Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-49/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə və 100 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Hacıqabul rayonu, Padar kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzi ərazisində yerləşən “Alfa inşaat” adlı mağazanın yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus “Qazel” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb avtomobilin qabaq sol qapısının kilidsiz olmasından istifadə edərək qapını açıb sürücü oturacağının üzərindən 01 ədəd 50 manat dəyərində “Samsung A12” markalı mobil telefonu və içərisində olan 450 manat nağd pul olan 5 manat dəyərində qara rəngli pul qabını, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 505 (beş yüz beş) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 09 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəli” topdan satış bazarının ərazisində olarkən həmin ərazidə yerləşən “Meyvəli market” adlı mağazanın yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus “Opel Astra” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb qabaq sağ şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin qabaq sərnişin oturacağından üzərində 05 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 580 manat dəyərində “Samsung J6” markalı mobil telefon və telefonun arxa hissəsində olan 50 manat nağd pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 635 (altı yüz otuz beş) manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 13 sentyabr 2022-ci il tarixdə saat 11.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin ərazisində yerləşən “24 saat” adlı mağazanın yaxınlığında X1 etibarnamə əsasında idarə etdiyi “Opel astra” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb, qabaq sağ şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin qabaq sərnişin oturacağından Zərərçəkmiş şəxs3 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 130 manat dəyərində “Honor” markalı, “AKA-L29” (9C) mobil telefonu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 140 (bir yüz qırx) manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər tikinti də fəhlə kimi işləsə də son zamanlar heç bir yerdə işləməmidir. Buna görə də pula ehtiyacı yaranmışdır. O, maddi vəziyyətini düzəltmək üçün oğurluq etmək qərarına gəlmişdir. 01 sentyabr 2022-ci il tarixdə günorta radələrində “Sədərək” ticarət mərkəzinə getmişdir. O, ticarət mərkəzi ərazisində gəzməyə başlamışdır. Həmin vaxt orada “Qazel” markalı, avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşdür. O, həmin avtomobilin şüşəsindən baxan zaman sürücü oturacağının üzərində mobil telefon və pul kisəsi olmasını görmüşdür. O, bir az orada dayanıb heç kimin avtomobilə baxmadığına əmin olmuşdur. O, avtomobilə yaxınlaşıb qapını açmış və oturacağın üzərində olan mobil telefonu və pul kisəsini götürmüş və qaçaraq oradan uzaqlaşmışdır. Pul kisəsinin içərisinə baxan zaman orada 392 manat nağd pul olmasını görmüş və pulu götürüb pul kisəsini atmışdır. Mobil telefona baxan zaman ekranda çat olmasını, içərisində isə nömrə olmadığını bilmişdir. O, yaşadığı evə qayıtmış və səhəri gün Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığına gedib, mobil telefonu orada tanımadığı şəxsə 100 manata satmışdır. Əldə etdiyi pulları isə şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan sonra o, 09 sentyabr 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” topdan satış bazarına getmişdir. O, ticarət mərkəzi ərazisində gəzməyə başlamışdır. Həmin vaxt orada olan “Opel” markalı avtomobilin dayanmış vəziyyətdə və pəncərələrini açıq olmuşdur. O, həmin avtomobilin içərisinə baxan zaman sərnişin oturacağının üzərində “Samsung” markalı mobil telefon olmasını görmüşdür. O, bir az orada dayanıb heç kimin avtomobilə baxmadığına əmin olmuşdur. O, avtomobilə yaxınlaşıb, qabaq açıq şüşədən əlini içəri salaraq oturacağın üzərində olan mobil telefonu götürüb, qaçaraq oradan uzaqlaşmışdır. O, yolun kənarına çıxıb, oradan tanımadığı taksiyə əyləşərək, Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığına getmişdir. Orada mobil telefonu açıb içərisində olan mobil nömrəni sındıraraq tullamışdır. Mobil telefonu orada tanımadığı şəxsə 55 manata satmışdır. Əldə etdiyi pulları isə şəxsi işlərinə xərcləmişdir. Bundan sonra 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 11.00 radələrində “Binə” ticarət mərkəzinə getmişdir. O, ticarət mərkəzi ərazisində gəzməyə başlamışdır. Həmin vaxt orada olan “Opel” markalı avtomobilin dayanmış vəziyyətdə və pəncərələri açıq olmasını görmüşdür. O, həmin avtomobilin içərisində mobil telefon olmasını görmüşdür. O, bir az orada dayanıb heç kimin avtomobilə baxmadığına əmin olmuşdur. O, avtomobilə yaxınlaşıb, qabaq sağ tərəfdən açıq şüşədən əlini içəri salaraq mobil telefonu götürüb qaçaraq oradan uzaqlaşmışdır. O, yenə də yolun kənarına çıxıb oradan tanımadığı taksiyə əyləşərək Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığına getmişdir. Orada mobil telefonu açıb içərisində olan mobil nömrəni sındıraraq tullamışdır. O, mobil telefonu orada mağazaya 73 manata satmışdır. Əldə etdiyi pulları isə şəxsi işlərinə xərcləmişdir. Daha sonra isə onu Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları saxlayıb polis bölməsinə aparmışlar.Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərdən ikisi ilə barışıb.Digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurduğu ziyanı imkanı olmadığı üçün ödəyə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Opel Astra” markalı, **-OJ-*** dövlət qeydiyyatlı nişanlı avtomobili idarə edir. 09 sentyabr 2022-ci il tarixdə saat 14.00 radələrində idarə etdiyi avtomobillə “Meyvəli” topdan satış bazarına getmişdir. Həmin vaxt ona məxsus içərisində “Samsung J6” markalı telefonu avtomobilin qabaq sərnişin oturacağının üzərinə qoymuşdur. O, ticarət mərkəzinə daxil olan zaman oradakı “Meyvəli” mağazasına daxil olub su almaq istəmişdir. Buna görə də o. avtomobilin mühərrikini söndürmədən mağazaya keçmiş, həmin vaxt avtomobilin şüşələri də açıq olmuşdur. O, su alıb geri qayıdan zaman avtomobilin içərisində olan özünə məxsus “Samsung J6” markalı mobil telefonun oğurlandığını görmüşdür. Mobil telefon, qabının arxasında 50 manat nağd pulla birlikdə oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, “Sədərək” ticarət mərkəzində satıcı işləyir. 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 11.00 radələrində qonşusu Asimə məxsus “Opel Astra” markalı avtomobillə işlədiyi “Sədərək” ticarət mərkəzinin yaxınlığına getmişlər. Orada o, özünə məxsus “Honor” markalı telefonu avtomobilin sürət qutusunun yanına qoymuşdur. Asim və o, avtomobili saxlayıb, mağazaya daxil olmuşlar. Həmin vaxt avtomobilin şüşələri də açıq olmuşdur. Onlar geri qayıdan zaman avtomobilin içərisində olan ona məxsus “Honor” markalı mobil telefonun oğurlandığını görmüşdür. O, mağazada olan video müşahidə kameralarına baxan zaman görmüşdür ki, onlar mağazada olarkən naməlum şəxs avtomobilə yaxınlaşaraq, pəncərədən əlini salıb salonda olan mobil telefonu oğurlayıb qaçır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 01 sentyabr 20220ci il tarixdə günorta radələrində idarə etdiyi “Qazel” markalı avtomobil ilə evə bəzi əşyalara almaq üçün “Sədərək” ticarət mərkəzinin təsərrüfat bazarı adlanan hissəsinə getmişdir. Orada o, avtomobili “alfa inşaat” adlı mağazanın yaxınlığında saxlamışdır O, avtomobildən düşən zaman üzərində olan özünə məxsus “Samsung” markalı mobil telefonu və içərisində 450 manat pul olan qara rəngli pul qabını sürücü oturacağının üzərinə qoymuşdur. O, tez geri qayıdacağı üçün avtomobilin qapılarını bağlamamışdır. Bir müddət sonra o, geri qayıdan zaman avtomobilin içərisində olan özünə məxsus “Samsung” markalı mobil telefonun və içərisində 450 manat pul olan qara rəngli pul qabının oğurlandığını görmüşdür. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən Təqsirləndirilən şəxs ciddi cəza verilməsini edilməsini xahiş edir. İş üzrə Şahid1 məhəkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir İş üzrə Şahid1 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsi adlanan yerin yaxınlığında yerləşən “Kənan telecom” adlı kiçik mağazanı 1 ildir ki icarəyə işlətmişdir. Onun işi mobil telefonların təmiri, alqı-satqısı ilə məşğul olmaqdan ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində işlətdiyi mağazaya bir nəfər cavan oğlan gəlmişdir. O, sonradan həmin şəxsin Nicat olduğunu bilmişdir. Həmin vaxt Nicat ona 01 ədəd “Honor C9” markalı mobil telefonu göstərib, özünə məxsus olmasını, satmaq istədiyini bildirmişdir. O da həmin “Honor C9” markalı mobil telefona baxmış və həmin telefona görə 80 manat pul verə biləcəyini bildirmişdir. Nicat da onunla razılaşmış və o, Nicatdan həmin telefonu almaq üçün sonuncunun şəxssiyyət vəsiqəsinin surətini istəmişdir. Nicat ona özünə məxsus pasportu təqdim etmişdir. Bundan sonra o, Nicatın pasportunun surətini çıxarıb aşağı hissəsinə aldığı tarixi yəni xx.xx.2022 tarixi, ***-***-**-** nömrəni, telefon markasını Honor C9, imei kodu **********74134; **********14146 qeyd etmiş və Nicatda həmin sənədi imzalamışdır. O, 80 manat pul verib “Honor C9” markalı mobil telefonu almışdır. Bundan sonra Nicat çıxıb getmişdir. O, həmin mobil telefonu piştaxtaya qoyub satmaq istəmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və o, Nicatın ona satdığı mobil telefonun oğurluq olduğunu bilmişdir. O, mobil telefonla sənədin surətini təqdim etmişdir. Nicat həmin “Honor C9” markalı mobil telefonu ona satan zaman özünə məxsus olımasını, pulu olmadığı üçün satdığını bildirmişdir.O, həmin telefonu Nicatdan alan zaman sonuncudan şəxsiyyət vəsiqəsinin surətinin tələb etmişdir. Nicat isə ona pasportunu təqdim etnmişdir. O da həmin “Honor C9” markalı mobil telefonu Nicatın pasportunun surəti ilə almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/6942 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan “Honor” markalı, “AKA- L29” (9C) mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olmasını nəzərə alaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən l30,00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2879 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, N. E. Məhərrəmov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan 01 ədəd “CD” formatlı diskə məhkəmə iclasında keçirilmiş baaxış zamanı “WhatsApp Video 2022-09-17 at 11.09.06” adlı video faylda 1 ədəd “opel” markalı avtomobilin yolun hərəkət hissəsində dayanması və pəncərələrinin açıq olması, həmin vaxt 1 nəfər arıq bədən quruluşlu, başında papaq, qolu qısa köynək, ağ rəngli şalvar və idman ayaqqabısı geyinmiş zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin avtomobilə yaxınlaşaraq qabaq sərnişin tərəfdən şüşədən əlini avtomobilin salonuna salaraq nə isə götürüb uzaqlaşması müşahidə edilir. Bundan başqa “WhatsApp Video 2022-09-17 at 11.09.13” adlı video faylda 1 nəfər arıq bədən quruluşlu, əynində qara rəngli uzun qol köynək, ağ rəngli şalvar, qısa qol gödəkcə və idman ayaqqabısı geyinmiş zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin ətrafda gəzməsi, həmin şəxsin orada dayanmış vəziyyətdə olan “Opel” markalı avtomobilə yaxınlaşaraq qabaq sərnişin tərəfdən şüşədən əlini avtomobilin salonuna salaraq nə isə götürüb uzaqlaşması müşahidə edilir. Bundan başqa “WhatsApp Video 2022-09-17 at 11.56.30” adlı video fayla baxəış keçitrilən zaman “sədərək” ticarət mərkəzinin içərisində təsərrüfat malları adlanan ərazinin olması və avtomobillərin dayanması, həmin vaxt 1 nəfər arıq bədən quruluşlu, əynində açıq sarı rəngli qısa qol köynək, qara rəngli şalvar və ağ rəngli idman ayaqqabısı geyinmiş zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin orada dayanmış vəziyyətdə olan Qazel markalı avtomobilə yaxınlaşaraq qabaq sürücü qapısını açaraq avtomobilin salonundan nə isə götürüb qaçaraq oradan uzaqlaşması müşahidə edilir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və qərardan görünür ki Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2, 332.2.3-cü ümaddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə və 100 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə 100 manat cərimə təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Honor” markalı, “AKA-L29” (9C) mobil telefon aparatının sahibinə geri qaytarılması nəzərə alınmalı və 01 ədəd içərisində videogörüntü CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 43 (qırx üç) saata görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Honor” markalı, “AKA-L29” (9C) mobil telefon aparatının sahibinə geri qaytarılması nəzərə alınsın və 01 ədəd içərisində videogörüntü CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 43 (qırx üç) saata görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-49/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-49/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver