Məhkəmə qərarları › İş №1(002)-48/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-48/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-48/2023 24.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qaradağ Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsində nəzərə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 04 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 05 gün hissəsi 07 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 02:20 radələrində Qaradağ RPİ-nin CAŞ və NMB-in əməkdaşları inzibati ərazidə xidmətdə olduqları zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən bağçanın qarşısında psixotrop maddələrin təsiri altında olması ilə bağlı şübhəli olduğu üçün saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,521 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Təxminən 10 ildir ki, narkotik vasitə və psixotrop maddə qəbulu ilə məşğul olur. Sonucu dəfə oğurluq etdiyi üçün 2022-ci ilin iyun ayında Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xəstə olduğu üçün mütəmadi narkotk vasitə və psixotrop maddə istifadə edirmiş. Heç bir işlə məşğul olmurmuş, anası təqaüd almış, həmin təqaüdlə dolanmışlar. 08 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Kubinka deyilən yerdə üzdən tanıdığı şəxsdən, lakin özü haqqında heç bir məlumatı olmadığı narkotik vasitə və psixotrop maddə satan şəxsdən 10 manat müqabilində psixotrop maddə şüşə deyilən metamfetamin alıb özündə saxlamışdır. Metamfetamin aldıqdan sonra evə qayıtmışdır. Evdə anası onkoloji xəstə olduğu üçün yanında istifadə etməmiş, evdən çıxıb biraz hərəkət etmişdir. Artıq gecə saatları olmuş, xx.xx.2022-ci il tarixdə saat 02 radələri olmuşdur. Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən bağçanın qarşısında olan zaman mülki geyimdə olan iki nəfər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduğunu və polis əməkdaşları ilə polis bölməsinə getməli olduğunu demişlər. O da polis əməkdaşları ilə Polis bölməsinə getmişdir. Polis bölməsində ona narkotik vasitə və psixotrop maddələrin daşınmasında, istifadəsində şübhəli olduğunu bildirmişlər. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O da polis əməkdaşlarına etiraz etməmişdir. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşlarından biri qadın polis əməkdaşı olmuşdur. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olubolmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızında olan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı həmin bükümü açmış, içərisində ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Bükümün içərisində olan maddənin patı olduğunu, Kubinka deyilən yerdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o DİO-da 2014-cü ildən, hal-hazırda tutduğu vəzifədə isə 2020-ci ildən xidmət aparır. 09 sentyabr 2022-ci il tarixdə saat 02:20 radələrində Qaradağ RPİ-nin CAŞin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən uşaq bağçasının yanında olarkən bir nəfər qadının narkotik vasitə və psixotrop maddələrin qəbulunda yaranan sərxoşluqda şübhəli bilinən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün 10-cu Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, tərəfindən raport tərtib edilərək araşdırılması PB-nin təhqiqatçısına tapşırılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış, müdafiəçi və 01 nəfər qadın polis əməkdaşı dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı və onun da şəxsi axtarış aparılmasında videoçəkiliş aparmağını təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra PB-in təhqiqatçısı, polis baş leytenantı Vüqar Eyyubovun xidməti otağında müdafiəçinin, Qaradağ RPİ-nin CAŞ-in kiçik ispektoru Şahid2 və Qaradağ RPİ-nin VMAS üzrə inspektor Şahid3 iştirakı ilə onun tərəfindən videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə məlumat vermiş, varsa da masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış, bükümün içərisində şəffaf rəngli, kristallşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin metamfetamin olduğunu, həmin metamfetamini Kubinka deyilən yerdə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Qaradağ RPİ-nin Uçot Qeydiyyat və Statistika işləri qrupunun operatoru vəzifəsində 2008-ci ildən xidmət aparır. 09 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Qaradağ RPİ-nin 10-cu PB-də narkotik vasitə və psixotrop maddələrin qəbulunda şübhəli bilinərək saxlanılmış bir nəfər qadının üzərində şəxsi axtarış aparılacağını və onun da iştirak etməyini bildirmişlər. O da etiraz etməmişdir. Bundan sonra PB-in təhqiqatçısı, polis baş leytenantı Vüqar Eyyubovun xidməti otağında müdafiəçinin, CAŞ-ın kiçik inspektoru Şahid2 və onun iştirakı ilə NMB-in əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkiliş aparmaqla 10-cu PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə məlumat vermiş, varsa da masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümünü masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış, bükümün içərisində şəffaf rəngli, kristallşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin metamfetamin olduğunu, həmin metamfetamini Kubinka deyilən yerdə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Şahid2 öz ifadəsində Qaradağ RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli 6/5058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,521 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetamin təmiz çəkisi-0,521 qr., tədqiqata sərf edildi - 0.05qr., qalıq-0,471 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 12 oktyabr 2022-ci il tarixli 5986 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məxsus götürülmüş təmiz çəkisi 0.521 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,471 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının, 01 nəfər qadın polis əməkdaşının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyri-qanuni əşya (lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış, bükümün içərisində şəffaf rəngli, kristallşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin “metamfetamin” olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsində nəzərə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 04 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 05 gün hissəsi 07 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir, lakin onun əməli cinayətin residivini yaratmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.4.4-cü maddəsində göstərilir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 09 sentyabr 2022-ci il tarixdə gecə saat 02:20 radələrində saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 10 sentyabr 2022-ci il tarixdə saat 19:55də təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən 02 gün kimi cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,471 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsinə əsasən təyin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 07 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə hazırkı vaxta çəkilməmiş qalmış 05 (beş) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hal-hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,471 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar