Məhkəmə qərarları › İş №1(002)-5/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-5/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-5/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, Dost Xidmətində fəhlə işləyən , Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.02,2022-ci il tarixli qərarına əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan 01 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və xeyli miqdarda narkotik vasitə olan metadon əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında saxlamış, xx.xx.2023-cü il tarixdə anonim şəxsin onun yaşadığı ünvanda narkotik vasitə saxlaması və narkotik vasitə qəbul etməsi barədə verdiyi məlumat əsasında həmin tarixdə saat 12:00 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı mənzilin giriş qapısının yanındakı dolabdan 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 65,0 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,420 qram, 04 ədəd şəffaf sellofanda hər biri 2,700 qr, 9,540 qr, 5,218 qr, 5,570 qram ümumi təmiz çəkisi 90,420 qarm bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd üzərində F/M40 əmtəə göstəricisi və üzərində F/ əmtəə gösəticisi olan ½ ümumilikdə 4,5 ədəd dərman preparatları tərkibində təsiredici maddəsiin ümumi miqdarı 0,18 qram olan narkotik vasitə-metadon aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçi olmuşdur.Əvəllər heroin istifadə etmişdir.Hadisə baş verən gün 12 gün olarmış ki, istifadəni dayandırmışdır.Buna görə ağrıları olduğu üçün evdə bir müddət xəstə yatmışdır. Qeyd edilən narkotik vasitələri evinin yaxınlığında olan kohnə zavodun ərazisində tapmışdır. Narkotik vasitə və həbləri tapdıqdan sonra yaşadığı evə gətirmişdir ki, bəlkə nə vaxtsa istifadə edər.Buna görə evdə həyat yoldaşı onunla mübahisə etmiş və polisə məlumat vermişdir.Səhər evdə yatarkən polis əməkdaşları gəlmiş və evdə narkotik vasitə və həbləri tapmışlar.Narkotik vasitələri heç kimə satmaq niyyəti olmamış, sadəcə ağırlardan qurtulmaq üçün evdə saxlamışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini, törətdiyi əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-cu polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan kimliyinin gizli qalmasını istəyən şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs, həyat yoldaşı İlhamə Əliyevanı mütamadi olaraq döyməsi və təhqir etməsi, eləcədə narkotik vasitə qəbul etməsi, evdə küllü miqdarda narkotik maddə olması, narkotik maddənin evin girişindəki şkafda saxlanılması bildirmişdir. Həmin məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra o və həmin bölmənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, məlumatın araşdırması bölmənin təhqiqatçısı, polis baş leytenantı Murad Əhmədəliyevə həvalə olunmuşdur. Müdafiəçi dəvət olunduqdan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanına getmişlər. Tərəfindən mobil telefon vasitəsi ilə video çəklişə başlanılmış, evin daravaza qapısı döyülmüş, qapını bir nəfər şəxs açmış, təhqiqatçı M.Əhmədəliyev özünü təqdim etdikdən həmin şəxsdən kim olduğunu soruşmuş, həmin şəxsdə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra M.Əhmədəliyev Təqsirləndirilən şəxs anunonim şəxsin DİN-nin 102 xidmətinə müraciət edərək evində narkotik vasitə saxlaması barədə məlumat verdiyini bildirib, evdə narkotik maddə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs evində narkotik vasitə olduğunun bildirib evə baxış keçirilməsinə heç bir etirzanın olmadığını bildirib könüllü olaraq onları evinə aparmışdır. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs giriş qapısının sağ hissəsində yuxarısı güzgülü, sarı rəngli taxta materialından olan köhnə dolabı göstərib həmin dolabda narkotik maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddəni saxladığı yeri təqdim etdikdən sonra baş əməliyyat müvəkkili, Ruhi Qurbanov tərəfindən həmin dolabın içərisində 05 ədəd sellofan torbada və 01 ədəd kibrit qutusunu götürüb dolabın üzərinə qoyuldu. 05 ədəd sellofan torbada və 01 ədəd kibrit qutusunda yaşıl rəngli spesfik iyə malik narkotik maddə qurudulmuş marixuanaya oxşar ot kütlələri aşkar olundu. Bundan sonra həmin dolaba əlavə baxış keçirildi, dolabın içərisindən həbləri aşkar olundu. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və dərmanları təxminən 10-12 gün əvvəll yaşadığı evin yaxınlığında yerləşən köhnə zavodun ərazisində yerdə tapdığını, narkotik maddəni özü qəbul etmək üçün tapdığı yerdən götürüb evinə gətirib saxladığını, narkotik maddəni heç kimə satmadığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs tərəfindən satış məqsədilə əldə edilməsinə dair onlarda məlumat olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 09 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə fakta görə başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 10 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2024-cü il tarixli, 3-16- 16/2-7/36 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan... narkotik vasitəyə bənzər kəskin qoxulu kütlə” yazı və imzalar olan ədəd zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi- 60,0 qram, həmin sellofanın içərisində olan 01 ədəd kibrit qutusunda və 04 ədəd şəffaf sellofanda hər biri ayrı-ayrılıqda təmiz çəkisi 2,420 qr, 2,700 qr, 9,540 qr, 5,218 qr və 5,570 qram ümumi çəkisi 90,448 qram bitki mənşəl kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli, 3- 16-16/2-7/64 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbycan Respublikası DİN-nin Arayışlar üçün № 223” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanından aşkarlanmış psixotrop maddəyə bənzər həblər, Təqsirləndirilən şəxs- imza, üç imza, tərtib etdi Murad Əhmədəliyev-imza” yazı əlavəsi qeyd edilmiş 01 ədəd kağız zərfdə qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli 04 ədəd həb və qəhvəyi dairəvi formalı üzərində F\ əks əlavəli ½ həblər metodon tərkibli dərmna preparatıdır və həblərin təsir edici maddəsinin ümumi miqdarı 0,18 qramdır. (hər bir həbin təsir edici miqdarı-0,04qr).01 ədəd “Tramadol 50 mq” əmtəə göstəricisi olan konvolyutda ağ-göy rəngli kapsula tramadol tərkibli dərman preparatırıdı, təsir edici maddəsi tramadol hidroxlaoridin ümumi miqdarı 0,05 qramdır. 03 ədəd ağ rəngli həblərin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin xx.xx.2024-cü il tarixli, 1630 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və Psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksiksiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunraq götürülmüş və ekpertiza tədqiqatından sonra qalıq qalmış 90,148 qaram narkotik vasitə qurudulmuş marixuana, 3,5 ədəd narkotik vasitə metodon ½ ədəd tramadol həbləri ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş “DVD” diskdə olan videogörüntüyə məhkəmə iclasında keçirlmiş baxış zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında şəxsi axtarış və eləcədə baxış və götürmənin aparılması, Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 11-ci PB-nin baş əməliyyat müvəkklili polis mayoru Şahid1, 10 saylı vəkil birosunun vəkili, X2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə 11-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Murad Əhmədəliyev tərəfindən həyata keçirilmişdir. Baxışdan əvvəl yuxarıda qeyd olunan şəxslər Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanının qarşısına gəlir, təhqiqatçı M.Əhmədəliyev gələn şəxsləri təqdim etdikdən sonra naməlum şəxsin DİN-102 xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs evində narkotik maddə saxlaması barədə verdiyi məlumat əsasında həmin ünvana gəldiklərini bildirir. Bundan sonra darvaza döyülür, Təqsirləndirilən şəxs qapını açdıqda təhqiqatçı M.Əhmədəliyev ünvana gəlmək səbəbini izah edərək Təqsirləndirilən şəxs evində narkotik maddə saxlayıb-saxlamadığını soruşur, Təqsirləndirilən şəxs evində narkotik maddə saxlamağını bildirdikdən sonra birlikdə mənzilə daxil olurlar. Mənzilə daxil olduqda sonra Təqsirləndirilən şəxs giriş qapısının yanında yerləşən yuxarı hissəsi güzgülü olan sarı rəngli taxta materialından hazırlanmış dolabı göstərərək narkotik vasitəni həmin dolada saxladığını bildirir. Bundan sonra polis əməkdaşları dolabdan 05 ədəd sellofan bükümü və 01 ədəd kibrit qutusunu çıxarıb dolabın üzərinə qoyur, 05 ədəd sellofan büküm və 01 ədəd kibrit qutusu açılılır, bükümlərdə və kibtir qutusunun içərisindən yaşıl rəngli ot kütləsi aşkar edilir. Bundan sonra həmin dolabdan 04 ədəd qəhvəyi rəngli, 01 ədəd ağ və göy rəngli və 03 ədəd dərman preparatırı aşkar olunur. Təqsirləndirilən şəxs sellofan bükümlərdəki və 01 ədəd kibrit qutusundakı kütlənin narkotik maddə olan “nəyşə” olmasını, dərman preparatlarının isə narkotik tərkibli olmasını bildirir və öz istifadəsi üçün saxladığını qeyd edir. Həmin bükümlər və 01 ədəd kibtir qutusu bir zərfə, dərman preparatırları isə başqa zərfə qopyularaq möhürlənir, zərflərin üzərinə imzalar edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.02,2022-ci il tarixli qərarına əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan 01 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamadan üç ay sonra, yəni 02 aprel 2024-cü il tarixdə cinayət işi üzrə əməl CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Belə ki, 02 aprel 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərarda tövsifin əsası kimi qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə qurudulmuş marixuanadan hərdən istifadə etdiyini göstənnəsinə baxmayaraq 05 ədəd sellofan torbada, 01 ədəd kibrit qutusunda həmçinin 4,5 ədəd narkotik vasitə metodon həblərini qanunsuz olaraq əldə edərək yaçşadığı evində saxlamış və bu hal Ali Məhkəmənin 04 mart 2011-ci il tarixli, 2 № -li Qərarında narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma kimi nəzərdə tutulmuş hal ilə uyğunluq təşkil edir. Halbuki, "Narkotik vasitələrin, psİxotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 № -li Qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasma görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxanda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan İşlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitələrinni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni tapdıqdan sonra eyni qaydada istifadə etməsi üçün evdə dolabda saxladığını bildirir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş olsaydı ibtidai istintaq orqanı tərəfindən bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallara dair heç bir əsaslı şübhələr müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu hallara dair hər hansı bir sübut aşkar edilməmiş, eləcə də digər lazımi əməliyyat-axtarış tədbirləri də keçirilməyərək heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin yaşadığı ünvandan 05 ədəd sellofan torbada, 01 ədəd kibrit qutusunda ayrı-ayrılıqda bükümlərdə narkotik vasitlərin aşkar edilməsinə görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarda əməliyyat tədbirinin keçirilməsinin əsası kimi, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 zəng mərkəzinə anonim formada daxil olmuş məlumatda Qaradağ rayonu, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşını döyməsi və evin giriş qapısının yanındakı dolabda narkotik vasitə gizlətməsi qeyd edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qaradağ RPİnin 11-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 və Şahid1 öz ifadələrində DİN-nin 102 zəng mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında yaşayan anonim bir şəxsin məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanına getdiklərini və evin girişində olan dolabdan narkotik vasitəyə bənzər kütlələr aşkar etdiklərini və həmin narkotik vasitələrin satış məqsədilə əldə edilməsinə dair onlarda məlumat olmadıqlarını bildirmişlər. Cinayət işinin materiallarından aydın olur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən edilməsi istiqamətində işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən sadəcə narkotik vasitənin mənbəyinin müəyyən edilməsinə dair Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə əməliyyat tapşırığı ünvanlanmış, daha sonra Qaradağ RPİ-nin 11-ci Polis Bölməsindən verilmiş cavabda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsasında təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, lakin həmin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək pesman olmasını, himayəsində bir azyaşlı uşağıın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halı, təqsirləndirilənin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Məzahi oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 162 (bir yüz altmış iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 90,148 qaram narkotik vasitə qurudulmuş marixuana, 3,5 ədəd narkotik vasitə metodon, ½ ədəd tramadol həbləri məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 162 (bir yüz altmış iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 90,148 qaram narkotik vasitə qurudulmuş marixuana, 3,5 ədəd narkotik vasitə metodon, ½ ədəd tramadol həbləri məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar