Məhkəmə qərarları › İş №1(002)-48/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-48/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-48/2024 21.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:40-da anası Şahid1 ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yolu qarşı tərəfə keçərkən həmin yoldan Şahid2 idarə etdiyi “Mercedes Benz” markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilində keçib gedən tanışı, Zərərçəkmiş şəxs onlara tərəf tüpürdüyünü zənn edərək Zərərçəkmiş şəxs işlədiyi Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 27 ünvanında yerləşən “Kompyuter Təmiri” dükanının qarşısına gələrək, orada Zərərçəkmiş şəxs qardaşı Şahid3 bu barədə danışıb narazılığını bildirərək Zərərçəkmiş şəxs çağırmasını tələb etmiş, bir qədər sonra Zərərçəkmiş şəxs Şahid2 idarə etdiyi Mercedes Benz markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəldiyini görüb avtomobilə yaxınlaşaraq Zərərçəkmiş şəxs ona tərəf tüpürdüyünü iddia edib, sonuncunun ona qarşı heç bir təhqiredici hərəkətə yol vermədiyini bildirməsinə baxmayaraq, mübahisəni davam etdirərək ictimai qaydalara açıq etinasızlıq göstərərək, davranış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq əlləri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya həyatı üçün təhlükəli olmayan və bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan burun sümüyünün qapalı, yerinidəyişmiş sınığından ibarət xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxslə onun arasında dəfələrlə mübahisə olmuşdur. Zərərçəkmiş şəxs dəfələrlə onu söyüb təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə anası Şahid1 ilə birlikdə Sahil qəsəbəsində alış-veriş edib evlərinə qayıdarkən saat 22:40-da yolu keçmiş, bu zaman qarşıdan Mercedes Benz markalı avtomobil onlara yaxınlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin içərisində olduğunu görmüşlər. Zərərçəkmiş şəxs onların üstünə tüpürmüş ünvanlarına nalayiq ifadələr işlətmiş, o, maşına yaxınlaşmış, nalayiq ifadələr işlətdiyinə görə Zərərçəkmiş şəxs iradlar bildirmişdir. Zərərçəkmiş şəxs isə ona yumruq vurmuş, yaxasından yapışmış, maşın hərəkətə başladığı üçün əynindəki köynək cırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs olduğu Mercedes Benz markalı avtomaşın oradan uzaqlaşmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs qardaşına məxsus, yaxınlıqda yerləşən mağazaya yaxınlaşmış, baş verən hadisə barədə sonuncunun qardaşına danışmış, qardaşı da Zərərçəkmiş şəxs zəng edərək onun geri qayıtmasını istəmişdir. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs həmin avtomaşınla onlara yaxınlaşmış, maşından düşmədən onu yanına çağırmışdır. O, maşına yaxınlaşaraq Zərərçəkmiş şəxs az əvvəl etdiyi hərəkətlərin səbəblərini soruşmuşdur, sonuncu isə onun yaxasından tutaraq maşına doğru çəkmiş bədəninin yarısını maşına salmış və sifətinin sağ yan hissəsinə bir dəfə yumruq vurmuş, sonra əlindəki əşya ilə sağ qolundan vurmuşdur. Zərərçəkmiş şəxs aralaşmaq üçün əllərini Zərərçəkmiş şəxs bədəninə söykəyib geriyə dartınmışdır. Bu zaman Zərərçəkmiş şəxs qardaşı Şahid3 onu Xəzərin əlindən almış və Zərərçəkmiş şəxs yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Bu zaman anası Şahid1 onu onların əlində almaq üçün yaxınlaşarkən Zərərçəkmiş şəxs onun anasını da vurmuş, sonra isə maşını sürüb oradan uzaqlaşmışdır. Hadisədən sonra dərhal “102” xidməti zəng mərkəzinə müraciət etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarəti necə alması barədə məlumatı yoxdur. Bundan əlavə, məhkəmə iclasında təqdim olunmuş videogörüntü barədə qeyd etmişdir ki, əldə olunmuş videogörüntü Zərərçəkmiş şəxs qardaşına aid mağazaya quraşdırılmış kamera vasitəsilə qeydə alındığından sonuncunun onu vurması hissəsi həmin videogörüntüdən çıxarılmışdır. Təqsirləndirilən şəxs son olaraq hadisəni onun törətmədiyini və baş verənlərin ona qarşı qurulmuş bir oyun olduğunu bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə uzun müddətir ki, aralarında ədavətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22:30-da dostu Şahid2 idarə etdiyi Mercedes Benz markalı avtomobildə iş yerinin qarşısında olarkən Təqsirləndirilən şəxs anası Şahid1 ilə bərabər onun iş yerinin qarşısında dayandıqlarını görmüşdür. Həmin şəxslərlə münasibətlərinin normal olmaması səbəbindən Şahid2 avtomobilini olduqları ərazidən uzaqlaşdırmasını xahiş etmişdir. Şahid2 da maşını hərəkətə gətirən zaman Təqsirləndirilən şəxs maşına tərəf qaçmış, lakin Şahid2 maşını sürüb getmişdir. Təxminən 10 dəqiqədən sonra qadaşı Şahid3 ona telefonla zəng edərək geri qayıtmasını tələb etmiş, onlar da geri qayıtmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs səs-küy salaraq avtomobilə yaxınlaşmış, Şahid2 isə onu sakitləşdirmək üçün avtomobildən düşmüş, Təqsirləndirilən şəxs yaxılaşmış, o isə həmin vaxt qabaq oturacaqda oturmuş, maşından çıxmamışdır. Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onun maşında oturmuş vəziyyətdə olmasından istifadə edərək yumruqla və əl zərbələri ilə onu döyməyə başlamışdır. Yumruq zərbələrindən biri onun burun nahiyəsinə dəymiş, burun nahiyəsində rinoplastika (burun nöqsanının cərrahiyyə yolu ilə düzəldilməsi) olduğundan dəymiş zərbə nəticəsində dərhal qanaxma başlamışdır. O, Təqsirləndirilən şəxs əlindən çətinliklə də olsa qurtularaq sükan arxasına keçmiş, baş vermiş qanaxmanın dayandırılmasında ona köməlik göstərilməsi üçün avtomobili tibb məntəqəsinə sürmüş, orada həkimlər ona ilkin tibbi yardım göstərmişlər. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, onlar hadisə yerinə ikinci dəfə yaxınlaşanda maşının ön pəncərəsi açıq olmuş, geri qayıtmaq səbəbi isə qardaşı Şahid3 ona zəng edərək çağırması olmuşdur. Bundan əlavə zərərçəkmiş şəxs onunla barışıq əldə etməsində ümumiyyətlə səy göstərməmiş, onlar arasında hər hansı barışığın mövcud olmadığını, təqsirləndirilən şəxsin hazırki hadisədən əvvəl də onun və ailə üzvlərinin mütəmadi narahatlıqlarına səbəb olduğunu, azadlıqda qalacağı halda yenidən eyni növ əməllərindən çəkinməyəcəyini nəzərə alaraq, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxslə birlikdə alış-veriş etdikdən sonra evlərinə qayıdarkən saat 22:40-da onlar yolu keçən kimi Mercedes Benz markalı avtomobil onlara yaxınlaşanda Zərərçəkmiş şəxs həmin avtomobildə olduğunu görmüşlər. Zərərçəkmiş şəxs onların üzərlərinə tüpürmüş, ünvalarına nalayiq ifadələr işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs maşına yaxınlaşmış, Zərərçəkmiş şəxs iradlar bildirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs yumruq vurmuş, yaxasından yapışmış, maşın hərəkətə başladığı üçün Təqsirləndirilən şəxs köynəyi cırılmış və avtomobil oradan uzaqlaşmışdır. Onlar Zərərçəkmiş şəxs obyektinə yaxınlaşmış, həmin vaxt onun qardaşı Şahid3 orada olmuşdur. Onlar baş verən hadisə barədə Şahid3 məlumat vermişlər. Həmin vaxt Şahid3 qardaşı Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək geri çağırmışdır. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs həmin avtomobillə onlara yaxınlaşmış, maşından düşmədən Təqsirləndirilən şəxs yanına çağırmışdır. Təqsirləndirilən şəxs maşına yaxınlaşanda Zərərçəkmiş şəxs onu tutub maşına çəkmiş və döyməyə başlamışdır. O, aralaşdırmaq üçün onlara yaxınlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs onu da sağ qolundan tutub maşına tərəf çəkmiş, bədəninin bir qismini maşının içərisinə salmış sonra isə sol qolunu buraxıb və sağ qoluna bədəninin müxtəlif nahiyələrindən yumruqla bir neçə dəfə vurmuş, sonra isə maşını sürüb oradan uzaqlaşmışdır. Hadisə zamanı xəsarət almışdır, ona görə də Qaradağ RPİ-nin 38-ci PB-nə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə saat 22:00-da Zərərçəkmiş şəxs işlədiyi telefon və kompyuter təmir dükanının qarşısında dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs və anası ona yaxınlaşmış, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxslə yolda rastlaşdığını, həmin vaxt aralarında münaqişə yarandığını, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini və onlara tərəf tüpürdüyünü bildirmişdir. Bundan sonra o, mobil telefonu ilə Zərərçəkmiş şəxs zəng edərək Təqsirləndirilən şəxs səs-küy saldığını bildirmiş və Zərərçəkmiş şəxs danışmaq üçün geri çağırmışdır. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs Şahid2 adlı şəxsin avtomobilində onların yanına gəlmiş, Şahid2 avtomobili saxlamış, Zərərçəkmiş şəxs isə maşından çıxmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmış, Zərərçəkmiş şəxslə nəsə danışmışdır. Onlar arasında mübahisə olmuş, lakin, o, uzaqda olduğundan nə baş verdiyini dəqiqliklə görməmişdir. Dərhal onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs avtomobilin yanından uzaqlaşdırmış, Zərərçəkmiş şəxs də nəqliyyat vasitəsini sürüb getmişdir. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və qardaşı arasında mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşını vurub-vurmadığını hadisəni uzaqdan izlədiyinə görə görməmişdir. Təqsirləndirilən şəxs avtomobilin yanından uzaqlaşdıraruzaqlaşdırmaz Zərərçəkmiş şəxs avtomobili sürüb getdiyi üçün sonuncunun üzərində hər hansı xəsarətin olub-olmadığını görməmiş, Təqsirləndirilən şəxs isə ona yaxınlaşarkən köynəyinin cırılmış və köynəyin üzərində qan ləkələri olduğunu görmüş bu səbəbdən sonuncuya üst-başını sləliqələməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxslə yaxın münasibətləri olsa da Təqsirləndirilən şəxs tanımır. xx.xx.2023-cü il tarixdə saat 22:00-da Zərərçəkmiş şəxs işlədiyi telefon və kompyuter təmir dükanına gəlmiş, Zərərçəkmiş şəxs telefonunu təmir etdiyini, lakin yaşadığı evində saxladığını bildirmişdir. Zərərçəkmiş şəxslə birlikdə onun evinə getmiş, telefonu götürmüş, birlikdə sonuncunun işlədiyi mağazaya qayıtmışlar. Onlar mağazanın qarşısına iki dəfə gəlmişlər. İlk dəfə gələrkən Zərərçəkmiş şəxs yoldu keçən şəxlərlə yəni, Zərərçəkmiş şəxs və onun anası ilə problemləri olduğu üçün onlara yol verməsini istəmişdir. Həmin vaxt o, mobil telefonla danışdığı üçün ətrafa tam diqqət etməmiş, Zərərçəkmiş şəxs həmin şəxslərə qarşı hər hansı ifadənin işlətməsi və ya hərəkətin edilməsini görməmişdir. Onlar Zərərçəkmiş şəxs qardaşının zəng etməsi ilə əlaqədar ikinci dəfə mağazanın qarşısına gəldikdə Təqsirləndirilən şəxshəmin adamların orada olduğunu görmüşlər. Avtomobili dayandırardayandırmaz Təqsirləndirilən şəxs qəfildən maşına tərəf hücum etmiş, o, maşından çıxaraq həmin adamı kənarlaşdırmağa çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs sükan arxasına keçərək nəqliyyat vasitəsini sürüb getmişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olan 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 32-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli № 463 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-burun sümüyünün qapalı, yerinidəyişmiş sınığı (cərrahi yolla repozisiya olunmuşdur) bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 2 saylı X7 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin öz boyu hündürlüyündən yıxılması və eləcə də şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Cinayət işinin 53-54-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 60-61-ci vərəqələrində olan 04 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur(saat 18:30). Cinayət işinin 76-77-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 104-105-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli Qaradağ rayon prokurorunun qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi E.M.Nəcəfovun cinayət işi üzrə istintaqın qurtarması barədə məlumat verilməsi haqqında xx.xx.2023-cü il tarixli, habelə həmin şəxslərin cinayət işinin materialları ilə tanış edilmələri haqqında xx.xx.2023-cü il tarixli protokollar ləğv edilmiş və iş istintaqın davam etdirilməsi üçün Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 113-114-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur(saat 09:30). Cinayət işinin 129-130-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə xx.xx.2023-cü il tarixli və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə ünvan 2 ünvanın qarşısı hadisə yeri kimi qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 atası Təqsirləndirilən şəxsdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd fləş-kart əlavə edilmiş və həmin fləş-kartda olan görüntülərə baxarkən müəyyən olunmuşdur ki, videogörüntü 04 dəqiqə 19 saniyə davam edir. Axşam saatlarında ağ rəngli Mercedes Benz markalı avtomobil yaxınlaşanda bir nəfər şəxs maşına yaxınlaşaraq maşının pəncərəsindən içəri doğru hərəkətlər etmiş (zərbə endirmək formasında), ətrafa toplaşan insanlar həmin şəxsi maşından ayırmağa çalışırlar və bu zaman maşın hərəkət edərək hadisə yerindən uzaqlaşır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs avtomobil dayanan anda ona doğru hərəkət edir. Təqsirləndirilən şəxs avtomobildə oturmuş Zərərçəkmiş şəxs zərbələr endirməsinin səbəbi sonuncunun ona qarşı yönəlmiş hərəkətlərinin qarşısının alınması məqsədi daşıdığını bildirməsinə baxmayaraq, təqdim olunmuş videogörüntüdə ona yönəlmiş hər hansı hərəkət müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmanı ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli isə hökmü çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 45 iş saatı hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 270 (iki yüz yetmiş) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01 ədəd fləş kart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. İş materiallarında olan 01 ədəd fləş-kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar