Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-50/2022 09.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 40 manat pul müqabilində ümumilikdə 06 ədəd olmaqla, 05 ədəd qara kağıza bükülmüş psixotrop maddə olan metamfetamin, 01 ədəd siqaret qutusunun sellofanına yığılmış narkotik vasitə olan heroini qanunsuz alaraq əldə etməklə üzərində satış məqsədilə saxlayıb daşıyarkən Bakı şəhəri, Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Dəmiryolçular” küçəsi, ev 34 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ 11-ci PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,112 qram, 0,064 qram, 0,085 qram, 0,023 qram, 0,067 qram, ümumi təmiz çəkisi 0,351 qram ağ rəngli kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və digər 01 ədəd bükümdə təmiz çəkisi 0,184 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunaraq protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən bir ilə yaxın müddətdir narkotik vasitə olan “kakos” dan istifadə edir və narkotik vasitə qəbul etməsi səbəbindən əvvəllər məhkum olunmuşdur. Narkotik vasitəyə aludəçiliyi işsiz vaxtlarında başlamışdır. Gün ərzində “kakos” adlanan narkotik vasitədən təxminən 1.5-2 qram olmaqla, burundan iyləmək yolu ilə istifadə edir və narkotik vasitələri əsasən ağrıları başlayanda alır. 14.08.2021-ci il tarixində, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski məhəlləsi” adlanan ərazidən tanımadığı şəxsdən 40 manat pul müqabilində siqaret qutusunun sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər, onlardan 05 bükümdə psixotrop maddə olan metamfetamini və 01 ədəd bükümdə narkotik vasitə olan heroini almışdır. Həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadə məqsədi üçün almış və üzərində gəzdirmişdir. Həmin gün, yəni 14.08.2021-ci il tarixində, axşam saatlarında yaşadığı binanın qarşısında dayandığı zaman mülki geyimdə 2 nəfər tanımadığı şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün onu Qaradağ RPİ-nin 11-ci PB-yə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci PBdə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə ona üzərində hər hansı qeyri-qanuni əşyanın olub-olmaması barədə sual verərək, olduğu halda həmin əşyanı könüllü şəkildə təqdim etməsini təklif edilmişdir. O, könüllü şəkildə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər, onlardan 05 bükümdə psixotrop maddə olan metamfetamini və 01 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və onları əmisi oğlu Rafiqdən aldığını bildirmişdir. Lakin o, əslində həmin narkotik vasitəni və psixotrop maddələri Rafiqdən deyil, Bakı şəhəri, Yasamal rayonu, “Sovetski məhəlləsi” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata almışdır. Rafiq Bayramov onun əmisi oğludur, əvvəllər öz yaşadığı binanın yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. O, narkotik aludəçisi olduğundan, həmçinin işləmədiyindən maddi gəliri aşağı olması səbəbilə bir neçə dəfə narkotik vasitə almaq üçün Rafiqdən borca pul istəmişdir. Rafiq isə ona pul vermədiyindən, həmçinin ona acı cavab verdiyindən Rafiqdən acıqlı qalmışdır. Tutulmamışdan bir neçə gün öncə Rafiq məhəllədə olarkən “bir gün bu narkomanlardan polisə şikayət verəcəm” deyərək, ona söz eşitdirimş və o, tutulduğu gün Rafiqin ondan polisə şikayət verdiyini zənn edib, polisdə Rafiqin adını vermişdir. O, polisə həmçinin istintaqa Rafiqin adını ədavəti olması səbəbilə verdiyini səmimi olaraq etiraf etmişdir. O, öz ifadəsində daha sonra istintaq zamanı narkotik vasitələrin satışı ilə məşğul olmasını boynuna alması üçün təzyiqlərə məruz qaldığını və döyüldüyünü bildirmiş, lakin üzərində xəsarəti olmadığından şikayət etmədiyini bildirmişdir. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini, törətdiyi əməlindən peşman olduğunu və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində göstərmişdir ki, 2016-cı ilin oktyabr ayından etibarən DİO-da xidmət edir, 2018-ci ilin aprel ayından isə hazırki vaxtadək Qaradağ RPİ 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır və polis baş leytenantı rütbəsindədir. ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə Qaradağ RPİ 11-ci PB-yə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də 11-ci Polis Bölməsinin rəisinə raportla müraciət etdikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Bölmənin əməkdaşlarından ibarət onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ 11-ci PBnin sahə inspektoru, polis mayoru Şahid2 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, 11-ci PB-nin sahə inspektoru Şahid2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Dəmiryolçular” küçəsi, ev 34 ünvanı yaxınlığına getmişdir. 14.08.2021-ci il tarixdə, saat 19:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Dəmiryolçular” küçəsi, ev 34 ünvanının qarşısında bir nəfər kişi cinsli şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə adını soruşduqda həmin şəxs özünü təqdim edib 1976-cı il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər vardır. Təqsirləndirilən şəxs saxlanıldığı yerin küçə olduğunu, orada xoşagəlməz halların baş verməməsi üçün onu Qaradağ RPİ-nin 11-ci PB-yə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər, onlardan 05 bükümdə psixotrop maddə - metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə - heroin vardır və əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümləri çıxarıb stolun üzərinə qoymuş və onları əmisi oğlu “Rafiq” adlı şəxsdən aldığını bildirmişdir. Həmin sellofan paketin içərisində 06 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda, 05 ədəd bükümün içərisində ağ rəngli kristallik maddələr, xarici görünüş əlamətlərinə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümün içərisində isə tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə protokol tərtib edilmiş, aşkar edilərək götürülmüş, siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, 223 saylı möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən heç bir təzyiq və fiziki zor tətbiq edilməmiş və onun narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir sübut əldə edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən etibarən DİO-da xidmət edir, 2019-cu ildən hazırki vaxtadək isə Qaradağ RPİ 11-ci PB-nin sahə inspektoru vəzifəsində xidmət aparır və polis mayoru rütbəsindədir. ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə üzərində saxlaması barədə Qaradağ RPİ 11-ci PB-yə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 11-ci Polis Bölməsinin rəisinə raportla müraciət etdikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Bölmənin əməkdaşlarından ibarət Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o və Şahid1 daxil olmuşdur. Alınmış əməliyyat məlumatına əsasən Şahid1 və o birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Dəmiryolçular” küçəsi, ev 34 ünvanı yaxınlığına getmişlər. 14.08.2021-ci il tarixdə, saat 19:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Dəmiryolçular” küçəsi, ev 34 ünvanının qarşısında bir nəfər kişi cinsli şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə adını soruşduqda həmin şəxs özünü təqdim edib 1976-cı il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər vardır. Təqsirləndirilən şəxs saxlanıldığı yerin küçə olduğunu, orada xoşagəlməz halların baş verməmə üçün onu Qaradağ RPİ-nin 11-ci PB-yə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər, onlardan 05 bükümdə psixotrop maddə - metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə - heroin vardır və əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümləri çıxarıb stolun üzərinə qoymuş və onları əmisi oğlu “Rafiq” adlı şəxsdən aldığını bildirmişdir. Həmin sellofan paketin içərisində 06 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda, 05 ədəd bükümün içərisində ağ rəngli kristallik maddələr, xarici görünüş əlamətlərinə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümün içərisində isə tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə protokol tərtib edilmiş, aşkar edilərək götürülmüş, siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, 223 saylı möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən heç bir təzyiq və fiziki zor tətbiq edilməmiş və onun narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir sübut əldə edə bilməmişlər. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 11-ci PBnin digər əməkdaşları Şahid1 və Şahid2la oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2021-ci il tarixli 6/3521 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №223” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş 06 ədəd...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,112 qram, 0,064 qram, 0,085 qram, 0,023 qram, 0,067 qram ümumi təmiz çəkisi 0,351 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,184 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumilikdə təmiz çəkisi- 0,351 qram, tədqiqata sərf edildi-0,06 qram, qalıq-0,291 qram. Heroinin təmiz çəkisi-0,184 qram, tədqiqata sərf edildi-0, 05 qram, qalır-0,134 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 25 sentyabr 2021-ci il tarixli 3617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilmiş, ümumi təmiz çəkisi 0,351 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,184 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,291 qram psixotrop maddə metamfetamin və 0,134 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında polis əməkdaşlarının və müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşya(lar) varsa, könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin sellofanına yığılmış 06 ədəd qara rəngli kağıza bükülmüş bükümlər çıxarmış, həmin bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu və onları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükümlər açıldıqda, 05 ədəd bükümün içərisində ağ rəngli kristallik maddələr və 01 ədəd bükümün içərisində isə tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi, bükümlər zərfə qablaşdırılaraq 223 saylı möhürlə möhürlənib götürülmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında 12 iyun 2007-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02.06.2005-ci il tarixdə doğulmuş X8 və 15.07.2006-cı il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş psixotrop maddələri və narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan raportdan da görünür ki, Qaradağ RPİ-nin 11-ci PBnin əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq bölməyə gətirildiyini qeyd etmişdir. Həmçinin iş materiallarında olan digər raportdan da görünür ki, Qaradağ RPİ-nin 11ci PB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etdiyi və əldə edərək üzərində saxlaması barədə məlumat aldığını bildirmişdir. Bundan başqa iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan, əmrdən, əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan da görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs psixotrop və narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis orqanında hər hansı bir real məlumat olmuş olsaydı ibtidai istintaq zamanı bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallar ibtidai istintaq orqanı tərəfindən aydınlaşdırılmamış, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə satması bağlı hansı istintaq hərəkətlərinin aparılması barədə heç bir məlumat olmamış, digər lazımi əməliyyataxtarış tədbirləri də keçirilməmiş, işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən sadəcə yalnız formal olaraq əməliyyat tapşırığı göndərilməklə kifayətlənilmiş və Qaradağ RPİ-nin 11-ci PB-dən həmin şəxslərin müəyyən edilmədiyi barədə şablon xarakterli cavab verilməklə kifayətlənilmiş, heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərində 06 ayrı bükümdə psixotrop maddə və narkotik vasitənin çıxmasına görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Çələbi X6 rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, çəkilməmiş qalmış 01 il 11 ay 15 gün hissəsi 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinə görə 14 avqust 2021-ci il tarixdən həbsdə olduğundan ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 ay 15 gün təşkil edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını və azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 16 avqust 2021ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,291 qram olan psixotrop maddə metamfetamin və ümumi qalıq çəkisi 0,134 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 63 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Cəlilabad rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 15 gün hissəsi ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 05 ay 22 gün müddət) qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 14 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,291 qram olan psixotrop maddə metamfetamin və ümumi qalıq çəkisi 0,134 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-50/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-50/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver