Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-48/2021 09.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Sabirabad rayonu Cavad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “xxxx” Müəssisəsinin iş icraçısı vəzifəsində işləyən, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, «xxxx» Müəssisəsinin direktoru X28 ilə arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə (kontraktına) və Müəssisə direktoru tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 01-Ş-69 nömrəli əmrə əsasən həmin tarixdən Müəssisədə iş icraçısı vəzifəsində işləyərkən Müəssisə üzrə təsdiq edilmiş «xxxx» müəssisəsi üzrə İş İcraçısının vəzifə borcları»na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2010-ci il tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 1.5.1, 1.6.1, 1.6.2, 1.6.3, 2.1.1, 2.1.2, 2.1.13, 3.1.1.1, 3.1.5.22, 3.2.1.19, 3.2.1.20 bəndlərinin və xx xxxxxxxx 1985-ci il tarixdə təsdiq olunmuş «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1, 3.2.1, 4.1.1, 5.1.1, 14.3.2 bəndlərinin tələblərinə əsasən Tikinti quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti normalarına və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edilməli, İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsinin təmin edilməli, Səyyar torpaqlama qurğusu quraşdırmalı, Elektrik sahəsinin təsir zonasında yerləşən pnevmo-təkərli hərəkət edən maşın və mexanizimləri torpaqlamalı, onların bu zonada hərəkət edərkən yönəlmiş potensialı çıxarmaq üçün şassisinə və ya kuzovuna birləşdirilmiş və yerə toxunan metal zəncirlərdən istifadə etməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin dağlıq ərazisində «xxxx» Müəssisəsi ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «X23 Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli TM/P-19/1979 saylı podrat müqaviləsi üzrə 330/220/110 Kv-luq «Cənub» Elektrik stansiyasının 330 kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq «Qobu» yarımstansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş gərginlik altında qalmış 220 kv-luq «7-ci Cənub» hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində elektrik verilişi hava xəttinin çəkilməsi işlərinin yerinə yetirilməsi zamanı həmin işlərin təhlükəsiz görülməsinin təşkili üçün müvafiq naryad-buraxılış tərtib edilməsini, elektrik gərginlikdən açılmış cərəyan daşıyan hissələrdə yönəlmiş potensialın çıxarılması üçün düzgün torpaqlanmasının aparılmasını, yəni səyyar torpaqlama ilə hər tərəfdə naqillərin ucları dayağına bağlansa da, işçilərin dayandığı səbətin naqillərlə birləşdirilməsini və qaldırıcı qurğunun torpaqlanmasını təmin etməyərək, həmçinin müəssisənin elektrik quraşdırıcısı X8 əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilmədən həmin işin icrasına buraxaraq, müəssisəyə məxsus «Kamaz» markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində quraşdırılmış AQP 30 markalı qaldırıcı qurğusunun səbəti vasitəsi ilə yuxarıda həmin xəttin 230 saylı metal konstruksiyalı dayağının naqillərinin uclarının sıxacla bir-birinə birləşdirilməsi işini icra edən elektrik quraşdırıcısı Neymət Burfanovun elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanması səbəbindən ölməsi ilə nəticələnən əməlləri ilə vəzifəli şəxs kimi işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən “xxxx” müəssisəsində işləməyə başlamış, 2007-ci ildən isə həmin müəssisədə iş icraçısı vəzifəsinə təyin edilmişdir. Əsas vəzifəsi yüksək gərginli elektrik xətlərinin tikintisini təmin etmək və qeyd olunan işlər görülən zaman həmin işlərə ümumi nəzarət etməkdən ibarət olmuşdur. İşlədiyi “xxxx” müəssisəsi ilə “xxxx” ASC-nin “X23 Şəbəkəsi” MMC arasında podrat müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında müəssisə 330/220/110 kv-luq “Cənub” Elektrik Stansiyasının 330 kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq “Qobu” Yarım Stansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş 220 kv-luq “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində X33 xəttinin çəkilməsi işlərini yerinə yetirilməli və bu işləri müəssisənin 3 briqadası yerinə yetirməli olmuşdur. Rəhbəri olduğu briqada 6 nəfərdən, yəni elektrik quraşdırıcıları Şahid1, mərhum Neymət Burfanov, fəhlə İsmayıl İsmayılov, avtosəbət sürücüsü Şahid2 və sürücü Şahid3 ibarət olmuşdur. Təxminən 4-5 ay əvvəl qeyd olunan 330 kv-luq qabaritində X33 xəttinin tikinti işləri ilə əlaqədar Qaradağ rayonunun Səngəçal qəsəbəsinin dağlıq ərazilərində olan metal künc dayaqlarında elektrik naqillərinin boru şəkilli birləşdrici sıxac vasitəsi ilə əlaqələnmə işləri aparmışlar. Əlaqələnmə işləri aparılan “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsində, yəni metal künc dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sol dayaq qollarının üzərinə izolyator və xətt armaturu vasitəsi ilə bərkidilmiş elektrik naqillərində 220 kv elektrik gərginliyi olsa da, “7-ci Cənub” hava xəttinin 1-ci dövrəsində, yəni - metal künc dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sağ dayaq qollarının üzərinə izolyator və xətt armaturu vasitəsi ilə bərkidilmiş elektrik naqillərində elektrik gərginliyi olmamış və qeyd olunan elektrik xətlərinin arasındakı məsafə 15-18 metr olmuşdur. “7-ci Cənub” hava xəttinin 1-ci dövrəsində, yəni - metal künc dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sağ dayaq qollarının üzərinə izolyator və xətt armaturu vasitəsi ilə bərkidilmiş elektrik naqillərində boru şəkilli birləşdirici sıxac vasitəsi ilə əlaqələnmə işlərini həyata keçirmiş və texniki təhlükəsizliyi təmin etmək üçün işə başlamazdan əvvəl naqillərdə torpaqlanma işlərini aparmışlar. xx xxxx 2020-ci il tarixdə səhər saat 7 radələrində Şahid1 və Neymət Burfanovla birlikdə “xxxx” müəssisəsinə məxsus Kürdəxanı qəsəbəsində yerləşən yataqxanadan çıxıb Qaradağ rayonunun Səngəçal qəsəbəsinə işə getmiş və həmin gün səhər saat 8 radələrində işlədikləri Qaradağ rayonunun Səngəçal qəsəbəsinin dağlıq ərazilərində olan 231 saylı metal künc dayağının yanına çatıb elektrik naqillərinin boru şəkilli birləşdirici sıxac vasitəsi ilə əlaqələnmə işləri aparmağa başlamışlar. Həmin vaxt briqada tam heyətlə iş yerində olmuş, qeyd olunan tikinti işlərini aparan zaman “Kamaz” 53212 AQP 30 markalı **-JB-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qaldırıcı qurğu avtomobilindən istifadə edərək elektrik naqillərinə yaxınlaşıb birləşdirmə işlərini yerinə yetirmiş və elektrik naqillərində Şahid1 və Neymət Burfanov birləşdirmə işlərini birlikdə görmüşlər. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində 231 saylı metal künc dayağında elektrik naqillərinin birləşdirmə işlərini yekunlaşdırıb nahar fasiləsinə dayanıb təxminən 1 saat nahar fasiləsi etdikdən sonra saat 13 radələrində briqadanın fəhləsi İsmayıl İsmayılov sürücü Şahid3la birlikdə lazım olan elektrik materialları gətirmək üçün briqadanın “QAZ-54” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “xxxx” müəssisəsinin Sumqayıt şəhərində yerləşən anbarına getmiş, onlar da növbəti, yəni 230 saylı metal künc dayağında elektrik naqillərinin birləşdirmə işlərinə başlamışlar. Həmin vaxt Şahid1 və Neymət Burfanov “Kamaz” 53212 AQP 30 markalı **-JB-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qaldırıcı qurğu avtomobilinin avtosəbətinə minərək yuxarı elektrik naqillərinin yanına qalxıb birləşdirmə işlərini davam etdirmişlər. İlkin olaraq onlar 230 saylı metal künc dayağının yuxarı sağ hissəsində olan “A” fazasında olan elektrik naqillərinin birləşdirmə işlərini tamamlayıb aşağı, yəni “B” fazasına enib həmin fazada elektrik naqillərinin birləşdirmə işlərini də tamamlamışlar. Hər fazada elektrik naqillərinin birləşdirmə işlərinə təxminən 1 saat vaxt sərf olunmuş, həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Şahid1 və X20 qurğu avtomobilinin köməyi ilə “C” fazasına enib həmin fazanın üzərində olan elektrik naqillərinin birləşdirmə işlərinə başlamış, təxminən 15 dəqiqədən sonra Şahid1 yüksək səslə qışqıraraq “Valeh səbəti aşağı endir” deməsini eşitmiş, dərhal yuxarı, yəni Şahid1 və Neymət Burfanovun olduğu avtosəbətə baxan vaxt Neymət Burfanovun avtosəbətin içərisinə yıxıldığını görmüşdür. Valeh dərhal avtosəbəti aşağı endirmiş, səbətə yaxınlaşdıqda Əziz ona Neyməti induktiv enerji axımının vurduğunu demiş, həmin vaxt Neymət avtosəbətin içərisində hərəkətsiz və uzanıqlı vəziyyətdə olmuşdur. Əzizlə köməkləşib Neyməti avtosəbətdən çölə çıxarıb yerə uzadıb dərhal onun kilidləşmiş ağzını açaraq ona nəfəs verməyə başlamış, Əziz isə onun ayaqlarının üzərinə torpaq tökərək su ilə torpağın üzərini islatmış, bu zaman Neymət bir az nəfəs alıb xırıldasa da, ayılmamışdır. Dərhal mobil telefon vasitəsi ilə mühəndis Xudayar Abbasovun mobil telefonuna zəng vuraraq hadisə barədə məlumat verib ondan X37 müraciət etməsini xahiş etmişdir. Daha sonra Əzizlə köməkləşib Neyməti işlədiyi şirkətə məxsus istifadəsində olan “VAZ-2104” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağına uzadıb üzü Lökbatan qəsəbəsi istiqamətinə yola düşmüşdür. Həmin vaxt Neymət hərəkətsiz olmuş və nəfəs almamış, yolda təcili yardım maşını ilə qarşılaşıb maşını saxlatdırıb həkimə Neyməti təqdim edəndə həkim onu müayinə edib öldüyünü demişdir. Bundan sonra o, bu barədə polisə məlumat vermiş və təxminən 15-20 dəqiqədən sonra polis və prokurorluq orqanlarının əməkdaşları oraya yaxınlaşıb Neymət Burfanovun meyitini daxili müayinə olunması üçün MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinə aparmışlar. “xxxx” müəssisəsinin təhlükəsizlik texnikası qaydaları üzrə mühəndis Alim Hünbətov tərəfindən hər ay onlara təlimatlar keçilmiş, o da briqadada olan işçilərə gündəlik təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçdikdən sonra təlimat jurnalına imza çəkmişlər. Müəssisənin işçiləri fərdi mühafizə vasitələri və xüsusi geyimlə təhciz edilmiş və onlara xüsusi çəkmə, uniforma, iş eynəyi, plastik dəbilqə və iş əlcəyi verilmiş, rəhbəri olduğu briqadada texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına cavabdeh şəxs onun özü olmuşdur. Bədbəxt hadisə onun işə səhlənkar yanaşdığı üçün baş vermişdir. Təqsirləndirilən şəxs sonda məhkəməyə müraciət edib əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində baş verməsini, evli olmaqla ailənin yeganə qazanc gətirən şəxsi olmasını, himayəsində dörd uşağı olmaqla, onların üçünün azyaşlı olmasını, həmçinin himayəsində birinci dərəcəli əlilliyi olan qardaşı qızının olmasını, arvadının ağır göz xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11, 106.5 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, böyük oğlu Neymət Burfanov 2012-ci ildə “xxxx” müəssisəsində elektrik quraşdırıcısı vəzifəsinə işə qəbul olunmuş, Neymətin sonuncu iş yeri Qaradağ rayonu Səngəçal qəsəbəsinin dağlıq ərazilərində olmuşdur. O, işlədiyi briqada ilə birlikdə X33 xəttinin çəkilməsi işlərini yerinə yetirmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində böyük qardaşı X26 onlara gələrək oğlu Neymətin naqilin ucunu yüksək təzyiqli sıxac alətinə yaxınlaşdırmaq istəyərkən anidən enerji axımının təsirinə düşərək öldüyünü demişdir. X30 ölümü ilə əlaqədar hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən “xxxx” müəssisəsində işləməyə başlamış, əsas vəzifəsi yüksək gərginlikli elektrik xətlərinin tikintisi zamanı naqillərin çəkilməsi, həmin naqillərin bir-birləri ilə birləşdirilməsi və ölçmə cihazlarından istifadə etməklə enerji istehsal edən və ötürən qurğuları quraşdırmaq, onlara texniki nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. İşlədiyi “xxxx” müəssisəsi ilə “xxxx” ASC-nin “X23 Şəbəkəsi” MMC arasında podrat müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında müəssisə 330/220/110 kv-luq “Cənub” Elektrik Stansiyasının 330 kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq “Qobu” Yarım Stansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş 220 kv-luq “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində X33 Xəttinin çəkilməsi işlərini yerinə yetirmişdir. O, özü Təqsirləndirilən şəxs rəhbəri olduğu briqadanın elektrik quraşdırıcısı işləmiş, işlədiyi briqada 6 nəfərdən, yəni briqadanın rəhbəri Təqsirləndirilən şəxs, elektrik quraşdırıcısı Neymət Burfanov, fəhlə İsmayıl İsmayılov, avtosəbət sürücüsü Şahid2 və sürücü Şahid3 ibarət olmuşdur. Təxminən bir aya yaxın qeyd olunan 330 kv-luq qabaritində X33 Xəttinin tikinti işləri ilə əlaqədar briqada ilə birlikdə Qaradağ rayonunun Səngəçal qəsəbəsinin dağlıq ərazilərində olan metal dayaqlarında elektrik naqillərini boru şəkilli birləşdiricilərlə sıxac vasitəsi ilə əlaqələnmə işlərini yerinə yetirmiş, əlaqələnmə işləri aparılan “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsində, yəni metal künc dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sol dayaq qollarının üzərinə izolyator və xətt armaturu vasitəsi ilə bərkidilmiş elektrik naqillərində 220 kv-luq elektrik gərginliyi olsa da, “7-ci Cənub” hava xəttinin 1-ci dövrəsində, yəni metal dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sağ dayaq qollarının üzərinə bərkidilmiş elektrik naqillərində elektrik gərginliyi olmamışdır. Qeyd olunan elektrik xətlərinin arasındakı məsafə 12-18 metr arasında dəyişmişdir. Belə ki, metal künc dayaqlarının orta traversi üzərində olan naqillər arasında ən uzun məsafə 18 metr, metal künc dayaqlarının aşağı və yuxarı traversləri üzərində olan naqillər arasındakı məsafə isə 12 metr təşkil etmişdir. Onlar “7-ci Cənub” hava xəttinin 1-ci dövrəsində, yəni metal künc dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sağ dayaq qollarının üzərinə izolyator və xətt armaturu vasitəsi ilə bərkidilmiş elektrik naqillərində boru şəkilli birləşdirici sıxac vasitəsi ilə əlaqələnmə işlərini həyata keçirmiş və işə başlamazdan əvvəl texniki təhlükəsizliyi təmin etmək üçün naqillərdə torpaqlanma işlərini aparmışlar. xx xxxx 2020-ci il tarixdə səhər saat 7 radələrində o, Təqsirləndirilən şəxs və Neymət Burfanovla birlikdə “xxxx” müəssisəsinə məxsus Kürdəxanı qəsəbəsində yerləşən yataqxanadan çıxıb müəssisəyə məxsus Güləslanın idarə etdiyi “VAZ-2104” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonunun Səngəçal qəsəbəsinə metal künc dayaqlarının olduğu yerə gəlmiş, həmin gün səhər saat 8 radələrində işlədikləri Qaradağ rayonunun Səngəçal qəsəbəsinin dağlıq ərazilərində olan 231 saylı metal künc dayağının yanına çatıb, elektrik naqilləri boru şəkilli birləşdiricilərlə sıxac vasitəsi ilə əlaqələnmə işləri aparmağa başlamışlar. Həmin vaxt briqada tam heyətlə iş yerində olmuş, qeyd olunan tikinti işlərini aparan zaman “Kamaz” 53212 AQP 30 markalı **-JB-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı Qaldırıcı Qurğu avtomobilindən istifadə edərək elektrik naqillərinə yaxınlaşıb birləşdirmə işləri yerinə yetirilmiş, yəni elektrik naqillərində o və Neymət Burfanov birləşdirmə işlərini birlikdə görmüşlər. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində onlar 231 saylı metal künc dayağında elektrik naqillərinin birləşdirmə işlərini yekunlaşdırıb nahar fasiləsinə dayanıb təxminən 1 saat nahar fasiləsi etdikdən sonra saat 13 radələrində briqadanın fəhləsi İsmayıl İsmayılov sürücü Şahid3la birlikdə lazım olan elektrik materialları gətirmək üçün briqadanın “QAZ-54” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “xxxx” müəssisəsinin Sumqayıt şəhərində yerləşən anbarına getmişlər. Onlar da növbəti, yəni 230 saylı metal künc dayağında elektrik naqillərinin birləşdirmə işlərinə başlamış, həmin vaxt o və Neymət Burfanov “Kamaz” 53212 AQP 30 markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı Qaldırıcı Qurğu avtomobilinin avtosəbətinə minərək yuxarı elektrik naqillərinin yanına qalxıb birləşdirmə işlərini aparmağa başlamışlar. İlkin olaraq onlar səyyar torpaqlamadan istifadə edib 230 saylı metal künc dayağının yuxarı sağ hissəsində olan “A” fazasında olan elektrik naqillərinin və ondan aşağıda yerləşən “B” fazasına enib orada birləşdirmə işlərini tamamlamış və hər fazada elektrik naqillərinin birləşdirmə işlərinə təxminən 1 saata vaxt sərf olunmuşdur. Rəxminən saat 15 radələrində o və X20 Qurğu avtomobilinin köməyi ilə “B” fazasından “C” fazasına enib həmin fazanın üzərində olan elektrik naqillərinin birləşdirmə işlərinə başlamışlar. O, yüksək təzyiqli sıxac aləti vasitəsi ilə naqili boru şəkilli birləşdiricinin içərisinə taxıb sıxaclama prosesini yerinə yetirərkən Neymət Burfanov naqilin digər ucunu tutaraq yüksək təzyiqli sıxac alətinə yaxınlaşdırmaq istəmiş, amma onun anidən dayanaraq hərəkətsiz olduğunu görmüşdür. O, Neymətin elektrik cərəyanının təsiri altına düşdüyünü anlayıb onu elektrik naqilindən ayırmaq məqsədi ilə əli ilə kənara itələyən zaman özünün də elektrik cərəyanının təsiri altına düşdüyünü hiss edib dərhal qışqıraraq avtosəbət sürücüsü Şahid2 avtosəbəti aşağı endirməsini tələb etmişdir. Avtosəbət aşağı enən zaman Neymətin əli naqildən aralanmış və Neymət huşunu itirərək avtosəbətin döşəməsinə yıxılmış, avto səbət aşağı endikdən sonra Güləslanla birlikdə Neyməti avtosəbətdən çölə çıxarıb yerə uzatmışlar. Güləslan dərhal onun kilidləşmiş ağzını açaraq ona nəfəs verməyə başlamış, o, isə onun ayaqlarının üzərinə torpaq tökərək su ilə torpağın üzərini islatmış, həmin vaxt Neymət bir az nəfəs alıb xırıldasa da ayılmamışdır. Güləslan da mobil telefonla mühəndis Xudayar Abbasovun mobil telefonuna zəng vuraraq hadisə barədə məlumat verib, ondan X37 müraciət etməsini xahiş etmişdir. Daha sonra o, Güləslanla köməkləşib Neyməti müəssisəyə məxsus “VAZ-2104” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağına uzadıb üzü Lökbatan qəsəbəsi istiqamətinə yola düşmüş, həmin vaxt Neymət hərəkətsiz olmuş və nəfəs almamışdır. Yolda təcili yardım maşını ilə qarşılaşandan sonra həkim Neyməti müayinə edib onun öldüyünü deyib, bu barədə polisə məlumat vermişdir. Daha sonra təcili yardım maşınının müşayiəti ilə Lökbatan qəsəbəsində yerləşən 15 saylı TTYS-yə gəlmişlər. Müəssisənin təhlükəsizlik texnikası qaydaları üzrə mühəndisi Alim Hünbətov tərəfindən hər ay onlara təlimatlar keçilmiş, briqada rəhbəri Güləslan işçilərə gündəlik təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçdikdən sonra təlimat jurnalına imza çəkilməsini təmin etmişdir. Müəssisə işçiləri fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin olunmuş, onlara xüsusi çəkmə, uniforma, iş eynəyi, plastik dəbilqə və yüksək gərginli elektrik naqillərində işlər aparan zaman istifadə üçün iş əlcəyi verilmiş, hadisə baş verən zaman onun və Neymət Burfanovun əlində qeyd olunan əlcək və ayağında xüsusi çəkmə olmuş, hadisədən sonra o, Neymətin bədənindəki elektrik enerjisinin çıxması məqsədi ilə onun ayağındakı çəkmələri çıxararaq, ayağının üzərini torpaqla basdırıb su ilə islatmışdır. Onlara texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi briqada rəhbəri Təqsirləndirilən şəxs həvalə olunmuş, hadisənin baş verməsinin səbəbini bilməsə də, elektrik gərdinliyinin 220-kv-luq “7-ci Cənub” hava xəttinin təsiri nəticəsində birləşmə işləri apardıqları elektrik xəttində yaranmış yüksək induktiv elektrik cərəyanının axımının hadisəyə səbəb ola biləcəyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 2008-ci ildən “xxxx” müəssisəsində işə başlamış və əsas vəzifəsi “xxxx” müəssisəsində texniki işlərə rəhbərliyi yerinə yetirmək, tabeçiliyində olan mühəndis heyətinin texniki bilik səviyyəsinin yoxlanılması və artırılması, lahiyyə işləmələrinin yerinə yetirilməsindən ibarət olmuşdur. İşlədiyi “xxxx” müəssisəsi ilə “xxxx” ASC-nin “X23 Şəbəkəsi” MMC arasında podrat müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında müəssisə 330/220/110 kv-luq “Cənub” Elektrik Stansiyasının 330 kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq “Qobu” Yarım Stansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş 220 kv-luq “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində X33 Xəttinin çəkilməsi işlərini yerinə yetirməli olmuş, qeyd olunan 330 kv-luq X33 Xətinə mühəndis kimi şifahi olaraq o, təhkim olunmuş və qeyd olunan işləri müəssisənin 3 briqadası yerinə yetirmişdir. Təxminən bir aya yaxın Təqsirləndirilən şəxs rəhbərlik etdiyi briqada 330 kv-luq qabaritində X33 Xəttinin tikinti işləri ilə əlaqədar Qaradağ rayonunun Səngəçal qəsəbəsinin dağlıq ərazilərində olan metal dayaqlarda elektrik naqillərini boru şəkilli birləşdiricilərlə sıxac vasitəsi ilə əlaqələnmə işlərini görmüş, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi briqadanın 6 nəfər işçisi, yəni briqadanın rəhbəri Təqsirləndirilən şəxs, elektrik quraşdırıcılar Neymət Burfanov, Şahid1, fəhlə İsmayıl İsmayılov, avtosəbət sürücüsü Şahid2 və sürücü Şahid3 ibarət olmuşdur. Əlaqələnmə işləri aparılan “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsində, yəni metal künc dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sol dayaq qollarının üzərinə izolyator və xətt armaturu vasitəsi ilə bərkidilmiş elektrik naqillərində 220 kv-luq elektrik gərginliyi olsa da, “7-ci Cənub” hava xəttinin 1-ci dövrəsində, yəni metal dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sağ dayaq qollarının üzərinə bərkidilmiş elektrik naqillərində elektrik gərginliyi olmamışdır. Qeyd olunan elektrik xətlərinin arasındakı məsafə 12-18 metr arasında dəyişmişdir. Belə ki, metal künc dayaqlarının orta traversi üzərində olan naqillər arasında ən uzun məsafə 18 metr, metal künc dayaqlarının aşağı və yuxarı traversləri üzərində olan naqillər arasındakı məsafə isə 12 metr təşkil etmiş və briqada “7-ci Cənub” hava xəttinin 1-ci dövrəsində, yəni metal künc dayaqlarının üzü Sumqayıt şəhəri istiqamətində olan sağ dayaq qollarının üzərinə izolyator və xətt armaturu vasitəsi ilə bərkidilmiş elektrik naqillərində boru şəkilli birləşdirici sıxac vasitəsi ilə əlaqələnmə işlərini həyata keçirmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində briqadanın rəhbəri Təqsirləndirilən şəxs mobil telefonu ilə ona zəng vurub Neymət Burfanovun naqilin ucunu yüksək təzyiqli sıxac alətinə yaxınlaşdırmaq istəyərkən onun anidən induktiv enerji axımının təsirinə düşdüyünü demişdir. O, avtomobillə Neymət Burfanovu təcili olaraq Lökbatan qəsəbəsindəki 15 saylı TTYS-na çatdırılmasını tapşırıb, özü də dərhal müəssisə rəhbəri Oktay Abbasova məlumat vermiş, Oktay Abbasov da öz növbəsində X37 zəng etmişdir. Dərhal idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə gəlib, qəsəbəyə yaxınlaşanda Güləslan mobil telefonla zəng edib Şahid1la birlikdə Neymət Burfanovu Lökbatan qəsəbəsində yerləşən 15 saylı TTYS-na gətirərkən yolda X39 briqadası ilə rastlaşdığını, briqadanın adını bilmədiyi həkiminin Neymət Burfanovu müayinə edib onun öldüyü və istifadəsində olan maşınla Neymət Burfanovun meyitini daxili müayinə oluması üçün MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinə apardıqları barədə ona məlumat vermişdir. Müəssisədə işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar müəssisənin təhlükəsizlik texnikası qaydaları üzrə mühəndisi Alim Hünbətov tərəfindən hər ay keçilmiş, briqada rəhbəri Güləslan işçilərə gündəlik təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçdikdən sonra təlimat jurnalına imza çəkilməsini təmin etmiş, işçilərə xüsusi çəkmə, uniforma, iş eynəyi, plastik dəbilqə və yüksək gərginli elektrik naqillərində işlər aparan zaman istifadə üçün iş əlcəyi verilmişdir. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi briqada rəhbəri Təqsirləndirilən şəxs həvalə olunmuş, hadisənin baş verməsinin dəqiq səbəbini bilməsə də, elektrik gərdinliyi 220 kv-luq “7-ci Cənub” hava xəttinin təsiri nəticəsində birləşmə işləri aparıldığı elektrik xəttində yaranmış yüksək induktiv elektrik cərəyanının axımının hadisəyə səbəb ola biləcəyini guman etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə də Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 hazırkı məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və X9 ifadələrinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X23 Şəbəkəsi” MMC ilə “xxxx” Müəssisəsi arasında bağlanmış TM/P-19/1979 saylı, xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfləri arasında “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən 330/220/110 kv “Cənub” ES-in 330 kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv “Qobu” YS arasında 330 kv qabaritdə inşa olunmuş 220 kv “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsinin 330 kv qabaritdə çəkilməsi və mövcud 1-ci dövrənin 330 kv qabaritə çevrilməsi işlərinin aparılması barədə müqavilə bağlanmışdır. (İ cild, i.v. 56-64) “xxxx” Müəssisəsi üzrə 01-Ş-24 saylı, xx xxx 2012-ci il tarixli əmrdən görünür ki, X15 xx xxx 2012-ci il tarixdən “xxxx” müəssisəsinə fəhlə vəzifəsinə qəbul edilmişdir. (İ cild, i.v. 77) Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, X15 xx xxx 2012-ci il tarixdən əsas iş yeri üzrə “xxxx” müəssisəsinə əmək müqaviləsi üzrə müddətsiz fəhlə vəzifəsinə qəbul edilmişdir. (İ cild, i.v. 79, 81-84) “xxxx” Müəssisəsi üzrə 01-K-78 saylı, xx xxx 2020-ci il tarixli əmrdən görünür ki, X15 xx xxx 2020-ci il tarixdən “xxxx” müəssisəsində fəhlə peşəsindən elektrik quraşdırıcısı peşəsinə keçirilmişdir. (İ cild, i.v. 92) “xxxx” Müəssisəsi üzrə 01-Ş-69 saylı, xx xxxxxxx 2018-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdən “xxxx” Müəssisəsinin iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. (İ cild, i.v. 112) Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdən əsas iş yeri üzrə “xxxx” müəssisəsinə əmək müqaviləsi üzrə müddətsiz iş icraçısı vəzifəsinə qəbul edilmişdir. (İ cild, i.v. 114, 116-118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X41 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 62 nömrəli ekspert rəyinin nəticə hissəsində görünür ki, mərhum X3 meyitində belin sağ tış hissəsinin elektrik nişanələri aşkar edilmişdir ki, həmin xəsarətlər həyati olub qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixdə induktiv elektrik cərəyanının axını nəticəsində törənə bilərdilər və ölümü ilə səbəbli əlaqəlidirlər. N.Zərərçəkmiş şəxs ölümünə səbəb elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, N.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 3-4 saat əvvəl baş vermişdir. Mərhum N.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik aşkar edilməmişdir. (2051/K saylı, xx xxxx 2020-ci il tarixli akta əsasən) (İİ cild, i.v. 3-5) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10-1992 saylı, xx xxxxxx 2020-ci il tarixli əmək təhlükəsizliyinin tədqiqi ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, hadisə baş verdiyi 330/220/110 Kv-luq “Cənub” Elektrik stansiyasının 330 kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq “Qobu” yarımstansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş gərginlik altında qalmış 220 kv-luq “7-ci Cənub” hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində elektrik verilişi hava xəttinin çəkilməsi işləri yerinə yetirilərkən, “Kamaz” markalı avtomobilin üzərində quraşdırılmış AQP 30 markalı qaldırıcı qurğusunun səbətinin vasitəsi ilə yuxarıya qalxaraq həmin xəttin 230 saylı metal konstruksiyalı dayağının naqillərinin ucları sıxacla bir-birinə birləşdirilərkən, elektrik gərginlikdən açılmış cərəyan daşıyan hissələrdə yönəlmiş potensialın (təsirlənən gərginliyin) çıxarılması üçün düzgün torpaqlanması aparılmadığına (səyyar torpaqlama ilə hər tərəfdə naqillərin ucları dayağına bağlanmış, lakin işçilərin dayandığı iş meydançası (səbət) naqillərlə birləşdirilməmiş və qaldırıcı qurğu (teleskopik vışka ilə maşın) torpaqlanmamışdır), həmin işlərin təhlükəsiz görülməsinin təşkili üçün müvafiq naryadburaxılış tərtib edilmədiyinə və zərərçəkmiş elektrik quraşdırıcısı X16 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən sərbəst işə buraxıldığına görə, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının istismarında təhlükəsizilk texnikası qaydası»nın 1.5.1, 1.6.1, 1.6.2, 1.6.3, 2.1.1, 2.1.2, 2.1.13, 3.1.1.1, 3.1.5.22, 3.2.1.19, 3.2.1.20 bəndlərinin və «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1, 3.2.1, 4.1.1, 5.1.1, 14.3.2 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Ekspertizaya təqdim olunmuş cinayət işinin materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, hadisə baş verdiyi 330/220/110 kv-luq “Cənub” Elektrik stansiyasının 330 kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq «Qobu» yarımstansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş gərginlik altında qalmış 220 Kv-luq «7-ci Cənub» hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində elektrik verilişi hava xəttinin çəkilməsi işləri yerinə yetirilərkən, «Kamaz» markalı avtomobilinin üzərində quraşdırılmış AQP 30 markalı qaldırıcı qurğusunun səbətinin vasitəsi ilə yuxarıya qalxaraq həmin xəttin 230 saylı metal konstruksiyalı dayağının naqillərinin ucları sıxacla bir-birinə birləşdirilərkən, elektrik gərginlikdən açılmış cərəyan daşıyan hissələrdə yönəlmiş potensialın (təsirlənən gərginliyin) çıxarılması üçün, düzgün torpaqlanması aparılmadığına (səyyar torpaqlama ilə hər tərəfdə naqillərin ucları dayağına bağlanmış, lakin işçilərin dayandığı iş meydançası (səbət) naqillərlə birləşdirilməmiş və qaldırıcı qurğu (teleskopik vışka ilə maşın) torpaqlanmamışdır), həmin işlərin təhlükəsiz görülməsinin təşkili üçün müvafiq naryadburaxılış tərtib edilmədiyinə və zərərçəkmiş elektrik quraşdırıcısı X16 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən sərbəst işə buraxıldığına görə, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının istismarında təhlükəsizilk texnikası qaydası»nın 1.5.1, 1.6.1, 1.6.2, 1.6.3, 2.1.1, 2.1.2, 2.1.13, 3.1.1.1, 3.1.5.22, 3.2.1.19, 3.2.1.20 bəndlərinin və «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1, 3.2.1, 4.1.1, 5.1.1, 14.3.2 bəndlərinin tələbləri “xxxx” müəssisəsinin iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. (İİ cild, i.v. 21-27) Sabirabad Rayon İcra Hakimiyyəti Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İİ cild, i.v. 44) Qətimkan tədbiri seçmə haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 76-77) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X7 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs halhazırda məhkumluğu yoxdur. (İİ cild, i.v. 81) Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir iddiası və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra Hakimiyyəti Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmçinin İ qrup əlil xəstəliyi olan qardaşı qızı X19 onun himayəsində yaşayır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra Hakimiyyəti Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 163 saylı, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, qızları xx.xx.1999-cu il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 ibarətdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 14 saylı arayışdan görünür ki, Mətanət Manafova qlaukoma xəstəsidir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü Nərminə, xx.xx.2009-cu il təvəllüdlü Nurcan, xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı 3 azyaşlı övladı vardır. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət 314.2-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmə üçün vəzifəli şəxsin uzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrinin yerinə yetirikmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini həm ibtidai araşdırma zamanı həm də məhkəmədə etiraf etməsini, əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini, himayəsində 1-ci qrup əlilliyi olan qardaşı qızının və qlaukoma xəstəliyi olan arvadının olmasını (CM 59.2), himayəsində 3 azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1 və 46.2-ci maddələrinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, yəni bu cinayətin az ağır cinayətlərə aid olmasını, onun ictimai təhlükəlilik dərəcəsini, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, onun şəxsiyyətini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və səmimi peşmançılığını, həmçinin cəzanın onun islah olunması perspektivlərinə və gələcək həyatına təsirini, yəni himayəsində 3 azyaşlı uşağının, birinci qrup əlil qardaşı qızının və qlaukoma xəstəsi olan arvadının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq hesab edir ki, onun hazırda cəza çəkmədən islah olunması mümkün olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza şərti olaraq tətbiq edilməli və ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti verilməli, üzərinə onun islah olunmasına xidmət edəcək müvafiq vəzifələr qoyulmalı və həmin vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi müvafiq ərazi üzrə İcra və probasiya xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Mənəfov X13 Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məluma vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun qeydiyyatda olduğu Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs əlavə cəza olaraq dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli (CM- 46.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı (CPM 353.4.12), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə köçürülməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X1: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hüquqi yardım barədə hesabatlardan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X14 xx.xx.2020-ci il tarixli № 2121 saylı order əsasında işə qoşularaq məhkəmədə 16 (on altı) iş saatı, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2021-ci il tarixli № 108 saylı order əsasında işə qoşularaq məhkəmədə 14 (on dörd) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 96 (doxsan altı) manat, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənillidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məluma vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun qeydiyyatda olduğu Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 96 (doxsan altı) manat, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-48/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-48/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver