Məhkəmə qərarları › İş №1(002)-48/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-48/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-48/2025 16.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X3 və X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi (vəkil) X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6, Müdafiəçi iştirakları ilə, X6 və Nəzakət adlı şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X3 və X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X11 və X9 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.1966-cı il təvəllüdlü, Abşeron rayonu Xırdalan şəhəri, Kristal Abşeron ünvanda qeydiyyada olan X6 və Nəzakət adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 147.2 vǝ 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdirlər. X11 və X9 şikayətlərini onunla əsaslandırmışdırlar ki, o X12 ilə 2023-cü ilin yanvar ayında tanış oldmuş. Mart ayında anası X14 qızılların lombarda qoyaraq pul götürməli idi. Onun adında problem olduğu üçün qızıllar mənim adıma lombarda qoyuldu və götürülən pulun bir qismi ilə mən telefonumu dəyişdim və öhdəmə düşən məbləği də özüm ödədim. Oktyabr ayında kredit bitdiyi halda qızılları götürmək yox yenidən pul götürmək istədiklərin dedilər və xahiş etdilər ki, mənim adıma rəsmiləşsin. Vəfanın adına kredit götürmək məsələsini həll edirdilər, məsələ həll olduqdan sonra öz adına keçirəcəkdilər. Noyabr ayında Turalla münasibətlərimiz pozulmağa başladığı halda ayrılmaq istəyimi qəbul etmirdi və ayrılsam bu kredit məsələlərin onunla danışdığımı ailəmə deməklə hədələyirdi. Ailəmlə problem yaşanmasın deyə münasibəti soyuqlaşdırdım ki özü də məndən ayrılmağı istəsin və krediti adlarına keçirməklərini gözlədim. Aprel ayında Vəfa krediti öz adına keçirdi və may ayında mən dəfələrlə ayrılmağa cəhd etsəm də Tural öz istəyi ilə məndən ayrılmırdı. Bütün sosial şəbəkələrdə onu blokladım. Bu səfər məni tapa bilmədiyi üçün işə gedib gələrkən yolumu kəsməyə və narahat etməyə başladı. Bir neçə dəfə bu hal yaşandı. Lakin sonda anası ilə yolumu kəsərək birinci barışmaq istədilər. Razılaşmadığımı və razılaşmayacağımı anladılar. Bu halda anası Vəfa 3000 manat pul tələb etdi ki, oğlum evin əşyalarına qədər satıb sənə xərcləyib. Məndən bir neçə gün pul gözlədilər, lakin verməyəcəyimi başa düşəndə atama zəng etdilər. xx.xx.2024-cü ildə ilk növbədə mənim iş yerimə oğlu ilə gələrək orda məni təhqir etdi, sonra atamın iş yerinə (Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi) Vəfa əvvəl tək gedərək ictimai yerdə hamının eşidə bildiyi şəraitdə atamı və məni təhqir edərək yalan məlumatlar yayaraq 10000 manat pul istədi. Sabahısı gün evə gələcəyini bizə dediyi üçün biz onları polisə şikayət etdik. Daha sonra dəfələrlə atama whatsapp vasitəsilə səslər atmış və təhqir etmişdir. Yeni işə girdiyim halda yenidən mənim iş yerimə gəlmiş iş nüfuzuma xələl yetirəcək məlumatlar vermiş, məni izləyərək iş yerimi tapdığını ona 11000 manat borcum olduğunu demiş, mənim işdən uzaqlaşdırılmağımı tələb etmişdir və heç nə əldə edə bilmədiyi üçün sonda polisə mənim haqqımda Nəzakəti guya işə düzəldəcəyimi deyib pul almağım barədə şikayət etmişlər. Bir neçə gün sonra isə Vəfa Nəzakət adlı şəxslə (bibi qızı olduğunu iddia edir) yenidən atamın iş yerinə (Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi) gedərək danışmaq istədiyini deyib vǝ lombardın sənədlərini göstərərək qızılların ona məxsus olduğunu demiş və yenədə mənim haqqımda təhqir və yalan olan məlumatlar deyib pul tələb etmişdir. Atam olara pul verməyəcəyini və bizdən uzaq durmalarını dediyi halda yenidən bir neçə gün sonra atamın iş yerinə gedərək bu səfər də səs-küyə səbəb olmuş məni və ailə üzvlərimi təhqir etmiş, böhtanlar atmış və nǝlayiq ifadələr işlətmişdilər. Daha sonra polis gələrək onları oradan uzaqlaşdırmışdır. Bütün bununla bağlı şahidlər də var hansı ki onların bütün təhqir və böhtanlarını eşitmişlər. Belə ki, X7, X15 onların sərf etdiyi təhqiredici vǝ böhtan xarakterli məlumatları təsdiq edə bilərlər. X14 və Nəzakət adlı digər şəxs mənə “kişi xəstəsi", "mənim oğlumu və başqalarını əlində saxlayır" "gündə bir oğlannan oteldədir", atama (X4) "şərəfsiz", "qeyrətsiz", "namussuz", "qızın əxlaqsız yolnan pul gətirir" "qızın gündə bir oğlannan gəzir, şəkilləri var", "qeyrətsiz ata", "kişi deyilsən" kimi təhqiredici nalayiq ifadələr işlətmişlər. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir: Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 vǝ 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. X14 və Nəzakət adlı şəxs tərəfindən mənim barəmdə olan böhtan vǝ təhqir dolu sözləri ictimai yerdə (Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi) hamının eşitdiyi tərzdə ifadə etmişdilər. X14 və Nəzakət adlı şəxsin mənim barəmdə lǝkǝləyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi mənim nüfuzumu alçaltmaq, ictimaiyyət arasında mənim haqqımda yanlış fikirlər formalaşdırmaq, məni alçaltmaqdır. Beləliklə hesab edirəm ki, X14 vəǝ Nəzakət adlı şəxs, AR CM-nin 147.2 vǝ 148-ci maddəsi ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilǝrǝk cəzalandırılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən xx.xx.1966-cı il il təvəllüdlü, Abşeron rayonu Xırdalan şəhəri, Kristal Abşeron ünvanda qeydiyyada olan, X6 və Nəzakət adlı şəxsin barəsində AR CM-in 147.2 vǝ 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Vəfa xanımın onunla olan haqq-hesabı guya onun oğlu ilə münasibətdə olan zaman və onun oğlunu aldadaraq pullarını almış və onlara borcu yaranmışdır. Guya həmin yaranmış borcu tələb edir. Buna görədə onu və atasını şantaj emişdir. İçtimai yer olan “Sədərək” ticarət mərkəzinə gələrək onun atasının işlədiyi mağazanın qarşısında onun ünvanına nalayiq ifadələr işlədərək onun və atasının şəxsiyyətini alçatmışdır. Hətta Vəfa onunda iş yerinə gedərək onun barəsində düzgün olmayan məlumatlar yaymışdır. Onun şəkillərini qohumlarına göndərmişdir. Bundan başqa Vəfa xanım “Whatsapp” vasitəsi ilə nalayiq səs yazılarını ona göndərmişdir. Hadisə ilə bağlı iş prokurorluqdadır əyər ortada pul söhbəti öz təsdiqini tapsa prokurorluq bunu araşdırıb məsələyə qiymət verəcək. Vəfa xanım əsassız yerə onu təhqir edərək ona qarşı böhtan atmışdır bu halları nəzərə alaraq, onun və Nəzakət adlı şəxsin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o bu adamlardan şikayətçidir. Bu qadınlar onu işlədiyi yerə gələrək onu kənar şəxslərin yanında təhqir etmişlər, guya qızının onlara borcunun olduğunu bildirmişlər. “Sədərək” ticarət mərkəzində ona məxsus mağazanın qarşısına iki qadın gəlmiş bu məsələ ilə bağlı onunla söhbət edəcəklərin bildirmişlər. Sonra Nəzakət adlı xanım ona “gəl bu məsələni yoluna qoyaq oğlanın lombarda qoyub pul götürdüyü qızıllar mənimdir onun pulunu mənə ödəməlisən” deyə bildirmişdir. Sonra bu məsələni qızından maraqlanmış ancaq qızının heç kimə borcunun olmadığını öyərənmişdir. Buna görədə daha onlardan gələn zəngləri açmamışdır. Bundan sonra onlar ikinci dəfə onun iş yerinə gələrək kənar şəxslərin yanında onun və qızının ünvanlarına təhqirlər söyləmişlər. Vəfa xanım əsassız yerə onları təhqir edərək onlara qarşı böhtan atmışdır bu halları nəzərə alaraq onun və Nəzakət adlı şəxsin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi (vəkili) X8 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, X6 və Nəzakət adlı şəxsin törətdiyi cinayət hadisəsini məhkəməyə təqdim edə biləcəkləri şahidlər X7 və X13 təsdiq edə bilərlər bundan başqa hadisənin görüntüsü əks etdirən səs və video yazı olan “flash” kartıda məhkəməyə təqdim etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 şikaytlə bağlı bildirmişdir ki, o, heç kimə şər və böhtan atmamışdır. O, “Sədərək” ticarət mərkəzinə həqiqətdən də bir neçə dəfə getmişdir. Belə ki, Aytən onun oğlunun etibarından sui istifadə edərək pullarını alıb xərcləmişdir. O bütün bunlara sübutlarının olduğunu bildirmişdir. O qızın atasının iş yerinə getməkdə məqsədi bu məsələni öz aralarında yoluna qoymaq olmuşdur. Ona qızının nələr etdiyini bildirmişdir. O Rəcəbli Aytən və Rəcəbli Hüseyni təhqir etmədiyini, mübahisə edərkən yanlarında kənar şəxslərin olmadığını və onlara böhtan atmadığını nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında qeydedilmiş ifadələr “whatsapp” vasitəsi ilə edildiyi üçün təhqir kimi qəbul edilməməlidir və şahid qismində gətiriləcək şahidlərin xüsusi ittihamçıların tanıdıqları adamlar olduğu üçün ona görədə onların ifadələri işin həlli üçün əhəmiyyətli olmayacaq. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasınıməhkəmədən xahiş etmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə şikayətə əlavə edilmiş səs yazıları və video görüntünün olduğu “flash” karta baxış keçirilmişdir. Baxış zamanı barəsində şikayət verilmiş X14 olması ehtimal edilən şəxsin “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə çoxsaylı səs yazılarının X5 telefonuna göndərildiy müəyyən edilmiş, bundan başqa Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzi olması ehtimal edilən bazarda X6 və yanında daha bir qadın cinsli şəxsin X2 işlədiyi mağazaya bir neçə dəfə yaxınlaşdığını, onlar arasında əl-qol hərəkətləri ilə müəyyən söhbətlərin edildiyi, həmin vaxtı bu söhbətlərə (ola bilsin ki, mübahisəyə) kənar şəxslərin o cümlədən ətrafda işləyən digər mağazanın işçilərinin yaxınlaşaraq tamaşa etməsi və ya hər hansı bir formada müdaxilə etməsi müşahidə olunmamışdır. Göründüyü kimi şikayət ərizəsində və ona əlavə edilmiş sübutlarda X10 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri olması sübutlarla müəyyən edilməmişdir. Bundan əlavə şikayət ərizəsində X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət CPM-nin 302.1.3-cü maddəsinin tələblərinə uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə X14 ilə yanaşı “Nəzakət” adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinin tələbindən aydın olur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl iş materiallarında olan dəlillərlə öz təsdiqi tapmadığından və digər şəxs barəsində məlumatların natamam verilməsi məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 maddəsinə əsasən şikayətin məxsmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə prosesi zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. X6 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 iş saatı sərf olunmuşdur. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 göstərilmiş hüquqi yardımla bağlı 36 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 302-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 məhkəmə prosesi zamanı göstərilmiş hüquqi yardımlarla bağlı 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar