Məhkəmə qərarları › İş №1(002)-5/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-5/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-5/2024 27.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi və nümayəndəsi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin sağlamlığına ağır, üç zərərçəkmiş şəxsin sağlamlığına isə az ağır zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü ildə, saat 15:50 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21074” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcustan sərhəddi yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 31-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevir təhlükəsiz olsun və hərəkətin digər iştrakçılarına maneə yaratmasın, lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunları etməmiş və avtomobili yolun sağ kənarıda yerləşən «Nur» marketin qarşısında dayanmış naməlum avtomobillərin arasından yolun hərəkət hissəsinə doğru çəpəki vəziyyətdə geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan həmin vaxt avtomobilin arxa hissəsi Bakı-Qazax-Gürcustan sərhəddi yolu ilə Qazax istiqamətində yolun sağ zolağı ilə 70 km/saat sürətlə hərəkətdə olan Şahid4 Çinğiz oğlunun idarə etdiyi “Mercedes Benz E 220” CDİ minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş və zərbədən “VAZ-21074” minik markalı avtomobil yoldan çıxaraq həmin vaxtı yolun sağ kənarında dayanmış vəziyyətdə olan piyadalar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, sonra isə dayanmış vəziyyətdə olan Şahid3 idarə etdiyi “Mercedes-Benz” Sprınter 315 minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tin hissəsinə dəymişdir. Nəticədə piyada Zərərçəkmiş şəxs4 sol plevra boşluğunun pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin soldan qabırğaların çoxsaylı sınıqları, sağ mil-bilək oynağının qapalı, tipik yerinidəyişən sınığı, çənəaltı nahiyyənin əzilmiş yarası ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəymiş, Zərərçəkmiş şəxs2 başın təpə nahiyyəsinin sıyrığı, burun sümüyünün qapalı, yerinidəyişmiş sınığı, sol bud və sol baldır nahiyyələrinin səthi əzilmiş yaraları, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli yerinidəyişmiş (cərrahi əməliyyatla bərpası) sınığı ilə müşaiyət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dəymiş, Zərərçəkmiş şəxs3 sağ gözaltı və burunüstü nahiyyənin əzilmiş yaraları ilə müşayiət olunan burun sümüyünün yerinidəyişmiş sınığı, sağ said sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı ilə müşaiyət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dəymiş, Zərərçəkmiş şəxs1 sol dirsək sümüyünün bizvari çıxıntısının qapalı, yerdəyişməyən sınığı, başın sağ təpə və sağ dirsək oynağı nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sol gözətrafı nahiyyəsinin qançırı, sağ ayaqüstü və sol bayır topuq nahiyyələrinin qançır-şişkinlik halında əziklərləri ilə müşaiyət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 20 avqust 2025-cü il tarixədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 31 yanvar 2023-cü il tarixdə səhər saat 06:30 radələrində tanışı Şahid2, onun bacısı Sevil Orucova, onun oğlu Mehmanla birlikdə Telmanın idarə etdiyi VAZ-21074 minik markalı minik **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Telman Bakı şəhərini yaxşı tanımadığı üçün yolda ondan xahiş etmişdir ki, avtomobili o idarə etsin və ona görə Saatlı rayonu ərazisindən avtomobili idarə etməyə başlamışdır. Bakı şəhərinə gəlib işlərini bitirdikdən sonra geri Saatlı rayonuna qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat təxminən 15:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə çatdıqda bəzi ərzaq məhsulları almaq üçün avtomobili yolun kənarındakı «Nur» marketinin qarşısında magistral yoldan kənarda perpendikulyar vəziyyətdə saxlamışdır. Ərzaqları aldıqdan sonra o avtomobili idarə etmək üçün sükan arxasına, Telman qabaq sağ oturacaqda, Sevil arxa sol oturacaqda, Mehman isə arxa sağ oturacağa əyləşmişdir. O avtomobilin mühərrikini işə salıb yola çıxmaq üçün avtomobili arxaya doğru hərəkət etdirməyə başlamışdır və çəpəki vəziyyətdə bir qədər sürdükdən sonra yolun sağ zolağı ilə digər avtomobilin hərəkətdə olduğunu görüb avtomobili saxlamış, həmin avtomobil ötüb keçdikdən sonra yenidən avtomobili arxaya doğru hərəkət etdirmək istədiyi vaxt avtomobilin arxa hissəsinə zərbə olmuşdur. Zərbədən idarə etdiyi avtomobil fırlanaraq orada olan piyadalara və xarab olub dayanmış “X16” markalıavtomobilin sol tərəfinə dəymişdir. Hadisə nəticəsində avtomobildə olan Sevil Orucova və piyadalar xəsarətlər aldığından hadisə şahidləri TTY stansiyasına məlumat vermiş, xəstələrə yardım edib az sonra oraya gələn TTY avtomobilləri ilə xəstəxanaya yola salmışlar. Həmçinin hadisə yerinə DYP əməkdaşları gəlmiş və o hadisə yerində polis əməkdaşlarına avtomobili idarə etdiyini bildirməmişdir. Avtomobilin yük yerində dağılmış parça və digər əşyaları Mehmanın qohumları ilə birlikdə tanımadığı taksiyə yığıb Sahil qəsəbəsinə aparmışdır. Orada sol əlində ağrılar olduğundan sınıqçıya getmiş, çıxmış barmaqlarını yerinə saldırdıqdan sonra saat təxminən 19:30 radələrinə Bakı şəhərinə gəlmiş və orada bilmişdir ki, Şahid2 hadisə anında avtomobili onun idarə etdiyini bildirmişdir. Ona görə Telmanla birlikdə sərxoşluq müayinəsindən keçmişdir. Hadisə yerində ona məlum olmuşdur ki, onun idarə etdiyi avtomobili vuran “Mercedes Benz E220” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Hadisə yerində və ya sonradan hadisə zamanı avtomobili idarə etməsi və YNH-i törətməsi barədə hər hansı icra hakimiyyəti orqanına və xəsarət alanlara və ya təcili yardıma həyəcanlı olduğundan məlumat verməmişdir. Sonradan xəstəxanaya getmiş, hadisə zamanı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xəsarətlər aldıqlarını bilmiş, sonradan həmin xəsarət almış şəxslərdən üzr istəmiş, onlardan bağışlanmasını xahiş etmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisə ehtiyyatsızlıqdan baş vermişdir, hadisə ilə bağlı özünü təqsirli bilmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, atası ona demişdir ki, onlar maşına miniblər, gəldikləri vaxt maşın xarab olduğundan “Nur” marketin yanında dayanıblar və onlar maşından düşüb maşının yanında dayanıblar. Videodan da göründüyü kimi atası iki maşının arasında qalmışdır. Atasına kimsə kömək edib onu maşınların arasından çıxarmayıb. Anasının hay-küyündən sonra gəlib çıxarıblar. Hazırda ən ağır vəziyyətdə olan şəxs onun atasıdır. Bir dəfədə olsa heç kim gəlib onun atasının səhhəti ilə maraqlanmamışdır. Odur ki, təqsirəndirilən şəxsə qarşı şikayətçi olmaqla məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Beynəlxalq avtovağzal ərazisindən sərnişin daşıma fəaliyyəti ilə məşğul olan «X16» markalı avtomobilə əyləşib yaşadığı Naftalan şəhərinə getmək üçün yola düşmüşdür. Avtomobildə ondan başqa təxminən 10 nəfər sərnişin olmuşdur. Saat təxminən 15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə Qazax istiqamətinə hərəkətdə olduqları vaxt avtomobildə nasazlıq yaranmış və sürücü avtomobili yolun sağ kənarındakı «Nur» maketin qarşısında saxlamışdır. Onlar müəyyən müddət ərazində sürücünün avtomobili təmir etməsini gözləmiş, lakin avtomobilin təmir olunmadığını görüb o və digər sərnişinlərdən bir neçəsi avtomobildən düşmüş və Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun kənarında, həmin «X16» markalı avtomobilin yanında dayanmışlar ki, yoldan keçən digər avtomobillə evlərinə getsinlər. Bundan sonra nə baş verdiyini xatırlamır, ayıldıqda özünü Bakı şəhəri KTM-də olduğunu bilmişdir. Hadisə nəticəsində qabırğaları sınaraq ağ ciyərinə batmaqla ağır bədən xəsarətləri almışdır. Sonradan ona məlum olmuşdur ki, o və digər piyadalar yolun hənarında dayanmış olduqları vaxt mağazanın qarşısında dayanmış «VAZ-21074» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət etməklə baş yola daxil olduqda Qazax istiqamətinə hərəkətdə olam «Mercedes Benz» minik markalı avtomobil onu vurmuş, zərbədən «VAZ- 21074» minik markalı avtomobil fırlanaraq onlara və həmin sərnişini olduqları «X16» markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisədən sonra günahkar olan «VAZ- 21074» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun müalicə xərclərinə heç bir maddi yardım göstərməmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hadisə vaxtı həyat yoldaşı X2 orada, yəni «X16» markalı avtomaşının salonunda olmuş və onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə o, oğlu Fəxrəddin Məmmədovla birlikdə Bakı şəhəri avtovağzalı ərazisindən sərnişin daşımaqla məşğul olan əvvəllər tanımadığı «X16» minik markalı **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yaşadığıqları Yevlax şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Avtomobildə onlardan başqa tanımadığı təxminən 10 sərnişin də olmuşdur. Saat təxminən 15 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə Qazax istiqamətinə hərəkətdə olduğu vaxt qəflətən avtomobildə nasazlıq yaranmış və sürücü avtomobili yolun sağ kənarındakı «Nur» marketin qarşısında saxlamışdır. Onlar bir qədər avtomobilin təmirini gözlədikdən sonra o digər sərnişinlərlə birlikdə yola tərəf çıxıblar ki, başqa maşınla evilərinə getsinlər. Oğlu isə avtomobilin salonunda qalmışdır. Onlar dayanıb avtomobil gözlədiyi vaxt toqquşma baş vermiş və o, aldığı xəsarətlərdən hüşunu itirmişdir. O hadisənin necə baş verdiyini görməmişdir, az sonra ayıldıqda görmüşdür ki, hadisə yerinə TTY avtomobilləri gəlib və onları Bakı şəhəri KTM-nə aparıblar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olub ki, onun sol qolu sınıb, sağ qol, baş və ayaq nahiyələrindən xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, orada mağazanın qarşısında dayanmış ağ rəngli «VAZ-21074» minik markalı avtomobil yola çıxmaq üçün arxaya doğru hərəkət edərkən həmin vaxt Qazax istiqamətdə hərəkətdə olan qara rəngli «Mercedes-Benz E220» minik markalı avtomobil «VAZ-21074» minik markalı avtomobilin arxa hissəsindən vurmuş, zərbədən «VAZ-21074» minik markalı avtomobil fırlanaraq ona və yanında olan digər piyadalara çırpılmışdır. Hadisədən sonra günahkar olan «VAZ- 21074» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun müalicə xərclərinə heç bir maddi yardım göstərməmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə o, Bakı şəhəri Beynəlxalq avtovağzalı ərazisindən Bakı-Qazax marşurutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan «X16» markalı avtomobilə əyləşib yaşadığı Goranboy rayonuna getmək üçün yola düşmüşdür. O avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobildə ondan başqa təxminən 10 nəfər sərnişin olmuşdur. Saat təxminən 15 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə Qazax istiqamətinə hərəkətdə olduqları vaxt avtomobildə nasazlıq yaranmış və sürücü avtomobili yolun sağ kənarındakı «Nur» maketin qarşısında saxlmışdır. Onlar müəyyən müddət ərazində sürücünün avtomobili təmir etməsini gözləsələrdə avtomobilin təmir olunmadığını görüb o və digər sərnişinlərdən bir neçəsi avtomobildən düşüb Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun kənarında, həmin «X17» markalı avtomobilin arxasında dayanmışlar ki, yoldan keçən digər avtomobillə evlərinə getsinlər. Bu vaxt avtomobillərin toqquşması baş vermiş və o özüdə xəsarətlər almış vəziyyətdə yerdə uzanıqlı görmüşdür. Az sonra hadisə yerinə TTY avtomobilləri gəlmiş, onu və digər xəsarət alanları Bakı şəhəri KTM-nə apardılar. Xəstəxanada özünə gəldikdən sonra ona məlum oldu ki, hadisə nəticəsində onun sol ayağı və burnu sınmış və müxtəlif bədən xəsarətləri almışdır. Sonradan həmçinin ona məlum olmuşdur ki, o və digər piyadalar yolun hənarında dayanmış olduqları vaxt mağazanın qarşısında dayanmış «VAZ-21074» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət etməklə baş yola daxil olduqda Qazax istiqamətinə hərəkətdə olan «Mercedes Benz» minik markalı avtomobil onu vurmuş, zərbədən «VAZ- 21074» minik markalı avtomobil fırlanaraq onlara və həmin sərnişini olduqları «X16» markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisədən sonra günahkar olan «VAZ- 21074» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun müalicə xərclərinə heç bir maddi yardım göstərməmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi X10 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs3 31 yanvar 2023-cü il tarixdə yaşadığıqları Tovuz rayonu, Azaflı kəndinə getmək üçün Bakı şəhəri ərazisindəki avtovağzala onun qaynanası ilə birlikdə gəliblər. Onların qarşısına avtovağzalda bir nəfər şəxs çıxaraq əşyalarını məcbur şəkildə götürərək onlara bildirib ki, mən sizi rahat şəkildə çatdıracam. Anası da maşının xarab olduğundan məlumatlı olmayıb. Yol boyu anası görüb ki, avtobusun sürücüsü və yanında olan köməkçisi aralarında nədənsə danışırlar. Yəqin ki, maşının qırılması ilə bağlı danışırmışlar. Bu anda hadisə olanda anası maşından düşüb, lakin qaynanası maşında olub. Hardasa iki saata yaxın maşının düzəlməsi ilə məşğul olunub. Bu zaman anası maşından düşüb ki, əgər maşın xarabdırsa başqa maşınla getsinlər. Anası həmin vaxt səkinin kənarında dayanıbmış. Anası ətrafda olan digər adamlardan uzaq dayanıb, sadəcə onlar vurulandan sonra anasına dəyiblər. Anası az ağır xəsarət almayıb. Bununla razı deyil. Hazırda da anasının qolunda dəmirdən istifadə olunur. Anası hazırda burnu qırıq vəziyyətdədir və iki əməliyyat keçirib, gələn ay anası əməliyyat üçün yenidən müayinə ediləcək. Anasının sağlamlığı ilə bağlı ciddi problemləri var. Onlara heç bir maddi yardım göstərilməyib. O hadisəni törədən heç kimi tanımır. Anası xəstəxanada olduğu heç bir müddətdə, o cümlədən beş gün reansimasiyada qaldığı dövrdə onlara heç kim yaxınlaşmayıb, nə də köməklik etməyib. Anasının üzü-gözü tanınmaz haldadır. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə o Bakı şəhəri avtovağzal ərazisindən Bakı-Qazax marşurutu üzrə sərnişin daşımaqla məşğul olan əvvəllər tanımadığı «X16» minik markalı avtomobilə əyləşib yaşadığı Tovuz rayonuna qayıtmaq üçün yola düşmüşdür. Avtomobildə ondan başqa tanımadığı təxminən 10 nəfər sərnişin də olmuşdur. Saat təxminən 15 radələrində onlar Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsi ilə Qazax istiqamətinə hərəkətdə olduqları vaxt qəflətən avtomobildə nasazlıq yaranmış və sürücü avtomobili yolun sağ kənarındakı «Nur» marketin qarşısında saxlamışdır. Onlar avtomobilin təmir olunmasını bir qədər gözləmişlər. Lakin gecikdiyi üçün o və sərnişinlərdən bir neçəsi avtomobildən düşərək və magıstral yolun kənarında dayanmışlar ki, başqa avtomobillə evlərinə getsinlər. Onlar avtomobil gözlədikləri vaxt toqquşma baş verdi və o aldığı xəsarətlərdən hüşunu itirmişdir. O hadisənin necə baş verdiyini görməmiş, xatırlamır və sonradan ayıldıqda özünü Bakı şəhəri KTM-də olduğunu görmüşdür. Xəstəxanada ona məlum olmuşdur ki, hadisə nəticəsində onun sağ qolu, burnu, almacıq sümüyü və dişləri sınıb xəsarətlər almışdır. Sonradan ona məlum olmuşdur ki, onlar xarab olmuş «X16» minik markalı avtomobilin yanında dayanıb avtomobil gözlədiyi vaxt orada mağazanın qarşısında dayanmış ağ rəngli «VAZ-21074» minik markalı avtomobil arxaya doğru hərəkət edərək magistral yola çıxdıqda Qazax istiqamətdə hərəkətdə olan «Mercedes Benz E220» minik markalı avtomobil «VAZ-21074» markalı avtomobilin arxa hissəsindən vurmuş, zərbədən «VAZ-21074» markalı avtomobil fırlanaraq ona və yanında olan digər piyadalara çırpılmışdır. Hadisədən sonra günahkar olan «VAZ-21074» minik markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun müalicə xərclərinə heç bir maddi yardım göstərmədiyi üçün onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, hal-hazırda da müalicəsi davam edir və təkrar əməliyyat olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «B» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus “Mercedes Benz E220” CDİ minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 31 yanvar 2023-cü il tarixdə əmisi Əfsərlə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərindən Masallı rayonuna yas mərasiminə getmək üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Əmisi Əfsər avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Saat təxminən 15:45 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç cərgəli yolun orta zolağı ilə saatda 70 km sürətlə Qazax istiqamətində hərəkətdə olarkən yolun sağ zolağına keçməklə hərəkətini davam etdirmiş, həmin vaxt ondan qarşıda sağ zolaqda dəqiq markasını və dövlət qeydiyyat nişanını görmədiyi yük avtomobili hərəkətdə olmuşdur. Həmin vaxt yük avtomobili keçdikdən sonra anidən yolun sağ kənarından “VAZ-21074” minik markalı avtomobilin yola çıxmaq üçün arxaya doğru hərəkət etdiyini görmüşdür. Avtomobillər arasında məsafə az olduğundan o heç nə edə bilməmiş və həmin anda avtomobillərin toqquşması baş vermişdir. Toqquşma onun hərəkət zolağımda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə “VAZ-21074” minik markalı avtomobilin arxa hissəsi arasında təxminən 1 saniyə ərzində baş vermişdir. Zərbədən “VAZ-21074” minik markalı avtomobil fırlanaraq yolun kənarında dayanmış piyadalara və “X16 315” minik markalı avtomobilin arxa sol hissəsinə dəymişdir. Onun idarə etdiyi avtomobil isə yolun sağ zolağında qarşısı Qazax istiqamətinə dayanmışdır. Hadisə nəticəsində o və əmisi Əfsər heç bir xəsarət almamış, lakin “VAZ-21074” markalı avtomobil dəyən piyadalar və “VAZ-21074” minik markalı avtomobildə olan sərnişinlər xəsarətlər aldığından TTY stansiyasına məlumat vermişlər və az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəsarət alan şəxsləri xəstəxanaya yola salmışlar. O hadisə yerində qalmış, sənədləri hadisə yerinə gələn polis əməkdaşlarına təqdim edib və hadisə yerinə keçirilən baxışda iştirak etmişdir, sonra tərtib olunmuş sxem və protokolu imzalamışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, toqquşma yeri yolun sağ zolağında, sağ kənarından 1,5 metr ortaya doğru məsafədədir. Sonradan sərxoşluq müayinəsindən keçmişdir. Hadisə nəticəsində ona məxsus avtomobil əzilərək ona maddi ziyan dəymişdir. O, “VAZ-21074” markalı avtomobilin arxaya doğru hərəkət edərək yolun hərəkət hissəsinə çıxdığını yük avtomobilini keçdikdən sonra gördüyünü, həmin vaxt avtomobillər arasındakı məsafənin 6-7 metr olduğunu, həmin “VAZ-21074” markalı avtomobili gördüyü andan təxminən bir saniyə sonra toqquşma baş verdiyini göstərmişdir. Əlavə olaraq bildirir ki, həmin maşının sürücüsü ola bilərdi ki onu görməyib, çünki maşının arxası yəni salonu parça ilə dolu olmuşdur. Maşının sahibidə dedi ki, sizi görmədik çünki maşın dolu idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «VAZ-21074» minik markalı minik **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 31 yanvar 2023-cü il tarixdə səhər saat 06:30 radələrində bacısı Sevil Orucova, onun oğlu Mehman və tanışı Adəm Abbasla birlikdə Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Bakı şəhərini yaxşı tanımadığı üçün yolda avtomobili idarə etmək üçün Adəmə vermişdir. Bakı şəhərində işlərini bitirdikdən sonra geri Saatlı rayonuna qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur, təxminən 500 kq yük var idi. Saat təxminən 15:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə çatdıqda bəzi ərzaq məhsulları almaq üçün avtomobili yolun kənarındakı «Nur» marketinin qarşısında saxlamışlar. Ərzaqları aldıqdan sonra Adəm avtomobili idarə etmək üçün sükan arxasına, o qabaq sağ oturacaqda, bacı Sevil arxa sol oturacaqda, Mehman isə arxa sağ oturacağa əyləşdir. Adəm avtomobilin mühərrikini işə salıb yola çıxmaq üçün avtomobili arxaya doğru hərəkət etdirməyə başlamış və çəpəki vəziyyətdə saatda təxminən 5 km sürətlə yolun hərəkət hissəsinin sağ zolağına daxil olduğu anda Qazax istiqamətində hərəkətdə olan qara rəngli «Mercedes Benz E220» minik markalı avtomobil onların avtomobilinin arxa hissəsindən vurmuşdur. Zərbədən avtomobil fırlanaraq orada olan piyadalara və xarab olub dayanmış «X16» markalı avtomobilin sol tərəfinə dəymişdir. Hadisə nəticəsində bacısı Sevil Orucova və piyadalar xəsarətlər aldığından onları TTY stansiyasına məlumat vermiş və az sonra hadisə yerinə gələn TTY avtomobilləri onları xəstəxanaya yola salmışlar. Həmçinin hadisə yerinə DYP əməkdaşları gəlmiş və hadisə nəticəsində ağır xəsarət alanların olduğunu görüb qorxduğu üçün öz sənədlərini polis əməkdaşlarına təqdim etməklə avtomobili özü idarə etdiyini bildirmişdir. Əslində isə ona məxsus avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Adəmin «BC» kateqoriyalı sürücülük vəsiqəsi olduğu üçün ona avtomobili idarə etmək üçün vermişdir. Hadisədən sonra Adəm avtomobildən yerə dağılmış parça və digər əşyaları taksiyə yığıb Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan bacısı evinə aparmışdır. Həmçinin orada sınıqçıya getmişdir. Hadisə yerində ona məlum olmuşdur ki, onların avtomobilini vuran «Mercedes Benz E220» minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və həmin avtomobilin sürücüsü Şahid4 olmuşdur. Sonradan sərxoşluq müayinəsindən keçmişdir. Eyni zamanda Bakı şəhəri KTM-də xəsarət almış şəxslərin müalicəsi ilə maraqlanmış və onlara maddi yardım göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixda səhər saat 06:30 radələrində o və anası Sevil, dayısı Telmanın idarə etdiyi minik markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Yolda Saatlı rayonu ərazisindən tanışıları Təqsirləndirilən şəxs da götürmüşlər, dayısı Telman Bakı şəhərini yaxşı tanımadığı üçün, avtomobili Adəm idarə etdi. Onlar Bakı şəhərinə gəlib Sədərək ticarət mərkəzindən dərziliyə aid parça və digər paltarlar alıb geri Saatlı rayonuna qayıtmaq üçün yola düşmüşmüşlər. Saat təxminən 15:30 radələrində onlar Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə çatdıqda Adəm bəzi ərzaq məhsulları almaq üçün avtomobili yolun kənarındakı «Nur» marketin qarşısında saxladı. O və Adəm düşüb mağazaya getdik, anası və dayısı avtomobildə qalmışlar. Az sonra onlar ərzaqları aldıqdan sonra avtomobilə qayıdıb, Adəm avtomobili idarə etmək üçün sükan arxasına, Telman qabaq sağ oturacaqda, anası arxa sol oturacaqda, o isə arxa sağ oturacağa əyləşmişlər. Adəm avtomobili işə salıb yola çıxmaq üçün avtomobili təxminən 5 km sürətlə arxaya doğru çəpəki hərəkət etdirməyə başlamışdır. O həmin vaxt yola baxırmış, yol boş imiş. Adəm avtomobili bir qədər yolun hərəkət hissəsinə çıxarmışdı ki, artıq qarşıya doğru hərəkət etdirsin və bu anda Qazax istiqamətinə hərəkətdə olan qara rəngli “Mercedes Benz E220” minik markalı avtomobil bizim avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbədən avtomobil fırlanaraq orada olan piyadalara və xarab olub dayanmış “X16” avtomobilin sol tərəfinə çırpıldı. Hadisə nəticəsində o, anası Sevil və piyadalar xəsarətlər aldığımdan onları az sonra hadisə yerinə gələn TTY avtomobilləri ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, o ayaq və baş nahiyəsindən yüngül əzik xəsarətləri almışdır. Həmin gün xəstəxanadan çıxıb evinə getmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, Adəm avtomobili arxaya doğru hərəkət etdirərkən o güzgüdən istifadə edirdi və kənarda dayanan bir nəfər şəxsdə əli ilə işarə verərək maşının yola çıxmasına köməklik göstərirdi, həmin vaxtı arxada başqa maşın yox idi. Sonradan ona məlum oldu ki, əli ilə işarə verən şəxs “X16” markalı avtomobilin sürücüsünün köməkçisi imiş. Həmin vaxtı onların əyləşdiyi avtomobilin yük yerində parça və pal-paltar olsada avtomobilin salonunda və arxa şüşənin qarşısında heçnə olmamışdır. Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə rəsmi və qeyri-rəsmi qaydada məlumatlar verilməsinə, o cümlədən barəsində “məcburi gətirmə barədə” qərarlar qəbul edilərək icra edilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə göndərilməsinə baxmayaraq Şahid3 məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi polis tərəfindən təmin edilməmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən 23 noyabr 2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinə daxil olmuş 06 noyabr 2023-cü il tarixli, 2/2-35423/2023 saylı məktubdan və həmin məktuba əlavə edilmiş Gəncə şəhər MKTİB-nin 6№li Xidmət Sahəsinin 27 oktyabr 2023-cü il tarixli arayışdan məlum olmuşdur ki, Şahid3 qeydiyyatda olduğu ünvan 2 ünvanı polis əməkdaşları tərəfindən yoxlanılmış, lakin qeyd olunan ünvanın uzun müddətdir başqa şəxsə satıldığı, Şahid3 harada yaşaması barədə heç bir məlumatın olmadığı, buna görədə onun Qaradağ rayon Məhkəməsinə məcburi gətirilməsinin mümkün olmadığı göstərilmişdir. Bundan başqa məhkəmə tərəfindən araşırma zamanı müəyyən edilmişdir ki, Şahid3 sonuncu dəfə 09 oktyabr 2023-cü il tarixdə ölkədən çıxış etmişdir. Buna görədə məhkəmənin 07 dekabr 2023-cü tarixli iclasında tərəflərin razılğı ilə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «BCE» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «X16” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 31 yanvar 2023-cü il tarixdə o Bakı şəhəri avtovağzalı ərazisindən 7 nəfər sərnişin mindirib Gəncə şəhərinə getmək üçün yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə idi, yük yox idi. Saat texminən 15 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə Qazax istiqamətinə hərəkətdə olduğu vaxt qəflətən avtomobilin mühərrik hissəsində nasazlıq yarandı və o avtomobili yolun sağ kənarındakı «Nur» marketin qarşısında saxladı. O usta ilə əlaqə saxladıqdan sonra avtomobilin təmiri gecikəsəyindən sərnişinlər avtomobildən düşdülər. Onların bəziləri avtomobilin təmirini gözləsələr də bəziləri avtomobilin arxa hissəsində dayanıb getmək üçün avtomobil saxlayırdılar. O avtomobilin təmiri ilə məşğul olduğu vaxt avtomobilə göclü zərbə dəydiyini hiss etdi və tez yola tərəf keçdikdə gördü ki, ağ rəngli «VAZ-21074» minik markalı avtomobil onun avtomobilinə və avtomobildən düşüb dayanmış piyadalara cırpılıb. Hadisə nəticəsində piyadalar və həmçinin «VAZ-21074» minik markalı avtomobildə olan sərnişinlər xəsarət aldığından tez TTY stansiyasına məlumat verdilər və az sonra oraya gələn TTY avtomobili ilə onları xəstəxanaya yola saldılar. Sonradan ona məlum olmuşdur ki, həmin «VAZ-2107» minik markalı avtomobil onun avtomobilinin arxa hissəsindən yola çıxmaq üçün arxaya doğru hərəkət edərək yola çıxdığı vaxt Qazax istiqamətdə hərəkətdə olmaqla marketin qarşısında saxlamaq istəyən “Mercedes-Benz E 220” minik markalı avtomobil onu vurmuş, zərbədən «VAZ-21074» minik markalı avtomobil fırlanaraq avtomobildən düşüb dayanmış piyadalara və onun avtomobilinə çırpılmışdır. Hadisə nəticəsində o heç bir xəsarət almamış, avtomobili əzilərək ona maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 09 fevral 2023cü il tarixli 101 №-li rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sol baldır və sol daban nahiyələrinin qançırlan bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən 31 yanvar 2023-cü il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlan üçün dərəcələri təyin edilmir. Şahid2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşına digər hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 14 fevral 2023cü il tarixli 99 №-li rəyindən görünür ki, X7 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ diz oynağının səthi əzilmiş yarası, hər iki baldır nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X21 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. S.C.Orucovanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşına digər hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 14 fevral 2023cü il tarixli 100 №-li rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki diz oynağı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X21 müraciət etdiyi 31 yanvar 2023-cü il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Şahid1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşına digər hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 28 fevral 2023cü il tarixli 114 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər sol plevra boşluğunun pnevmotoraksı ilə müşayiət olunan döş qəfəsinin soldan qabırğaların çoxsaylı sınıqları, sağ mil-bilək oynağının qapalı, tipik yerinidəyişən sınığı, çənəaltı nahiyənin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X21 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 28 fevral 2023cü il tarixli 115 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər başın təpə nahiyəsinin sıyrığı, burun sümüyünün qapalı, yerinidəyişmiş sınığı, sol bud və sol baldır nahiyələrinin səthi əzilmiş yaraları, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli yerinidəyişmiş (cərrahi əməliyyatla bərpası) sınığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X21 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 28 fevral 2023cü il tarixli 143 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sağ gözaltı və burunüstü nahiyənin əzilmiş yaraları ilə müşayiət olunan burun sümüyünün yerinidəyişmiş sınığı, sağ said sümüyünün aşağı 1/3nin qapalı, yerinidəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X21 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 01 mart 2023-cü il tarixli 89 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol dirsək sümüyünün bizvari çıxıntısının qapalı, yerdəyişməyən sınığ başın sağ təpə və sağ dirsək oynağı nahiyələrinin əzilmiş - cırılmış yaraları, sol gözətrafı nahiyəsinin qançırı, sağ ayaqüstü və sol bayır topuq nahiyələrinin qançır - şişkinlik halında əzikləri bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X21 müraciət etdiyi 31 yanvar 2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 07 fevral 2023cü il tarixli 91 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sol əlin İİ barmağının əsas falanqasının qançırı bərk küt əşya təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi mümkündür va sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, etdiyi avtomaşına digər hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 8/411 nömrəli rəyindən məlum olur ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz E 220” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertiza təqdiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı 07 dekabr 2023-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi və nümayəndəsi Müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə istintaqı zamanı şahid ifadəsi və zərərçəkmiş şəxsin izahatına görə “VAZ-21074” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin dayanacaqdan çıxan zaman “Mercedes-Benz” Sprinter markalı avtomobilin sürücüsünün köməkçisinin ona kömək etdiyini göstərmişlər. Ekspert rəyində isə tam əksi göstərilir. Guya dayanacaqdan çıxan avtomobilə kömək edən olmayıb. Göründüyü kimi şahid ifadələri hadisə barədə tam dolğun məlumat verirlər. Buna əsasəndə hadisə barədə təkrar ekspertiza keçirilməlidir. Göstərilənləri nəzərə alaraq yolnəqliyyat hadisəsinə dair ekspertizanın keçirilməsini xahiş etmişdir. Bundan başqa müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatətə əlavə təqdim edərək ekspert qarşısında sualları qoymaqla yanaşı ekspertizanın keçirilməsi zamanı tərəflərin iştirakının təmin edilməsini də ekspertə həvalə etməyi məhkəmədən xahiş etmişdir. O vəsatətə əlavəsində göstərmişdir ki, iş materiallarına əlavə edilmiş hadisə yerinin sixemi müstəntiq tərəfindən düzgün çəkilməmiş, hadisə barədə ekspertə kifayət qədər ətraflı materialları və şahid ifadələri təqdim edilməmişdir. Həmin vəsatət üzrə ekspert qarşısında aşağıdakı sualların qoyulmasını xahiş etmişdir. 1. Şahid4 idarə etdiyi Mercedes Benz E 220 CDİ markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamnı sürət həddi müəyyən edilsin? 2. Şahid4 idarə etdiyi Mercedes Benz E 220 CDİ markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil sol zolaqdan sağ zolağa keçən zaman sürət həddini azaltmışdırmı? Bu hal Yol Hərəkəti haqqında qanuna əsasən necə tənzimlənir? (yəni sol zolaqdan sağ zolağa keçən zaman nəqliyyatın sağ zolaqda sıxlığı nəzərə alınmaqla sürət həddi azaldılmalı idimi?) 3. Təqdim edilən görüntülərə əsasən Şahid4 idarə etdiyi Mercedes Benz E 220 CDİ markalı **-MM- *** dövlət nömrə nişanlı avtomobilin sol zolaqdan sağ zolağa keçən zaman sürət həddini azaltmamsı onun sağdan ötmə əməliyyatı həyata keçirməsi kimi qiymətləndirilə bilərmi?4. Şahid4 idarə etdiyi Mercedes Benz E 220 CDİ markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil sol zolaqdan sağ zolağa keçən zaman qarşısında hərəkət edən yük avtomobilinin sağ tərəfinə keçən zaman görüş məsafəsi var idimi? 5. Şahid4 idarə etdiyi Mercedes Benz E 220 CDİ markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobilə hansı hissədən çırpılmışdır və bu qəza zamanı VAZ-21074 markalı avtomobil yoldn tam çıxıb Qazax rayonu istiqamətində hərəkətə hazır vəziyyətdə olmuşdurmu? 6. VAZ-21074 markalı avtomobil yola tam çıxıb Qazax rayonu istiqamətində hərəkətə hazır vəziyyətdə olmuşdursa qəzanın qarşısını ala bilərdimi? 7. VAZ-21074 markalı avtomobil həmin anda həmin yerdə olmasaydı Şahid4 idarə etdiyi Mercedes Benz E 220 CDİ markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil digər X16 minik markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobilə çırpılmaqdan, yəni qəza olan zaman gəldiyi sürətlə törənə biləcək qəzanın qarşısını ala bilərdimi? 8. VAZ-21074 markalı avtomobilin marketin qarşısından çıxdığı zaman manevrin təhlükəliliyi müşahidə edilirmi? 9. VAZ-21074 markalı avtomobilin marketin qarşısından çıxdığı zaman ona kənar şəxsin kömək etməsi müəyyən edilərsə və manevr təhlükəsizliyi yoxdursa bu halda Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələbinin pozulması aradan qalxırmı? 10. Şahid4 idarə etdiyi Mercedes Benz E 220 CDİ markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil qarşısında yük avtomobili olduğu və görmə məsafəsi olmadığı halda sol zolaqdan sağ zolağa yüksək sürətlə və sürətini azaltmadan keçirsə bu Yol hərəkəti haqqında qanunun tələbinin pozulmasına səbəb olurmu? Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 07 dekabr 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilərək iş üzrə əlavə məhkəmə yol nəqliyyat ekspertizası təyin edilmişdir. Həmin Qərar əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 8/3815-4/2038 nömrəli rəyində göstərilmişdir: 1a. 2a. Ekspertiza tədqiqata təqdim olunmuş "Bakı-Qazax yolu 30.4-cü km QP- 2023-01-31_15h40min 00s000ms" adlı videoyazıdakı görüntülərə görə "Mercedes-Benz E 220 CDİ" markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı hərəkət sürətini və hərəkətin xarakterini (tempini) müəyyən etmək mümkün olmadı. 5a. Ekspertiza tədqiqata təqdim olunmuş "Bakı-Qazax yolu 30.4-cü km QP-2023-01- 31_15h40min00s000ms" adlı video yazıda kı görüntlərə görə toqquşma anında "Mercedes-Benz E 220 CDİ" ve "VAZ-21074" markal avtomobillerin ilk təmas nöqtələrini müəyyən etmək mümkün olmadı. 1b. Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti onun məxsus tormoz izinə uyğun müəyyən edilir. Lakin “Mercedes Benz E220” markalı avtomobilə məxsus tormoz izi qalmadığından mövcud hadisədə ekspertiza yolu ile “Mercedes Benz E220” markalı avtomobilin hərəkət sürətinimüəyyən etmək mümkün deyildir. 2b. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda yerdəyişmə zamanı sürücüdən hərəkət sürətini azaltması tələb olunmur.

3. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 39-cu bəndinin tələblərinə əsaən ötmə-hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini keçməkdir. Video görüntüdə “Mercedes Benz E220” markalıavtomobil hərəkət zolağını dəyişərkən hər hansı nəqliyyat vasitəsini ötüb keçməsi, yəni ötmə əməliyyatı aparması müşahidə olunmur. 4b.10. Qeyd olunan sualın cavabı rəyin tədqiqi hissəsində geniş izah olunmuşdur. 5b.6. Video görüntüdən belə məlum olur ki, “VAZ-21074” markalı avtomobil arxaya doğru hərəkətdə olarkən “Mercedes Benz E220” markalı avtomobilin qabaq sağ hissəsi VAZ-21074 markalı avtomobilin arxa hissəsi toqquşmuşdur. “VAZ-21074” markalı avtomobil arxaya doğru hərəkətdə olarkən toqquşma baş verir, “VAZ-21074” markalı avtomobil Qazax istiqamətinə düzəlməmiş və həmin istiqamətdə hərəkətə başlamamışdır. “Mercedes-Benz E220” markalı avtomobil sağ zolağa yerdəyişmə etdikdən sonra qarşıda sağ zolaqla hərəkətdə olan yük avtomobilinin arxası ilə hərəkətdə olmuşdur.

7. Videogörüntüdən belə məlum olur ki, “Mercedes-Benz Sprinter” markalı avtomobil hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə, “Mercedes-Benz E220” markalı avtomobil ise ondan soldakı hərəkət zolağında hərəkətdə olmuş, “Mercedes-Benz Sprinter” markalı avtomobil “Mercedes Benz E220” markalı avtomobilin hərəkəti üçün maneə və təhlükə yaratmamışdır. 8.9. Təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza təqdiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Saatlı RİHB-nın Qara Nuru kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsindən verilmiş 11 aprel 2023-cü il tarixli №379 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatdadır. Ailə üzvüləri anası 1972-ci il təvəllüdlü X3, arvadı 1998-ci il təvəllüdlü X6, qızı 2019-cu il təvəllüdlü X15, qızı 2019-cu il təvəllüdlü X19 və qızı 2021-ci il təvəllüdlü X8 ibarət ailə üzvündən ibarətdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Saatlı RİHB-nın Qara Nuru kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsindən verilmiş 11 aprel 2023-cü il tarixli № 380 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1993-cü ildə Saatlı rayon Qara Nuru kəndində anadan olmuşdur. Orta təhsillidir, ailəlidir, üç azyaşlı övladı var. Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü nizam-intizamlı aparıb gənclərə nümunə olan kənd sakinidir. Kənd sakinləri ilə daimi yaxşı münasibətdə olub. Fərdi əmək faliyyəti ilə məşğul olur. Nümayəndəliyin ictimai işlərində yaxından iştirak edir. Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir rəsmi və ya qeyri rəsmi şikayət daxil olmamışdır. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyin məqdəsi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:42 radələrində tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu və narkotik vasitərəin qəbulu aşkar edilməmişdir. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış məktubla müəyyən edilmişdir ki, DİNin BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AE seriyalı 517016 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsdə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsədə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış və bir-birini tamamlayan təkzib edilməz sübutlarla onun törətmiş olduğu cinayət əməli tam sübuta yetmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs uzun müddətdə davam edən məhkəmə prosesi dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi üçün onlara hər hansı bir maddi yardım göstərməməsini və buna hər hansı bir formada real cəhd etməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 285 (iki yüz səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E220 CDİ” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz Sprinter 315” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 285 (iki yüz səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E220 CDİ” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz Sprinter 315” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Mikyıl qızına və Zərərçəkmiş şəxs4 izah edilsin ki yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar onlara dəymiş maddi və mənəvi ziyanla bağlı hökm qanuni qüvvəyə mindikdən sonra mülki qanunvericiliyin tələblərinə əməl etməklə Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüququna malikdirlər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar