Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-49/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 2 azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 8 saylı Peşə Liseyinin yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0, 250 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:15-də Qaradağ RPİ-nin 38-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Qardağ rayonu Qızıldaş qəsəbəsi 8 saylı Peşə Liseyinin yataqxanasının həyətində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilmiş və orada saat 16:10-da inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən onun əynində olan damalı gödəkçəsinin sağ içəri cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş təmiz çəkisi 0,250 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iki ildir ki, narkotik vasitələrdən istifadə edirmiş. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alırmış. O, narkotik vasitə olan heroini ineksiya yolu ilə qəbul edirmiş. O, xx xxxxxxxx 2020-ci il tarixdə öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Qaradağ rayonu, Müşfiqabaq qəsəbəsinə getmişdir. Təxminən axşam saat 17 radələrində orada təsadüfən tanış olduğu ortaboylu, 30-35 yaşlarında olan, orta bədən quruluşlu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 20 manat verərək siqaretin qara kağızına bükülmüş 01 büküm narkotik vasitə olan heroin almış və yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Peşə Liseyində yerləşən yataqxanaya qayıtmışdır ki, ağrıları olanda həmin narkotik vasitəni istifadə edər. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:15 radələrində 8 saylı Peşə Liseyinin həyətinə düşüb şpris almaq üçün aptekə getmək istəyərkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə X3 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişdir. Bundan sonra əynində olan damalı gödəkçənin içəri sol cibinə qoyduğu siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə xidmətdə olduğu zaman məlumat daxil olmuşdur ki, Qızıldaş qəsəbəsində yaşayan Faiq adlı şəxsin üzərində hal-hazırda narkotik vasitə var və o, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 8 saylı yataqxananın həyətində gəzir. O, dərhal onunla birlikdə xidmətdə olan Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3la birlikdə bildirilən yerə getmişlər. Onlar həmin tarixdə saat 14:15-də Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 saylı yataqxana ünvanının yaxınlığında bir nəfər şəxsin əməliyyat məlumatında göstərilmiş zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onu 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 8 saylı Peşə Liseyinin yataqxanasında məskunlaşmış Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Elgün Zülfüqarova həvalə edilmişdir. X3 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X3 Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan damalı gödəkçəsinin sol içəri cibindən 01 ədəd siqaretin siqaretin qara kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroinin olduğunu və öz istifadəsi üçün bir gün bundan əvvəl 20 manata üzdən tanıdığı, adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifık iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə xidmətdə olduğu zaman məlumat daxil olmuşdur ki, Qızıldaş qəsəbəsində yaşayan Faiq adlı şəxsin üzərində hal-hazırda narkotik vasitə var və o, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 8 saylı yataqxananın həyətində gəzir. O, dərhal onunla birlikdə xidmətdə olan Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2la birlikdə bildirilən yerə getmişlər. Onlar həmin tarixdə saat 14:15-də Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 saylı yataqxana ünvanının yaxınlığında bir nəfər şəxsin əməliyyat məlumatında göstərilmiş zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onu 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 8 saylı Peşə Liseyinin yataqxanasında məskunlaşmış Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Elgün Zülfüqarova həvalə edilmişdir. X3 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X3 Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan damalı gödəkçəsinin sol içəri cibindən 01 ədəd siqaretin siqaretin qara kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroinin olduğunu və öz istifadəsi üçün bir gün bundan əvvəl 20 manata üzdən tanıdığı, adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifık iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahidlər Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1753 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,250 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,250 qr, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,200 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx xxxxxxxx 2020-ci il tarixli, 2637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş 0,250 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video yazı olan bir ədəd “CD” diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan damalı gödəkçəsinin sağ içəri cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxararaq təqdim edir. Həmin 01 büküm narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünürki, xx xxxxxx 2011-ci ildə doğulmuş X4 və xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxxxxxxx 2020-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə xx xxxxxx 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx xxxxxx 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 56 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-49/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-49/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver