpə uşağı arabada olduğu üçün tez-tez arabaya tərəf baxırmış. Təxminən 10 dəqiqəyə yaxın mağazada paltarlara baxmış xoşuna gələn paltarlar olmadığı üçün həmin mağazadan heçnə almadan, çıxmış, bazarı yenidən gəzmişdir. Sədərək ticarət mərkəzində 1-ci sıraya keçmiş, mağazaların birindən paltar almış, ödəniş etmək üçün uşaq arabasının arxa cibində saxladığım pul kisəsini götürmək istəmiş, lakin pul kisəsi yerində tapa bilməmişdir. Bir qədər pul kisəsini axtarmış, lakin pul kisəsini tapa bilmədiyi üçün həyat yoldaşı Şahid məlumat vermişdir. Bundan sonra 2-ci sıradakı mağazaya qayıtmış, həyat yoldaşı Orxanda oraya gəlmiş, birlikdə həmin mağazadakı müşahidə kamerasına baxmış, kamera görüntüsündə uşaq arabasının arxa cibinə qoyduğu özünə məxsus olan içərisində 918 manat nağd pul, özünü və övladları X7 və X4 məxsus şəxsiyyət vəsiqələri, həyat yoldaşı Şahid məxsus balansında pul olmayan **********391154 saylı “Leobank kartı”, “Kapital Banka” aid **********666381 saylı sosial müavinat kartı və eləcə də qaynatasın məxsus “Kapital banka” aid **********257374 saylı Bir kart kartları olan çəhrayı rəngli pul kisəsinin oğurlanması aşkar etmişdirlər. Həmin kartları boş olmuşdur, balanslarında pul olmamışdır. Ona görə də həyat yoldaşı Şahid DİN-nin 102 xidmətinə müraciət etmiş, onlar Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət olunmuş, ərizə ilə bu barədə 10-cu PŞ-nə müraciət etmişdir. Həmin gün kartlarla bağlı onların istifadəsində olan mobil telefonlara smslər gəlmiş, həmin smslərə baxarkən karlarından Yasamal rayonu ərazisində yerləşən “Yol market Baku” mağazasında hesab ödənişi edilməsi, lakin balansda pul olmadığı üçün mağaza tərəfindən heç bir məbləğin çıxarılmadığı onlara məlum olmuşdur. Bundan sonra həmin mağazaya gedərək, mağazadakı müşahidə kameralarındakı görüntüyə baxmış, görüntüdə onların kartlarından istifadə etmək istəyən şəxslərdən birinin Sədərək ticarət mərkəzindəki mağazanın qarşısında arabadan pul kisəsini aparmaqda şübhəli olan şəxslə eyni olmasını müəyyən etdikdən sonra, bu barədə Qaradağ RPİ-nin 10-cu PŞ-nə məlumat vermişdir. Sədərək ticarət mərkəzi 2-ci sıra, 3-cü korpu 89 saylı mağazaya girərkən və alış-veriş edərkən tək olmuş, yanında heç kim olmamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ona vurulmuş ziyan ödənməmişdir və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Regional Transportda mexanik işləyir. O, 09 sentyabr 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə uşaqlarına məktəbli maltarları almaq üçün “Sədərək” ticarət mərkəzinə getmişdirilər. O digər uşaqlarının yanında saxlamış, arvadı Gülər isə uşaq arabasında olan körpə uşağına birlikdə bazarlıq etməyə getmişdirlər. Həmin gün saat 17:00 radələrində Gülər ona telefonla zəng edərək pul kisəsini itirdiyini, Sədərək ticarət mərkəzi 2-ci sıra 89 saylı mağazaya gəlməsini bildirmişdir. O həmin mağazaya gəlmişdir. Gülərdən nə baş verdiyini soruşmuş. Gülər isə ona bildirmişdir ki, həmin mağazanın qarşısında arabanı saxlamış, paltarlara baxmış, paltar bəyənmədiyi üçün 1-ci sıraya getmiş, orada bəyəndiyi paltarları almaq istədikdə uşaq arabasının arxa cibində saxladığı pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra 89 saylı mağazadakı kamera görüntüsünə baxmışlar, uşaq arabısının arxa cibindən pul kisəsinin bir nəfər uzun boylu, boz rəngli köynəkdə olan şəxs tərəfindən oğurlanmasını aşkar etmiş, o mobil telefonla həmin mağazada quraşdırılmış kamera görüntüsündən pul kisəsinin oğurlanmasını anını çəkmiş, bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Onlar Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət edilmişlər. Arvadı ərizə ilə bu barədə 10-cu PŞ-nə müraciət etmişdir. Həmin gün kartlarla bağlı onalara bildiriş smsləri gəlmişdir. Həmin smslərə baxarkən onlara məlum omuşdur ki, onların kartarından Yasamal rayonu ərazisində yerləşən "Yol market Baku” mağazasında hesab ödənişi edilməyə cəhd edilmiş, lakin kartların balansında pul olmadığı üçün mağaza tərəfindən heç bir məbləğ çıxarılmamışdır. Bundan sonra onlar həmin mağazaya getmişlər, mağazadakı müşahidə kameralarındakı görüntüyə baxmışlar. Görüntüdə onların kartlarından istifadə edən şəxsin yanındakı adamın Sədərək ticarət mərkəzindəki mağazanın qarşısında arabadan pul kisəsini aparmaqda şübhəli olan şəxslə eyni olmasını, onlara məxsus olan 03 ədəd kartların ödəniş edilməsi üçün satıcıya təqdim edilməsini müəyyən etmişlər. O "Yol market" mağazasında quraşdırılmış kameralara qeydə alınmış video görünütünü mobil telefonuu ilə çəkmişdir. Bu barədə Qaradağ RPİ-in 10-cu PŞ-nə məlumat vermişdir. Sədərək ticarət mərkəzindəki 89 saylı mağazada və Yasamal rayonu ərazisindəki Yol marketdə olan kamera görünütülərində mobil telefonuu ilə çəkdiyi video görüntüləri ayrı-ayrılıqda CD diskə köçürdərək həmin diskləri müstəntiqə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 09 sentyabr 2023cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi” 2-ci sıra, 3-cü korpu 89 saylı mağazanın qarşısıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Şahid tərəfindən təqdim edilmiş 01 ədəd DVD formatındakı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin görüntü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yol market” mağazasında quradşdırılmış kamera görüntülərində mobil telefonla çəlkmişdir. Mağazada olan müşahidə kamerasının manitorunda çoxsaylı görüntü hissələri yerləşir, ilkin olaraq çöl hissəsdki kamera görüntüsündə X6 və Təqsirləndirilən şəxs oxşar iki nəfər biri hündür boylu arıq bədən qurluşlu, digəri isə orta boylu, dolu bədən qurluşlu şəxslərin uzaqdan mağazanın sol hissəsində mağazaya yaxınlaşmaları görünür. S.Rzayev əynində qara rəngli şalvar və qara rəngli qısaqol köynək olan şəxsin özü olduğunu, uzun boylu əynində ağ rəngli sinəsində AB-1906 rəqəm yazıları olan qısaqol köynəkdə olan şəxsin isə Təqsirləndirilən şəxs olduğunun bildirdi. S.Rzayevlə Təqsirləndirilən şəxs mağazada gəzişir, sonra S.Rzayev iki qutu Rotmos siqaretini sifariş edir, sağ əlində plastik kar var. Satıcı iki qutu siqareti masanın üzərinə qoyur, S.Rzayev əlindəki kartı masanın üzərinə atrı, satıcı həmin kartı ödəmə terminalına yaxınlaşdırır, lakin kart hesabında pul olmadığından S.Rzayev əynində şalvarının sağ yan cibindən topa şəklində kart və sənədləri çıxarır, iki ədəd kartı sağ əlində saxlayır, sol əlində isə şəxsiyyət vəsiqlərini saxlayır, ilkin olaraq Bir kar plastik kartını ödəmə aparatına yaxınlaşdırır, kart boş olduğundan üçüncü kartı ödəmə aparatına yaxınlaşdırı, bu kartında boş olması aşkar olunur. Bundan sonra hər ikisi giriş-çıxış qapısı tərəfdə dayanır, S.Rzayev mobil telefonuna baxır, Təqsirləndirilən şəxs bir qədər gəzişir, sonra isə hər ikisi mağazadan bayıra çıxır, mağazanın sağ tərəf hissəsi istiqamətinə gedirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 sentyabr 2023cü il tarixdə Şahid tərəfindən təqdim edilmiş 01 ədəd DVD formatındakı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin görüntü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzində yerləşən 1-ci sıra, 3-cü korpus 89 saylı mağazasında quradşdırılmış kamera görüntüsündə mobil telefonla çəlkmişdir. Mağazanın çöl hissəsində qara rəngli uşaq arabası dayanmış arabanın içərisində körpə uşaq var. Bir nəfər uzun boylu arıq bədən qurluşlu əynində ağ rəngli sinəsində AB-1906 rəqəm yazıları olan qısaqol köynəkdə olan şəxs arabaya yaxınlaşır, arabanın sağ hissəsindəki vitrindəki mallara baxır, sonra isə arabanın arxa tərəfinə yaxınlaşır, vitrindən asılmış paltarlara baxırmış kimi hərəkət edir. Sağ əli ilə paltarları tutub sol əlini isə arabaya yaxınlaşdırır, sonra isə arabaya tərəf dönür, sol əli ilə arabanın arxa tərəfindəki cibi açaraq oradan qara rəngli əşya götürürür, qəflətən mağazanın sol istiqamətinə hərəkətə başlayır. Baxış zamanı Təqsirləndirilən şəxs uzun boylu arıq bədən qurluşlu əynində ağ rəngli sinəsində AB-1906 rəqəm yazıları olan qısaqol köynəkdə olan şəxsin özü olduğunu pul kisəsini həmin yerdən həmin arabanın arxa cibindən oğurladığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə CM-nin, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM 76-cı maddəsinə əsasən 01 ay 07 gün vaxtıdan əvvəl şərti azad edilib xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Lakin onun hazırda törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğu üçün cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır; 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünü müdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin bu mövqeyi öz təsdiqini tapmamış, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 12 sentyabr 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində saxlanılaraq, 14 sentyabr 2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılmasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Şahid tərəfindən istintaqa təqdim edilmiş və maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şahid tərəfindən istintaqa təqdim edilmiş və maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar