Məhkəmə qərarları › İş №1(002)-51/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-51/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-51/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Füzuli rayonu, Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsi döngə 11-də yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıyarkən 05 avqust 2023-cü il tarixdə, saat 00:10 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyanyolu küçəsində yerləşən yerüstü keçidin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı ilə vidieoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızının kəsiyinə bükülmüş təmiz çəkisi 1,326 qram ağ rəngli kristallaradan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, əvvəllər narkotik vasitələrin istifadəçisi olmuşdur.Lakin hal-hazırda müalicə olunub və narkotik vasitə istifadə etmir. Hadisə ilə əlaqədar bildirir ki, narkotik vasitəni “Baksol “adlanan ərazidən 20 manata almışdır.Narkotik vasitənin bir qədərini istifadə etmiş, qalanını da istifadə etmək üçün ciibinə qoymuş və dostu ilə birlikdə istifadə etmək üçün tarixini unutduğu vaxtda Qaradağ rayonu Qobustan qəsəbəsinə gəlmişdir.Qobustan qəsəbəsində keçidin yaxınlığında polis əməkdaşları onları saxlamış və bölməyə aparamışlar.Bölmədə o, narkotik vasitəni çıxarıb təqdim etmişdir.Törətdiyi əməldən peşmandır.İlk dəfədir cinayət əməli törədir.Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Kamal oğlu ifadəsində göstərmişdir ki, tarixini unutduğu vaxtda əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o Kamal adlı şəxslə birlikdə saxlanılaraq 11-ci polis bölməsinə gətirilmişdir.Bölmədə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru Şahid2 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 05 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-cu polis bölməsinin inzibati binasında xidməti otaqların birində X2 üzərinə müdafiəçi X3, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid3 Kamal oğlu və Şahid1 və həmin bölmənin sahə inspektoru Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən X1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. X6 əynində olan tünd göy rəngli şalvarın sag yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükülünü çıxarıb təqdim edir. Həmin büküm açılaraq baxış keçirilir və bükümün içərisindən şəffaf, krristal şəklində olan maddə aşkar olunur. X1 bükümün içərisində nə olduğunu soruşulan zaman onun metamfetamin olduğunu və Bakı şəhərində “Baksol” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 5 avqust 2023-cü il tarixli, 6/4191 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən.....” sözləri olan zərfdəki bir bükümdə təmiz çəkisi 1,326 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2023-ci il tarixli, 7481 saylı rəyindən görünür ki, X4 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq , halhazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, X1 aşkar olunaraq götürülmüş 1,326 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı 1,276 qram(1,326- 0,050) olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarından görünür ki, X6 05 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edlmişdir. İş materiallarından görünür ki, X6 06 noyabr 2023-cü il tarixdə axtarış nəticəsində tutulmuş və 07 noyabr 2023-cü il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq MSY-dən azad edlmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X6 məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. X2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. X2 ilk dəfə cinayət əməli törətməsi, əməlini etiraf edərək səmimi peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. X2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, aşkar edilmiş narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X5 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, ona cəza təyin edilərkən nəzərə alınmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. X6 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 80 (səksən) manat məhkəmə xərci X1 tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,276 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı X5 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. X6 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 80 (səksən) manat məhkəmə xərci X1 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,276 qram psixotrop maddə metamfetamin məhv edilsin və 01 ədəd kompakt disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı X5 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar