Məhkəmə qərarları › İş №1(002)-49/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-49/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-49/2025 19.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, Müdafiəçilər Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, X3, X7 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3, X7 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri 20 saylı ofrta məktəbin direktorudur.17 dekabr 2024-eü il tarixdə "SƏHƏR MEDİA" online xəbər portalında "Gəncə 20 saylı tam orta məktəbdə rüşvət pik həddə çatıb - İDDİA” başlığı altında yazı getmiş, eyni başlıq altında portala aid Facebook və TİKTOK səhifəsində video görüntülü, onun şəkili paylaşılmaqla məlumat getmişdir.Məlumatda bu tipdə cümlələr işlənmişdir: “ibtidai siniflərə məktəbə qədər hazırlğı da pul ilə keçən bu 20 saylı tam orta məktəb direktoru, bundan əlavə hazırhq üçün müəllimlərdən də əlavə vəsait alır."Hazırda Bələdiyyə seçkiləri ilə bağlı məktəblərdə yaradılan seçki məntəqəsinin biri də 39 saylı Gəncə 11 dairə seçki komissiyasının 20 və 21 saylı məntəqələri 20 saylı orta məktəb olmasına baxmayaraq, qanunları pozaraq seçkidə üzv kimi yer alan müəllimlər eyrti zamanda dərs yükü ilə təmin olunublar. Bu və digər iddialarla bağlı qarşı tərəf kimi Gəncə 20 saylı tam orta məktəbin direktoru Mehriban xanm ilə əlaqə saxlayıb məsələ ilə bağlı mövqeyini öyrənməyə şalışsaq da, məktəb direktoru kobud cavabı ilə bildirdi ki, regional məsələ ilə bağlı istədiyiniz açıqlaması verə bilər. Bizi narahat etməyin”. "Məktəbə yoxlama gələn kimi direktor Mehriban xanım hər kəsə öz "tapşırıqlarını” verir və qəti şəkildə müvəqqəti olaraq hazırlığı təxirə salmalarını bildirir. Yəni ki, müvəqqəti olsa da, öz biznesini dayandırır və hansısa yolla gələn yoxlamanı razı salır.”Məlumatda "bu direktorların özbaşınalığı nə vaxtadək davam edəcək?", hegemonluq edən direktorlar’, “sizin rəhbərliyiniz altında “fəaliyyətlərinə” davam edəcəklər?” kimi cümlələr işlənmişdir ki. bunlar, onu rüşvət almada, səlahiyyət həddini aşmada, vəzifə saxtakarlığı və Cinayət Məcəlləsinin digər maddələri ilə qanunsuz olaraq ittiham edən məlumatlardır.Yazılarda direktor, fəaliyyət kimi sözlər dırnaq işarəsi ilə verildiyindən birbaşa oiaraq onu təhqir etməyə yönələn hərəkətlərdir.Bundan başqa, məktəbin Facebook səhifəsində qeyd edilən yazıların linkleri paylaşıimaqla, mənim haqqımda həqiqətə uyğun olmayan təhqiredici məlumatın daha çox İnsana çatdırılmasına çalışılmışdır. Eyni xəbər digər xüsusi ittiham qaydasında şikayət olunan şəxslərə məxsus olan “X18-dadır" və “Zaur Qafaroff digər səhifələrdə paylaşılmışdır. Bütün səhifələrdə komentlər verilmiş, müzakirəyə çıxarılmışdır, həmin müzakirələrdə təhqir olunmuşdur. Beləliklə, onlar onun barəsində növbəti şərəf və ləyaqəti alçaldan hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur.Hec bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1. maddəsinə əsasən, fiziki şəxs onun şərəfim, layaqəti-ni və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığım pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə klr həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəlləsinin 23.4. maddəsində göstərilir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi İlə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozuntusu nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətiərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” 14 may 1999-cu i) tarixli 7 saylı qərarının 6-ci bəndinə əsasən, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi -haqqında" Azərbaycan Respublikasının Aii Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üc halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılmasıdır “Mənəvi zərərin ödəniiməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında1' Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, "İnsən Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habeiə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya’nın müddəaları və Avropa insan hüquqları Məhkəməsinin presedentfəri baxımından "mənəvi zərər” aniəyışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsiub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab çəkməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirrlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti oiaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetiriımssi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblər baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, * zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi X13 bildirdi ki, X11 aid hissədə xüsusi ittihamı geri götürür. Belə ki, X16 tərəfindən yazılmasını güman etdikləri rəylərin saxta profildən yazılmasını müəyyən etmişlər. Xüsusi ittiham qaydasında şikayəti qalan hissədə müdafiə edir, X3 və X7 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edir. X13 ona verilmiş suala cavab olaraq xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 bildirmişdir ki, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətlə razı deyil.Belə ki, "SƏHƏR MEDİA" xəbər portalını onun mərhum əri X14 idarə etmiş və yayılması iddia edilən materiallları onun əri Zaur hazırlamışdır.Onun SƏHƏR MEDİA" xəbər portalı ilə heç bir əlaqəsi yoxdur.O, sadəcə bir dəfə əri Zaurun göstərişi ilə X4 zəng edərək onun barəsində yayılan məlumatların doğru olub-olmamasını öyrənmiş və Mehriban Mahmudova həmin məlumatların yalan olduğunu və istənilən yerdə dərc edə biləcəklərini bildirmişdir.O əlavə olaraq bildirdi ki, “SƏHƏR MEDİA" xəbər portalı faktiki olaraq əri ilə birlikdə yaşadıqları və onun qeydiyyatda olduğu ünvan 1 ünvanında fəaliyyət göstərmiş və əri bütün xəbər materiallarını həmin ünvanda hazırlayaraq dərc etmişdir.Əri mərhum X1 rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə ev 1, mənzil 47 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşmışdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Müdafiəçilər - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etirazları olmadıqlarını bildirdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdən də göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 barəsində təhqir xarakterli ifadələri “İnstaqram”, “Facebook” və “Tiktok” sosial şəbəkəsində yaymışdır.Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş digər şəxs X10 arvadı X8 məhkəmə iclasında X5 barəsində “SƏHƏR MEDİA" online xəbər portalında yayılan məlumatların onunla heç bir əlaqəsi olmadığını və mərhum əri Zaur Qafarov tərəfindən hazırlanaraq portala yerləşdirildiyini bildirmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən və «AZEMİS» Elektron Məhkəmə Sisteminin Sorğular bölməsindən əldə olunmuş məlumatdan görünür ki, X1 rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə ev 1, mənzil 47 ünvanında qeydiyyatdadır. İş materiallarından göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barəsində təhqir xarakterli məlumatlar SƏHƏR MEDİA" online xəbər portalı vasitəsi ilə “İnstaqram”, “Facebook” və “Tiktok” sosial şəbəkələrində yerləşdirilmişdir. “İnstaqram”, “Facebook” və “Tiktok” sosial şəbəkələri isə internet informasiya ehtiyatı hesab edilməklə, xaricdə qeydiyyatdadırlar və Azərbaycan Respublikasının ərazisində qeydə alınmış hüquqi ünvanları yoxdur. Belə olan halda, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə təhqir xarakterli məlumatlar SƏHƏR MEDİA" online xəbər portalı vasitəsi ilə “İnstaqram”, “Facebook” və “Tiktok” sosial şəbəkələrində yerləşdirildiyindən, həmin internet informasiya ehtiyatları xaricdə qeydiyyata alındığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonu, Xırdalan şəhəri, 28ci Məhəllə ev 1, mənzil 47 ünvanında yaşadığından və həmin ünvan isə Abşeron rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı şikayətə Qaradağ Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar