Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-47/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli (himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də operator anbardar vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamış olduğu əmək müqaviləsi əsasında həmin MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 29-cu km ünvanında yerləşən “Hazır məhsul anbarı”nda operator anbardar vəzifəsində işlədiyi müddətdə xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən məsul şəxs olaraq şirkət tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını öz üzərinə götürməli, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda şirkətə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, şirkətin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsinə düşən maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli olduğu halda öz qulluq mövqeyindən istifadə edərək həmin MMC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəməklə talamaq məqsədilə qeyd edilən ünvanda yerləşən anbarda saxlanılmaqla ona etibar edilmiş "xxxx" markalı, divarının qalınlığı 10 mm, eni 1.2 mm, uzunluğu 2.5 mm olan ağ rəngli 1 ədədinin dəyəri 5,8 manat olan gipskardon lövhələrindən ümumi olaraq 6400 ədədini, xx.xx.2022-ci il tarixli 7421 nömrəli, xx.xx.2022-ci il tarixli 9278 nömrəli, xx.xx.2022-ci il tarixli 10112 nömrəli, xx.xx.2022-ci il tarixli 10775 nömrəli, xx.xx.2022-ci il tarixli 11042 nömrəli qaimələrinin üzərində qələmlə düzəliş edərək həmin lövhələrin daşınması həvalə edilmiş cinayətdən xəbərsiz Şahid6 idarə etdiyi “**-JR-***” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həmin anbardan müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixli 131813 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 133357 nömrəsi, xx.xx.2022-ci il tarixli 134087 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134716 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134977 tərəzi nömrəsi ilə çıxarılmasına nail olduqdan sonra həmin lövhələrin çıxış təyinatı üzrə göstərilən istiqamətlərdə deyil, özünün yönləndirməsi əsasında istintaqla müəyyən edilməyən başqa istiqamətə doğru aparıldıqdan sonra əldə edərək istintaqla müəyyən edilməyən ayrı-ayrı şəxslərə satışını həyata keçirib əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf edərək, "xxxx" MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 37.120 (otuz yeddi min bir yüz iyirmi) manat dəyərində "xxxx" markalı ağ rəngli gipskardon lövhələrini həmin MMC-yə xeyli miqdarda ziyan vuraraq mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən 2021-ci il tarixdən "xxxx" MMC-də operator-anbardar vəzifəsində işləmişdir. Aralıq anbarından Əhədov Səmədağa tərəfindən anbara təhvil verilən qəbul olunmuş hazır məhsulu proqrama işləmişdir. Qaimələr də onun tərəfindən sistemdə işlənilmiş və 3 (üç) nüsxədə mədaxil qaiməsi Şahid4 tərəfindən imzalanmış, qaimənin bir nüsxəsi aralıq anbarının müdiri Səmədağaya verilmiş, digər iki nüsxəsi isə qovluğa tikilmiş və hər ayın sonunda Arxiv Şöbəsinə aktlaşdırılıb Xanımgül xanıma verilmişdir. Məxaric qaimələri isə onun tərəfindən hazır məhsul anbardarı Şahid4 şifahi dediyinə əsaslanaraq onun tərəfindən “1C” proqramına işlənilmiş və kompüterdən malların yerdəyişmə üzrə məxaric orderi 3 nüsxədə tərtib edilmişdir. Məxaric orderində qaimənin nömrəsi, ayın tarixi, malın adı, miqdarı, təhvil verdi və təhvil aldı qeyd edilmişdir. 3 nüsxə məxaric qaiməsindən sarı rəngli hissəsi X1mış, digər iki nüsxəsi isə sürücüyə təhvil verilmişdir. Onlarda qalan nüsxə ayın sonunda aktlaşdırılaraq Arxiv Şöbəsinin işçisi Xanımgül xanıma verilmişdir. O, "xxxx" MMC-nin X2n cəmi olaraq 5 (beş) maşın çıxarılmasını etiraf edərək bildirmişdir ki, hər maşında 1280 ədəd ak deniz gips kardon lövhəsi olmaqla zavodun ərazisindən çıxartmışdır. 3 (üç) nüsxədən ibarət olan məxaric qaiməsini çapa vermiş, üzərində diyircəkli qələmlə düzəliş edib sürücüyə təqdim etmiş və düzəliş etdiyi qaiməni sistemə işləməmişdir. Sürücü düzəliş edilən qaiməni qeydiyyatdan keçirmək üçün tərəziyə yaxınlaşmış, qaiməni tərəziçiyə təqdim etmişdir. Sürücü yolda olanda o, sürücüyə zəng edərək istiqamətin dəyişilməsi ilə bağlı göstəriş vermiş və həmin 5 (beş) maşın onun göstərişi əsasında sürücüyə dediyi ünvana aparılmışdır. Sonra isə o, maşın anbardan çıxandan sonra özünün idarə etdiyi avtomaşınla sürücüyə göstəriş verdiyi ünvana getmişdir. Maşından öncə o, yük aparılan istiqamətə çatmış və əvvəlcədən tanımadığı şəxslərlə qiymətlər barədə maraqlanıb onlara mal təklif etmişdir. Razılaşdıqdan sonra pulu nağd şəkildə alıb mal gəldikdən sonra təhvil verib çıxıb getmişdir. X2n çıxartdığı 5 (beş) maşın, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, və xx.xx.2022-ci il tarixlərdə olmuşdur. O, həmin malları əvvəldən tanımadığı şəxslərə satmışdır. Onların heç birini tanımamışdır. O, X2n çıxardığı 5 maşın malın məxaric qaimələrini məhv etmişdir. Şahid4 işdə olmadığı dövrdə o, əvəz etmiş və malların anbara mədaxil-məxaricinə o imza etmişdir. Malların mədaxil-məxarici ilə bağlı o, anbardar Şahid4 gündəlik məlumat verməmişdir. O, göstərilən faktlardan yalnız 5 (beş) maşını etiraf etmişdir. Onun qalan 32 maşından məlumatı yoxdur. O, yalnız zavoddan 5 (beş) maşın mal çıxartmışdır. örətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir.Himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı var.Ailəsinə yeganə qazanc gətirən şəxsdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, mənimsəmə cinayəti nəticəsində ********* saylı cinayət işi üzrə "xxxx" MMC-yə 37100 manat ziyan dəymişdir.Maddi ziyan şirkətin xəzinədarlığına tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətləri var və onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də 2021-ci il tarixdən direktor vəzifəsində işləmişdir. 23 avqust 2022-ci il tarixində "xxxx" MMC-nin böyük mühasibi Şahid3 və sex rəisi Şahid2 xidməti otağına yaxınlaşaraq ona məlumat vermişlər ki, aylıq üzləşmələr zamanı gipskarton lövhələri üzrə mühasibat qalığı ilə faktiki qalıq arasında fərqlər mövcuddur. İlkin variantda Aysel və Rahid ona bildirmişlər ki, 7000 (yeddi min) ədədə yaxın əskikgəlmə aşkar edilmişdir. Problemin sənəd səhvindən və yaxud oğurluq olduğunu ona bildirmişlər. O da öz növbəsində dərhal qalığın düzgün sayımının aparılması üçün lazımi texnika və işçi qüvvəsi ayırmışdır. Cəmiyyətdə istehsalat müdiri vəzifəsində işləyən Mahir Ağayevə sayımın düzgün təşkil olunması üçün şifahi tapşırıq vermiş, eyni zamanda qeydiyyat kitablarından çıxışların yoxlanılmasını Şahid3 və Şahid2 həvalə etmişdir. Fakt yoxlanılmış və Qaradağ X2 operator vəzifəsində çalışan Təqsirləndirilən şəxs tərəfindən 5 tır ( maşın) gipskarton lövhələrinin ərazidən saxta sənədlə çıxarılması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən səhər faktiki olaraq göndərilən malların qaiməsi təkrar olaraq çap olunmuş və üzərində qələm ilə dəyişiklik olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən qaimələrə həmin günün və saatın tarixlərinə uyğun nömrələr yazılmışdır. Bu səbəbdən də mühafizəçinin sənədin saxtalaşdırıldığı barədə şübhəsi olmamışdır. Təqsirləndirilən şəxs verdiyi izahatında mallar yüklə dolu ərazidən sürücü Şahid6 tərəfindən çıxarıldıqdan sonra sürücüyə malların qaimədə göstərilən ünvana deyil, fərqli ünvana aparılması tapşırılmışdır. Sürücü də Təqsirləndirilən şəxs tapşırıqlarını icra etmişdir. Bu barədə dərhal təsisçiyə və şirkətlər qurupunun audit şöbəsinin rəhbərinə məlumat verilmişdir. Bu yük maşınlarının "xxxx" MMC-nin ərazisinə daxil olması burdan yükün götürülməsi ve digər anbarlara daşınması prosesinə “Mətanət A” şirkətlər qrupunun logistika şöbəsi nəzarət etmiş və işi icra və təşkil etmişdir. Məhkəmə iclasında şahid "xxxx" MMC-nin böyük aparıcı mühasibi vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. 01 avqust 2022-ci il tarixindən hər ay olduğu kimi anbar və şöbələr üzrə mühasibat qalığı ilə faktiki qalığı üzləşdirmək məqsədilə bütün şöbə rəhbərləri və anbardarlara sorğu göndərmişdir. 20 avqust 2022-ci il tarixində Ağdağ natural gipskarton lövhələri sahəsinin sex rəisi Şahid2 ona faktiki qalığı bildirmişdir. Mühasibat qalığı ilə faktiki qalıq arasında kənarlaşma olduğunu müəyyən etmişdir. Şahid2 ilə istehsal, satış və digər əməliyyatları üzləşdirərək yoxlamışdır. Şahid2 tərəfindən faktiki qalığın təkrarən sayımı olmuşdur. Sayım bitdikdən sonra Şahid2 xidməti otağına yaxınlaşmış və faktiki sayımda fərq olduğunu bildirmişdir. Şahid2 dəqiqləşdirmək üçün Qaradağ hazır məhsul anbarının operatoru Təqsirləndirilən şəxs onun xidməti otağında zəng etmiş, əskikgəlmə ilə bağlı məlumat verərək qalığı soruşmuşdur. Operator Təqsirləndirilən şəxs bildirmişdir ki, onun məzuniyyətdən qayıtmasını gözləsinlər. Ola bilər sənəd səhvi olub, əskikgələn miqdarı Qaradağ Hazır məhsul anbarının qalığına ötürsün. Təqsirləndirilən şəxs bu sözlərindən o, təəccüblənmişdir. Bundan sonra o və Şahid2 araşdırmağa başlamışlar. 23 avqust 2022-ci il tarixində Şahid2 və o bu barədə direktor Şahid1 məlumat vermişdir. Şahid1 məsələnin daha dərindən araşdırılması, sənədləşmə səhvinin olub-olmamasını müəyyənləşdirməyi onlara tapşırıq vermişdir. O, Şahid2 ilə birlikdə qeydiyyat jurnalı ilə 1C sistemini üzləşdirmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli 352 nömrəli inventarizasiya olduğu üçün əsas olaraq aprel ayını götürmüşlər. Və sonuncu üzləşmə 01 iyun 2022-ci il tarixdə olmuşdur. Son 3 ayı iyun, iyul, avqust ayını yoxlamışlar, 5 maşın sistemdə olmayan 5 qaimə sənədi aşkarlamışlar və məlumatı Şahid1 vermişlər. xx.xx.2022-ci il tarixində mühafizənin qeydiyyat jurnalında malın çıxışını təsdiq edən qaimə kimi sayılan MQ000007421 saylı qaimə faktiki olaraq mövcud deyildir. Lakin 1C mühasibat kompüter sistemində bu qaimə digər bir anbara məxsus qaimədir. Yəni Qaradağ hazır məhsul anbarına aid qaimə sənədi deyildir. O, təxmin etmişdir ki, Təqsirləndirilən şəxs səhər faktiki olaraq göndərilən malın qaiməsini təkrar olaraq çap edib üzərində qələm ilə dəyişiklik etmişdir. Təqsirləndirilən şəxs tərəfindən qaimələrə həmin günün və saatın tarixlərinə uyğun nömrələr yazmışdır. Bu səbəbdən də mühafizəçinin sənədin saxtalaşdırıldığı barədə şübhəsi olmamışdır. Təqsirləndirilən şəxs verdiyi izahatında mallar yüklə dolu ərazidən sürücü Şahid6 tərəfindən çıxarıldıqdan sonra sürücüyə malların qaimədə göstərilən ünvana deyil, fərqli ünvana aparılmasını tapşırdığını bildirmişdir. Sürücü də Təqsirləndirilən şəxs tapşırıqlarını icra etmiş və nəticədə cəmiyyətə xeyli miqdar zərər vurulmuşdur. Məhkəmə iclasında şahid "xxxx" MMC-də sex rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən etibarən"xxxx" MMC-də sex rəisi vəzifəsində işləmişdir. Onun tərəfindən hər ay mühasibatlıqla istehsal olunan məhsulların və faktiki qalığın üzləşməsi prosesi həyata keçirilmişdir. 2022-ci ilin avqust ayında eyni qayda ilə uçot ilə faktiki qalıqların üzləşdirilməsini apardıqları zaman kənarlaşma müəyyən edilmişdir. Bununla əlaqədar olaraq reallığa tam əmin olmaq məqsədilə təkrarən sayım aparmışdır. Məlum olmuşdur ki, əvvəlki sayım ilə təkrar sayım arasında heç bir fərq aşkar olunmamışdır. Yəni sayım tərəfindən obyektiv aparılmışdır. Onun tərəfindən Aysel xanımla təkrar üzləşmə aparıldığı zaman əvvəlki kənarlaşma yenə də öz əksini tapmışdır. Bu barədə onlar cəmiyyətin direktoru Şahid1 məlumat vermişdir. Şahid1 da təkrarən sayımın və üzləşmənin aparılmasını məsləhət bilmişdir. Həmçinin, Şahid1 tərəfindən onlara təkrar üzləşməni bitirdikdən sonra mühafizəçinin qeydiyyat jurnalı ilə 1C mühasibat proqramında olan məlumatların üzləşdirilməsi tapşırığını verilmişdir. Onlar da həmin tapşırığı 2 günə yerinə yetirmişdir. Bu üzləşdirilmədə onlara məlum olmuşdur ki, 5 ədəd tır kənar nəqliyyat şirkətinə məxsus dövlət nömrə nişanlı **-JR-*** yük avtomaşının sürücüsü Şahid6 tərəfindən aparılan yükün qaimədə və tərəzi çekində olan yükün 1C mühasibat proqramında olmadığı müəyyən edilmişdir. Bu barədə cəmiyyətin direktoru Şahid1 məlumat verilmişdir. Kənarlaşma aşkarlanan zaman sənəd səhvi ola bilər deyə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu üçün ona işə gələndə araşdırmanı etməyi təklif etmişdir. O isə kənarlaşmanı daha tez tapmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs kənarlaşmada olan sayı Qaradağ hazır məhsul anbarının qalığına yönləndirməyi təklif etmişdir. Bundansonra onda şübhə yaranmışdır. Tərəzi, mühafizə jurnalları və 1C sistem məlumatlarının üzləşdirilməsi zamanı 5 TİR məhsulun zavoddan çıxmasına baxmayaraq, 1C sistemdə uçota alınmadığının şahidi olmuşlar. Bu barədə direktor Şahid1 məlumat vermişlər. Məhkəmə iclasında şahid "xxxx" MMC-də anbardar vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən "xxxx" MMC-də anbardar vəzifəsində işləmişdir. X2, yəni onun rəhbərlik etdiyi anbarda gipskarton malları olmur. Mallar istehsal sexində olur. İstehsal sexindən də sifarişə uyğun mallar tərəfindən götürülərək digər anbarlara və ya xarici müştərilərə sənəd əsasında verilmişdir. İşdə olmadığı dövrdə operator anbardar vəzifəsini icra edən Təqsirləndirilən şəxs tərəfindən o, əvəz olunmuş və anbardan mədaxil-məxaric sənədlərinə Təqsirləndirilən şəxs imza etmişdir. O, evdə olarkən onu əvəz edən şəxs, yəni Təqsirləndirilən şəxs ona gündəlik və aylıq mədaxil-məxaric barədə heç bir məlumat verməmişdir. 2022-ci ilin aprel ayında şirkətin əməkdaşı Xosrov tərəfindən auditor yoxlaması aparılmışdır. Auditor yoxlamasında anbarın uçot məlumatları ilə faktiki məlumatlar üzləşdirilmiş artıqlıq və əskiklik müəyyən edilməmişdir. X2 operator anbardar vəzifəsini icra edən Təqsirləndirilən şəxs sürücü Şahid6la nə iş gördüyünü, aralarında nə olması barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid "xxxx" MMC-nin Logistika müdiri vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, o, 2022-ci il tarixdən "xxxx" MMC-də Logistika müdiri vəzifəsində çalışmışdır. O, ancaq şirkətə məxsus olan maşınlarının trayektoriyasına görə məsuliyyət daşıyır. Kənar maşınların GPS naviqator sistemi Loqistika şöbəsində yoxdur. Ancaq öz şirkətlərinə məxsus maşınların naviqasiya sisteminə nəzarət edə bilmişdir. Həmin sistemlər yalnız daşıma şirkətlərinin özlərində olmuşdur. Hər 15 gündən bir "xxxx" MMC ilə "Mətanət A" şirkəti arasında nəqliyyat xidmətlərinin göstərilməsi barədə üzləşdirmə aktı tərtib edilmişdir. Üzləşdirmə aktlarına məlumatlar 1C mühasibat proqramından məlumatlar götürülmüş və EXCEL formasında saxlanılmışdır. Bir nüsxəsi müvafiq firmaya göndərilmiş, digərinə isə nəqliyyat xidmət haqları (məbləğlər) yazılaraq çap edilmişdir. Onun tərəfindən Nəqliyyat Şirkətinə email vasitəsilə göndərdiyi cədvəldə ayrı-ayrı sürücülər tərəfindən daşıdığı reyslərin sayı, qaimə nömrələri, tonaj və istiqamət göstərilmişdir. Əgər onun tərəfindən göndərilən məlumat ilə Nəqliyyat Şirkəti arasında göndərilən xidmətlərdə fərq yaranarsa telefon vasitəsilə əlaqə saxlanılmış və aydınlaşdırılmış, yaranmış fərq aradan qaldırılmışdır. Qeyd edilən 37 ədəd maşının sənədləri 1C Mühasibat proqramında əksini tapmadığı üçün, həmin məlumatları proqramda görmədiyindən belə halın baş verməsindən məlumatı ola bilməzdi. Yəni həmin proqramda malın anbardan çıxması barədə məlumat əks olunduğu halda onun malın anbarlara göndərilməsindən və daşımaların sayından xəbəri olmuş, əks halda o, baş ofisdə olduğu üçün faktiki olaraq anbarlar barədə məlumatı olmamışdır. Əgər ərazidə işıq söndükdə, şəbəkə olmadıqda, kompüterdə texniki nasazlıq baş verdikdə anbardar tərəfindən baş koordinator və ona sistemin işləməməsi ilə bağlı telefon vasitəsilə məlumat vermiş, çıxışla bağlı əl qaiməsinin tərtib edilib-edilməməsi ilə bağlı onlardan soruşmuşdur. Onlar tərəfindən bu barədə rəhbərliyə məlumat verilmişdir. Müsbət rəy aldıqda, Qaradağ anbardarlarına rəsmi email vasitəsilə məlumat verilmişdir. Əl qaiməsi üç nüsxədə tərtib edilmişdir. Bir nüsxəsi anbardarda, iki nüsxəsi isə sürücüdə saxlanılmışdır. Qaimələr Qaradağ anbarında hazır məhsulun operator-anbardarı Təqsirləndirilən şəxs və ya anbardar Şahid4 tərəfindən yazılmış və 1C Mühasibat proqramına sistemə işlənilmişdir. Daha sonra işlənilən qaimə nömrələri skayp vasitəsilə ilə loqistika şöbəsinə göndərilmişdir. Loqistika şöbəsi tərəfindən işlənilən qaimələr yoxlanılaraq təsdiq edilmişdir. Daha sonra Qaradağ hazır məhsul anbarının məsul işçiləri həmin sənədi çap etmişdir. Onların şöbəsi tərəfindən qaimə təsdiq edilsə də, həmin qaimənin çap olunma sayına nəzarət etmək mümkün olmur. Yoxlama zamanı anbardan çıxan bəzi qaimələrin nömrələrində qələm ilə dəyişiklik edilməsi müşahidə olunmuşdur. Müdafiə tərəfi, Şahid6 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən şahidin ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişir ki, o, 2013-cü il tarixdən “Etalon” şirkətində sürücü vəzifəsində işləmişdir. Həmin vaxtdan etibarən o, yük avtomobili ilə "xxxx" MMC-nin mallarının daşınmasını həyata keçirmişdir. O, həftənin 6 günü işdə olmuş, bir gün isə istirahət etmişdir. Bəzi vaxtlar işçi olmadıqda o, həftənin bütün günləri işləmişdir. Onun işi "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ rayonunda yerləşən hazır məhsul anbarına gedərək orada yüklənən malları təyinatı üzrə digər anbarlara çatdırmaqdan ibarət olmuşdur. Belə ki, o, hər gün "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ rayonunda yerləşən hazır məhsul anbarına getmiş, ilkin olaraq Samirin adından ona malların götürülməsi ilə bağlı sənəd, yəni qaimə verilmiş, daha sonra həmin mal yük avtomobilinə yüklənmiş, o da həmin sənəddə göstərilən anbara malı təyinatı üzrə aparmışdır. Bəzi vaxtlar onlara verilən qaimə əsasında o, həmin malı birbaşa müştəriyə aparmış və daha sonra həmin qaiməni gətirib anbara təhvil vermişdir. Həmin qaimədə müştərinin adı, soyadı, telefon nömrəsi və digər məlumatlar olmuş və müştəri malı qəbul etməsi ilə bağlı imza etmişdir. 2022-ci ilin təxminən yay aylarında 4-5 dəfə o, malı qaimə əsasında X2n götürərək təyinatı üzrə digər anbara aparan zaman Samir onun telefonuna zəng edərək yükün anbara deyil, müştəriyə aparılmalı olduğunu demişdir. O, Samirin göstərişi əsasında malı qaimədə göstərilən ünvana deyil, Samirin dediyi ünvana aparmışdır. Həmin 5 dəfə malı eyni ünvana, Bakı şəhəri, Dərnəgül şossesi, Böyükşor bazarı, Titanik restoranın yaxınlığında olan geniş fərdi əraziyə aparmışdır. Həmin vaxt orada o, heç kimi görməmişdir. Sadəcə olaraq bir avtokar yükü yerə boşaltmış və Samirin göstərişi ilə o, oradan çıxıb getmişdir. Həmin vaxt Samir əraziyə gəlməmişdir. O, Samirlə telefon vasitəsilə danışdıqda Samir ona qaimənin səhv olduğunu və həmin qaiməyə özünün imza edəcəyini bildirmiş, o, həmin qaiməni Samirə təhvil vermişdir. O, Samirə qaiməni necə edəcəyini, malın qaimədəki ünvana deyil başqa yerə aparıldığını dedikdə, Samir ona bu barədə rəhbərliyin məlumatı olduğunu bildirmişdir. Həmin vaxt o, Samirdən kimin məlumatı olduğunu soruşduqda Samir ona Vüsalın məlumatının olduğunu demiş, ona hətta yanında Vüsala zəng edib soruşmağını demiş, o, Samirə inanmışdır. O, Qadiri tanımış, Qadir əvvəl anbardar olmuş, sonradan səhhətindən problem olduğu üçün işə çox zaman gəlməmiş, gəldiyi vaxt da otağından çölə çıxmamış, Samir işlədiyi müddətdə qaimələrin hamısı Samir tərəfindən və onun imzası ilə verilmişdir. 2022-ci ilin təxminən yay aylarında 4-5 dəfə o, malı qaimə əsasında X2n götürərək təyinatı üzrə digər anbara aparan zaman Samir onun telefonuna zəng edərək yükün anbara deyil, müştəriyə aparılmalı olduğunu demişdir. O, Samirin göstərişi əsasında malı qaimədə göstərilən ünvana deyil, Samirin dediyi ünvana aparmışdır. Həmin 5 dəfə malı eyni ünvana, Bakı şəhəri, Dərnəgül şossesi, Böyükşor bazarı, Titanik restoranın yaxınlığında olan geniş fərdi əraziyə aparmışdır. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə başlanmışdır İş materiallarından görünür ki, 11 sentyabr 2023-cü il tarixdə həmin cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 29 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 4 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş qərar ilə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayev tərəfindən 29 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərarı ləğv edilmişdir. İş materiallarından görünür ki, 4 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayev tərəfindən qəbul edilmiş qərar ilə cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cü il tarixdə həmin cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə Qaradağ RPİ İŞ-nin müstəntiqi Elnur Abdullayev tərəfindən qəbul edilmiş qərar ilə cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 179.3.2-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materillarından görünür ki, Bakı Qaradağ Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 21 (iyirmi bir) gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 (iki) ay müddətə, yəni 3 avqust 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 4 avqust 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materilalarında olan 06 noyabr 2024-cü il tarixli, LP-161/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, "xxxx" markalı 9 sm-lik 6400 ədəd alçipanın 2022-ci ildə ədv daxil orta satış qiyməti 44.800 (qırx dörd min səkkiz yüz) manat olduğundan, həmin tarixə olan ədvsiz qiymət isə 36.736 (otuz altı min yeddi yüz otuz altı) manat təşkil edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 9/9277 nömrəli rəyindən görünür ki,, ekspertiza təyini haqqında qərarda və məktubda qeyd edilən 6400 ədəd divarının qalınlığı 10 mm, eni 1.2 m, uzunluğu 2.5 m olan "xxxx" markalı ağ rəngli gipskardon lövhələrinin (alçipan) 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 37120,00 manat (6400x5,80 manat) müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs operatoranbardar vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən şirkət tərəfindən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda şirkətə, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə olmalı, şirkətin, müəssisənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsinə düşən maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə və lazım gəldikdə qorxulu vəziyyəti aydınlaşdırmaq, öz vəzifə təlimatına görə vəzifə borclarını və əmək funksiyalarını yerinə yetirilməsinə borclu olmalı, onların tam icrasına görə məsuliyyət daşımalı, müəssisənin istehsal və kommersiya sirrinin qorunmasına dair öhdəlik götürməli, maddi məsul şəxs, yəni onun günahı ucbatından idarəyə, müəssisəyə və təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra ödənişin mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə dair öhdəlik götürür. İş materiallarında olan "xxxx" MMC-nin Mühafizə şöbəsinin X2n məxaric olunan malların qeydiyyat jurnalından olan xx.xx.2022-ci il tarixli 7421 nömrəli qaimə çıxarışından həmin tarixdə 1280 ədəd Akdeniz markalı gipskarton lövhəsinin, xx.xx.2022-ci il tarixli 9278 nömrəli qaimə çıxarışından həmin tarixdə 1280 ədəd Akdeniz markalı gipskarton lövhəsinin, xx.xx.2022-ci il tarixli 10112 nömrəli qaimə çıxarışından həmin tarixdə 1280 ədəd Akdeniz markalı gipskarton lövhəsinin, xx.xx.2022-ci il tarixli 10775 nömrəli qaimə çıxarışından həmin tarixdə 1280 ədəd Akdeniz markalı gipskarton lövhəsinin, xx.xx.2022ci il tarixli 11042 nömrəli qaimə çıxarışından həmin tarixdə 1280 ədəd Akdeniz markalı gipskarton lövhəsinin anbardan çıxarılması görünür. İş materiallarında olan "xxxx" MMC-nin tərəzi çeklərindən görünür ki, xx.xx.2022-ci il tarixli 131813 tərəzi nömrəsi ilə sürücüsü Şahid6 olan “**-JR-***” dövlət qeydiyyat nişanlı maşınla 25180 kp çəkidə yük, xx.xx.2022-ci il tarixli 133357 tərəzi nömrəsi ilə sürücüsü Şahid6 olan “**-JR-***” dövlət qeydiyyat nişanlı maşınla 25080 kq çəkidə yük, xx.xx.2022ci il tarixli 134087 tərəzi nömrəsi ilə sürücüsü Şahid6 olan “**-JR-***” dövlət qeydiyyat nişanlı maşınla 25320 kq çəkidə yük, xx.xx.2022-ci il tarixli 134716 tərəzi nömrəsi ilə sürücüsü Şahid6 olan “**-JR-***” dövlət qeydiyyat nişanlı maşınla 24960 kq çəkidə yük, xx.xx.2022-ci il tarixli 134977 tərəzi nömrəsi ilə sürücüsü Şahid6 olan “**-JR-***” dövlət qeydiyyat nişanlı maşınla 24980 kq çəkidə yük anbardan çıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, "xxxx" MMC-nin Mühafizə şöbəsinin X2n məxaric olunan malların qeydiyyat jurnalında xx.xx.2022-ci il tarixli 7421 nömrəli, xx.xx.2022-ci il tarixli 9278 nömrəli, xx.xx.2022-ci il tarixli 10112 nömrəli, xx.xx.2022-ci il tarixli 10775 nömrəli, xx.xx.2022-ci il tarixli 11042 nömrəli qaimələr qeyd edildiyindən həmin jurnaldan çıxarışlar, xx.xx.2022-ci il tarixli 131813 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 133357 nömrəsi, xx.xx.2022-ci il tarixli 134087 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134716 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134977 tərəzi nömrəsi olan sənədlər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himaysində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə aalaraq hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq müəyyən vəzifə tutma hüququndan məhrum edilmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək şübhəli şəxs kimi saxanıldığı və ev dustaqlığında olduğu 02 ay 19 gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin Mühafizə şöbəsinin X2n məxaric olunan malların qeydiyyat jurnalında xx.xx.2022-ci il tarixli 7421 nömrəli, xx.xx.2022-ci il tarixli 9278 nömrəli, xx.xx.2022-ci il tarixli 10112 nömrəli, xx.xx.2022-ci il tarixli 10775 nömrəli, xx.xx.2022-ci il tarixli 11042 nömrəli qaimələr qeyd edildiyindən həmin jurnaldan çıxarışlar, xx.xx.2022-ci il tarixli 131813 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 133357 nömrəsi, xx.xx.2022-ci il tarixli 134087 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134716 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134977 tərəzi nömrəsi olan sənədlər iş materillarında saxlanılmalıdır. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və ev dustaqlığında olduğu 02 (iki) ay 19 (on doqquz) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin Mühafizə şöbəsinin X2n məxaric olunan malların qeydiyyat jurnalında xx.xx.2022-ci il tarixli 7421 nömrəli, xx.xx.2022-ci il tarixli 9278 nömrəli, xx.xx.2022-ci il tarixli 10112 nömrəli, xx.xx.2022-ci il tarixli 10775 nömrəli, xx.xx.2022-ci il tarixli 11042 nömrəli qaimələr qeyd edildiyindən həmin jurnaldan çıxarışlar, xx.xx.2022-ci il tarixli 131813 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 133357 nömrəsi, xx.xx.2022-ci il tarixli 134087 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134716 tərəzi nömrəsi, xx.xx.2022-ci il tarixli 134977 tərəzi nömrəsi olan sənədlər iş materillarında saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-47/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-47/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver